Məhkəmə qərarları › İş №2(103)-10078/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10078/2021

11.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10078/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə qarşı “vəzifələrinin icra etməyən icra məmurunun hərəkətsizliyi nəticəsində idddiaçıya dəymiş ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5929/2021 saylı işi üzrə 12 iyul 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, borclu X2 məxsus əmlakın müəyyən edilib satılması, borclunun qanunvericilik ilə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyətinə cəlb edilməsini icra məmuru tərəfindən məcburi icra etdirilməsinə dair və eyni zamanda icra məmurunun hərəkətsizliyi nəticəsində ona vurulmuş 4160 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5929/2021 saylı işi üzrə 12 iyul 2021ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 2.2.2, 2.2.3, 2.2.7; Mülki Prosesual Məcəlləsinin 153.2, 153.2.1-ci maddələrinə istinadən) İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, İnzibati orqanların siyahısı “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra xidməti də həmin Təsnifata daxil edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2015-ci il tarixli Qərarına əsasən qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.4cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1 -ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. İddiaçının iddia tələbi inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması, o cümlədən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən irəli gələn mübahisə olduğundan hazırki iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında baxılmalıdır. Buna görə də ərizənin yolverilməzliyə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai rayon Məhkəməsi e-2(011)- 5929/2021 saylı 12.07.2021-ci il tarixli qərardadını ləğv edilməsi, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı verilən iddia ərizəsinin Xətai rayon Məhkəməsinin icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prossesual Məcəllənin 149-151, 384, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, əvvəlki qanunvericiliyin tələblərinə əsasən, icra məmurlarına qarşı iddialara İnzibati Məhkəmələrdə baxılırdı. Lakin, dəyişiklərdən sonra bu səlahiyyət artıq İcra şöbəsinin yerləşdiyi yerli məhkəmələrə verilməsi nəzərdə tutulub. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarından: Qanunverici məhkəmənin iş yükünü azaltmaq məqsədi ilə insan və vətəndaş hüquqlarının bərpasında süni bürokratik qaydalar müəyyən edərək məhkəmə aktlarının icrasını uzatmaq və ya təxirə salmaq, hüquqi dövlətin cəmiyyətdə bərqərar etmək istədiyi ədalət siyasətinə qəsdir, məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolunda ən böyük əngəldir. Məhkəmə hakimiyyətini mərkəzi icra hakimiyyətindən asılı vəziyyətə salmaqdır. Qanunverici tərəfindən qanunda ediləcək dəyişikliklərin hansı neqativ nəticələrə gətirib çıxaracağı öyrənilmədiyindən “İcra haqqında” qanunda edilən dəyişikliklər mülki icraatda gözlənilməz əks, neqativ və arzuolunmaz nəticələr törətmişdir. Plenum iclasında maraqlı subyektin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun qeyd etdiyi statistik məlumata görə beş məhkəmə aktından dördünün icrası dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 04.02.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; -Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkə mə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir. 5. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10.10.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra mə murunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. 6. Konstitusiya Məhk əməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Qanunun 87-ci maddəsinə edilən dəyişiklik nəticəsində onunla xüsusi normaları arasında kolliziya yaranmışdır. 87-ci maddə ümumi norma olsa da, “İcra haqqında” Qanunun xüsusi normalarının istifadəsi üçün hüquqi əsas yaratmır. Bu halda yaranmış problemlər “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Yəni, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyinə dair tərəflər icra sənədini verən məhkəməyə müraciət etməlidirlər. İcra haqqında” qanunun ilkin versiyasında icra sənədinin vaxtında və düzgün icra edilməsinə məhkəmə nəzarətinin bir forması kimi icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayətlərə məhkəmədə baxılması iqtisadi məhkəmələr tərəfindən verilmiş icra sənədi ilə əlaqədar həmin məhkəməyə, digər icra sənədləri üzrə isə icra məmurunun olduğu yerin məhkəməsinə (müvafiq qərarı qəbul etmiş məhkəməyə) şikayət verilməli olması nəzərdə tutulmuşdur. 16 oktyabr 2012-ci il tarixli Qanun ilə 87-ci maddəyə edilən dəyişikliklə düzgün olmayaraq icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) bütün hallarda icra məmurunun olduğu yer üzrə İnzibati-İqtisadi məhkəməyə şikayət verilməsi müəyyən olunmuşdur. Lakin qanunun bir çox maddələrində qanunverici “müvafiq məhkəmə” terminini dəyişdirməmişdir. Və bu da yuxarıda qeyd etdiyimiz kimi, “İcra haqqında” Qanunda həll olunmaz kolliziya yaratmışdır. Məhkəmələr arasında fikir ayrılıqlarına da səbəb bu olmuşdur. “Normativ hüquqi aktlar haqqında” ARnın Konstitusiya Qanununun “Normativ hüquqi aktların icrasına nəzarət” adlı 92-ci maddəsində normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər) və müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilməsi göstərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(011)-5929/2021 saylı 02.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, ona qaytarılmalı olan qızıl-zinət əşyalarından ikisinin qaytarıldığını, keçmiş ərinin qızıl-zinət əşyalarının oxşar, lakin dəyəri aşağı qiymətə olanını ona təqdim etdiyini, bu zaman onun həmin əşyaları qəbul etmədiyini, icra məmurunun ona təqdim olunmuş qızıl-zinət əşyalarını qəbul etməsini bildirdiyini, iddianın verilməsinin əsasını icra məmurunun vəzifələrinin lazımi qaydada yerinə yetirilməməsi olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “inzibati orqanların təsnifatı”, İcra haqqında Azərbaycan Respublikası Qanunun 87, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 228-236, 385.2, 387.1, 395.1, 395.2, 397.2 və 398.0.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Qeyd edilməlidir ki, iddiaçı icraya nəzarət edilməsi üçün şikayət deyil, icra qurumuna qarşı iddia tələbi irəli sürülmüşdür. Diqqətə çatdırılmalıdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2015-ci il tarixli Qərarına əsasən, Qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 369, 372, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5929/2021 saylı işi üzrə 12 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar