Məhkəmə qərarları › İş №2(103)-1008/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1008/2022

21.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1008/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Cavabdeh1 qarşı İddiaçı5nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi, hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə 17 sentyabr 2013- cü il tarixli 4542 nömrəli müqavilənin və 17 sentyabr 2013-cü il tarixli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “hərracın nəticələrinin qismən etibarsız hesab olunması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı1 prosessual hüquq varisi X9 və onun nümayəndələri və vəkilləri X10 və Feyzullayev Xəyal Yusif oğlu, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X11, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6236/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, üçüncü şəxslər İddiaçı5 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, İddiaçı5nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi, hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə 17 sentyabr 2013- cü il tarixli 4542 nömrəli müqavilənin və 17 sentyabr 2013-cü il tarixli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-6236/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı5-nin əmlakının özəlləşdirilməsi qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilmiş, hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə 17 sentyabr 2013-cü il tarixli 4542 nömrəli müqavilənin və 17 sentyabr 2013-cü il tarixli hərrac protokolu № 01-in qismən, yəni torpaq sahəsinin iddiaçının istifadəsində olan 1,23 ha hissəsinin etibarsız hesab edilməsi qət edilmişdir (hakim Abbas Əliyev). Həmin qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, üçüncü şəxslər İddiaçı5 və Cavabdeh1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-833/2017 saylı, 04 oktyabr 2017-cu il tarixli qətnaməsi ilə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Cavabdeh1 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin apellyasiya şikayətləri təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6236/2016 saylı, 17 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov, Xumar Mərdanova) Həmin qətnamədən cavabdeh və üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat:

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1631/2018 saylı, 12 mart 2018- ci iltarixli qərarı ilə İddiaçı5-nin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:

5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5848/2017 saylı, 13 iyul 2018-ci iltarixli qətnaməsi ilə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Cavabdeh1 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı1 iddiası təmin edilməmiş, iş üzrə ekspertiza xərclərinin İddiaçı1 tutulması qət edilmişdir. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi) Rəfail Eyvazov, İsmayıl Vəliyev) Həmin qətnamədən İddiaçı1 kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat:

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7686/2018 saylı, 11 dekabr 2018-ci iltarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat:

7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3626/2019 saylı, 15 aprel 2019-cu iltarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Cavabdeh1 apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış və İddiaçı1 iddiası təmin edilməmiş, iş üzrə ekspertiza xərclərinin İddiaçı1 tutulması qət edilmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi) Abiddin Hüseynov, Azad İmanov) Həmin qətnamədən İddiaçı1 kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat:

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5986/2019 saylı, 01 oktyabr 2019-cu iltarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində dördüncü icraat:

9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-635/2020 saylı, 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, habelə üçüncü şəxslər "xxxx" ASC və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi qismən, yəni İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi tələbinin təmin olunmasına dair hissədə ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı1 iddia tələbi "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi hissəsində təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin (proses iştirakçılarının) özlərinə aid olunması, apellyasiya instansiyası məhkəmə tərəfindən keçirilmiş məhkəmə ekspertizasının xərcinin əvəzi olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzindən və Cavabdeh1 müştərək qaydada 50 (əlli) manat və İddiaçı1 50 (əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22); "xxxx" ASCdən 125 (bir yüz iyirmi beş) manat və İddiaçı1 125 (bir yüz iyirmi beş) manat məbləğində pulun tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ30GUNA********************, Bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********000004794, KOD: 505594, SWİFT: GUNAAZ22); "xxxx" ASC-dən 75 (yetmiş beş) manat və İddiaçı1 75 (yetmiş beş) manat məbləğində pulun tutularaq "xxxx" MMC-nin hesabına (H/h № AZ34AZEG********************, VÖEN: **********, Benefisiar bank: "xxxx" ASC, kodu: 505817, SWİFT BİK: AZEGAZ22) köçürülməsi qət edilmişdir.(hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi) Şeyda Məhərrəmova, İlham Kərimli). Həmin qətnamədən həm iddiaçı, həm cavabdeh, həm də üçüncü şəxslər kassasiya şikayəti vermişlər. Kassasiya instansiyası məhkəməsində dördüncü icraat:

10. İddiaçı İddiaçı1 və vəkili Feyzullayev Xəyal Yusif oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

11. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vəkili X8, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Samaxı Şərab-1 ASC”, Cavabdeh1 oğlu və onların vəkili X5, kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3624/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı1 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-nin direktoru X6, Cavabdeh1 oğlunun kassasiya şikayələri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli 2(103)-635/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Konstitusiya Məhkəməsində icraat:

13. İddiaçı1 hüquqi varisi A.Daşdəmirov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 1 iyul 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, 129cu maddəsinin İİİ hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 418-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2021-ci il tarixli qərarı ilə İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əmlakının özəlləşdirilməsinin qismən ləğv edilməsi, hərrac vasitəsilə satılmış torpaq sahəsinə dair 17 sentyabr 2013- cü il tarixli müqavilənin və həmin tarixli hərrac protokolunun qismən etibarsız hesab edilməsi tələbi barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1 iyul 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1, 418.2, 418.3 və 420-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-13(k)/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əmlakının özəlləşdirilməsinin qismən ləğv edilməsi, hərrac vasitəsilə satılmış torpaq sahəsinə dair 17 sentyabr 2013-cü il tarixli müqavilənin və həmin tarixli hərrac protokolunun qismən etibarsız hesab edilməsi tələbi barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3624/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-635/2020 saylı, 16 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsində beşinci icraat. Tərəflərin izahatı:

16. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Ə.Xalıqova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və Cavabdeh1 nümayəndəsi Ç.Heydərov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 prosessual hüquq varisi A.Daşdəmirov və onun nümayəndələri və vəkilləri C.Cəfərov və X.Feyzullayev ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər.

19. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi və Şamaxı rayonu Sabir Bələdiyyəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir.

20. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

21. 12 sentyabr 1996-cı il tarixli aktın surətindən görünür ki, Sabir adına Üİ və EM-nin balansında olan soyuducu binasına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Soyuducu uzun illər işləmədiyi üçün və yeni istehsal sahəsi yaratmaq məqsədilə Şamaxı Aqrokombinatının 15/UŞ-1996-cı il, 313 №-li məktubu ilə Sabir adına UİEM-nə icazə verilib ki, “Çağan” şirkətinə müqavilə əsasında həmin soyuducunu istifadəyə versin.

22. İcarəyə verən Sabir adına X15 direktoru M.Zeynalov və icarədar Ə.Mikayılov “Çağan” şirkətinin direktoru arasında bağlanmış xx.xx.1996-cı il tarixli müqavilənin surətindən görünür ki, üzüm saxlama sexi yəni binası və sexdə mövcud olan “Çağan” şirkətinə 5 il müddətində nizamnaməyə əsasən yeni istehsal sahəsi yaratmaq üçün icarəyə verilmişdir. Azərbaycan Respublikası qanununa uyğun icarədar göstərilən sexi özəlləşdirə bilər.

23. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şamaxı rayonu M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsi tərəfindən “Çağan” şirkətinin direktoruna ünvanlanmış məktubun surətindən görünür ki, 12 sentyabr 1996-cı il tarixli aktla təşkilata müqaviləyə əsasən icarəyə verilmiş X22 sexi uzun müddət işləməməsini və şirkətin xahişini nəzərə alıb yeni istehsal sahələri yaratmaq məqsədi ilə soyuducu sexində təmir işləri aparılmasına və yeni istehsal üçün avadanlıqlar quraşdırılması üçün icazə verilib.

24. xx.xx.2001 -ci il tarixli aktın surətindən notarial qaydada təsdiq edilmiş görünür ki, YAİK 20 dekabr 1997-ci il tarixli qərarına əsasən sabiq M.Ə.Sabir adına Uİ və EM əmlakından pay alma hüququ olan subyekt kimi İddiaçı1 tikinti-bina bölməsindən pay verilməmişdir.

25. M.Ə.Sabir qəsəbə yerli AİK-nin 39 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, aqrar islahatlarla əlaqədar olaraq əmlak payı almaq hüquqi olan Daşdəmirov Oruc oğlu X22 ambarı 12 996,0 dəyərində əmlak payı kimi verilmişdir.

26. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, № 1255 nömrəli sərəncamının surətindən görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən M.Ə.Sabir adına Üzüm İstehsalı və X17 Emalı zavodunun bazasında İddiaçı5 X26 cəmiyyətinin təsis edilməsi, İddiaçı5 səhdar cəmiyyətinin nizamnaməsi və özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilməsi, İddiaçı5 səhdar cəmiyyətinin nizamnamə kapitalının 11191174 000 (bir milyard yüz doxsan bir milyon yüz yetmiş dörd min) manat məbləğində müəyyən edilmişdir.

27. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 103 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu, Şamaxı-Bakı yolunun sağ kənarında yerləşən M.Ə.Sabir adına qəsəbənin ərazisində qeyri-yaşayış binası İddiaçı1 adına mülkiyyət hüququ əsasında 28 dekabr 2001 -ci il tarixdə 01 №-li reyestr kitabında, 106 reyestr nömrəsi ilə qeydə alınmışdır. İnv. №143.

28. Şamaxı rayonu Sabir bələdiyyəsinin 29 iyul 2002-ci il 08 saylı protokolundan çıxarışın surətindən görünür ki, “Çağan” şirkətinə üzümsaxlama və soyuducu ambarının həyətindən 1,072 ha torpaq sahəsi 15 illik icarəyə verilmişdir.

29. 01 avqust 2002-ci il tarixli, 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Sabir bələdiyyəsi tərəfindən “Çağan” şirkətinə üzümsaxlama və soyuducu ambarının həyətindən 1,072 ha torpaq sahəsi 15 illik icarəyə verilmişdir.

30. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti direktorunun 20 noyabr 2002-ci il tarixli 383 nömrəli sərəncamına əlavə Respublikanın şəhər və rayonları üzrə ləğv olunan icarə müqavilələrinin siyahısının surətindən görünür ki, İcarəçi “Çağan” şirkəti ilə Şamaxı şəhəri, M.Ə.Sabir adına qəsəbəsi ilə bağlı xx.xx.2001-ci il tarixli, № 3698 nömrəli icarə müqaviləsi icarəçinin qeyri- yaşayış sahəsinin icarəsindən imtina ərizəsini, sahənin rayon Aqrar İslahat komissiyası tərəfindən xx.xx.2001 -ci il tarixli, 39 saylı Protokola əsasən əmlak payı kimi vətəndaşlara verildiyindən və icarə haqqının xx.xx.2001-ci il tarixinədək ödənilməsini nəzərə alaraq, icarə müqaviləsi qüvvəsini itirmiş hesab edilir.

31. Şamaxı rayonu, M.Ə.Sabir adına Üzüm İstehsalı və X16 və Tikililərin Dəyərinin qiymətləndirilməsi Aktının surətindən görünür ki, əmlakın balans dəyəri ******* manat, daşınmaz məbləği 857746 manat, qalıq dəyəri ******* manat təşkil edir.

32. Şamaxı rayonu, M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin maşın, avadanlıq və digər əsas vəsaitlərin dəyərinin qiymətləndirilməsi Aktının surətindən görünür ki, əmlakın balans dəyəri 768712 manat, aşınmaz məbləği 756700 manat, qalıq dəyəri 12012 manat təşkil edir.

33. Şamaxı rayonu, M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin əsas vəsaitlərin ümumi dəyərinin qiymətləndirilməsi Aktının surətindən görünür ki, əmlakın balans dəyəri ******* manat, faktiki köhnəlmə məbləği 1099474, qalıq dəyəri 104829 manat təşkil edir.

34. Şamaxı rayonu, M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin müəssisə əmlakının dəyərinin qiymətləndirilməsi aktı və səhmdar cəmiyyətin nizamnamə kapitalının hesabının surətindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı ******* 000 manat təşkil edir.

35. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Şamaxı rayon şəbəsi tərəfindən “Çağan” şirkətinin direktoruna ünvanlanmış xx.xx.2002-ci il tarixli məktubun surətindən görünür ki, “Çağan” şirkətinə icarəyə verilmiş qeyri yaşayış sahəsi “Şamaxı Şərab- İ” X26 cəmiyyətinin emissiya prospektinə daxil edilməmişdir. Bundan başqa məktubda qeyd edilmişdir ki, keçmiş Dövlət Əmlak Nazirliyi ilə bağlanmış 3698 nömrəli xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş sahədən istifadə hüquqları icarəçiyə məxsusdur.

36. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlər Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X3 tərəfindən xx.xx.2010-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Rayon Ərazi idarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı5 X26 Cəmiyyətinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu nəzərə alaraq bildirmişlər ki, Sabir bələdiyyəsi ilə İddiaçı1 arasında imzalanmış 01 avqust 2002-ci il tarixli 03 nömrəli torpağın icarə müqaviləsinin heç bir hüquqi əsası yoxdur.

37. 17 sentyabr 2013-cü il tarixli, 01 nömrəli hərrac protokolunun surətindən görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən İddiaçı5-nin 136 425,8 kv.m torpaq sahəsinin 13643 (on üç min altı yüz qırx üç) manata Cavabdeh1 satılması və alqı-satqı müqaviləsinin imzalanması qərara alınmışdır.

38. xx.xx.2013-cü il tarixli, №4542 nömrəli hərrac vasitəsi ilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən alıcı Cavabdeh1 Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2013-cü il tarixdə keçirilən hərracda 01 №-li protokola əsasən Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən İddiaçı5-nin 136 425,8 kv.m torpaq sahəsi hərracdan satış qiyməti ilə-13643 (on üç min altı yüz qırx üç) manat satılmışdır.

39. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 15 333 kv.m ümumi sahəsindən, 13.6426 ha torpaq sahəsindən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır.

40. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin İddiaçı1 ünvanladığı xx.xx.2014-cü il tarixli, №D/145 nömrəli məktubun surətindən görünür ki, torpaq islahatı ilə bağlı Sabir adına təsərrüfatı və Sabir bələdiyyəsi üçün hazırlanmış yerquluşu layihəsində 1,12-ci konturda əmlak payı kimi özəlləşdirilmiş ictimai tikintidə yerləşən 1,23 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilmişdir.

41. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xx.xx.2014cü ildə verilmiş sorğuya cavab məktubunun surətindən görünür ki, 10 dekabr 2001-ci ildə M.Ə.Sabir adına X25 Komissiyasının (YAİK) qərarına və tərtib edilmiş Akt əsasında müəssisənin X22 anbarı müəssisədən əmlak payı almaq hüququ olan subyektlərə (Əliyeva Esmira, Osmanov Abış, Osmanova Samayıl və Quliyeva Gülqıza) balans dəyəri 12996,0 min manat olmaqla əmlak payı kimi verilmişdir. Əmlak payı almış subyektlərin X25 Komissiyasına ərizə ilə etdikləri müraciətləri nəzərə alınaraq dəyəri 12996,0 min manat olan X22 ambarı YAİK-nin qərarı ilə İddiaçı1 əmlak payı kimi verilmişdir.

42. Mülki iş materiallarında olan 2-1(105)-92/2015 nömrəli, 11 iyun 2015-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının qərardadının surətindən görünür ki, İddiaçı5-nin və üçüncü şəxs Cavabdeh1 nümayəndəsi X2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 2- 1(85)59/2015 nömrəli, 21 yanvar 2015-ci il tarixli iddiaçı "xxxx" ASC-nin cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş X25 Komissiyasının 10 dekabr 2001-ci il tarixli 39 nömrəli qərarının etibarsız hesab edilməsi barədə iddianın mümkün sayılmamasına dair qərardadı dəyişdirilmədən saxlanılmışdır.

43. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2016-cı il tarixli, 2-2(105)-06/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı5-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2015-ci il tarixli, 2-2(85)-1523/2015 nömrəli qətnamə ləğv edilmiş, İddiaçı5-nin iddiası təmin edilmiş, X23 inventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 28 dekabr 2001 -ci il tarixdə Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən inventar nömrəsi 143, 106 reyestr nömrəsi ilə İddiaçı1 adına qeydə alınmış qeyri-yaşayış sahəsinin qeydiyyatı ləğv edilmiş, və cavabdeh İddiaçı1 28 dekabr 2001 -ci il tarixli 106 nömrəli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-2(102)288/16 saylı qərarı ilə qeyd edilən qətnamə ləğv edilmiş və yeni baxışa qaytarılmışdır.

45. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 may 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 adına qeydə alınmış qeyri-yaşayış sahəsinin qeydiyyatı ləğv edilmiş və 28 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Həmin qətnamə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.

46. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2016-cı il tarixli "xxxx" ASC-yə göndərilmiş məktubun surətindən görünür ki, müraciətdə qeyd edilmiş X22 anbarı (1972-ci ildə istismara verilmiş soyuducu sexi) Şamaxı M.Ə.Sabir adına Üzüm İstehsalı və X17 Emalı Zavodunun qiymətləndirilən əmlakının tərkibində İddiaçı5 açıq səhdar cəmiyyətinin nizamnamə kapitalına daxil edilmişdir.

47. "xxxx" MMC tərəfindən tərtib edilmiş 11 oktyabr 2016-cı il tarixli, MB 09/213 nömrəli hesabatdan görünür ki, Şamaxı rayonu, M.Ə.Sabir adına qəsəbə ərazisində 1.23 ha torpaq sahəsində yerləşən 1575,0 kv.m tikintialtı sahəyə malik üzüm soyuducu anbarı "xxxx" ASC-yə texniki bağlılığı olmayıb, “Soyuducu bina” fəaliyyətdə olduğu dövrdə "xxxx" ASC-nin və “Üzüm Soyuducu binası’nın təyinatı müxtəlif olub və müxtəlif hüquqi şəxslər kimi fəaliyyət göstəriblər.

48. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1008/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında Şamaxı rayonu, Sabir Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 08 saylı qərarı ilə 1 avqust 2002-ci il tarixli, 03 saylı icarə müqaviləsi əsasında İddiaçı1 ayrılmış, 1,072 ha torpaq sahəsi və X25 Komissiyasının 10 dekabr 2001-ci il tarixli 39 nömrəli protokolu əsasında İddiaçı1 verilmiş “soyuducu bina”nın (tikilinin) bələdiyyəyə aid torpaq sahəsində yerləşib-yerləşmədiyinin müəyyən edilməsi sualı qoyulmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, "xxxx" MMC-dən mütəxəssis cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

49. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2293 saylı ekspert rəyindən məlum olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin Mütəxəssi rəyinə əsasən, naturada təqdim edilən 1,07 ha torpaq sahəsi (soyuducu anbarın yerləşdiyi ərazi daxil olmaqla) “Şamaxı Şərab-1 ASC-yə aid 13,64 ha torpaq sahəsinin hüdudları daxilində olmaqla xüsusi mülkiyyətə aiddir. İddiaçı5-nin yerləşdiyi 13,64 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid olmuş sonradan hərrac vasitəsilə Cavabdeh1 satılmış və 22 noyabr 2013-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası

50. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

51. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllə

52. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

53. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

54. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

55. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

56. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

57. Maddə 389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın.

58. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

59. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

60. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

61. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.

62. Maddə 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

63. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

64. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

65. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

66. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Torpaq Məcəlləsi:

67. Maddə 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

68. Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

69. Maddə 56.4. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına.

70. Maddə 109. Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

74. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

75. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

76. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

77. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

78. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

79. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

80. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

81. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

82. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, üçüncü şəxslər İddiaçı5 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

83. Kollegiya qeyd edir ki, hazırkı halda işə yenidən (beşinci dəfə) apellyasiya qaydasında baxılır və bu zaman hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alınmalıdır.

84. Məhkəmə kollegiyası işin məhkəmə aidiyyəti ilə bağlı xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən (01 yanvar 2020-cil il tarixədək qüvvədə olan redaksiyasında) mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.

85. Bununla belə, 2020-ci idən sonra ƏMDK yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilən hərracın nəticələrinin mübahisələndirilməsi ilə bağlı mübahisələrin inzibati məhkəmələrdə baxılmalı olması yönümlü məhkəmə aktları qəbul olunur və belə bir təcrübə formalaşdırılır. Həmin təcrübə kontekstindən baxdıqda hazırkı işin də inzibati məhkəmədə baxılmalı olduğu görünür.

86. Lakin nəzərə alsaq ki, bu iş üzrə iddia ərizəsi xx.xx.2016-cı ildə və həm də həmin vaxt mövcud olan məhkəmə aidiyyət qaydalarına uyğun olaraq ümumi məhkəmə kimi Nərimanov Rayon Məhkəməsinə verilmişdir, onda məlum olur ki, bu işə hazırda ümumi məhkəmə aidiyyəti üzrə baxılması davam etdirilməlidir. Çünki MPM-in 31.2-ci maddəsinin tələbinə görə də, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyət üzrə həmin məhkəmədə həll edilməlidir. Həm də nəzərə alınmalıdır ki, hazırkı mülki iş 6 (altı) ili aşan müddətdir ki məhkəmələrdə baxılır, bu müddət ərzində İddiaçı1 ölmüşdür, hazırda proses onun prosessual hüquqi varisi olan oğlu A.Daşdəmirov cəlb olunmaqla davam etdirilir, işə kassasiya qaydasında dörd dəfə baxılmış, habelə iş üzrə Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarları mövcuddur. Mülki işlərə məhkəmələrdə ağlabatan müddətlərdə baxılmasına dair Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş tələb, eləcə də ədalət mühakiməsinin səmərəliliyi prinsipi də hazırkı işin ümumi məhkəmə aidiyyətinə uyğun baxılmalı olmasını tələb edir.

87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2021-ci il tarixli qərarında qeyd edilir ki, ...apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 1 oktyabr 2019-cu il tarixli qərarında nəzərdə tutulmuş göstərişləri lazımınca yerinə yetirməmiş, mübahisəli əmlakın bələdiyyəyə aid torpaq sahəsində yerləşib-yerləşməməsinin müəyyən edilməsinin işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsi üçün əhəmiyyət kəsb etməsini nəzərə almamışdır.

88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

89. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

90. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir.

91. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Konstitusiya Məhkəməsinin Qərarında əks olunmuş hüquqi mövqeləri nəzərə alır.

92. Konstitusiya Məhkəməsinin Plenumu 27 may 2021-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir:

93. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamə, öz növbəsində isə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının 25 mart 1995-ci il tarixli qərarları ilə rayon və X25 komissiyaları haqqında Əsasnamələr təsdiq edilmişdir. Əsasnamələrdə komissiyaların əsas vəzifələrinin səlahiyyətləri dairəsində islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdən ibarət olduğu təsbit edilmişdir.

94. Qanunvericiliyə əsasən aqrar islahat komissiyalarının əsas vəzifələri sovxoz və kolxozların istifadəsində (balansında) olmuş əmlakdan pay almaq hüququ olan subyektlərə dair şərtlərə əməl olunması, əmlak payının həcminin müəyyənləşdirilməsi, sovxoz və kolxozların əmlakının mövcud qanunvericiliyə uyğun inventarlaşdırılması və qiymətləndirilməsi, həmin əmlakın göstərilən subyektlər arasında özəlləşdirilməsi (sovxoz əmlakı üçün) və ya bölüşdürülməsi (kolxoz əmlakı üçün) və s. olmuşdur.

95. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu islahatın məqsəd və vəzifələrinə, islahatın obyekt və subyektlərinə, islahatı aparan orqanlara, onların səlahiyyətlərinə, sovxozların və digər dövlət təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi qaydalarına, kolxozların əmlakının bölüşdürülməsinə, kənd təsərrüfatında müxtəlifnövlü müəssisələrin yaradılmasına, islahatın təminatına dair və s. məsələləri tənzimləyir.

96. Xüsusi vurğulamaq lazımdır ki, həmin Qanunun 9-cu maddəsinin üçüncü və dördüncü hissələrinə görə, sovxozların islahatı zamanı əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir.

97. Lakin hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin 1 iyul 2020-ci il tarixli qərarı ilə mübahisə X25 Komissiyasının qeyd olunan qərarına əsasən İddiaçı1 mübahisəli əmlak üzərində sahiblik və istifadə hüquqlarının yaranması halına düzgün hüquqi qiymət verilmədən həll edilmişdir.

98. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər.

99. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə müvafiq olaraq, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasını təşkil edir. Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

100. Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı).

101. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur.

102. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar).

103. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olub-olmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103).

104. Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxmanın hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

105. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

106. Lakin Ali Məhkəmənin Mülki Kollegiyası hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını, özünün əvvəlki qərarlarında müəyyən olunmuş göstərişlərinin yerinə yetirilməməsini nəzərə almadan, həmin məhkəmənin 16 yanvar 2020-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual Məcəllənin 416, 418.1, 418.2, 418.3 və 420-ci maddələrinin tələblərinə uyğun olmayan 1 iyul 2020-ci il tarixli qərar qəbul etmiş, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.

107. Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, F.X7 üzrə Auksion Mərkəzinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və Cavabdeh1 qarşı "xxxx" ASC-nin əmlakının özəlləşdirilməsinin qismən ləğv edilməsi, hərrac vasitəsilə satılmış torpaq sahəsinə dair 17 sentyabr 2013cü il tarixli müqavilənin və həmin tarixli hərrac protokolunun qismən etibarsız hesab edilməsi tələbi barədə iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 1 iyul 2020-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1, 418.2, 418.3 və 420-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdı.

108. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, M.Ə.Sabir adına qəsəbənin ərazisindəki qeyri-yaşayış binası - “Soyuducu Anbar” özəlləşdirilməyə çıxarılan zaman təsdiq olunmuş özəlləşdirilmə planına daxil edilməmiş və "xxxx" ASCnin mülkiyyətində olan əmlakın tərkib hissəsi olmamış, Sabir adına sovxozun əmlakı kimi aqrar islahatları zamanı onun payçıları - Esmira Əliyeva, Abış Osmanov, Şamayıl Osmanova və Gülqız Quliyevanın ərizələri əsasında İddiaçı1 verilmişdir. Özəlləşdirmə planının ikinci bölməsində özəlləşdirmə planına 11 nömrəli əlavədə maşın və avadanlıqların xx.xx.1998-ci il vəziyyətinə İnventarlaşdırma Uçotu və Qiymətləndirmə haqqında Aktda “soyuducu sexi” qeyd olunsa da, həmin sex bina deyil, maşın və avadanlıqlar qismində göstərilmiş, özəlləşdirmə planında mübahisə predmeti olan soyuducu anbar isə ümumiyyətlə qeyd olunmamışdır.

109. Əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş tikinti-texniki ekspertizasının 21 iyul 2017-ci il tarixli 11326 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Şamaxı rayonu, M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin özəlləşdirmə planında (emissiya prospekti) “Maşın və avadanlıqların 01 iyun 1998-ci il vəziyyətinə İnventarlaşdırma Uçotu və Qiymətləndirməsi haqqında Akt”ın 7-ci qrafasında qeyd edilən “Soyuducu sex” ilə "xxxx" ASC-nin daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışında göstərilən qeyri-yaşayış sahəsi binası (“Soyuducu bina”) eyni əmlak deyildir, müəssisənin nizamnaməsinə əsasən özəlləşdirmə planının “müəssisənin əsas xarakteristikası” bölməsində, müəssisənin əsas fəaliyyət (iş xidmət) növləri “üzüm emalı və satışı”, istehsal olunan məhsulların (işlərin, xidmətlərin) əsas növləri isə “şərab məhsulları” olduğundan, süfrə üzümünün tədarükü, saxlanılması və satışı kimi fəaliyyət göstərməsi nəzərdə tutulmamış, "xxxx" ASC-nin daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışında göstərilən qeyri-yaşayış binası (“Soyuducu bina”) ilə İddiaçı1 təqdim etdiyi 2001-ci il tarixdə tərtib edilmiş texniki pasportda qeyd olunmuş “X22 anbar” binası eyni əmlak olmuşdur.

110. "xxxx" ASC-nin cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə və İddiaçı1 qarşı “qeyri-yaşayış sahəsinin qeydiyyatının ləğv edilməsi və 28 dekabr 2001-ci il tarixli 106 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması” tələbinə dair iddiası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2017-ci il tarixli qətnaməsi ilə təmin edilmiş və X23 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 28 dekabr 2001-ci il tarixdə Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən inventar nömrəsi 143, 106 reyestr nömrəsi ilə İddiaçı1 adına qeydə alınmış qeyri-yaşayış sahəsinin qeydiyyatının ləğv edilməsi və 28 dekabr 2001-ci il tarixli, 106 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəmənin 29 noyabr 2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.

111. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə müəyyən olunmuşdur ki, 28 dekabr 2001-ci il tarixdə X23 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsindən Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçı1 adına aparılmış qeyd əsassız aparılmışdır.

112. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, İddiaçı5-nin və Cavabdeh1 İddiaçı1 icarəsində olan 1,23 ha torpaq sahəsinin İddiaçı5-nin “Özəlləşdirmə Planına (emissiya prospekti) daxil olması ilə bağlı dəlilləri məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda həmin torpaq sahəsinin hərrac vasitəsilə X1 əsaslı hesab oluna bilməz.

113. Hazırkı apellyasiya baxışı zamanı əldə olunmuş rəylə bağlı qeyd edilməlidir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2293 saylı ekspert rəyin hazırkı mübahisənin həlli baxımından əsaslı sübut hesab oluna bilməz. Çünki həmin rəydə ekspertlər mübahisəsiz olan halları, yəni -1). naturada təqdim edilən 1,07 ha torpaq sahəsi (soyuducu anbarın yerləşdiyi ərazi daxil olmaqla) İddiaçı5-yə aid 13,64 ha torpaq sahəsinin hüdudları daxilində olmaqla xüsusi mülkiyyətdə olduğunu;-2). İddiaçı5-nin yerləşdiyi 13,64 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid olmuş olması; 3). sonradan hərrac vasitəsilə Cavabdeh1 satılmış və 22 noyabr 2013-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsini qeyd etmişlər.

114. Belə ki, hazırda iddiaçıya aid torpaq sahəsinin mübahisələndirilən hərrac nəticəsində cavabdehə aid edilən torpaq sahəsinin hüdudlarında yerləşməsi, həmin torpaq sahəsinin əvvəllər dövlət mülkiyyətinə aid olması (çünki əvvəllər həmin ərazidə başqa mülkiyyət növü olmamışdır.), eləcə də həmin torpaq sahəsinin hərracdan Cavabdeh1 satılması və hal-hazırda onun adına reystrdə qeydə alınması öz-özlüyündə məlum olan hallar olmuşdur.

115. Bundan başqa, iddiaçı tərəf hazırkı iş üzrə olan bütün ərizə, şikayət və müraciətlərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin hərəkətlərindən narazı olduğunu, bu mübahisə ilə bağlı həmin idarənin davamlı olaraq cavabdeh ASC-nin rəhbərlərinin maraqlarına uyğun olan arayış və məktublar verdiyini göstərmişlər. Hazırkı məhkəmə iclasında da “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssislərinin rəyinə əsasən hazırlanmış həmin ekspert rəyinin qərəzli və dayanıqsız olduğunu bildirmişlər.

116. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin ikinci bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Həmin maddənin dördüncü bəndində qeyd olunmuşdur ki, Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə ilk növbədə təklif torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə edilməlidir.

117. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən, torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir.

118. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakm rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

119. Həmin Məcəllənin 416-cı maddəsinə görə isə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

120. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hərrac keçirilən zaman qüvvədə olan mülki və torpaq qanunvericiliyinin tələbləri pozulmuş, torpağın icarəçisinin iştirakı təmin olunmadan onun icarəsində olan torpaq sahəsi digər şəxsə hərrac vasitəsi ilə satılmış, eyni zaman da həmin torpaq sahəsi üzərində yerləşən başqa təyinatlı “soyuducu anbar” da tam əsassız olaraq İddiaçı5-yə aid tikili- əmlak kimi göstərilmişdir.

121. Məhkəm kollegiyası hazırkı iş üzrə Ali Məhkəmənin Plenumunun xx.xx.2021ci il tarixli X24 İslahat Komissiyasının mübahisəli əmlak üzərində İddiaçı1 sahiblik və istifadə hüququnun saxlanılmasının yoxlanılması baxımından YAİK-ın xx.xx.2001-ci il tarixli 39 nömrəli qərarının hüquqi gücü (qüvvəsi) ilə bağlı göstərişinə əsasən qeyd edir ki, aparılmış məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, YAİK-nın qeyd olunan həmin qərarı indiyə qədər məhkəmə qaydasında mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. YAİK-nın həmin qərarının hüquqi gücü (təsiri) və əhəmiyyəti barədə isə hazırkı iş üzrə Konstitusiya Məhkəməsi 27 may 2021-ci il tarixli Qərarında müfəssəl hüquqi mövqe bildirmişdir ki, məhkəmə kollegiyası da bununla razılaşır.

122. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

123. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələblərini təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

124. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

125. Mülki işdə olan 8561 saylı qəbzdən məlum olur ki, rəyin verilməsinə dair çəkilmiş xərcin smeta və hesab vərəqəsi əsasında tələb edilən 312 manat xidmət haqqı iddiaçının prosessual hüquq varisi X9 tərəfindən ödənilmişdir.

126. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş tərəflərin özlərinə aid edilməlidir.

127. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, habelə üçüncü şəxslər "xxxx" ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-6236/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar