Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1008/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılma və məhdudiyyətlərin aradan qaldırılması barədə tələbinə dair mülki iş üzrə (açar sözlər: fərdi yaşayış evindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X11 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, cavabdehlər X9 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılma və məhdudiyyətlərin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2022-ci i tarixli, 2(001)-4984/2022 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X6 mülkiyyətindədir. Sonuncunun həmin ünvanda “A” tikilisinə ½ hissədə payı mövcuddur.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin İddiaçı ünvanladığı 23 iyun 2022-ci il tarixli, 018-12571K-3222 nömrəli məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X10 və xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadırlar.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2016-cı il tarixli, 2(001)- 465/2016 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Bakı şəhəri 27 saylı Notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri 27 saylı Notariat kontoru tərəfindən 21 fevral 2013-cü il tarixdə verilmiş, reyestrdə 2V-30 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış Bakı şəhəri Binəqədi rayonu Binəqədi Binəqədi qəsəbəsi İ Mədən küçəsi, korpus 25, 176v nömrəli evin “A”, “B”, “C”, “V”, “E” tikililərinə, eləcə də X7 və Cavabdeh2 aid hissədə etibarsız sayılmaqla Bakı şəhəri Binəqədi rayonu Binəqədi Binəqədi qəsəbəsi İ Mədən küçəsi, korpus 25, 176v nömrəli evin “A”, “B”, “C”, “V”, “E” tikililərinə dair X4 və Cavabdeh2 adına dövlət reyestrində aparılmış qeydiyyat yazısı ləğv edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2016-cı il tarixli, 2(103)-4238/2016 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2016-cı il tarixli, 2(001)-465/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2017-ci il tarixli, 2(102)-501/2017 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2016-cı il tarixli, 2(103)-4238/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və Cavabdeh2 ona məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakdan istifadə və sahiblik hüququna yaratdıqları məhdudiyyətlərin aradan qaldırılması, digər qanunsuz hərəkətlərə son qoyulması və 100 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Uzun müddətdən sonra mülkiyyət hüququnun bərpasına nail olsa da hazırda ora daxil olmaqda, oradan istifadə etməkdə oğlanları tərəfindən yaradılan maneələrlə üzləşir. Belə ki, həmin ünvanda yerləşən qonşu otaqlarda yaşayan oğlanları (cavabdehlər) onu təhdid edərək evə daxil olmağa qoymurlar, onun öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum edirlər. Bu işə iddiaçının qızları Sevinc və Nərgiz də qoşulmuşlar. Cavabdehlər özbaşına zəbt etdikləri otaqlarda yaşayır, bir hissəsini icarəyə verirlər. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə edilib.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(001)- 4984/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Qətnamənin əsaslarına görə, mübahisəli evin mülkiyyətçisi iddiaçı olsa da, cavabdehlərin həmin evə istifadə hüquqları mövcud olduğundan bu hüquqlara xitam verilmədən onların həmin evdən çıxarılması barədə iddia əsassızdır.
10. Məhkəmə öz mövqeyini 30 iyun 2009-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2016-cı il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş və Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən küçəsi, korpus 25, 176v nömrəli evin “A”, “B”, “C”, “V” və “E” tikililərinə dair oğulları Cavabdeh2 və Kazımov Maisin adına dövlət reyestrində aparılmış qeydiyyat yazısı ləğv olunmuşdur. Həmin qətnamədən oğlu Kazımov Mais tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti də təmin edilməmişdir. Qüvvəyə minmiş məhkəmə qərarı əsasında yenidən vərəsəliyin qəbulu baş vermiş və onun Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsi, korpus 25, 176v nömrəli evin “A”, “B”, “C”, “V” və “E” tikililərinə 4/6 hissəsinə mülkiyyət hüququ tanınmışdır. Qeyd olunan hüquqları Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. Lakin əmlakın naturada bölünməməsi onun həmin evdə yaşamağını cavabdehlər tərəfindən əngəlləmişdir. Bu isə mövcud evin naturada bölünməsini gündəmə gətirmişdir. Qeyd olunan ev naturada bölünmüş və onun payı daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsi korpus 25, ev 176M kimi qeydiyyata alınmışdır. Göründüyü kimi, əvvəl mübahisəli olan miras hazırda vərəsələr arasında tam bölünmüş və hər bir vərəsə o cümlədən hazırki cavabdehlər öz paylarına sahib olmuşlar. Cavabdehlərin payına düşən hissə daşınmaz əmlakın dövlət reyestrində fərqli ünvan olaraq (ünvan 6 176B) qeydiyyata alınmışdır. Belə olan halda miras iştirakçısının digər vərəsənin payına hüquqlarının qalmasını istisna edir. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər əmlak hüququ olsun, əks halda məhrumetmə qanunsuz hesab olunmalıdır. Hazırkı iş üzrə də cavabdehlərin onun yaşayış sahəsinə dair hər hansı bir hüququnun olduğunu təsdiq edən sübutlar mövcud deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı və onun nümayəndəsi X8 apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin olunması, qətnamənin ləğv edilib iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdehlər apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişlər.
16. Məhkəmə tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən tikililərdən iddiaçının istifadə etməsini, giriş - çıxışını məhdudlaşdıran hər hansı bir maneə, tikililərdə cavabdehlərə məxsus hər hansı bir əşya mövcud deyildir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
22. İddiaçı öz mülkiyyətindən istifadə etməkdə cavabdehlər tərəfindən maneələr törədildiyini irəli sürür. Cavabdehlər isə onlar tərəfindən iddiaçıya hər hansı maneə törədilmədiyini bildirmişlər.
23. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Bakı şəhəri Binəqədi qəsəbəsi 1ci mədən küçəsi, korpus 25, 176v nömrəli evin “A”, “B”, “C”, “V” və “E” tikililərinə dair oğulları Cavabdeh2 və Kazımov Maisin adına dövlət reyestrində aparılmış qeydiyyat yazısı məhkəmə qərarı ilə ləğv olunmuşdur. Qüvvəyə minmiş məhkəmə qərarı əsasında yenidən vərəsəliyin qəbulu baş vermiş və onun Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsi, korpus 25, 176v nömrəli evin “A”, “B”, “C”, “V” və “E” tikililərinə 4/6 hissəsinə mülkiyyət hüququ tanınmış, bu barədə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan ev naturada bölünmüş və onun payı daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsi korpus 25, ev 176M kimi qeydiyyata alınmışdır. Cavabdehlərin payına düşən hissə daşınmaz əmlakın dövlət reyestrində fərqli ünvan olaraq ünvan 6 176B qeydiyyata alınmışdır.
24. Şikayətin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, məhz hazırkı mübahisənin predmeti ünvan 4 nömrəli evdir. Məhkəmə tərəfindən də məhz bu evin yerində müayinə keçirilmiş, evdən istifadəyə cavabdehlər tərəfindən hər hansı maneənin törədilmədiyi, cavabdehlərin istifadə hüquqlarının mövcud olduğu evlərdə yaşadığı məyyən olunmuşdur. Belə olan halda şikayətin dəlilləri əsaslı hesab edilə bilməz.
25. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətdən məhrum etmə növündə iddiaların əsaslılığını yoxalamaq üçün ilk növbədə, mülkiyyətə qəsd, yaxud hər hansı formada mülkiyyətdən istifadəyə maneə törədən digər hərəkətlərin mövcudluğunun qanuniliyini yoxlanılmalıdır. Belə bir hərəkətlərin mövcud olmadığı halda isə, mülkiyyətdən məhrum etmədən söhbət gedə bilməz.
26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2022-ci i tarixli, 2(001)- 4984/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2022-ci i tarixli, 2(001)- 4984/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev