Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1009/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Mənzil Tikinti Kooperativinə və Nəsimi rayon İcra Hakimiyyətinə qarşı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1009/2024 (Açar sözlər: madddi ziyan tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «çıxışların ləğv edilməsi və s.» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Mənzil Tikinti Kooperativinə və Nəsimi rayon İcra Hakimiyyətinə qarşı «maddi zərərin ödənilməsi və s.» tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı «maddi zərərin ödənilməsi və s.» tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-173/2023 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə 24 yanvar 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İlkin iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativi ilə ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 arasında məhkəmə mübahisələri olmuş və məhkəmə mübahisələri nəticəsində yekun olaraq ilkin iddia üzrə Cavabdeh2 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.m.olan 4 otaqlı, 58 nömrəli mənzil, ilkin iddia üzrə Cavabdeh4 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeri yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.m. olan 4 otaqlı, 61 nömrəli mənzil verilməklə onların Azadlıq prospekti 80 ünvanda tikilən yeni binadan yaşayış mənzilləri ilə təmin edilənədək, kirayə haqqının İddiaçı MMC tərəfindən ödənilməsi qət edilmişdir. Hazırda isə Cavabdeh2 ona vurulmuş mənəvi ziyanın ödənilməsini, Cavabdeh4 isə qarşılıqlı iddia üzrə cavabdehlərin iddiaçıya qarşı iddia ərizəsində sadalanan hərəkətləri iddiaçının mülkiyyət, pis rəftara məruz qalmama, mənzil hüquqlarını pozan qanunsuz hərəkətlərin hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi ziyana görə iddiaçının xeyrinə 750.000 manat kompensasiyanın ödənilməsini xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İlkin iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativi ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «çıxışların ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İlkin iddia üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 172 saylı sərəncamına əsasən, Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li qərarı rəhbər tutularaq və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1052 saylı, xx.xx.2017-ci il tarixli şəhərsalma əsaslandırılması barədə məktubu nəzərə alınaraq, İddiaçı MMC-yə Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində nıüasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2017-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ilə İddiaçı MMC-nin direktoru arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişmələrində qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Bələ ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 Əbülfəlovnaya, Cavabdeh4 və Cavabdeh1 pilot layihə şərtləri ilə və onlara edilən təkliflə razılaşmamış, mənzillərdən çıxmayaraq tikinti işlərini yubatmışlar. Nəsimi rayon İcra Hakimiyyəti cavabdehlər X5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 (İddiaçı MMC-nın üçüncü şəxs qismində cəlb edildiyi) qarşı «mənzilin sökülməsi və s.» tələbləri ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 172 saylı Sərəncamına əsasən sökülməsi və yerində yeni binanın inşasına icazə verilmiş qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 80 saylı binanın sökülməsi, cavabdehlər: həmin binanın 5 saylı mənzilin sahibi Cavabdeh1, 10 saylı mənzilin sahibi X8, 13 saylı mənzilin sahibi Cavabdeh3, 15 saylı mənzilin sahibi Cavabdeh4 və onlarla birgə yaşayan ailə üzvləri tərəfindən törədilən maneçilik aradan qaldırılması, qeyd olunan Bakı şəhəri, Azadlıq prospekti 80 ünvanda yerləşən mənzil 5-də yaşayan Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 87,7 kv.m. olan mənzildən ümumi sahəsi 105 kv.m olan Koroğlu Rəhimov küçəsi 92 saylı evin 7 saylı mənzilinə, Azadlıq prospekti 80 mənzil 10-da yaşayan Efendiyev Həmidin ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 85,5 kv.m olan mənzildən ümumi sahəsi 98 kv.m olan Şamil Əzizbəyov küçəsi 154 saylı evin 1l b saylı mənzilinə, Azadlıq prospekti 80 mənzil 13-də yaşayan Cavabdeh3 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88,9 kv.m olan mənzildən ümumi sahəsi 112 kv.m olan Tələt Şıxəliyev küçəsi 14 saylı evin 188 saylı mənzilinə, Azadlıq prospekti 80 mənzil 15- də yaşayan Cavabdeh4 ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 88,7 kv.m olan mənzildən ümumi sahəsi 156 kv.m olan Səməd Vurğun küçəsi 77 saylı evin 85 saylı mənzilinə “Fədək" MMC-nin vəsaiti hesabına köçürülməsi və cavabdehlərin Azadlıq prospekti 80 ünvanında tikilən yeni binadan yaşayış mənzilləri ilə təmin edilənədək onların kirayə haqqının “Fədək" MMC tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi təmin edilmişdir. Cavabdehlər tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(000)-1385/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-894/2021 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1385/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin «Azadlıq prospekti 80 ünvanında tikilən yeni yaşayış binasında cavabdehlərə təmin ediləcək yaşayış mənzillərinin sahələri ilə bağlı» hissədə dəyişdirilməsi: Cavabdeh1 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 156 nömrəli mənzilin, Cavabdeh2 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı,58 nömrəli mənzilin, Cavabdeh4 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 61 nömrəli mənzilin və Cavabdeh3 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 4-cü giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, 159 nömrəli mənzilin təhvil veriləcəyi müəyyən edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Lakin cavabdehlər tərəfindən kassasiya instansiyasına da şikayət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4004/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-894/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC müqavilə üzrə götürdüyü öhdəlikləri (2 il müddət ərzində tam təmirli mənzili təhvil verməyi) şirkətdən aslı olmayan probləmlər yarandığı səbəbi ilə icra etməmişdir. Belə ki. çoxmərtəbəli binanın tikilməsi nəzərdə tutulan ərazidə yerləşən mənzil mülkiyyətçilərin pilot layihə şərtləri ilə və onlara edilən təkliflərə razılaşmayaraq, tənaşübsüz tələblər irəli sürməklə tikintini yubatmışlar, iddiaçı şirkət mülkiyyətçiləri də qanunsuz şəkildə mənzildən çıxarmaq və məhrum etmək, razılıq olmadan mənzilləri sökülməsi qanunla qadağan edildiyindən məhkəmə qaydasında həllin tapılması da müəyyən vaxt tələb etmişdir. Bir sözlə şirkətdən aslı olmayan səbəblərə görə, yəni öncədən dəqiq proqnozlaşdırılması mümkün olmayan hallara görə müqavilə öhdəliklərini icra edə bilməmişlər. Sözügedən mənzillər (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 80 saylı binanın 5 saylı mənzilin sahibi Cavabdeh1, 10 saylı mənzilin sahibi Cavabdeh2oviç, 13 saylı mənzilin sahibi Cavabdeh3, 15 saylı mənzilin sahibi Cavabdeh4) İddiaçı MMC tərəfindən məhkəmə qərarı ilə sökülərək tamamilə məhv edilmiş və yerində çoxmərtəbəli bina tikilmişdir. Hazırda cavabdehlərin daşınmaz əmlakı mövcud deyil (sökülərək tamamilə məhv olmuşdur), yəni sözügedən daşınmaz əmlakların çıxarışları mövcud olmayan əmlaklarla bağlıdır. Belə olan halda əmlak yoxdursa mülkiyyət hüququ da mövcud deyil, mülkiyyət hüququ olmadığı üçün çıxarışlar ləğv edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehlərin artıq mövcud olmayan mənzilə dair çıxarışın olması (mülkiyyət hüququ mövcud olmadığı halda) İddiaçı MMC-nin qarşısına qoyduğu məqsədə (sakinlərin köçürülməsi və binanın tikilməsi) çatmasına hüquqi maneələr yaradır. Bu maneələrin aradan qaldırılması üçün cavabdehin məhv olunmuş daşınmaz əmlaka dair çıxarış ləğv edilməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 80 saylı binanın 5 saylı mənzilin sahibi Cavabdeh1, 10 saylı mənzilin sahibi X6, 13 saylı mənzilin sahibi Cavabdeh3, 15 saylı mənzilin sahibi X2 məxsus daşınmaz əmlakın mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı «maddi zərərin ödənilməsi və s.» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 2021-ci ilin may ayından 2023-cu ilin yanvar ayınadək 16.000 manat vurulmuş maddi ziyanın və 5000 manat mənəvi ziyanın, cəmi 21.000 manatın İddiaçı MTK-dan tutularaq Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Həmçinin, Cavabdeh4 cavabdehlər İddiaçı Mənzil Tikinti Kooperativinə və Nəsimi rayon İcra Hakimiyyətinə qarşı «maddi zərərin ödənilməsi və s.» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının xüsusi mülkiyyətindəki mənzilin yerləşmiş olduğu Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 80 ünvanındakı ev, yəni üslubca başqa evlərdən müsbət mənada əhəmiyyətli şəkildə seçilən yaşayış binası, Bakı şəhərinin mərkəzində, iki prospektin: Azadlıq və Vaqif prospektlərinin kəsişməsində, paytaxtın ən gözəl yerlərindən birində, Koala və Koroğlu parkları ilə üzbəüz yerləşib. İddiaçının mənzili Azadlıq prospektinə yaxın hissədə olan mənzilinin eyvanı parka baxırdı. Mənzillə yanaşı, binanın yerləşdiyi torpaq sahəsi də ümumi paylı mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 31ci maddəsinə əsasən o cümlədən iddiaçıya məxsusdur. 2017-ci ilin yayından başlayaraq cavabdehlərin nümayəndələri iddiaçının mənzili olan binaya gəlmiş, onlara və digər mənzil mülkiyyətçilərinə bildirmişlər ki, bina guya qəzalı vəziyyətdədir, o sökülməli, yerində «pilotlayihə» əsasında çoxmərtəbəli yeni bina tikilməlidir. Həmin vaxtdan binadakı mənzil mülkiyyətçiləri və sakinlərə ciddi təzyiqlər bağlamış, sonuncuların bir qismi cavabdehlərin şərtlərinə razılaşmalı olmuş, 2-ci cavabdehlə, yəni Nizamnamə kapitalı cəmi 100 manat olan şirkətlə, heç bir dövlət təminatı olmadan müqavilələr bağlamışlar. Cavabdehlər bununla kifayətlənməmiş, boşaldılmasına nail olduqları mənzilləri yubanmadan sökməyə başlamış, bu zaman yükdaşıyan divar və konstruksiyaları da zədələyərək qonşu mənzillərə, bütövlükdə binanın dayanıqlığına ziyan vurub, İddiaçı, onun azyaşlı qızı, eləcə də binada qalan başqa sakinlərin normal yaşayışını pozublar. İddiaçı, eləcə də cavabdehlərin hərəkətlərindən əziyyət çəkən digər sakinlərin 102 (polis) və 112 (FHN) xidmətlərinə verdikləri məlumatlara əsasən gələn şəxslər heç bir konkret tədbir görməmişlər. İddiaçıya o da məlum olmuşdur ki, 2-ci cavabdehin təsisçisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olmuşdur. Təəccüblü deyil ki, cavabdehlər 11 bloklu, 102 mənzildən ibarət binanın 55 mənzilində yaşayış olaola ağır texnika vasitəsi ilə söküntü işlən apararaq, iddiaçı və başqa sakinlərə təzyiqləri davam etdiriblər. İddiaçı milliyyətcə rus olmaqla, azyaşlı uşaq anasıdır, yeganə yaşayış yerləri bu mənzil olub. İddiaçı cavabdehlərlə xx.xx.2018-ci il tarixində görüşmüş, mənzilində azyaşlı övladı ilə yaşayan iddiaçı bildirmişdir ki, mənzilini yalnız o şərtlə tərk edə bilər ki, onun mülkiyyətinə hazır yeni yaşayış binasında 120 kvadrat metr sahəsi olan tam təmirlı mənzil verilsin və həmin mənzil də parka baxsın. Lakin cavabdehlər bununla razılaşmamış, hazırda isə iddiaçı daimi yaşayış üçün Rusiyaya köçmək istədiyindən cavabdehlərin Azərbaycanda təklif edəcəyi mənzilə qəti şəkildə razı deyil. Avropa İnsan Hüquqları Məhkəməsi Axverdiycv Azərbaycana qarşı (76254/11) iş üzrə 29 yanvar 2015-ci il tarixli və Xalikova Azərbaycana qarşı (42883/11) iş üzrə 22 oklyabr 2015-ci il tarixli qərarları ilə İnsan Hüquqları və X3 haqqında Konvensiyanın və ona dair İ saylı Protokolun l-ci maddəsinin pozuntularını müəyyən edərək, göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin dövlət ehtiyaclarına dair qərar qəbul etmək və bu ad altında hər hansı şəxsi mülkiyyətindən məhrum etmək səlahiyyəti olmadığından onun sərəncamı əsasında özgəsinin əmlakının məhv edilməsi mülkiyyət hüququnu kobud şəkildə pozur. İddiaçının hüquqlarının pozulması zamanı isə, ümumiyyətlə, hər hansı dövlət ehtiyacının olmasından söhbət getmədiyindən cavabdehlərin yanaşması həm də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına və deməli Azərbaycanın üzərinə götürdüyü beynəlxalq hüquq öhdəliklərinə hörmətsizliyi ifadə edir. 2019-cu ilin dekabrında, soyuq qış günü İddiaçının yaşadığı binanın onun mənzilinə aid hissəsində damı qismən sökdükləri üçün uşaq otağında tavanın ortası aşıb, nəticədə o vaxtdan iddiaçı və qızının yaşayışı ümumiyyətlə dözülməz olub. xx.xx.2020-ci il tarixində isə iddiaçı polisin fəal dəstəyi ilə iddiaçının mənzilinin qapısını sındıraraq oraya daxil olub və iddiaçını azyaşlı qızı ilə birgə mənzildən çıxarıblar. Onların hərəkətlərinin pis rəftara bərabər olması bir də onunla təsdiqlənir ki, bu hərəkətlər ölkədə COVİD-19 pandemiyasına qarşı mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlər zamanı soyuq bir gündə baş verib. İddiaçının qızı iddiaçının amansız hərəkətləri nəticəsində cıddı psixoloji gərginlik keçirib. İddiaçı və qızı, eləcə də həmin binada o zaman yaşayan başqa ailələr oradan çıxarılandan sonra bina tamamilə sökülüb. Nəsimi rayon İcra Hakimiyyətinin internet səhifəsində aşağıdakı məzmunda yazı əks olunub: «Cavabdeh4 Serqeyevna ümumi sahəsi 88,7 kv.m. olan 4 otaqlı mənzilinə 750 min manat məbləğində təzminat tələb edir. Onunla aparılan danışıqlar nəticəsində heç hir güzəştə getməyərək 750 min manat ödənilməsini israrla tələb etdiyindən şirkət tərəfindən ödənişə razılıq əldə olunmuşdur. Notariat qaydada ödəniş edilməsi üçün vətəndaş Cavabdeh4 notariusa dəvət edilmiş, lakin o, 750 min manatın 550 min manatını onun şəxsi hesabına köçürülməsini, yalnız qalan 200 min manatının notarial qaydada rəsmiləşdirilməsini tələb kimi irəli sürmüşdür. Danışıqlarda o, bu tələbinin yerinə yetirilmədiyi təqdirdə razılaşmayacağını bildirmişdir». İddiaçı vurğulayır ki, bir dəfə ona 750 min manata alqı-satqı müqaviləsi bağlanılması təklif olunsa və bununla bağlı notariusa dəvəl edilsə də, bundun sonra onunla heç bir danışıqlar aparılmayıb, halbuki o, notarial qaydada mənzilinin alqı-satqısı müqaviləsi bağlamağa hazır idi və hazırdır. Bundan başqa iddiaçının qonşusu X7 ilə icra hakimiyyəti və İddiaçı MMC razılıq əldə edərək, onun mənzilinin alqı-satqısına dair müqavilə bağlatdırıb, iddiaçının mənzili ilə eyni ölçüdə olan, lakin təmiri xeyli pis vəziyyətdə olan mənzilə görə T.Tağıyevaya 690.000 manat ödəyiblər. İddiaçının hüquqları "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş təminatlardan daha yüksək səviyyədə qorunmalı, buna görə də, ona daşınmaz əmlakın (mənzillər və müvafiq torpaq sahələri) bazar dəyəri ilə yanaşı, əlavə olaraq onun 70 faizi miqdarında kompensasiya ödənilməlidir. Bütün bunlara baxmayaraq, iddiaçı xoş məram nümayiş etdirərək, mənzilinə görə 750000 manat kompensasiya tələb etməklə kifayətlənir. Onu da vurğulayır ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının «İnsan hüquqlarının və X3 haqqında» Konvensiyanın 3, 8, 13, 17, 18-ci maddələri və ona dair 1 saylı Protokolun birinci maddəsi ilə nəzərdə tutulan hüquqları da kobudcasına pozulur. 1-ci cavabdeh iddiaçıya qarşı iddia verməklə, sonuncunun mülkiyyətində olan və məhkəmə qərarı olmadan tamamilə qanunsuz sökülmüş mənzilə dair daşınmaz əmlakın mülkiyyət hüququnu təsdiq edən çıxarışların ləğvini tələb edir. Bu zaman o, məhkəməni aldadaraq iddia ərizəsində yazır ki, guya mülkiyyətçinin mənzili məhkəmə qərarı əsasında sökülüb. xx.xx.2021-ci il tarixində bina sökülüb, Ali Məhkəmənin iş üzrə yekun qərarı xx.xx.2021-cı tarixində qəbul olunub. Yəni söküntü tamamilə qanunsuz həyata keçirilib. Göstərilənlərə əsasən cavabdehlərin iddiaçıya qarşı bu ərizədə sadalanan hərəkətləri iddiaçının mülkiyyət, pis rəftara məruz qalmama, mənzil hüquqlarını pozan qanunsuz hərəkətlərin hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi ziyana görə iddiaçının xeyrinə 750.000 manat kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Nəsimi Rayon Məhkəməsinin 2(009)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 80 saylı binanın 5 saylı mənzilin sahibi Cavabdeh1, 10 saylı mənzilin sahibi X6, 13 saylı mənzilin sahibi Cavabdeh3, 15 saylı mənzilin sahibi X2 məxsus daşınmaz əmlakın mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışların ləğv edilməsi barədə ilkin iddia tələbi üzrə mülki işin icraatına, həmin tələblərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir.
7. Nəsimi Rayon Məhkəməsinin 2(009)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı 2021-ci ilin may ayından 2023- cu ilin yanvar ayınadək kirayə haqqının ödənilməməsi ilə bağlı 16.000 manat vurulmuş maddi ziyanın İddiaçı MTK-dan tutularaq Cavabdeh2 ödənilməsi hissəsində işin icraatına, həmin tələbə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir.
8. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-173/2023 saylı qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı «vurulmuş mənəvi ziyanın ödənilməsi» hissəsində qarşılıqlı iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Mənzil Tikinti Kooperativinə və Nəsimi rayon İcra Hakimiyyətinə qarşı «maddi zərərin ödənilməsi və s.» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 aid edilməsi qət edilmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
10. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3562/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Nəsimi rayon Məhkəməsinin 2(009)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv olunması, mülki işin üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə mahiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
11. Nəsimi rayon Məhkəməsinin 2(009)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Mənzil Tikinti Koorperativinə və Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “maddi zərərin ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apelyasiya şikayətində bildirilmişdir ki, Cavabdeh4 xüsusi mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 80 ünvanındakı evin sökülərək yerində İddiaçı MTK tərəfindən pilot layihə əsasında çoxmərtəbəli binanın inşa edilməsi nəzərdə tutulmuşdur. 2017-ci ilin yay aylarından etibarən iddiaçının nümayəndələri mənzil mülkiyyətçilərinə və sakinlərə təzyiqlər göstərərək tikinti şirkəti ilə müqavilə bağlamalarını və mənzilləri tərk etmələrini tələb etmişdirlər. Cavabdeh4 ilə tikinti şirkəti arasında müqavilə şərtləri barədə razılıq əldə edilməmişdir. Bu səbəbdən İddiaçı MTK boşadılmasına nail olduqları mənzilləri sökməyə başlamış, bu zaman yükdaşıyan divar və konstruksiyaları da zədələyərək qonşu mənzillərə, binanın dayanaqlığına ziyan vurmuşdur. xx.xx.2018-ci il tarixdə iddiaçı cavabdehlərlə görüşmüşdür, Cavabdeh4 bildirmişdir ki, mənzili yalnız o şərtlə tərk edə bilər ki, onun mülkiyyətinə hazır yeni yaşayış binasında 120 kv.m sahəsi olan tam təmirli mənzil verilsin və həmin mənzil də parka baxsın. Lakin İddiaçı MTK cavabdehin bu tələbindən imtina etmişdir. İddiaçının qanunsuz hərəkətləri nəticəsində Cavabdeh4 əmlakından məhrum olmuşdur, eyni zamanda iddiaçının qanunsuz hərəkətləri nəticəsində cavabdeh dəymiş zərəri ödəməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər şəxlər (nümayəndələri) məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən qətnamənin onun tərəfindən verilən qarşılıqlı iddianın təmin edilməyən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, qarşılıqlı iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
33. Belə ki, tərəflər arasında əvvəllər məhkəmə mübahisəsi olmuş (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-894/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnamələri ilə) və yekun məhkəmə aktı çıxarılaraq mübahisə həll edilmişdir. Həmin məhkəmə aktları ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 mənzil əvəzi verilmiş (Cavabdeh4 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yeri yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində sahəsi 191,8 kv.m. olan 4 otaqlı, 61 nömrəli mənzil verilməklə) və məhkəmə aktı qanuni qüvvəsini alaraq icra olunması üçün müvafiq icra şöbəsinə həvalə olunmuşdur.
34. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçının qeyd etdiyi məsələlər artıq başqa bir məhkəmə qətnaməsi qəbul edilən zaman araşdırılaraq onun qanuni və hüquqi mənafələrinin qorunması üçün bütün zəruri addımlar atılmış, ona məxsus olan mənzilin dəyəri müəyyən edilərək qarşılığında başqa bir məznilin verilməsi qət edilmişdir və bununla bağlı məhkəmə aktı öz qanuni qüvvəsini almışdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.
36. Qeyd edilən hüquqi mövqedən də məlum olur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 dəymiş maddi zərərin məbləği artıq başqa qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən olunmuşdur və həmin mənzilin dəyərinin ona dəymiş zərərin müqabilində ödənilməsi və ya ədalətli olub-olmaması məsələsinin hazırda müzakirəsi əsassızdır.
37. Məhkəmə onu da qeyd edir ki, İddiaçı MTK tərəfindən həmin məhkəmə aktı ilə müəyyən olunan öhdəlik yerinə yetirilmədikdə, yəni qeyd olunan mənzil Cavabdeh4 təqdim edilmədikdə artıq bu zaman qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsinə görə məsul şəxslərin (işin hallarına görə MTK-nın və ya icra məmurunun) qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşımasını tələb etmək və bununla bağlı müvafiq zərəri (kompensasiya) tələb etmək hüququ vardır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
39. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
40. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
42. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-173/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova