Məhkəmə qərarları › İş №2(103)-10111/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10111/2021

03.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10111/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-4502/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 68000 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Xəzər Rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evi 16.03.1988-ci il tarixdə iddiaçının mərhum atası X4 adına ilkin qeydiyyatdan keçmişdir. X6 7 saylı Dövlət notariat kontorunun 21.04.1988-ci il tarixli, kn-1- 23 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər Rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evinin 2 otağını X1. Digər hissəsi isə X4 mülkiyyətində qalmışdır. İddiaçı və onun digər ailə üzvləri həmin evdə onunla birlikdə yaşamışdılar. İddiaçının mərhum atası X6 27.04.1995-ci ildə rəhmətə getmişdir. Bundan sonra onun ailə üzvləri, o cümlədən iddiaçı mərhumun miras əmlakını faktiki qəbul edərək idarə etməyə başlamışdır. Aralarında olan razılaşmaya əsasən gələcəkdə vərəsəlik işi açılarsa hamının payı qeyd ediləcək və payı veriləcəkdi. Həmçinin aralarında razılaşmaya əsasən bu məsələlərlə iddiaçının qardaşı X12 məşğul olacaqdı. Lakin iddiaçının qardaşı X12 06.11.2009-cu ildə vəfat etdiyindən vərəsəlik işinin açılması və payların müəyyən edilməsi təxirə salınmışdır. Məlum olmuşdur ki, Bakı şəhəri, 14 saylı Notariat Kontorunda 21.11.2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 27.04.1995-ci il tarixdə vəfat etmiş X3 miras qalmış yuxarıda göstərilən fərdi yaşayış evi vərəsəlik qaydasında mərhumun nəvələri X13 və Cavabdeh1 keçmişdir. Həmin vərəsəlik işi zamanı bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, 27.04.1995-ci il tarixdə vəfat etmiş X4 ölümündən 9 il keçməsinə baxmayaraq notariat işində hər hansı bir sübut olmadan onun vərəsələri kimi yalnız X17 və Cavabdeh1 tanınmışdır. Digər tərəfdən Xəzər rayon İcra Nümayəndəliyi Mənzil-Kommunal Təsərrüfat İdarəsi Mənzil İstismar sahəsinin arayışında ünvan 1 ünvanında yalnız 3 nəfərin qeydiyyatda olmasını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 055-25059-1218 nömrəli, 20.09.2018-ci il tarixli və Xəzər RİHB-nın Şüvəlan qəsəbəsi inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin 112 nömrəli, 14.09.2018-ci il tarixli məktublarında isə əksinə ünvan 1 ünvanında daha çox şəxsin, o cümlədən iddiaçının da qeydiyyatda olduğunu qeyd edilir. Həmçinin cavabdehlər X17 və Cavabdeh1 notariat işində olan ərizələrində digər vərəsələlərin olmaması barədə yalan ərizə verərək, vərəsələrin dairəsini qəsdən gizlətmişlər. Bakı şəhəri 14 Saylı Notariat Kontoru tərəfindən digər vərəsələrin axtarılması üçün heç bir tədbir görülməmiş və nəticədə qanunsuz vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim olunmuşdur. Vərəsəlik işini etibarnamə əsasında Cavabdeh3 aparmışdır. Bundan sonra, AR DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən X17 və Cavabdeh1 RX Seriyalı, ******* №li, ********** qeydiyyat nömrəli, 26.11.2014-cü il tarixli çıxarış verilmişdir. Bundan sonra, 1 saylı ASAN Xidmət Mərkəzinin notariat kontorunda 11 yanvar 2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər Rayonu Şüvəlan qəsəbəsi Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evi cavabdehlər X17 və Cavabdeh1 tərəfindən digər Cavabdeh3 satılmışdır. Daha sonra 4 saylı ASAN Xidmət Mərkəzinin notariat kontorunda 9 mart 2018-ci il tarixli, AN - İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi Cavabdeh3 tərəfindən X2. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə sübuta yetirilir ki, cavabdehlər qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi əldə edərək miras əmlakın satışını həyata keçirmiş və bununla 136000 manat məbləğində gəlir əldə etmişlər. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən görünür ki, iddiaçının miras əmlakda ½ hissədə payı olmuşdur. Cavabdehlər qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi əldə edərək miras əmlakın satışını həyata keçirmiş və bununla iddiaçıya 68.000 manat məbləğində maddi ziyan vurmuşlar. Xüsusilə qeyd etmək lazımdır ki, vərəsəlik işini etibarnamə əsasında hazırki mülki iş üzrə cavabdeh olan Cavabdeh3 aparmışdır. Bununla bağlı mülki iş materiallarında Cavabdeh3 15.11.2014-cü il tarixli ərizəsi də mövcuddur. Cavabdeh3 15.11.2014-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh3 27.04.1995-ci il tarixdə ölmüş X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istədiyini bildirmişdir. Yəni, Cavabdeh3 əvvəlcədən mübahisə edilən əmlaka dair məlumatlı olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10.06.2014-cü il tarixli, 2(003)- 1855/2014 nömrəli qətnaməsindən görünür ki, ərizəçi X26 hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, X4 27.04.1995-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizə üzrə ərizəçinin nümayəndəsi hazırki mülki iş üzrə cavabdeh olan şəxs Cavabdeh3 olmuşdur. Sonradan həmin qətnamədən yuxarı intansiyaya verilmiş şikayət təmin edilmiş və müəyyən edilmişdir ki, həmin iş üzrə ölüm şəhadətnaməsi qanunsuz yolla əldə edilmişdir. Bu fakt bir daha onu sübut edir ki, Cavabdeh3 əvvəlcədən mübahisə edilən əmlaka dair məlumatlı olmuşdur. Cavabdehlər yuxarıdakı faktalara əsasən iddiaçının pullarını mənimsəmişlər. Burada əsassız varlanmanın əlamətləri mövcuddur. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-4502/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 27500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi və dövlət rüsumunun əvəzi qismində 14 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmaqla yanaşı göstərilmişdir ki, cavabdehlər qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi əldə edərək miras əmlakın satışını həyata keçirmiş və bununla da 136.000 (bir yüz otuz altı min) manat məbləğində gəlir əldə etmişlər. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən görünür ki, iddiaçının miras əmlakda 1/2 payı olmuşdur. Cavabdehlər qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi əldə edərək miras əmlakın satışını həyata keçirmiş və bununla iddiaçıya 68.000 manat məbləğində maddi ziyan vurmuşlar. Xüsusilə qeyd etmək lazımdır ki, vərəsəlik işini etibarnamə əsasında hazırki mülki iş üzrə cavabdeh olan Cavabdeh3 aparmışdır. Bununla bağlı mülki iş materiallarında, Cavabdeh3 15.11.2014-cü il tarixli ərizəsi də mövcuddur. Cavabdeh3 15.11.2014-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh3 27.04.1995-ci il tarixdə ölmüş X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istədiyini bildirmişdir. Yəni, Cavabdeh3 əvvəlcədən mübahisə edilən əmlaka dair məlumatlı olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10.06.2014-cü il tarixli, 2(003)-1855/2014 nömrəli qətnaməsindən görünür ki, ərizəçi X26 hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, X4 27.04.1995-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizə üzrə ərizəçinin nümayəndəsi hazırki mülki iş üzrə cavabdeh olan şəxs Cavabdeh3 olmuşdur. Sonradan həmin qətnamədən yuxarı instansiyaya verilmiş şikayət təmin edilmiş və müəyyən edilmişdir ki, həmin iş üzrə ölüm şəhadətnaməsi qanunsuz yolla əldə edilmişdir. Bu fakt bir daha onu sübut edir ki, Cavabdeh3 əvvəlcədən mübahisə edilən əmlaka dair məlumatlı olmuşdur. Cavabdehlər göstərilən faktalara əsasən iddiaçının pullarını mənimsəmişlər. Burada əsasız varlanmanın əlamətləri mövcuddur. Qeyd edilməlidir ki, miras əmlaka dair qanunsuz yolla vərəsəlik şəhadətnaməsi alınması və həmin əmlakın cavabdehlərin mülkiyyətinə keçməsi, onun sonradan satılaraq iddiaçıya 68.000 (altmış səkkiz min) manat maddi ziyan vurulması Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3535/2020 saylı iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə tam sübuta yetirilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni zamanda vəkili iddia ərizəsinin eləcə də apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər, cavabdehlərdən Cavabdeh3 məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinə etiraz etməklə, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Belə olan halda kollegiya cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qətnamə cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır. Məhkəmə kollegiyası izahatı dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(005)-1758/2019 saylı qətnaməsinə əsasən, Bakı şəhəri 14 saylı Notariat Kontorunda 21.11.2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış Cavabdeh2 və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şhəəri Ərazi İdarəsi tərəfindən Cavabdeh2 və Cavabdeh1 adlarına verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 26.11.2014-cü il tarixli çıxarışın ləğv olunması; 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması; Cavabdeh3 DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların ləğv edilməsi; 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X16 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması; 27.04.1995-ci il tarixdə ölmüş X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evi üzərində İddiaçı ½ hissədə miras payının müəyyən edilməsi; 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X16 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılmaları; Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 55000 manat, Cavabdeh3 isə X8 136000 manat məbləğində pulu qaytarmaları qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(103)-3535/2020 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019- cu il tarixli, 2(005)-1758/2019 saylı qətnaməsi 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması; Cavabdeh3 DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların ləğv edilməsi; 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X16 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması; 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X16 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılmaları; Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 55000 manat, Cavabdeh3 isə X8 136000 manat məbləğində pulu qaytarmaları hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, X14, X9, X10, İddiaçı, X15, X11 və X7 Cavabdeh2, Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Kontoru, Cavabdeh3, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru, X16 və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların etibarsız hesab olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(102)-431/2021 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(103)-3535/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evini 55000 manata Cavabdeh3 satmışlar, Aytən və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və onun əsasında DƏDRX tərəfindən verilmiş çıxarış məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında etibarsız hesab edilərək ləğv edilsə də, onlarla Cavabdeh3 arasındakı alğı-satqı müqaviləsi ləğv edilməmiş, Cavabdeh3 məhkəmə qətnaməsi ilə vicdanlı alıcı hesab edilmişdir. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, 27.04.1995-ci il tarixdə ölmüş X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evi üzərində İddiaçı ½ hissədə miras payı müəyyən edilmişdir. Həmçinin qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(103)-3535/2020 saylı qətnaməsi ilə əmlakın 136000 manata satılması ilə bağlı Cavabdeh3 ilə X16 arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən göründüyü kimi Cavabdeh3 vicdanlı alıcı kimi tanınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh3 əmlakı 136000 manat məbləğində satmasına istinad etməklə həmin məbləğin ½ hissəsinin onun xeyrinə tutulması hissəsində iddiasının əsassız olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(102)-431/2021 saylı qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh3 hüquqşünas olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vərəsəliyin qəbul edilməsində nümayəndə kimi iştirak etməsi onun vicdanlı olmamasına dəlalət etmir. Belə ki, Cavabdeh3 miras əmlakla bağlı mirasqoyanın vərəsələri arasında mübahisənin olması, hətta iddiaçıların mövcudluğu barədə məlumatlı olması barədə hər hansı sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi vicdanlı alıcı olaraq tanınmış Cavabdeh3 Bakı şəhəri, Xəzər Rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evinin satması nəticəsində əldə edilmiş 136000 manatın yarısının iddiaçının xeyrinə tutulması barədə iddiası əsassız olmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-4502/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar