Məhkəmə qərarları › İş №2(103)-10160/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10160/2021

04.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10160/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı mülkiyyət hüquqlarının müdafiəsi və qadağan edilmiş özbaşınalığa pozucu tərəfindən son qoyulması tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1335868, 19.07.2018-ci il tarixli çıxarışa əsasən şəxsi mülkiyyət hüququ ilə 21/12/2020-ci il tarixdə vəfat etmiş əri X19 məxsus olmuş və hazırda Bakı şəhəri 7 saylı notariat ofisində açılmış vərəsəlik işinə və gözlənilən hüququ əsasən ümumi miras əmlakdan ona düşən payın kütləsinin 62.5 %-nın təşkil etdiyini, həmin evdə pasport qeydiyyatında olduğunu nəzərə alaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, 84,5 kv.m ümumi sahəsi olan, 3 saylı evə köçürülməyi, bu evdən və bu evin yerləşdiyi texniki pasportda və çıxarışda göstərilən 0,12319 ha torpaq sahəsindən pozuçular-cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maneçiliyin yaradılmasının qadağan olunması və mülkiyyətçiyə məxsus hüquqlarının həyata keçirilməsi ilə bağlı etdiyi özbaşınalıqlarına son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1335868, 19.07.2018-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3, 84,5 kv.m ümumi sahəsi olan, 0,12319 torpaq sahəsi şəxsi mülkiyyət hüququ ilə 21/12/2020- ci il tarixdə vəfat etmiş X19 məxsus olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X14 və onun birgə övladlarıdır. Mərhum əri X23 vəfat etdikdən sonra cavabdehlər onu əri ilə birlikdə yaşadıqları və qeydiyyatda olduğu evə buraxmamışlar. Aralarında baş vermiş mübahisə nəticəsində polis əməkdaşı onların yaşadığı ünvana gəlmiş, ancaq cavabdehlər onun da sözlərinə heç bir məhəl qoymamış və onu küçə qapısından içəri buraxmamağa çalışmışlar, ancaq çox çətinliklə olsa da o, həyətə girə bilmişdir. Burada o, ərinə orucluq ayı olduğu üçün mollaya yasin oxutdurub, təxminən saat 15:00 radələrində çıxıb getmişdir. Səhəri gün Cavabdeh1 onun qızı X5 əri X7 onların birgə tanışı vasitəsi ilə xəbər göndərib ki, o və qızı ora ayaq basmasınlar, onsuz da qapını onların üzünə açmayacaqlar. Bundan sonra o, məcbur olub 07.05.2021-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Ancaq, polisdən də mənə bildiriblər ki, bu mübahisə məhkəməyə aid olduğundan, məhkəməyə müraciət edə bilərlər. Mərhum əri X23 vəfat etdikdən sonra miras əmlaka vərəsəlik hüququ haqqında qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün 19.04.2021-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət etmiş və ona vərəsəlik işi açmışlar. Vərəsəlik işinin açılmasında heç bir qanun pozuntusuna yol verilməmiş və 6 aydan sonra qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi nəzərdə tutulmuşdur. Vərəsələrin dairəsi tam aydındır və 4 nəfərdən ibarətdir. Göstərilən əmlaklardan ½ hissəsi onun payına düşür, yerdə qalan miras əmlakın 1/2 hissəsinə məcburi paydan o də daxil olmaqla 4 vərəsə vardır ki, bunlardan ¼ hissədə pay onun, ¼ hissədə pay X5, ¼ hissədə pay Cavabdeh1, 1/4 hissədə pay Cavabdeh2 paylarına düşür. Cavabdehlərin miras əmlakda cüzi paylarının olmasına baxmayaraq, qanunsuz hərəkətlər edirlər, özbaşınalıqları hətta o, səviyyəyə gəlib çatmışdır ki, notariusa gedərək, burada əmlakla bağlı mübahisələr etməyə başlamışlar. Qanunvericiliyə əsasən hazırda onun payını və miras əmlakdan ona düşən məcburi payı nəzərə alsa, ümumi miras əmlakdan ona düşən payın kütləsi 62.5% təşkil edir. Göründüyü kimi, cavabdehlərin ona qarşı hərəkətləri qanunsuzdur, ona görə də cavabdehlərə qarşı “Mülkiyyətçi hüquqlarının müdafiəsi və qadağan edilmiş özbaşınalığa pozuçular tərəfindən son qoyulması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1335868, 19.07.2018-ci il tarixli çıxarışa əsasən şəxsi mülkiyyət hüququ ilə 21/12/2020-ci il tarixdə vəfat etmiş əri X19 məxsus olmuş və hazırda Bakı şəhəri 7 saylı notariat ofisində açılmış vərəsəlik işinə və gözlənilən hüququ əsasən ümumi miras əmlakdan ona düşən payın kütləsinin 62.5% -nın təşkil etdiyini, həmin evdə pasport qeydiyyatında olduğunu nəzərə alaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, 84,5 kv.m ümumi sahəsi olan, 3 saylı evə köçürülməyi, bu evdən və bu evin yerləşdiyi texniki pasportda və çıxarışda göstərilən 0,12319 ha torpaq sahəsindən pozuçular-cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maneçiliyin yaradılmasının qadağan olunması və mülkiyyətçiyə məxsus hüquqlarının həyata keçirilməsi ilə bağlı etdiyi özbaşınalıqlarına son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı X19 məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, 84,5 kv.m ümumi sahəsi olan, 3 saylı evə köçürülməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, 84,5 kv.m ümumi sahəsi olan, 3 saylı evdən və bu evin yerləşdiyi 0,12319 ha torpaq sahəsindən istifadəsinə maneələrin yaradılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmuş hissəsində dəyişdirilməsini, həmin qətnamə ilə ünvan 1 ünvanında yerləşən miras (əmlak) üzərində vərəsə İddiaçı qeyri-qanuni yaradılmış istifadə hüququnun ləğv edib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh1 da apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmuş hissəsində dəyişdirilməsini, həmin qətnamə ilə ünvan 1 ünvanında yerləşən miras (əmlak) üzərində vərəsə İddiaçı qeyri-qanuni yaradılmış istifadə hüququnun ləğv edib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tərəf apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasında iştirak etmir, Kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrıayrılıqda müzakirə edib, tərəfləri dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinc instansiya məhkəməsində Cavabdeh2 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı mərhum atası X23 ilə nikahda olmuş olsa da, uzun illər öncə, qızı Məmmədova (Babayeva) Mahirə Vəli qızının 1997-ci ildən halhazıradək qeydiyyatda olmaqla yaşadığı, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 36 №-li evə daimi yaşamağa köçmüşdür. İddiaçı hal-hazırda da Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi 36 №-li evdə yaşayır. İddiaçı mərhum atası X1 qulluq etməyib, ünvan 2 ünvanında yerləşən tikilidə atası X23 ilə birlikdə yaşamayıb. İddiaçı ünvan 2 ünvanında 2017-cı ilin oktyabr ayından faktiki yaşamadığını sübut edən notarial qaydada təsdiq olunmuş **********96 №-li ərizənin surəti hazırkı etiraza əlavə olunur. Yazılı etiraza əlavə olunmuş, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, 11.01.2019-cu il tarixli 10 №-li məktubun surətindən görünür ki, ünvan 3 ünvan: ünvan 4 o, yəni Cavabdeh2 həqiqətən 1991-ci il tarixindən 1999-cu ilin mart ayınadək qeydiyyatsız, 1999-cu ilin mart ayından qeydiyyatda olmaqla yanaşı, Mərdəkan qəsəbəsi, sahə ev 45 ( yeni ünvan: ünvan 4 yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa etdiyi tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evində ailəsi X15 və oğlu X20 ilə birlikdə yaşayır. Kommunal xidmətləri ( su, qaz, elektrik enerjisi ) ayrıdır. Sayğaclar öz adınadır, ödənişləri ayrıca ödəyir. Yazılı etiraza əlavə olunmuş, DƏDRXin 11 Sentyabr 2018-ci il tarixli **********07 №-li məktubunun surətindən görünür ki, mərhum atası X14 fərdi yaşayış evinə yeni texniki pasportun tərtib olunması, yeni ünvan və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə 29 iyun 2018-ci il tarixli ərizəsi əsasında Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən adıçəkilən yaşayış evinə yerində texniki baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əlavə olaraq tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi tikildiyi müəyyən edilmişdir. Əlavə inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığı üçün qanunvericiliyə müvafiq olaraq həmin 2 mərtəbəli fərdi yaşayış evi yeni tərtib edilən texniki pasporta daxil edilməmiş və həmin tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi üzərində X14 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin, yazılı etiraza əlavə olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2010-cu il tarixli 2(003)-633/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuşdur ki, o, Cavabdeh2 1999-cu ilin mart ayından ünvan 5 ünvanında qeydiyyatda olmağına baxmayaraq, həmin ünvanda fərdi həyətyanı torpaq sahəsində inşa etdiyi tikintialtı sahəsi 117,5 kv.m. olan 2 mərtəbəli fərdi yaşayış evində ailəsi X16 və X20 ilə birlikdə yaşayır. Xəzər Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli 2(003)-633/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin 19-cu abzası. İşdəki, DƏDRX-nin 11 Sentyabr 2018-ci il tarixli **********07 №-li məktubunun surətindən görünür ki, mərhum atası X14 mülkiyyət hüquqları Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamına əsasən 1231,9 kv.m torpaq sahəsində yerləşən, fərdi yaşayış evi kimi 16 noyabr 1998-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yazılı etiraza əlavə olunmuş, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamının surətindən görünür ki, Əzizbəyov rayon X13 İcraiyyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı ilə X19 Mərdəkan qəsəbəsi, 45 saylı sahədə 145-000- 129 c tipli layihə əsasında fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. İşin hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən 1231,9 kv.m torpaq sahəsi mərhum atası X19 Dövlət tərəfindən havayı (pulsuz) ayrılmışdır, əldə edilməyib, birgə əldə edilməyib, birgə qazanılmayıb, ümumiyyətlə qazanılmayıb, qazanc hesabına əldə edilməyib. İşdəki, 19 iyul 2018-ci il tarixli RX seriyalı ******* M-li reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi mərhum atası X14 və onun arvadı İddiaçı birgə mülkiyyətində olmayıb, həmin 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi tam mülkiyyət hüququ ilə mərhum atası X19 məxsus olub. ünvan 2 ünvanında yerləşən 1231,9 kv.m torpaq sahəsi ilə bağlı hazırkı mübahisədə İddiaçı xeyrinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci maddəsi, 225-ci maddəsinin müddəaları və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin müddəaları tətbiq edilə bilməz. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha ) torpaq sahəsi üzərində onun, yəni Cavabdeh2 istifadə hüququ qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli 2(003)-633/2019 saylı qətnaməsi ilə tanınıb. (Xəzər Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli 2(003)-633/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin 17-ci abzası). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. ünvan 2 ünvanında qeydiyyatda olmayan və yaşamayan X5 və İddiaçı ünvan 2 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi üzərində istifadə hüquqları yoxdur, mövcud deyil, heç vaxt da olmayıb. Bu səbəbdən İddiaçı iddia ərizəsinə ünvan 2 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən hər hansı bir sənəd əlavə etməyib və İddiaçı adıçəkilən ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi üzərində istifadə hüququnu və ya mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd hazırkı 2(003)-2541/2021 saylı mülki işdə yoxdur. İşin hallarından göründüyü kimi, ünvan 2 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha ) torpaq sahəsi üzərində istifadə hüquqları olmayan, həmin ünvanda yaşamamış, hal-hazırda da yaşamayan, X8 və İddiaçı ünvan 2 ünvanında yerləşən 1231,9 kv.m ( 0,12319 ha ) torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnamələri verilərsə, o zaman onun, yəni Cavabdeh2 qanuni (məhkəmə tərəfindən tanınmış) əmlak hüquqları pozulmuş olar. Belə ki, onun, yəni Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında yerləşən 1231.9 kv.m. (0.12319 ha) torpaq sahəsi üzərindəki qanuni əmlak hüququ məhdudlaşdırılmış, qanuni (məhkəmə tərəfindən tanınmış) istifadə hüququ ilə faktik 1991-ci il tarixdən ( 30 ildən artıq müddət ) hal-hazıradək istifadəsində olan 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin ölçüsü kv.m-lə naturada qeyri-qanuni azaldılmış olar. İddiaçının və X5 təhdidi, şantajı, “tələbi” ilə mərhum mülkiyyətçi (atası X23) onun, yəni Cavabdeh2 və qardaşı digər Cavabdeh1 hazırkı iddianın predmeti olan 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli 2(003)-633/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin (istifadə hüquqlarına xitam verilməsinə dair) iddia əsassız olduğundan rədd edilmişdir. İşdəki yazılı sübutlardan bəlli olur ki, o, yəni Cavabdeh2 faktik 1991-ci üdən (30 ildən artıq müddət) ünvan 2 ünvanında halhazıradək yaşayır. Həmin ünvanda yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi 30 ildən artıqdır ki, qanuni (məhkəmə tərəfindən tanınmış) istifadə hüququ ilə fasiləsiz istifadəsindədir və həmin 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi üzərində hal-hazırda qanuni (məhkəmə tərəfindən tanınmış) istifadə hüququ mövcuddur. Onlar, yəni cavabdehlər ünvan 2 ünvanında yerləşən 1231.9 kv.m (0,12319 ha) torpaq sahəsinə (mirasa) faktik sahiblik edirlər və həmin 1231.9 kv.m (0,12319 ha) torpaq sahəsinin 1/2 hissəsi Cavabdeh1 mülkiyyəti, digər 1/2 hissəsi onun, yəni Cavabdeh2 mülkiyyəti sayılır. İddiaçı 2017-ci ilin oktyabr ayından halhazıradək və vərəsə, yəni X5 isə heç vaxt ünvan 2 ünvanında yaşamamaları səbəbindən, İddiaçı və X5 adıçəkilən ünvanda yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinə (mirasa) sahiblik etmələri və həmin 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin hər hansı bir hissəsinin mülkiyyətçisi sayılmaları mümkünsüzdür. İşin çoxsaylı hallarından bəlli olur ki, ünvan 2 ünvanında yerləşən 1231,9 kv.m ( 0,12319 ha ) torpaq sahəsinin hər-hansı bir hissəsi kv.m-lə naturada bölünüb X5 və İddiaçı mülkiyyətinə verilə bilməz. Xüsusilə də, hazırkı etiraza əlavə olunmuş, AR Ali Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(102)-1475/2019 saylı qüvvədə olan Qərarı ilə qüvvəyə minmiş, hazırda da qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(103)- 11331/2018 saylı qətnaməsində “A” tikilisinin həqiqi planı olaraq Xəzər RİH Başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21.08.2018- ci il tarixli 278 №-li məktubla verilmiş mövcud 2 (iki) ayrı-ayrı giriş qapıları olan, 2 (iki) ayrı-ayrı mənzillərdən ibarət “A ” tikilisinin sxemi qəbul edilmiş, ünvan 6 ünvanında 18.07.2018-ci il tarixdə tərtib edilmiş “Texniki pasportdakı” “A” tikilisinə aid olan (dəhliz) və 2 (ayaqyolu) saylı tikililər istisna olmaqla, digər tikililərin özbaşına tikililər olduğu müəyyən edilmişdir. (Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(103)-11331/2018 sayh qanuni qüvvəyə minmiş qətnaməsinin 3-cü səhifəsinin 7-ci abzası). İşdən bəlli olur ki, AR Ali Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(102)- 1475/2019 saylı hazırda qüvvədə olan Qərarı ilə 19 iyul 2018-ci il tarixli RX seriyalı ******* №-li reyestrdən çıxarış ziddiyyət təşkil edir. İşin hallarından bəlli olur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında yerləşən “A” tikilisi özbaşına tikilidir, A tikilisinin hər hansı hissəsi üzərində iddiaçıya və X8 mülkiyyət hüququ verilə bilməz. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində digər Cavabdeh1 da iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı mübahisə predmeti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* nömrəli 19.07.2018-ci il tarixli çıxarışla mərhum atam X14 adına rəsmiləşdirilmiş daşınmaz əmlakın (bundan sonra "əmlak") heç vaxt mülkiyyətçisi olmamış, mülkiyyətçisi deyildir və mülkiyyətçisi olması barədə məhkəməyə mülkiyyət hüquqlarını təsdiq edən hər hansı rəsmi sənəd təqdim etməmişdir. İddiaçının əmlakdan istifadə hüququ məhkəmə qaydasında heç vaxt tanınmamış və iddiaçı tərəfindən istifadə hüququnun mövcudluğunu təsdiq edən hər hansı rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı 17.05.2021-ci il tarixində Xəzər rayon məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin 1-ci səhifəsində “Mərhum ərim X23 vəfat etdikdən sonra cavabdehlər məni ərimlə birlikdə yaşadığımız və qeydiyyatda olduğum evə buraxmadılar” ifadəsini işlətmişdir. Bu tamamilə yalandır və məhkəməni aldadaraq öz xeyrinə nəticə əldə etmək məqsədini güdür. İddiaçı demək istəyir ki, guya əri X23 ilə onun vəfat etdiyi 21.12.2020-ci il tarixinə kimi Mərdəkan qəsəbəsi, 28 may küçəsi, döngə 13, ev 3 ünvanında birlikdə yaşamış və sözügedən tarixdən sonra o və onunla eyni ünvanda qeydiyyatda olmaqla yaşayan qardaşı Cavabdeh2 iddiaçını “evinə” buraxmamışlar. Buna baxmayaraq, iddiaçı özünün iddia ərizəsində evdən qovulduğu barədə bir kəlmə belə qeyd etməmiş (belə hadisə doğrudan da baş versə idi iddiaçı fürsəti qaçırmadan polisə xəbər verərdi və bu barədə iddia ərizəsində mütləq qeyd edərdi), deməli iddiaçı evdən qovulmamışdır. Belə olan təqdirdə iddiaçı evdə olmalı idi və artıq evdə olan adamı evə necə buraxmamaq olar? Həqiqət isə belədir ki, iddiaçı 2017-ci ilin oktyabr ayında o zaman yaşlı və qayğıya ehtiyacı olan əri X21 Mərdəkan qəsəbəsi, 28 may küçəsi, döngə 13 ev 3 ünvanında xəstə vəziyyətdə həmişəlik tərk edərək ondan faktiki olaraq ayrılmış və qızı X5 Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsi ev 36 ünvanına köçmüş, bu gün də həmin ünvanda yaşamaqdadır. İddiaçının əri və onun atası mərhum X3 iddiaçını evə qaytarmaq üçün çoxsaylı uğursuz cəhdlər etmiş, yəni iddiaçı əri ilə birlikdə yaşamaqdan birdəfəlik imtina edərək geri dönməmişdir. Atası dəfələrlə iddiaçıdan bizim yaşadıqları ünvana gəlməsini təkid etməyinə baxmayaraq, iddiaçı ümumilikdə yalnız üç dəfə, yəni atasının vəlat etdiyi günün gecəsi, üçü və qırxında Mərdəkan qəsəbəsi, 28 may küçəsi, döngə 13, ev 3 ünvanına görüntü yaratmaq xətrinə gəlmiş və hər gəlişində tezliklə Şüvəlana, 3 (üç) ildən artıq müddət ərzində daimi yaşadığı ünvana, yəni qızının evinə geri dönmüşdür. O, bütün bunlara göz yumaraq ilk növbədə tamamilə öz maddi vəsaiti hesabına atasının dəfnini təşkil etmiş, qəbrinin üstünü ən yüksək səviyyədə (üzərində mərhumun rəngli şəkili işlənmiş mərmər daşı ilə) götürtmüş, bir neçə gün sonra isə nə olursa olsun, yenə də anamdır” deyib bacısı X5 evinə getmiş və mərhumun böyük oğlu kimi orada yaşayan anasına, yəni iddiaçıya 500 (beş yüz) AZN pul verərək belə çətin günlərdə onu və bacısının ailəsini dəstələyəcəyimi bildirmişdir. İddiaçı pulu ondan alarkən rəhmətlik atası X14 iddiaçı daxil bacısının ailəsinin müxtəlif tələbatlarını ödəmək üçün bankların birindən kreditlə böyük məbləğdə pul götürdüyünü (mərhum atasının aylıq təqaüdü 1200 (min iki yüz) AZN-dən artıq idi), həmin banka 5700 (beş min yeddi yüz) AZN borcun qaldığını, bu məbləği nə evdar qızının, nə də onun fərdi əmək fəaliyyəti ilə məşğul olan əri X6 qaytarmaq imkanının olmadığını xüsusi təşviş içində söyləmişdir. Bunu eşitdikdən sonra, o, növbəti gün yenidən bacısının evinə gedərək orada uzun illər özünə mənzil almaq məqsədilə topladığı puldan bacısının gözləri qarşısında sayaraq 5700 (beş min yeddi yüz) AZN iddiaçıya vermiş və mərhum atasının borcunun ən qısa zamanda silinməsini təmin etməsini xahiş etmişdir. İddiaçı sevinc içində pulu alıb tezliklə aidiyyəti olan banka qaytarmış və bu kreditin bağlandığını bildirmişdir. Lakin üzərindən bir neçə gün keçər-keçməz iddiaçı mərhum atasının bir başqa bankdan da kreditə pul götürdüyünü, bu pula bacısının kiçik oğlu X11 bahalı, model lərd, kompüter aldığını və həmin kreditdən də 1700 borcun qaldığını demişdir. O, “doğmalarımdır" deyə bu məbləği də vermiş və gedib bankda krediti bağlamışlar. Bundan sonra, yeni il qabağı iddiaçıya əlavə olaraq 200 manat pul verib yeni ilini təbrik etmişdir. 2020-ci ilin dekabr ayının sonuna kimi o, iddiaçıya və onun qızının ailəsinə ümumilikdə 8100 manat pul vermiş və onları yeni 2021-ci ildən borcsuz həyat yaşamağı arzu etmişdir. 2021-ci ilin fevral ayında qızının evində yaşamağa davam edən iddiaçı ona böyrəyində böyük ölçülü daş olduğunu və cərrahiyyə əməliyyatının qaçılmazlığını bildirmişdir. O, bu ilin fevral-mart aylarında iddiaçını tam olaraq öz maddi vəsaiti hesabına LİDER klinikasında böyrək daşının kənarlaşdırılması üzrə uğurla əməliyyat etdirmiş və bu əməliyyata ümumilikdə 3000 AZN-dən artıq pul xərcləmişdir. Göründüyü kimi, 2021-ci ilin mart ayı üçün iddiaçının və onun qızının ailəsinin tələbatlarını ödəmək üçün sərf etdiyi pul vəsaitinin toplam miqdarı 11100 AZN civarında olmuşdur. Atasının vəfat etdiyi 21.12.2021-ci il tarixindən iddiaçının vərəsəlik şəhadətnaməsi almaq üçün 7 saylı notariat ofisinə müraciət etdiyi 19.04.2021-ci il tarixinə kimi müddət ərzində iddiaçıya mərhum atasının tənha yaşadığı tikiliyə heç olmazsa bir dəfə gəlməyi dəfələrlə xahiş etsə də, iddiaçı xahişlərini üç ildən çoxdur orada yaşamır, o evi (yəni atasının vəfat etdiyi tikilini) heç alındığı gündən istəməmişəm” deyərək rədd etmişdir. Maraqlıdır ki, iddiaçı 06.05.2021-ci il tarixində səhər saatlarında o işdə olarkən ailəsilə (həyat yoldaşı və üç azyaşlı uşaqları) yaşadığı Mərdəkan qəsəbəsi, 28 may küçəsi, döngə 13, ev 3 ünvanına X17 ilə qəfldən basqın etmiş, onu və həyat yoldaşını dişlərinin dibindən çıxan ən nalayiq söyüşlərlə təhqir etmiş, azyaşlı uşaqlarını hədələmişdir. Baş vermiş hadisədə ailəsinin həyat və sağlamlığı üçün ciddi təhlükə gördüyü üçün 07.05.2021-ci il tarixində Xəzər rayon polis idarəsinin 1-ci polis bölməsinə xüsusilə ailəsinin təhlükəsizliyinin təmin edilməsi üçün ərizə ilə müraciət etmişdir. Atasının sağlığında ona qulluq etmək, dünyasını dəyişdikdən sonra isə xatirəsini uca tutaraq evində işıq yandırmaq üçün bir dəfə belə olsun ünvana gəlməyən iddiaçının birdən birə ifrat canfəşanlıqla həyətlərinə daxil olmaq istəyinin arxasında yalnız bir məqsədin gizləndiyi aşkardır - bu məqsəd miras əmlakı nəyin bahasına olursa olsun bütövlüklə əldə edib satmaq, dəyərini X8 ötürməkdir. Çünki, iddiaçı cari ilin aprel ayından mərhum atası X14 təqaüdünün böyük hissəsini, yəni hər ay 1100 (bir min yüz) AZN-dən artıq pul alır, o dul qadın kimi yüksək təminatlıdır. İddiaçının iddia ərizəsinin 1-ci səhifəsinin sonunda və 2-ci səhifəsinin əvvəlində “Bildirmək istəyirəm ki, göstərilən əmlaklardan 1/2 hissəsi mənim payıma düşür, yerdə qalan miras əmlakın 1/2 hissəsinə məcburi paydan mən də daxil olmaqla 4 vərəsə vardır ki, bunlardan ¼ hissədə pay X5, 1/4 hissədə pay Cavabdeh1, ¼ hissədə pay Cavabdeh2 paylarına düşür” ifadəsi mücərrəddir, hüquqi baxımdan əsassızdır və yalnız iddiaçının arzusuna söykənir. Çünki, miras əmlakın hansı hissəsinin hansı vərəsənin payına hansı qanunvericiliyə əsasən düşməsi indiki halda iddiaçı tərəfindən deyil, müstəsna olaraq məhkəmə tərəfindən müəyyən edilir. İddiaçı mülkiyyətçi olmadığı halda (iddiaçı məhkəməyə mübahisəli miras əmlak üzərində özünün mülkiyyət hüquqlarını təsdiq edən heç bir sənəd təqdim etməmişdir) İddia ərizəsində qəsdən məhkəməni çaşdırmaq üçün Mülki Məcəllə və Mülki Prosessual Məcəllələrə istinad edir, lakin belə istinad hüquqi baxımdan əsassızdır. RX seriyalı ******* №-li 19.07.2018-ci il tarixli çıxarış mərhum atası X14 adınadır, iddiaçı çıxarışa görə hər hansı pay sahibi deyildir, iddiaçı sözügedən çıxarışla mərhum atası X14 adına rəsmiləşdirilmiş əmlak üzərində özünün mülkiyyət hüquqlarını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmiş, beləliklə iddiaçı mübahisəli miras əmlaka, yəni mülkiyyətçisi olmadığı daşınmaz əmlaka münasibətdə öz xeyrinə mülki qanunvericiliyin tətbiqini tələb edə bilməz. Mərdəkan qəsəbəsi, 28 may küçəsi, döngə 13, ev 3 ünvanında sahəsi 84,5 kv.m olan ev həqiqətdə mövcud deyil və heç vaxt mövcud olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin hazırda qüvvədə olan 25.10.2018-ci il tarixli, 2(103)-11331/2018 nömrəli qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırda qüvvədə olan 11.03.2019-cu il tarixli, 2(102)- 1475/2019 nömrəli qərarından görünür ki, RX seriyalı ******* №-li 19.07.2018-ci il tarixli çıxarışın texniki pasportunda göstərilən tikililərdən yalnız ikisi, yəni dəhliz (texniki pasportda 1 №-li otaq) və ayaqyolu (texniki pasportda 2 №-li otaq) üzərində mərhum X14 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, digər tikililər isə özbaşına tikililərdir. Yəni, onun mübahisəli ünvanda hazırda ailəsi ilə yaşadığı iki otaqlı və atası X14 vəfat etdiyi günə kimi yaşadığı digər iki otaqlı tikililərin (burada söhbət bir həyətdə yerləşən, ayrı-ayrı qapıları olan iki ədəd iki otaqlı tikilidən gedir) özbaşına tikililər olduğu qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. Hər hansı şəxsin və ya şəxslərin özbaşına tikilidən çıxarılması və ya özbaşına tikiliyə köçürülməsi məsələsi mülki qanunvericiliklə tənzimlənmir və tənzimlənə bilməz. İddiaçı ə rizəsində Mülki Məcəllənin sahibliklə bağlı maddələ rinə istinad etmişdi r. Həmin məcəllənin 166.3. maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktiki sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması, barədə iddia verə bilər. Gö ründüyü kimi, iddiaçının mübahisəli to rpaq sahəsinə sahiblik huququ daşınmaz əmlakın dövlət reyest rində qeydə alınmamış, həmin sahənin faktik sahibi deyildi r və heç vaxt olmamışdı r. İddiaçının miras əmlakdan istitadə hüququ belə mövcud deyildir və ya məhkəmə tərəfindən tanınmamışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsi 22.02.2019cıı il tarixli 2(003)-633/2019 nömrəli qətnaməsi ilə mənim Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 13, ev 3 ünvanında yerləşən daşınmaz əmlakdan (torpaq sahəsi daxil) istifadə hüququnun olmasını müəyyən etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd eidlməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının 31 mart 1998-ci il tarixli 243 saylı sərəncamının surətindən görünür ki, X19 Mərdəkan qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün torpaq ayrılmışdır. Həmin torpaq sahəsində yerləşən 45 nömrəli ev X14 adına 29.01.1999-cu ildə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Mərdəkan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 11.01.2019-cu il tarixli arayışının surətindən görünür ki, ünvan 7 ünvan: ünvan 8a Cavabdeh2 1991-ci ildən 1999-cu ilin mart ayınadək qeydiyyatsız, həmin vaxtdan isə qeydiyyatda olmaqla yanaşı, həmin ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa etdiyi (2008-2010-cu illərdə) tikintialtı sahəsi 117.5 kv.m. olan 2 mərtəbəli fərdi yaşayış evində ailəsi X15 və oğlu X20 ilə birlikdə yaşayır. Kommunal xidmətləri ayrıdır, sayğaclar öz adınadır, ödənişləri ayrıca ödəyir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2019cu il tarixli 2(003)-633/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X14 cavabdehlər Cavabdeh1 və X22 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, evin və torpaq sahəsinin boşaldılması, X9 qarşı evin və torpaq sahəsinin boşaldılması tələbi təmin edilməmişdir. Həmin qətnamə ilə, həmçinin iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3 və 0.12319 ha torpaq sahəsi X14 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X4 01 iyul 1972-ci ildə nikaha daxil olmuş, arvada Babayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 21.12.2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş, İddiaçı tərəfindən 19.04.2021-ci ildə 7 saylı notariat ofisində yazılmış ərizənin surətindən görünür ki, o, mərhum əri X23 ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.12319 ha torpaq sahəsinə və 10-KE0447 D\N, VAZ 21074 minik markalı avtomaşına dair mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin araşdırılan halları ilə təsdiq olunur ki, İddiaçı mübahisəli ünvanın mülkiyyətçisi olan və 2020-ci ildə vəfat etmiş X23 ilə 01 iyul 1972-ci il tarixdə ailə qurmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayaraq, birgə təsərrüfat aparmış, lakin həyat yoldaşının vəfatından sonra oğulları ilə yaşanan münaqişə zəminində iddiaçı həmin evi tərk etməli olmuşdur. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyətçisi vəfat etdikdən sonra heç kəsin adına qeydiyyata alınmamışdır. Birinci instansiya məhkəməsi işin sadalanan hallarını nəzərə alaraq, hesab etmişdir ki, mövcud vəziyyətdə cavabdeh tərəfin iddiaçının mübahisə predmeti olan evdə yaşamasına etiraz etmək, onun həmin evdə yaşamasına mane olmağa və ya onu həmin evdən çıxarmağa subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi onun mərhum ərinə məxsus olmaqla, hal-hazırda mülkiyyət üzərində heç kəsin hüquqları müəyyən olunmadığından, cavabdeh tərəf isə həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin iddiaçının əvvəllər həmin əmlakda yaşadığından və onu tikməyə və yaşamağa yararlı vəziyyətə gətirmək üçün əmək (vəsait) sərf etdiyindən cavabdehlərin iddiaçıya qarşı törətdiyi məhrumetmə (tikilidə yaşamasına mane olma və etiraz etmə) qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar