Məhkəmə qərarları › İş №2(103)-10161/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10161/2021

17.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10161/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı1, Cavabdeh1 və onun vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(003)-2642/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsindən onun, yəni İddiaçı1 faktiki sahiblik etdiyi, mülkiyyətində olan üzərində inşa etdiyi, ailəsi ilə yaşadığı 1 mərtəbəli tikili yerləşən torpaq sahəsi hissəsini müəyyən edərək, həmin torpaq sahəsi hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.. İddiaçı1 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin onun mülkiyyəti sayılan ½ hissəsi (615.95 kv.m.) üzərində yerləşən, inşa etdiyi, ailəsi ilə yaşadığı 1 mərtəbəli tikili olan, həmin 615.95 kv.m. torpaq sahəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(003)-2642/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir Qətnamədən İddiaçı1 Vəli oğlu apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(003)-2642/2021 saylı qətnaməsinin ləğv edilərək Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli 417 №-li bildirişə əsasən sözügedən ofisin vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilməməsini nəzərə alıb Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci, 1303-cü, 1243.3-cü 1255-ci, 1276-cı maddələrini rəhbər tutaraq, ünvan 2 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin 2/1 hissəsinin (615.95 kv.m torpaq sahəsinin, üzərində inşa etdiyi və hazırda ailəsiylə yaşadığı birmərtəbəli tikili ilə birlikdə) MM-nin 1243.3-cü və 1255-ci maddələrinə əsasən ona, yəni vərəsə İddiaçı1 naturada ayrılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, İddiaçı2 tərəfindən Xəzər rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(003)-2642/2021 saylı əlavə qətnaməsindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Xətai rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli məktubuna əsasən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin rayon məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı, İddiaçı2 tərəfindən Xəzər rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(003)-2642/2021 saylı əlavə qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı əmlakın natura qaydasında bölünməsi tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq, qərardadda qeyd olunan məsələnin müzakirə edilməsi üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar