Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10170/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X2, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz qoyulmuş çənin cavabdehlərin hesabına sökülməsi və əkilmiş ağacların budaqlarının kəsilməsi» tələblərinə dair Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin 2(002)-90/2021 saylı iş üzrə qəbul etdiyi 19 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən evinin divarına bitişik qoyulmuş çənin cavabdehlərin hesabına sökülməsi və Cavabdeh1 oğunun evinin arxsında əkdiyi ağacların onun evinin üzərinə düşən budaqlarının kəsilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayonu Korgöz qəsəbəsi, AZNS-103 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ev 1963-cü il tarixli inventarlaşdırma zamanı mərhum ataları Abbasəli Məhəmmədəli oğlunun adına qeydiyyata alınmışdır. Hazırda həmin mülkdə o, cavabdehlər qardaşı İbrahim və əmisi oğlu Cavabdeh2 yaşayırlar. Hasar çəkməklə mülk aralarında bölünmüşdür. Hər kəs öz yaşayış evindən istifadə edir. Lakin cavabdehlər birləşərək hamam tikməklə evinin divarına bitişik 25-30 tonluq neft şirkətindən qanunsuz əldə edilmiş çən qoyulmuşdir ki, həmin çəndən də daimi su axaraq yaşadığı evin divarlarını nəmləndiriməklə evin özülünün sıradan çıxmasına səbəb olurlar. Bu isə gələcəkdə ağır nəticələrə gətirib çıxara bilər. Bundan başqa qardaşı evinə bitişik ağaclar əkmişdir ki, həmin ağacların budaqları külək əsərkən tez-tez evinin damındakı şiferləri sındırır. Bütün bunlarla bağlı cavabdehləri dəfələrlə xəbərdarlıq etsə də bunun heç bir nəticəsi olmamışdır. Onların hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin 2(002)-90/2021 saylı iş üzrə qəbul etdiyi 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, 100 (yüz) manat ekspertiza xərci İddiaçı tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməsi və ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Həmçinin göstərmişdir ki, cavabdehlər birlikdə onun evinin divarına bitişik hamam tikməklə 25-30 tonluq çən qoymuşlar ki, həmin çəndən də daima su axaraq onun yaşadığı evin divarlarını nəmləndirir. Bu da gələcəkdə evin özülünün sıradan çıxmasına səbəb olmaqla ağır nəticələr verə bilər. Eyni zamanda qardaşı onun evinə bitişik olaraq ağaclar əkmişdir ki, həmin ağacların budaqları külək əsərkən tez-tez onun evinin damının şiferlerini sındırır. Hazırda cavabdeh həmin ağacın budaqlarını kəssədə lakin yenidən ağacın budaqları böyüyərək yenə də eyni nəticələrə səbəb olacaqdır. Məhkəmə öz qətnaməsində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli rəyini əsas götürmüşdür. Belə ki həmin rəydə onun yaşayış evinə bitişik olan su çəninin ona məxsus tikiliyə heç bir ziyan vurmadığı qeyd edilmişdir. Lakin cavabdehlər tərəfindən “Şəhərsalma və Tinitki” Məcəlləsinin müvafiq qaydaları pozulmuş, cavabdehlər tərəfindən inşa edilmiş tumbanın üzərinə qoyulmuş cən tikinti normalarına uyğun olmamış və ara məsafəsi gözlənilməmşdir. Məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də aydın görünür ki, tumbanın üzərinə qoyulmuş çən onun evinin divarlarına bitişikdir. Məhkəmə işə birtərəfli baxaraq, tam araşdırmamış, yerli baxış keçirməmiş və mövcud şəraiti özü analiz etmək fikirində olmamışdır. Sübut kimi təqdim etdiyi şəkilləri nəzərə almamışdır. Halbuki həmin şəkillərdə aydın görünür ki, mübahisəli çən onun evinin divarlarına bitişik yerləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə, əlavə olaraq bildirdildi ki, iddiaçının evinə bitişi əkilmiş ağacların budaqları kəsilsə də, həmin ağacların yenidən böyüməsi halında eyni vəziyyət yaranacaqdır, bundan başqa cavabdehlər tərəfindən qanunvericliyin tələbləri pozulmaqla ara məsafə gözlənilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini və əsaslıllığını tam yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan 1963-cü il tarixli şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu Korgöz qəsəbəsi, AZNS-103 ünvanda yerləşən mənzili X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi AZNS-103 mənzilində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1419 saylı 09 iyul 2021-ci il tarixli rəyindən (məhkəmənin qərardadı ilə təyin edilmiş ekspertizasına əsasən) görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi AZNS- 103 ünvanında yerləşən iddiaçıya məxsus tikilinin(yaşayış evinin) divarlarına bitişən su çəni iddiaçıya məxsus tikilinin divarına (nəm yaratmaqla) ziyan vurmadığı (tədqiqatın 1-ci sualı üzrə) və Qaradağ rayonu, Korgöz qəsəbəsi AZNS-103 ünvanında yerləşən iddiaçıya məxsus tikilinin(yaşayış evinin) arxasında cavabdeh tərəfindən əkilmiş ağacların budaqları iddiaçıya məxsus mənzilin dam örtüyünə ziyan vurmadığı müəyyən edilir.(tədqiqatın 2-ci sualı üzrə). Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil etmişdir. İş materiallarına iddiaçının yaşadığı mənzilin arxasında əkilmiş ağacların və iddiaçıya məxsus mənzilin divarına bitişik çənin fotoşəkilləri əlavə edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi təyin edilmiş ekspertiza rəyinin nəticəsi olaraq iddiaçıya məxsus tikilinin (yaşayış evinin) divarlarına bitişən su çəninin iddiaçıya məxsus tikilinin divarına (nəm yaratmaqla) ziyan vurmadığı və ağacların budaqların iddiaçıya məxsus mənzilin dam örtüyünə ziyan vurmadığı barədə rəy verməməsinə və iddiaçı tərəfindən isə iddia ərizəsində qeyd edilən halları sübut edən başqa sübutlar məhkəməyə təqdim edilməməsi səbəbdən iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini hər hansı sübutla əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Göründüyü kimi iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddianı irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, yuxarıda sadalanan dispozitiv şərtlərin mövcudluğunu sübuta yetirməlidirlər. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərə münasibətdə isə qeyd edir ki, həmin fotoşəkillərdən cavabdehlər tərəfindən qoyulmuş su çəninin iddiaçının evinə hər hansı bir qaydada ziyan vurması müəyyən edilmir ki, həmin halın müəyyən edilməsi üçün xüsusi bilik tələb olunur və birinci instansiya məhkəməsi baxışı zamanı da təqdim edilmiş ekspert rəyindən həmin hallar öz təsdiqini tapmamışdır. Eyni zamanda tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, hazırda ağacların budaqları kəsilmiş və iddiaçının evinə ziyan vurmur. Kollegiya qeyd edilən hüquq normalarına əsaslanaraq, işin faktiki hallarını nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmiş, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin 2(002)-90/2021 saylı iş üzrə qəbul etdiyi 19 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10170/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10170/2021
03.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver