Məhkəmə qərarları › İş №2(103)-10178/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10178/2021

08.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10178/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Kamal oğlunun cavabdehlər Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsi, "xxxx" MMC, Cavabdeh3 ASC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli qərardadından Cavabdeh3 ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, işin ərazi aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh3 ASC-nin vəsatəti təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz. Belə ki, iddia ərzəsində cavabdehlərdən biri kimi Nizami Rayon İcra və Probasiya Şöbəsi göstərilib. Həmin Şöbə aidiyyət məsələsinin həllində hüquqi şəxsə bərabər tutulur və onun ünvanı Nizami rayonuna aiddir. Mülki-Prosessual Məcəllənin 36.2ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddiaçı həmin hüququndan istifadə edərək iddia ərizəsini Nizami Rayon İcra və Probasiya Şöbəsi ünvanı üzrə Nizami Rayon Məhkəməsinə verib. Şikayətin dəlili ondan ibarətdir ki, Nizami Rayon İcra və Probasiya Şöbəsi formal olaraq cavabdeh kimi göstərilib. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki- Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Odur ki, iddia ərizəsində cavabdehə qarşı yönəlmiş tələb göstərilməlidir, iddia bir neçə cavabdehə qarşı verildikdə isə onların hər birinə qarşı yönəlmiş tələb göstərilməlidir. Lakin bu məsələ iddia ərizəsinin mümkünlüyü zamanı birinci instansiya məhkəməsi tərəfindən həll edilməli olan məsələdir. İddia ərizəsi artıq bu məzmunda icraata qəbul edilib, o cümlədən iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardadda Şöbə cavabdeh kimi göstərilib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar