Məhkəmə qərarları › İş №2(103)-1018/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1018/2023

27.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1018/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 213/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 283,1 kv, köməkçi sahəsi 94 kv.m olan qeyri-yaşayış sahəsi 5 (beş) il müddətinə İddiaçı icarəsinə verilmişdir.

2. İddiaçı bildirir ki, qeyri yaşayış sahəsini kafe kimi işlətmiş və gəlir əldə etmişdir. 2020-ci ilin mart ayından “Covid-19” infeksiyasının qarşısının alınmasına dair tədbirlər çərçivəsində dövlətin qərarı ilə ictimai iaşə obyektlərinin fəaliyyəti müvvəqəti dayandırılmış, may ayında fəaliyyət bərpa edildikdə isə cavabdeh sahəni onun sahibliyindən geri götürmüşdür. İddiaçı qeyd olunanlara əsaslanaraq aşağıdakı iddia tələblərini irəli sürmüşdür.

3. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 15 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə əsasən 5 il müddətinə icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 283,1 kv, köməkçi sahəsi isə 94 kv.m olan qeyriyaşayış sahəsinin təmirinə sərf etdiyi 70.000 (yetmiş min) manat məbləğində pulun, kafeni istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 93.000 (doxsan üç min) manat pulun və kafedə olan və cavabdeh tərəfindən mənimsənilmiş 10000 (on min) manat dəyərində ərzağın əvəzinin və mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pulun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 15 yanvar 2018-ci il tarixli icarə müqaviləsi bağlayaraq ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 283,1 kv, köməkçi sahəsi isə 94 kv.m olan qeyri-yaşayış sahəsini 5 (beş) il müddətində icarəyə götürmüş, və Vergilər Nazirliyində qanuni qeydiyyata alınmaqla həmin qeyri-yaşayış sahəsini kafe kimi işlətmişdir. İcarəyə götürülən əmlak Cavabdeh1 adına olsa da, faktiki sahibi Cavabdeh2dur. İcarə müqaviləsi obyektin mülkiyyətçisi Cavabdeh1 ilə onun arasında bağlandığı halda, müqaviləni etibarnamə əsasında Cavabdeh2 imzalamışdır. Onlar icarə müqaviləsini öz aralarında, yazılı şəkildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri üzrə Vergilər Departamentində bağlamış və icarə müqaviləsi vergilər departamentində qeydiyyata alınmışdır, etibarnamə əsasında Cavabdeh2 imzalamışdır. Müqavilə üzrə icarə haqqı hər ay 200 (iki yüz) manat müəyyən edilmişdir. Müqavilənin müddəti xx.xx.2018-ci ildən etibarən 5 (beş) il müddəti təşkil edilmişdir. İcarəyə götürdüyü qeyri-yaşayış sahəsi tam təmirsiz olduğuna və istifadəyə yararasız halda olduğuna görə əsaslı təmirə ehtiyac vardır və cavabdehlə olan razılaşmalarına əsasən obyekti kafe kimi işlətmək üçün təmir etməyə başlamış və təmir 2 ay müddətində başa çatmışdır. İcarəyə götürdüyü kafenin ümumi sahəsi 283 kv metr, köməkçi sahələri isə 94 kv metr təşkil edirdi, 250 kv metr isə kafenin həyəti təşkil edirdi. Beləliklə o, təmirə başlamış və kafenin mətbəxini kərpic arakəsmə ilə iki yerə bölmüş, ümumi zalda kabinetlər tikdirmiş və kabinetlərin arakəsmələrini kərpicdən tikdirmişdir. 95 kv metr olan zala və 50 kv metr olan mətbəxin döşəməsinə metlax döşətdirmiş, Həm zalın, həm də mətbəxin tavanına lambirin vurdurmuş, zalın divarlarına və kabinetlərin divarlarına bahalı divar kağızları vurdurmuş, obyektin bütün elektrik xətlərini yenidən çəkdirmiş və zalın və kabinetlərin işıqlandırılmasına çilçıraqlar alıb vurdurmuşdur. Obyektin həyətinə 250 kv metr metlax döşətdirmiş və həyətin hasarlarını boya ilə rənglətdirmişdir. Obyektin kanalizasiya sistemini yenidən çəkdirmiş, iki ədəd sanitar qovşaq tikdirmiş və içərisinə kafel metlax döşətdirmişdir. İçəridə olan mətbəxə 3000 manat dəyərində olan mətbəx mebeli yığdırmışdır. Bundan başqa həyətdə yay mətbəxi tikdirmiş və ya mətbəxinə də mebel quraşdırmışdır. İki ədəd böyük zontik (günəş çətiri) alaraq həyətdə yerləşdirmişdir. Obyektin təmirinə ümumilikdə 70.000 (yetmiş min) manat vəsait xərcləmişdir. Bundan başqa kafenin istifadəsi üçün lazım olan bütün avadanlıqları da öz hesabına almışdır. Kafedə fəaliyyət göstərdikdən sonra cavabdeh icarə haqqını 200 manatdan 800 manata qaldırmışdır. O vaxtdan bu günə qədər hər ay 800 (səkkiz yüz) manat icarə haqqı ödəmişdir.Kafedə rəsmi əmək müqaviləsi üzrə üç nəfər işçini Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatda olan X1 aşpaz vəzifəsinə, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ev 11-də qeydiyyatda olan X3 inzibatçı vəzifəsinə və Qubadlı şəhərində qeydiyyatda olan X10 isə ofisiant vəzifəsinə işə götürmüş və Respublikamızda COVİD-19 pandrmiyası ilə əlaqədar karantin rejimi tətbiq olunan günədək onlar kafedə işləmişlər. Müqavilə bağladığı vaxtdan ölkədə karantin rejimi elan olunana qədər həmin kafeni işlətmiş və müqavilə üzrə icarə haqqını hər ay vaxtında ödəmişdir. Lakin xx.xx.2020-ci il tarixdə ölkədə məlum vəziyyət ilə əlaqədar olaraq karantin rejimi elan edildi və kafelərin işləməsinə qadağa qoyuldu. Həmin tarixdə işçilərlə birlikdə kafenin qapısını bağlayıb evə gedib. Qeyd edir ki, kafenin əsas giriş qapısı dəmir metaldan idi və qapının açarları onun özündə olurdu. Ölkədə karantin rejimi yumşaldıqdan sonra, yəni xx.xx.2020ci il tarixdə işçiləri ilə birlikdə kafeyə gələndə qapının qıfılının dəyişdirildiyini və bağlı olduğunu görmüşdürlər. Dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Nərimanov rayonu 16-cı Polis Bölməsində aparılan araşdırma nəticəsində məlum oldu ki, Cavabdeh2 onun xəbəri və razılığı olmadan müqavilə əsasında 5 il müddətinə icarəyə götürdüyü kafenin giriş qapısının kilidini sındıraraq çıxarmış və əvəzinə başqa kilid taxaraq açarlarını özü ilə götürmüşdür. Bunun səbəbini cavabdehdən soruşduqda Cavabdeh2 bildirdi ki, o kafeni başqa adama icarəyə verəcək. O, narazılığını bildirərək demişdir ki, “aralarında 5 illik müqavilə var, o, bu kafeyə külli miqdarda xərc çəkərək təmir edib, avadanlıqlar alıb, yararlı vəziyyətə gətirmişəm” Cavabdeh2 cavabında bildirdi ki, “get məhkəməyə müraciət et”. Bundan sonra 16-cı Polis Bölməsinin əməkdaşlarının müdaxiləsi nəticəsində xx.xx.2020-ci il tarixdə kafenin qapısının açılmasına nail olublar və iddiaçı, işçiləri X5, X2 və X11 birlikdə kafenin içərisinə girdilər. İçəri girdiklərində məlum oldu ki, 27 mart 2020-ci il tarixində kafenin qapısını bağlayarkən içəridə saxladığı 10.000 (on min) manat dəyərində olan spirtli və spirtsiz içkilərin heç biri yoxdur. Ona məxsus içki məhsullarının harda olduğunu Cavabdeh2 soruşduğunda o, xəbəri olmadığını bildirdi və ondan kafedə olan əşyalarını çıxarmağını tələb etdi. Onlar işçilərlə birlikdə həmin gün, yəni 26 may 2020-ci il tarixində kafedə olan 33 adda Soyuducudan tutmuş qaşığa kimi olan mətbəx avadanlıqlarını, soldan tutmuş xalçaya kimi olan mebel əşyalarını kafedən çıxarmış və həmin avadanlıqları və əşyaları götürməyi barədə akt tərtib etmişlər, həmçinin ona məxsus olan 10000 (on min) manat dəyərində, 10 adda spirtli və spirtsiz içkinin kafedə aşkar edilmədiyini aktda qeyd etmişdir. Aktı o, işçiləri X5, X4 və X11 imzaladılar, lakin Cavabdeh2 aktı imzalamaqdan imtina etmişdirlər. Hesab edir ki, ona məxsus olan və kafedə saxladığı içkilər Cavabdeh2 tərəfindən götürülüb, çünki kafenin qıfılı onun tərəfindən dəyişdirilib. Yuxarıda qeyd etdiyi kimi, kafenin təmirinə iddiaçı 70000 manat məbləğində xərc çəkib, bundan əlavə kafenin işləməsi üçün 15000 manat məbləğində xərc çəkib. Cavabdehlə bağlanmış müqavilə şərtlərinə görə iddiaçı hələ bundan sonra kafeni 2 il 7 ay istifadə etməli idi. Əgər qalan müddətdə də istifadə etsə idi gəlir əldə etməli idi ki, hansı ki, hazırda cavabdehin müqavilənin şərtlərini kobud şəkildə, qanunsuz pozması nəticəsində iddiaçı və ailəsi həmin gəlirdən məhrum olublar. Belə ki, kafe işləyən zaman hər ay orta hesabla 3000 (üç min) manat gəlir əldə edirdi. Bundan əlavə kafedə işləyən aşbaz Məmmədova Gülarəyə gündəlik 40 manat, 1 aylıq 1200 manat (1200 x 31 ay = 37200 manat), ofisiant Feyzullayeva Ləyaqətə gündəlik 130 manat, aylıq 900 manat (900 x 31 ay = 27900 manat), administrator Rzayev Seymura 1 gündəlik 30 manat, aylıq 900 manat (900 x 31 ay = 27900 manat) pul ödəyirdi. Lakin kafenin işləməsinə cavabdehin əsassız maneələr törətməsi nəticəsində onlar da bu gəlirdən məhrum edildilər. Bunlardan əlavə iddiaçıya cavabdeh əsassız olaraq işləməyə imkan vermədiyinə görə iddiaçıya ayda 3000 (üç min), 3000 manat x 2 il 7ay = 93.000 manat gəlirdən məhrum olub.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-213/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbli təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı öz izahatında bildirdiyi kimi, yəni 70.000 (yetmiş min) manat məbləğində pulun, kafeni istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 93.000 (doxsan üç min) manat pulun və kafedə olan və cavabdeh tərəfindən mənimsənilmiş 10000 (on min) manat dəyərində ərzağın əvəzinin və 10000 (on min) manat məbləğində zərərə məruz qaldığını qeyd etsə də, bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir hala dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə ki, məhkəmənin tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas götürməklə gəldiyi qənaətə əsasən iddiaçı qeyri-yaşayış sahəsinin cari təmirini həyata keçirməyə görə cavabdehdən pul tələb edə bilməzdi. Digər tərəfdən müqavilə şərtlərinə əsasən, əsaslı təmir üçün Cavabdeh1 razılığı tələb olunurdu. Odur ki, iddiaçı əgər şahid ifadələrinə istinad etməklə qeyri-yaşayış sahəsinin təmirinə 70000 manat məbləğində xərcin çəkildiyini bildirirsə, məhkəməyə istinad etdiyi halları əsaslandıran mötəbər sübutlar təqdim etməlidir. Bu baxımdan məhkəmə bildirir ki, iddiaçı göstərilən hallarla bağlı şahid ifadələrindən başqa sübut (mübahisəli qeyri-yaşayış sahəsinin əsaslı təmiri ilə bağlı gördüyü işlərlə bağlı xərc-smeta cədvəlləri, mal-material üçün ödənilmiş vəsaitə dair qəbzlər, həmin mal-materialların alındığı yerdən qaimələr, təmiri həyata keçirən ustalar barədə məlumatlar, o cümlədən əsaslı təmir üçün cavabdehin razılığına dair sübutlar və s.) təqdim etməmişdir. Məhkəmə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbinə münasibətdə isə qeyd edir ki, yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə zərərin (əldən çıxmış fayda və ya real zərərin) dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əldən çıxmış faydanın nədən ibarət olmasını qeyd etsə də, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasının göstərəcək dəlilləri təqdim etməmiş, nəticə etibarilə istinad etdiyi hallar sübuta yetirilməmişdir. 8.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü maddələri və MPM-nin 14.2,77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-213/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutları düzgün qiymətləndirmədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadan qanunsuz qərar çıxardığını irəli sürmüşdür.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1979/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının “qeyri-yaşayış sahəsinin təmirinə sərf etdiyi 70 000 (yetmiş min) manatın xeyrinə tutulması” tələbinə verdiyi qiymətlə razılaşaraq qeyd etmişdir ki, İddiaçı iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, o, icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin təmirinə 70 000 manat xərclədiyini bildirsə də, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə həmin sahədə aparılan təmir işlərinə təqribən 31 615 manat xərcləndiyi müəyyən olunmuş, Nərimanov rayon İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfat Birliyinin 35 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arayışında sözügedən qeyri-yaşayış sahəsində xx.xx.2018-ci il tarixindən sonra hər-hansı təmir-tikinti, abadlıq işləri aparılmadığı göstərilmiş, cavabdeh tərəfin təqdim etdiyi 04 fevral 2013-cü il tarixli podrat müqaviləsinə görə isə, sahədə təmir işləri cavabdehlərin sifarişi ilə həyata keçirilmişdir. İddiaçının istinad etdiyi şahid ifadələri ilə bağlı qeyd olunmalıdır ki, həmin şahidlər iddiaçı ilə yaxın münasibətdə (qohumu və tabeçiliyində işləmiş işçi) olan şəxslər olmaqla, onların iddianın təmin edilməsində maraqlı olduqları şübhəsizdir və şahidlərin bildirdikləri başqa mötəbər sübutlarla (qeyri-yaşayış sahəsinin əsaslı təmiri ilə bağlı xərcsmeta cədvəlləri, mal-material üçün ödənilmiş vəsaitə dair qəbzlər, mal-materialların alındığı yerdən qaimələr, təmiri həyata keçirən ustalar barədə məlumatlar və s.) öz təsdiqini tapmamışdır - həmçinin qeyd olunmalıdır ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu zaman həm də nəzərə alınmalıdır ki, İddiaçıla Cavabdeh1 arasında bağlanmış icarə müqaviləsində icarə obyektində əsaslı tikinti, rekonstruksiya, yenidənqurma işlərini aparmaq icarəyə verənin qabaqcadan yazılı surətdə verilmiş razılığının olması ilə şərtləndirilmiş, Cavabdeh1 iddiaçıya belə bir razılıq verdiyi isə müəyyən olunmamışdır. İddiaçının “kafeni istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 93 000 (doxsan üç min) manatın, kafedə olan və cavabdehlər tərəfindən mənimsənilmiş 10 000 (on min) manat dəyərində ərzağın əvəzinin və mənəvi ziyanın ödənilməsi” tələblərinin təmin olunmasına imkan verəcək hər hansı sübut isə ümumiyyətlə təqdim edilməmişdir. Buna görə də, kollegiya sözügedən tələblərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, iddiaçı, Cavabdeh1la bağladığı icarə müqaviləsinin cavabdehin təqsiri üzündən ləğv edildiyini iddiasının faktiki əsası kimi irəli sürməmişdir; bu isə o deməkdir ki, onun əldə çıxmıış faydanın ödənilməsi tələbinin hüquqi əsası mövcud deyildir.

13. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin Mülki Məcəllənin 680, 700.1, 1096-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4000/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1979/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə aid hissədə ləğv edilməsi və həmin hissədə işin yeni apelyasiya baxışına göndərilməsi qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 15.1 Kollegiya aşağıdakılara əsasən hesab edir ki, məhkəmə iddianın əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə aid hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. 15.2 Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, bu tələblərin təmin olunmasına imkan verən sübutlar təqdim edilməmiş və icarə müqaviləsinin cavabdehin təqsiri üzündən ləğv edildiyi iddianın faktiki əsası kimi irəli sürülməmişdir. Ona görə də əldə çıxmış faydanın ödənilməsi tələbinin hüquqi əsası mövcud deyil. 15.3 Kassasiya kollegiyası bu mövqe ilə razılaşmır, ona görə ki, baxılan işdə əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbləri tərəflər arasında bağlanmış icarə müqaviləsinin cavabdeh tərəfindən pozulması iddiasına əsaslanır. 15.4 Belə olan halda, həmin tələblərin düzgün həlli üçün tərəflər arasında öhdəlik yaradan müqavilə münasibətlərinin yaranıb-yaranmaması, öhdəliklərin nədən ibarət olması və cavabdeh tərəfindən pozulub-pozulmaması, əgər pozulmuşsa iddiaçının zərərin əvəzini tələb etmək hüququna malik olub-olmaması işdəki sübutlar əsasında araşdırılmalı, müəyyən edilmiş hallara tətbiq edilməli olan maddi hüquq normalarının şərtləri əsasında hüquqi qiymət verilməklə iddia həll edilməlidir. 15.5 Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəliyin əmələ gəlməsi üçün əsaslardan biri də onun iştirakçıları arasında müqavilənin olmasıdır. 15.6 Hazırkı işdə qeyri-yaşayış sahəsinə dair İddiaçıla Cavabdeh1 arasında beş il müddətinə 15 yanvar 2018-ci il tarixli icarə müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. 15.7 Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (§ 46, 48-49). 15.8 Tərəflər həmin müqavilə əsasında 2020-ci ilin may ayınadək icarə münasibətlərində olduqlarını inkar etmirlər. 15.9 İddiaçı bildirir ki, cavabdeh tərəf icarə müqaviləsindən irəli gələn öhdəliyini, yəni qeyri-yaşayış sahəsini onun sahibliyinə və istifadəsinə vermək vəzifəsini 2020-ci ilin may ayından etibarən pozmuşdur. İstinad olunan bu hal iddia ərizəsində belə izah edilir ki, iddiaçı, xx.xx.2020-ci il tarixdə kafenin qapısının bağlı olduğunu, qıfılının Cavabdeh2 tərəfindən dəyişdirildiyini aşkarlamış, bundan sonra sonuncu, sahəni başqasına icarəyə verəcəyini bildirmişdir. Ərizədə cavabdehin bu hərəkətlərinə müqavilə şərtlərinin kobud şəkildə pozulması kimi istinad olunur və nəticədə iddiaçının kafeni sonrakı 2 il 7 ay üçün işlətməklə əldə edə biləcəyi gəlirdən məhrum qaldığı göstərilir. 15.10 O da nəzərə alınmalıdır ki, iddiaçı 2020-ci ilin iyul ayının 7-də hazırkı iddianı qaldıraraq, zərərlərin əvəzinin ödənilməsini istəmişdir. 15.11 Qeyd edilənlər ona dəlalət edir ki, iddiaçı, qeyri-yaşayış sahəsinin onun istifadəsinə verilməsi öhdəliyinin və nəticə etibarilə müqavilənin pozulmasına istinad edərək, əldən çıxmış fayda növündə düşdüyü maddi və mənəvi zərərin əvəzini tələb edir. 15.12 Belə olan halda, iddiaçının icarə müqaviləsini cavabdehin təqsiri üzündən ləğv etməsini iddianın faktiki əsası kimi irəli sürməməsi barədə apellyasiya məhkəməsinin mövqeyi və bu xüsusatlar üzrə lazımi araşdırma aparmaması əsaslı görünmür. 15.13 Kollegiya vurğulayır ki, bu xarakterli mübahisədə müqavilənin ləğv olunmasının iddiaçı tərəfindən xüsusi olaraq irəli sürməsinə gərək yoxdur. Ona görə ki, zərərin əvəzinin ödənilməsi tələbinin haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Bunun üçün məhkəmə, işin müəyyən edilmiş faktiki halları əsasında hansı tərəfin öhdəliklərini pozduğunu, bu pozuntunun müqavilə münasibətlərinin birtərəfli qaydada xətm olunması və zərərin əvəzini tələb etmək üçün əsas yaradıb-yaratmamasını xidməti vəzifəsinə görə özü müəyyənləşdirməli, tərəflərin bildirdikləri faktlara aidiyyəti hüquq normalarını tətbiq etməlidir. 15.14 Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verəcəm) prinsipinə əsaslanır. 15.15 Baxılan işdə isə tərəflər arasında bağlanmış müqavilənin hansı səbəbdən (tərəflərdən hansının təqsirindən) pozulması ilə bağlı cavabdehin mövqeyi lazımi şəkildə aydınlaşdırılmamışdır. 15.16 Nəzərə alınmalıdır ki, bu barədə iddiaçının bildirdikləri mübahisə və təkzib olunmadığı (yaxud sübuta yetirildiyi) halda, məsələyə öhdəliyin pozulması, bu səbəbdən müqavilədən imtina (onun ləğv) edilməsi və dəymiş zərərin əvəzinin ödənilməsini tənzimləyən normaların şərtləri əsasında hüquqi qiymət verilməlidir. 15.17 İddiaçı bildirir ki, icarə müqaviləsinin qüvvədə olduğu dövrdə cavabdeh qeyriyaşayış sahəsinin qapısının açarlarını dəyişərək onu içəri buraxmamışdır. İcarəyə götürdüyü əşya üzərindəki sahibliyi (dolayısı ilə icarəyə verənin əşyanı istifadəyə vermək vəzifəsinin cavabdeh tərəfindən) pozulduğu üçün müqavilədən çıxaraq icarə müddətinin sonunadək əldə edə biləcəyi gəlirləri və mənəvi zərərin ödənilməsini tələb edir. 15.18 Məlum olduğu kimi, müqavilədən irəli gələn tələb hüquqları, o cümlədən icarə müqaviləsi əsasında əşya üzərində meydana gəlmiş sahiblik vəziyyəti qanunla qorunur. Sahiblik, nəinki üçüncü şəxslərin qanunsuz müdaxilələrindən, hətta əşyanın mülkiyyətçisinin pozuntularından belə müdafiə olunur. Bu səbəbdəndir ki, qanunverici, hərəkəti kimin etməsindən asılı olmayaraq, sahibin iradəsi olmadan sahiblikdən məhrumetməni və onu pozmanı qadağan edilmiş özbaşınalıq sayır və sahibliyin müdafiəsi iddialarını nəzərdə tutur (§ 28-30). 15.19 Bununla belə, icarəyə götürdüyü əşya üzərində sahibliyinin pozulmasına istinad edən icarəçi, həmin iddiaları irəli sürməyib, öhdəliklərin icra edilməməsinə görə müqavilədən imtina və bunun nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb etmək hüquqlarına malikdir. 15.20 O da məlumdur ki, şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) zərərin bir növüdür. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (§ 26-27, 38). 15.21 Eyni zamanda, müqavilə tərəfinin özbaşına hərəkətləri nəticəsində öhdəliyin kobud pozulmasına görə (şərtləri sübuta yetirilməklə) mənəvi zərərin əvəzinin ödənilməsi istisna olunmur. 15.22 Buna baxmayaraq, hazırkı işdə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbləri həll edilərkən yuxarıda qeyd edilənlər nəzərə alınmamış, işin müəyyən olunmuş faktiki hallarına sadalanan maddi hüquq normalarının tətbiqindən irəli gələn hüquqi dəyərləndirmə aparılmamışdır. Bu hal isə qətnamənin həmin hissələrdə işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 50, 53-54). 15.23 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Təkrar apellyasiya baxışı zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Məhkəmə kollegiyası iddiaçının qeyri-yaşayış sahəsinin təmirinə sərf edilmiş 70 000 manat və mənimsənilmiş ərzağa görə 10 000 manat pul tələbinə aid hissədə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmış, həmin hissədə maddi və prosessual hüquq normalarının pozulması halları müəyyən edlməmişdir. Buna görə də həmin hissədə kassasiya şikayəti rədd edilmiş,qətnamə qüvvəsində saxlanmışdır.Ali Məhkəmənin Mülki Kollegiyasının yalnız əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi tələblərinə aid hissədə Apellyasiya Məhkəməsinin qətnaməsini qsmən ləğv etmiş və qərarında göstərmişdir ki, həmin tələblər əldən çıxmış faydanı və mənəvi zərərlə bağlı münasibətlləri tənzimləyən hüquq nomaları əsasında araşdırılmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edlməlidir. İddiaçının təmirlə bağlı 70 000 və guya mənimsənilmiş ərzaqla bağlı 10 000 manat məbləğinə zərərlə əlaqədar tələbləri kassasiya məhkəməsi tərəfindən rədd edildiyi üçün həmin tələblərə münasibət bildirməyə zərurət yoxdur. Bu tələblərlə bağlı əvvəlki məhkəmə prosesləri zamanı etiraz bildirmişik. Lakin əldən çıxmış fayda və mənəvi zərər aid hissədə də iddiaçının hər-hansı tələbinin heç bir hüquqi əsası yoxdur, həmin tələblər hər-hansı sübutlarla təsdiq edilmir. Apellyasiya şikayəti ilə razı deyil və aşağıdakı səbəb və əsaslara görə hesab edir ki, şikayət əsassız olduğuna və hər-hansı sübutlarla təsdiq edilmədiyinə görə təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüqququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər.əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qanunvericiliklə real zərərin və əldən çıxmış faydanın nədən ibarət olması müəyyən edilmişdir. Bu iş üzrə real zərərin mövcud olmaması, bununla bağlı iş üzrə hər-hansı sübutların mövcud olmaması artıq məhkəmə tərəfindən təsdiq edilmişdir. İddiaçının əldən çıxmış fayda qismində ayda 3000 manat (2 il 7 ay, yəni 31 ayda 93 000) manat zərərə düşməsi və əldən çıxmış faydanı tələb etməsinin də heç bir əsası yoxdur, ona görə ki, bununla əlaqdəar icarə obyektində həmin məbləğdə gəliri əldə etməsinə dair onun tərəfindən hər-hansı vergi bəyannamələri təqdim edilməmiş, onun aylıq, rüblük və ya illik maliyyə dövriyyəsinin hansı məbləğdə olması, həmin dövriyyədən hansı məbləğlərdə vergilərin və sosial sığorta ödənişlərinin edilməsinə dair sənədləri mövcud deyildir. Bu hissədə onu bildirir ki, onlar hətta öz təşəbbüsləri ilə bu sənədləri əldə etməyə çalışıblar, İddiaçı xx.xx.2018-ci ildən əldə etdiyi gəlir və ödənilmiş vergi məbləğləri barədə Dövlət Vergi Xidmətinə tərəfimizdən sorğu verilmiş, lakin xx.xx.2021-ci il tarixli məktubla vergi sirri hesab olunduğu üçün vergi orqanı tərəfindən sorğuya cavabın verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübutetmə vəzifəsi iş üzrə tərəflərin üzərinə düşdüyünə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Onlar iddiaçının yerinə onun əldə edə biləcəyi gəlirlər barəsində rəsmi sorğular verməklərinə baxmayaraq, iddiaçı tərəfindən bu barədə hər hansı sənəd və ya sübut uzun müddət ərzində məhkəməyə təqdim edilməmişdir. Bu də onun səmimi olmaması, iddianın əsasının olmaması və iddiasının yalnız mülahizələrdən ibarət olmasını təsdiq edir. İddiaçı əldən çıxmış fayda qismində zərərin ödənilməsi, həmin zərərin həcmi və ya məbləği onun icarəçi qismində fəaliyyət göstərliyi 2018-ci ilin yanvar ayından 2020-ci ilin may ayınadək olan dövr ərzində vergi bəyannamələri, onun mövcud ola biləcək gəlirləri və dövriyyəsi barədə olan sənədlərə əsasən müəyyən edilə bilərdi. Belə sənədlər isə iş materiallarında mövcud deyildir. Həmin sənədlərin və sübutların iddiaçı tərəfindən təqdim edilməməsi onun vergi ödənişlərindən yayınması qənaətinə gəlməyə kifayət qədər əsaslar verir. 2020-ci ilin mart ayının sonundan etibarən Azərbaycan Respublikasında NK-nin müvafiq qərarlarına əsasən Covid-19 Pandemiyası ilə bağlı kütləvi qapanma tədbirləri həyata keçirilmiş, kafe və restoran xidmətləri tamamilə və ya müəyyən vaxtlarda qismən ləğv edilmiş, həmin tədbirlər 2 ilədək mövcud olmuş və iddiaçının 2020-ci ilin may ayından sonra kafe xidmətləri üçün ayda 3000 manat (2 il 7 ada 93 000) manat məbləğdə əldən çıxmış fayda qismində gəlir əldə edə biləcəyi həmçinin obyektiv səbəblərdən də mümkün deyildir. İddiaçıya cavabdeh tərəfindən mənəvi zərərin vurulması, həmin zərərə görə onun 10 000 manat tələb etməsinin də heç bir qanuni əsası mövcud deyildir. Bununla bağlı İddiaçı işgüzar nüfuzuna,şərəf və ləyaqətinə hər-hansı zərərin dəyməsi,zərərin nədən ibarət olması və nədə ifadə olunması barədə onun tərəfindən hər hansı sübutlar təqdim edilməyib, iş materiallarında mövcud deyildir və hesab edir ki, həm əldən çıxmış fayda qismində, həm də mənəvi zərərin ödənilməsi hissəsində iddiaçının tələbləri yalnız onun mülahizələrindən ibarət olmaqla real hüquqi əsaslandırmadan məhrumdur. Belə bir şəraitdə əldən çıxmış fayda qismində və mənəvi zərərin ödənilməsi hissəsində İddiaçı tələbləri təmin edilməməli və rədd edilməlidir. Digər tərəfdən iddiaçıya Cavabdeh2 tərəfindən icarə müqaviləsinə xitam verilməsinə dair 2020-ci ilin may ayında xəbərdarlıq edilmiş, lakin həmin xəbərdarlığı imzalamaqdan iddiaçı imtina etmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Buna görə də, müqavilənin ləğv edilməməsi iddiası əsaslı sayıla bilməz. Etirazda göstərilən dəlil və faktlarla əlaqədar tərəflərindən müvafiq sənədlər və sübutlar əvvəlki məhkəmə prosesləri zamanı məhkəməyə təqdim edilmişdir.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

17. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərərək izahatında əlavə olaraq bildirir ki, pandemiya dövründə kafelərin fəaliyyətinə icazə verilə bilmədiyinə görə, xarab olmayan malları kafedə saxlayaraq kafeni bağladılar. Bir müddət sonra kafelərin açılmasına icazə verildiyinə görə o, kafeyə qayıdıb, lakin daxil ola bilməyib.Çünki kafenin qıfılları sındırılıb və dəyişdirilmişdir. O da bu hadisəni 102-yə zəng edib bunu bildirib. Kafeni o təmir etdirib. Birinci instansiya məhkəməsində Cavabdeh2 50.000 manat pul verməyə razı olmuşdu. Onun vəkili də cavabdehə bildirdi ki, bunu yazılı surətdə rəsmiləşdirsinlər, amma Cavabdeh2 buna razı olmadığını bildirdi, xəbərdarlıq olunmayıb. 3000 manat da, 2000 manat da gəlir əldə edib. Bunları qeyd etdiyi kitabça da var. Kommunlar xərclər, işçilərin pulu hamsı birlikdə aylıq 3000 manat edirdi. 5 nəfər işçi olub. Ümumi onlara 400 manat da, 300 manat da maaş verib. Kommunal xərclər 500-600 manat olurdu. Əmək haqqı 500- 600 manat arasında idi. Nəğd formada alırdı. O çəkdiyi təmir xərclərini tələb edir. Kafeni təmir edib, xərc çəkib. VÖEN-var, başqa obyekti olmayıb. O 5 il müddətinə arendaya götürüb, bütün ödənişləri də edib. Ondan 200 yox, 1000 manat pul almışdır. Cavabdeh2 kafenin qapısını sındırmışdır və nəticədə ordakı işçilərlə birlikdə işsiz qalıblar.

18. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş edir.

19. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək etirazın dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq bildirir ki, iddiaçı həmin yeri qumarxana kimi işlətməyə cəhd edib. Bununla bağlı faktlar da var, dəfələrlə buna görə polis bölməsinə dəvət olunub. Əgər qapı sındırma ilə bağlı cinayət faktı aşkar edilsəydi cinayət işi açılardı, iddiaçı əsassız dəlillər gətirir.

20. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edir, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş edir. İddiaçı həmin obyekti qumarxana kimi istifadə etmişdir. Dəfələrlə polis bu barədə ona bildirmişdir. Sahə müvəkkili də iddiaçının orada qumarxana kimi istifadə etdiyini bildirmişdir. Məhkəməyə gəlib izahat da verə bilər. Müqavilədə 5 il müddətinə bağlanılmasındakı 5 rəqəmi onun yazısı deyil, iddiaçı özü yazmışdır. O, iddiaçıya 1 il müddətinə müqavilə bağlayacaqlarını deyib. İddiaçının vəkili gəlib ona bildirmişdir ki, iddiaçı deyib ki, Elxan ona pul verməsə ondan əl çəkməyəcək. Onun vəkili də etiraf edir ki, iddiaçının həyat tərzi belədir. Qumar oynayır, verdiyi şikayət əsassızdır. İddiaçıya müqavilənin xitam ediləcəyi barədə 3 ay əvvəl xəbərdalıq edib. Onun VÖEN-i yoxdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul deyil. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilən sorğunuya əsasən iddiaçının heç bir ödəniş etmədiyi aşkar olunmuşdur. İddiaçı belə işlərlə məşğuldur. Heç bir qapı sındırma faktı olmamışdır.

Tətbiq edilən hüquq normaları:

21. Mülki Məcəllənin 21.1-ci maddəsində qeyd edilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2.) Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (Maddə 21.3)

22. Mülki Məcəllənin 164.1-ci maddəsində qeyd edilir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. (Maddə 164.2)

23. Həmin Məcəllənin 165.1-ci maddəsində qeyd edilir ki, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.

24. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Həmin Məcəllənin 386.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Mülki Məcəllənin 421.1-ci maddəsində qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (Maddə 421.2) Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. (Maddə 421.3)

27. Mülki Məcəllənin 442-ci maddəsində qeyd edilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Mülki Məcəllənin 443-cü maddəsində qeyd edilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir.

29. Mülki Məcəllənin 447.1-ci maddəsində qeyd edilir ki, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Bunun heç bir nəticə verməyəcəyi aydın olduqda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. (Maddə 447.7)

30. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

31. Mülki Məcəllənin 700.1-ci maddəsində qeyd edilir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

33. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi qismən - əldən çıxmış fayda və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə aid hissədə ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi qismən əldən çıxmış fayda və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə aid hissədə ləğv edildiyindən, məhkəmə kollegiyası həmin hissədə apellyasiya şikayətinin dəlillərini araşdırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “mənəvi zərərin tutulmaması” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

35. Belə ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 15 yanvar 2018-ci il tarixli icarə müqaviləsi imzalanmış, müqaviləyə əsasən “İcarəyəverən” - Cavabdeh1 xüsusi mülkiyyətində olan 283.1 kv.m əsas, 94 kv.m köməkçi sahədən ibarət ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini İddiaçı icarəyə vermişdir.

36. İddiaçı müqavilənin 5 il müddətinə bağlandığına, müqavilənin cavabdeh tərəfindən vaxtından əvvəl - xx.xx.2020-ci il tarixdə ləğv edildiyinə istinad edərək, müqavilənin qüvvədə olacağı qalan müddət –üçün əldən çıxmış faydanın və mənəvi zərərə görə 10000 manat pulun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir.

37. Kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən təkrar apellyasiya baxışında araşdırma zamanı cavabdeh tərəfindən məhkəməyə 15 may 2020-ci il tarixli xəbərdarlıq və imtina aktı təqdim edilərək ona istinad edilmişdir ki, icarə müqaviləsindən irəli gələn öhdəliklərdən olan icarə və kommunal ödənişlər (3.1 və 2.2.6-cı maddəsi) vaxtında yerinə yetirilmədiyi üçün icarə müqaviləsinin 6.2.3-cü maddəsinə əsasən müvafiq icarə müqaviləsinə vaxtından əvvəl xitam verilə biləcəyi nəzərinə çatdırlmışdır.

38. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş xəbərdarlığa münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xəbərdarlıq iddiaçıya təqdim edilməmiş, İsmayıl Daddaşovun sözügedən xəbərdarlıq barədə məlumatlı olması sübut olunmur.

39. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən iddiaçı ilə aralarında imzalanmış 15 yanvar 2018-ci il tarixli icarə müqaviləsinin şərtləri pozularaq, qeyri-yaşayış sahəsin vaxtından əvvəl iddiaçının sahibliyindən çıxmışdır. 40.Belə ki, işdə olan 25 may 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, Cavabdeh2 izahatında bildirmişdir ki, son dövrlərdə kommunal xərclərlə yaranmış borc və karatin qaydalarını pozduğundan İddiaçı orada fəaliyyət göstərməsinə etiraz etmişdir. Bu səbəblə şəxsin ora daxil olmasına məhdudiyyət yaratmaq üçün əlavə kilid qoymuşdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda icarəyə verən tərəfindən müqavilənin şərtlərinin birtərəfli qaydada pozulduğu müəyyən olunur.

42. İşə təkrar apellyasiya qaydasında baxılması zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər İddiaçı ödədiyi məcburi dövlət sosial sığorta haqqı ilə bağlı məlumatların məhkəməyə təqdim edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fonduna sorğu göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 15 mart 2023-cü il tarixli məkubuna əsasən müəyyən olunur ki, İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat təqdim edilmiş, digər dövrlərə dair məlumat aşkar edilməmişdir.

43. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinin 17 mart 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, vergi orqanında olan uçot baza məlumatlarına əsasən İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixdədək olan hesabat dövrü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği müəyyən edilməmişdir.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyri yaşayış sahəsindən istifadə etməklə hər ay 3000 manat gəlir əldə etdiyini və müqavilə 2 il 7 ay qabaq birtətəfli qaydada pozulması nəticəsində 93000 manat zərərə məruz qalığını bildirsə də buna dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası araşdırma apararaq Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinə soğular verərək iddiaçın icarəyə götürdüyü əmlakdan istifadə etdiyi dövr üzrə işə götürən olaraq nə qədər sosial sığorta haqqı ödədiyi və vergi ödədiyi araşdırılmış, müəyyən edilmişdir ki, həmin dövr üzrə sosial sığorta haqqı və vergi ödənilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əldən çıxmış fayda tələbi sübut olunmadığından təmin edilməməlidir.

44. Buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 icarə müqaviləsinin şərtlərinin bir tərəfli qaydada pozduğundan, müqavilənin müddətinin bitməsinə 2 il 7 ay qaldığından iddiaçının cavabdehin təqsiri üzündən mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. Beləliklə, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mənəvi zərərin əvəzi olaraq 2000 manat pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası digər cavabdehə qarşı iddianı təmin etməyərək qeyd edir ki, icarə müqaviləsindən müəyyən olunduğu kimi icarəyə verən Cavabdeh1 olduğundan müqavilənin vaxtından tez pozulması səbəbindən iddiaçının keçirdiyi iztirabın qarşılığında Cavabdeh1 2000 manat iddiaçıya ödəməlidir.

45. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli, 07 nömrəli qərarında qeyd edilir ki, “...Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi); malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərə görə (Mülki Məcəllənin 1128.1-ci maddəsi); təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərə görə (Mülki Məcəllənin 1101.1-ci maddəsi və s.). Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”.

46. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-213/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən – “mənəvi ziyan tələbinin təmin edilməməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 iddiaçıya vurulmuş mənəvi ziyana görə 2000 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

47. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-213/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən – “mənəvi ziyan tələbinin təmin edilməməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilərək Cavabdeh1 iddiaçıya vurulmuş mənəvi ziyana görə 2000 (iki min) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən İddiaçı tərəfindən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar