Məhkəmə qərarları › İş №2(103)-10194/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10194/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10194/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi barədə” mülki iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-143/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı Sığorta Şirkəti ASC-nin tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Şığorta Şirkəti ASC Cavabdeh qarşı "subroqasiya tələbinin təmin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş zərər görə 1597,74 (bir min beş yüz doxsan yeddi manat, yetmiş dörd qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 1628,14 (bir min altı yüz iyirmi səkkiz manat, on dörd qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilindən su xətlərinin nasazlığı nəticəsində 1 mərtəbə aşağıda yerləşən X2 məxsus Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 92 saylı evin 2 saylı mənzilinə su sızması baş vermiş və sonuncuya maddi zərər vurulmuşdur. 84 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi V.Cəfərovun, sahə nəzərətçisi A.Bayramovanın və qaynaqçı M.Qasımovun tərtib etdikləri 15 yanvar 2018-ci tarixli akta əsasən, X2 məxsus Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 92 saylı evin, 2 saylı mənzilinə su sızması hadisəsi Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 92 saylı evin 4 saylı mənzilində su və kanalizasiya xətlərində olan nasazlıq səbəbindən olduğu məlum olmuşdur. Əmlakın zədələnməsi ilə bağlı dəyiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, ünvan 2 ünvanında yerləşən mənzilə 1850 manat ziyan dəymişdir. RAT********** saylı sığorta Müqaviləsinin 046783 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti dəymiş zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği və 2,26 manat bərpa məbləği çıxılmaqla 1597,74 manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, qeyd olunan su sızması hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 1597,74 (bir min beş yüz doxsan yeddi manat, yetiş dörd qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-143/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1017 (min on yeddi) manat sığorta ödənişi, 19,10 (on doqquz mnaat on qəpik) manat dövlət rüsumu və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı, cəmi 1036,5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Şığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 10,9 (on manat doxsan qəpik) manat iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti texniki və əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 18,17 manatı İddiaçı Şığorta Şirkəti ASCdən və 31,83 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ**********0000003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-143/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı Şığorta Şirkəti ASC apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsini,iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını, həmçinin ödənilmiş 15,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq «Atəşgah” sığorta ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək qətnamənin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını, həmçinin ödənilmiş 15,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq «Atəşgah” sığorta ASC-nin xeyrinə tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı şikayət birinci instansiya məhkəməsi qətnaməsinin qismən ləğv olunmasına yönəldiyinə görə qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Naxçıvanski küçəsində yerləşən 92 saylı evin 2 saylı mənzilinə həmin mənzilin üstündə yerləşən və Cavabdeh məxsus 4 saylı mənzildən su axıtma nəticəsində maddi zərər vurulmuşdur. İddiaçıya məxsus mənzil İddiaçı Şığorta Şirkəti ASC tərəfindən sığortalandığından, hadisə ilə əlaqədar sığorta ödənişi hesablanmış və sığorta şirkəti tərəfindən mənzilin təmiri üçün 046783 saylı sığorta aktına əsasən dəymiş zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği və 2,26 manat bərpa məbləği çıxılmaqla 1597,74 manat sığorta ödənişi həyata keçirmişdir. Bu səbəbdən iddiaçı reqress qaydada həmin məbləğdə sığorta ödənişinin tutulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquq normalarına istinad eymişdir: İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanunun 49.2-ci maddəsinə əsasən sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 916.1-ci maddəsinə əsasən, əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı Sığorta Şirkəti ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi mənzilə dəymiş ziyanın bağlı iddiada tələb edilən məbləğlə qət edilmiş məbləğ arasında 580, 74 manat fərqin olmasına istinad edilmişdir. İddiaçı dəymiş ziyanın ekspertiza rəyi əsasında müəyyən edilən məbləği ilə də razı olmadığını bildirərək, ekspert rəyinin məhkəmə üçün məcburi olmamasını şikayətində vurğulamışdır. Apellyasiya şikayətinin həmi dəlili ilə əlaqədar məkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları ayrı-ayrılıqda və məcmu şəkilində qiymətləndirərək, iddia tələbinin qismən təmin olunması qərarına gəlmişdir. Məhkəmə ekspert rəyi ilə bağlı olmadığı kimi iddia tələbində irəli sürülmüş tələblərin hansı həcmdə təmin olunması və ya təmin olunmamasında iddiaçının tələbini deyil, işin müəyyən edilmiş faktiki hallarını və mübahisəli hüquq münasibətinə tətbiq olunan maddia hüquq normalarını əsas götürür. Ona görə də apellyasiya şikayətinin dəlilləri rədd edilməli və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-143/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-143/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar