Məhkəmə qərarları › İş №2(103)-102/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-102/2021

17.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-102/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-502/2019 saylı işi üzrə 11.02.2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci sıra, 71 saylı evə ail “İİİ” literlı ayaqyolunun tərəflərin ümumi istifadəsində saxlanılmaqla “B” literlı evin texniki pasportu üzrə 2 və 3 saylı yaşayış otaqları arasındakı keçid qapısı bağlanmaqla və texniki pasport üzrə sahəsi 7,1 kv.metr olan 1 saylı təsərrüfat otağından 2 saylı yaşayış otağına keçid qapısı açılmaqla həmin fərdi yaşayış evinin ona məxsus 1/4 hissədə payın naturada, təcrid mənzil şəklində ayrılması (bölünməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82,4 kv.metr olan mənzil ¼ hissədə Cavabdeh2, 1/4 hissədə Cavabdeh3, 1/4 hissədə İddiaçı və 1/4 hissədə X2 adına qeydiyyata alınmışdır (səh.6); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2018-ci il tarixli, 19935 saylı rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonur Rəsulzadə qəsəbəsi, 1-ci sırada yerləşən 71A saylı fərdi yaşayış evindən İddiaçı 1/4 hissədə payının naturada, təcrid mənzil şəklində ayrılmasının (bölünməsi) texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir (səh.30). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-502/2019 saylı işi üzrə 11.02.2019-cu il tarixli qətnaməsi (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119, 213, 220-ci maddələrinə istinadən) ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci sırada yerləşən 71A saylı fərdi yaşayış evinin “İİİ” literli ayaqyolu tərəflərin ümumi istifadəsində saxlanılması, “B” literli evin texniki pasportu üzrə 2 və 3 saylı yaşayış otaqları arasındakı keçid qapısı bağlanması, texniki pasport üzrə sahəsi 7,1 kv.metr olan 1 saylı təsərrüfat otağından 2 saylı yaşayış otağına keçid qapısının açılması, “B” literli evin 3 saylı yaşayış otağının və 1 saylı təsərrüfat otağının İddiaçı ayrılmaqla naturada bölünməsi, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(001)-502/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385.1.1; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarına; Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə istinadən qeyd edilmişdir ki, həmin ev paylı mülkiyyətdədir, 2003-cü il tarixdən iddiaçı və cavabdehlərin payları hər birinə bərabər şəkildı 4/1 olmaqla müəyyən edilmişdir. Qeyd olunan fərdi ev məhdud kommunal şəraitlidir. 2016-cı ildə məhkəmə baxəışı zamanı eyni tərəflər arasında eyni predmet üzrə məhkəmə araşdırması zamanı paylı ekspertza. təyin olunmuş, paylı mülkiyyətdə olan evin Tikinti Notrma və Qaydalarına cavab vermədiyi barədə rəy verilmiş və bu səbəbdən də naturada bölünməsi mümkün hesab edilməmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.11.2021-ci il tarixli, 2(103)- 292/20 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-tikinti-texniki eskpertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.06.2021-ci il tarixli, 10/1430 saylı rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra ünvanında yerləşən tədqiqat obyektinin (71 və 71A saylı evin) İddiaçı ¼ hissədə payına uyğun olaraq təcrid mənzillər şəklində bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı, tədqiqatın dəyəri 100 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222 -225; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri və ona müvafiq aparılmış ekspertiza birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi üçün üçün əsaslar müəyyən edir. Belə ki, ekspertiza rəyi ilə payların naturada bölgüsü mümkün deyildir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün və ekspertiza üçün məhkəmə xərci iddaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-502/2019 saylı işi üzrə 11.02.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar