Məhkəmə qərarları › İş №2(103)-10247/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10247/2021

18.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10247/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “cavabdehlər Cavabdeh1, Cavabdeh2 razılığı olmadan mənzilə dair adına sosial kirayə müqaviləsi bağlanması haqqında” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6061/2021 saylı, 31.08.2021-ci il tarixli qərərdadından cavabdeh İddiaçı Məhərrəm qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 razılığı olmadan Kirov rayonu XDS-nin 23 iyul 1982-ci il tarixli, 2/49 nömrəli qərarı ilə ailəsinin qanuni istifadəsində olan ünvan 1 ünvanda yerləşən 24 kv.metrdən ibarət olan bir otaqlı mənzilə dair şəxsi maliyyə hesab sənədinin dəyişdirilməsi, həmin mənzilə dair onun adına sosial kirayə müqaviləsi bağlanması və kommunal xərclərini ödəmək üçün mənzilə dair onun adına şəxsi maliyyə hesab sənədinin açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6061/2021 saylı, 31.08.2021-ci il tarixli qərərdadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 razılığı olmadan mənzilə dair adına sosial kirayə müqaviləsi bağlanması” tələbinə dair mülki iş üzrə soail kirayə müqaviləsinin iddiaçı ilə bağlanması öhdəliyinin şəxsi maliyyə hesab sənədinin dəyişdirilməsi, həmin mənzilə dair onun adına sosial kirayə müqaviləsi bağlanması və kommunal xərclərini ödəmək üçün mənzilə dair onun adına şəxsi maliyyə hesab sənədinin açılması barədə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi hissəsində icraata xitam verilməsi, iddiaçıya müvafiq tələblə inzibati məhkəməyə müraciət hüququnun olmasının izah edilməsi, iddia tələbinin digər hissəsi ilə bağlı iddiaçıya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12 maddəsinin tələblərinin izah edilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-6061/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6061/2021 saylı, 31.08.2021-ci il tarixli qərərdadından İddiaçı verdiyi şikayət təmin edilməmiş, həmin qərardad dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, o ilkin olaraq həmin iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilə dair onun adına sosial-kirayə müqaviləsinin bağlanmasına razılığı olmadığına görə aralarında mübahisə olduğunu əsas götürərək ərizəsini məhkəmədən geri götürmüşdür. Ona görə də qərardadın ləğv edilməsini və işin birinci instansiya məhkəməsində icraata götürülməsi barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-6061/2021 saylı, 31.08. 2021-ci il tarixli qərardadının ləğv edilməsinin əsası kimi eyni dəlilə yəni ilkin olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etməsinə, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilə dair onun adına sosial-kirayə müqaviləsinin bağlanmasına razılığı olmadığına görə, aralarında mübahisə olduğunu əsas götürərək ərizəsini məhkəmədən geri götürməsinə istinad etmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilkin olaraq inzibati məhkəməyə müraciət etməsi, sonradan inzibati məhkəmədən ərizəsini geri götürməsi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-6061/2021 saylı, 31.08. 2021-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi işə baxarkən aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1 maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.4-cü maddəsində qeyd edilmişdir ki, sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, sosial kirayə müqaviləsi kirayə verənlə kirayəçi arasında kirayə münasibətlərindən yaranan mülki-hüquq xarakterli münasibətlər olsa da, kirayə münasibətlərinin bağlanmasına qədər müvafiq icra hakimiyyəti orqanı qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməklə digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Yəni hazırkı mübahisədə inzibati orqan xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etmir və sosial kirayə müqaviləsinin bağlanması, onun dəyişdirilməsi inzibati orqanın qərar və razılığından asılıdır. Məhkəmə kollegiyası həmin mövqe ilə razılaşır və hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-6061/2021 saylı, 31.08 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-6061/2021 saylı, 31.08 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan kassasiya şikayəti verilə bilər. . Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar