Məhkəmə qərarları › İş №2(103)-1028/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1028/2022

25.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1028/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı1, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, İddiaçı2lun, Cavabdeh “Təhsil Şurası” X17 Heyətinin sədri Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 saylı, 29 sentyabr 2021ci il tarixli qətnaməsindən cavabdeh “Təhsil Şurası” X18 Heyətinin sədri Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və “Təhsil Şurası” İctimai Birliyinə qarşı “protokolun və qərarların etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, “Təhsil Şurası” X21 yığıncağının 25.02.2021-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Təhsil Şurası” İB 25.05.2021-ci il tarixdə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarış almışdır. Nizamnaməyə əsasən 22.11.2013-cü il tarixdə keçirilmiş Ümumi X1 X19 sədri, X5 Heyətinin sədr müavini və X3 heyətinin katibi vəzifələrinə 5 il müddətinə olmaqla seçilmişlər. Həmin vaxt Birliyin 144 üzvü olmuş və onların adlı siyahısı təsdiq olunaraq Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmışdır. Daha sonra cavabdeh X19 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarının və onların əsasında qəbul edilmiş yekun qərar əsasında Birliyin üzvlərinin sayı 89 nəfər artaraq 233 nəfər olmuşdur. Qeyd olunan qərarlar bugünədək mübahisələndirilməmişdir. Birliyin üzvlərinin sayı 233 olsa da, üzvlər arasında vəfat edənlər olduğundan faktiki 229 olmuş və həmin sayda qeydə alınmışdır. Daha sonra 16.02.2019-cu il tarixdə Birliyin növbəti Ümumi yığıncağı keçirilmiş və həmin Yığıncağın nəticəsi olaraq müvafiq qərarlar qəbul edilmişdir. Birliyin üzvü Cavabdeh1 həmin protokolu və qərarları mübahisələndirmiş və Bakı Apelyasiya Məhkəməsinin 22.01.2020-ci il tarixli qətnaməsi əsasında qeyd olunan protokol və qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir. Daha sonra Cavabdeh1 Birliyin idarəçiliyini öz əlinə keçirtmək və öz maraqları üçün istifadə etmək məqsədi ilə özünün təşəbbüsü ilə guya təşəbbüs qrupu yaratmış və bir çox Birliyin üzvü olmayan şəxsin iştirakı ilə iclas keçirmiş və 25.02.2021-ci il tarixə Ümumi Yığıncağın keçirilməsi barədə qərar qəbul etmişlər. 25.02.2021-ci il tarixdə “ZOOM” proqram vasitəsilə Cavabdeh1 sədrliyi ilə saxta Ümumi Yığıncaq keçirilmiş və qərarlar qəbul edilmişdir. Birliyin üzvlərinin sayı 144 deyil, 229 nəfər olmuşdur. Həmin 85 üzv Birliyin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarının və onların əsasında qəbul edilmiş yekun qərar əsasında qəbul olunmuşlar. Belə ki, Ümumi Yığıncağın keçirilməsi üçün yetərsay olmamışdır və protokola əsasən cəmi 72 nəfər iştirak etmişdir. Həmin Yığıncağın gündəliyində olan 2-ci məsələ X19 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarının və onların əsasında qəbul edilmiş yekun qərarların etibarsız hsab edilməsi olmuşdur ki, Nizamnaməyə əsasən X14 İdarə heyətinin belə bir səlahiyyəti olmamışdır. Bundan başqa 25.02.2021-ci il tarixdə keçirilmiş Ümumi Yığıncaqda birliyin üzvü olmayan şəxslər iştirak etmişlər. X25, Hikmət Haqverdiyev, Asiman Paşayev və Cavad adlı şəxslər olmuşlar. X6 eyni adla 3 müxtəlif profillərlə Yığıncağa qatılmışdır. Bu yollarla cavabdehlər süni say artırmışlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 saylı, 29 sentyabr 2021ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, “Təhsil Şurası” X21 Yığıncağının 25.02.2021-ci il tarixli protokolun və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh “Təhsil Şurası” X18 Heyətinin sədri Cavabdeh1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 01.09.2021-ci il tarixdə məhkəmə baxış iclası keçirilmiş və o, prosesdə əvvəldən sona qədər iştirak etdiyi halda, məhkəmə qətnamədə cavabdehlərin məhkəmə baxış iclasında iştirak etmədiklərini qeyd etmişdir. Halbuki, 01.09.2021-ci il tarixdə keçirilmiş baxış iclasında məhkəməyə iddiaçılar tərəfindən tərtib edilmiş hər iki saxta sənəd - “Təhsil Şurası” İB-nin İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarının əsassız hesab edildiyi qanuni qüvvəyə minmiş məhkəmə qərar və qətnamələri məhkəməyə təqdim edilmişdir. Hər iki saxta protokol məhkəmədə mübahisələndirilib, həmin protokollara məhkəmə hüquqi qiymət verib və məhkəmə qərarı qanuni qüvvəsini alaraq icra edilmişdir. Həmçinin, məhkəmə qanunsuz olaraq qətnamədə 13.04.2021-ci il tarixli Ədliyyə Nazirliyinin X4 Reyestrindən Çıxarışına münasibət bildirməmişdir. Həmin Çıxarışda qeyd edilib ki, “Təhsil Şurası” İB-nin üzvlərinin əvvəlki sayı 144, hazırki sayı isə 138 nəfərdir”. Beləliklə, “Təhsil Şirası” İB-nin əvvəllər 229 nəfər üzvünün olması faktı əsassız olaraq səbəb kimi göstərilib. 25.02.2021-ci il tarixdə “Təhsil Şurası” İB-nin 144 üzvündən 6 nəfər üzvü vəfat etdiyinə görə 138 üzvü olmuş, Ümumi Yığıncaqda 72 nəfər üzv iştirak etmişdir ki, beləliklə də iclasda yetərsay olmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh “Təhsil Şurası” X17 Heyətinin sədri Cavabdeh1 apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı1, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil və İddiaçı2 cavabdeh “Təhsil Şurası” İB-nin İdarə Heyətinin sədri Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdilər, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh “Təhsil Şurası” İB-nin İdarə Heyətinin sədri Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, “Təhsil Şurası” İB-yi 25.05.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış, birlik öz fəaliyyətini nizamnaməsi və qanunvericilik əsasında qurur. X22 25.02.2021-ci il tarixdə iclas keçirmiş və iclasda 72 nəfər iştirak etmişdir. İclasın nəticəsində qəbul edilmiş qərarlardan biri də “Təhsil Şurası” İB-nin İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarının və onların əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, “Təhsil Şurası” İB-nin Nizamnaməsinin 5.4-cü bəndində qeyd edilmişdir ki, Ümumi Yığıncağın səlahiyyətlərinə birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi, birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi, birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması, birliyin NTK-nın və onun say tərkibinin açıq səsvermə ilə müəyyənləşdirilməsi, illik hesabatın təsdiq edilməsi, başqa təşkilatlarda iştirak, birliyin yenidən təşkili və ləğv edilməsi, birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi aiddir.(İ.vər. 23 - 29) İş materiallarında olan, “Təhsil Şurası” İB-nin İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarında qeyd olunmuşdur ki, Birliyin üzvlərinin sayı 89 nəfər artaraq 233 nəfər olmuşdur.(İ.vər. 109 - 117) “Təhsil Şurası” İB-nin 25.02.2021-ci il tarili Ümumi Yığıncağının 1 №-li İclas protokolundan görünür ki, gündəlikdə olan məsələlərdən biri də “Təhsil Şurası” İB-nin İdarə Heyətinin 27.01.2018ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarının və onların əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi olmuşdur. Həmin Protokolun 3 saylı Qərarında qeyd edilmişdir ki, Şuranın 144 üzvü vardır.Onlardan 6 nəfəri vəfat etmişdir. 138 üzvdən iclasda 72 nəfər iştirak edir ki, bu say üzvlərin ümumi sayının yarısından çoxdur. Beləliklə, yetərsay var, Ümumi yığıncağın iclası səlahiyyətlidir. Həmin Protokolun 5 saylı Qərarında qeyd edilmişdir ki, “Təhsil Şurası” İB-nin İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 №-li və 12.11.2018-ci il tarixli 2 №-li iclas protokolları və onların əsasında qəbul edilmiş qərarlar etibarsız hesab edilsin və iclasın nəticələri ləğv edilsin.(İ.vər. 13 - 18) İş materiallarında olan, Ədliyyə Nazirliyi X4 Reyestrindən Çıxarışda qeyd olunmuşdur ki, 09.04.2019-cu il tarixə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İB-nin üzvlərinin əvvəlki sayı 144, hazırki sayı isə 229 nəfərdir.(İ.vər. 96) Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə protokolun etibarsız hesab edilməsi ilə bağlı konkret norma nəzərdə tutulmasa da Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 11.5-ci maddəsində qeyd olunur ki, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, “Təhsil Şurası” İB-nin üzvlərinin sayı X19 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokolları əsasında qəbul edilmiş qərarlarla 233 nəfər müəyyən edilmişdir. Sonradan həmin üzvlərdən 4 nəfər vəfat etmiş və nəticədə 229 nəfər üzv qalmışdır. Həmin qərarlar mübahisələndirilməyərək hazırki vaxta kimi qüvvəsindədir. Lakin iş materiallarından göründüyü kimi Birlik cəmi 72 nəfər üzvün iştirakı ilə Ümumi yığıncaq keçirmişdir ki, bununla da yığıncaq yetərsay olmadan əsassız olaraq səlahiyyətli hesab edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda onuda qeyd edir ki, Birliyin nizamnaməsində protokollar əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi səlahiyyəti nizamnamə ilə Birliyin səlahiyyətlərinə aid edilməmişdir. Lakin buna baxmayaraq Birlik 25.02.2021-ci il tarixdə keçirmiş olduğu iclasda “Təhsil Şurası” İB-nin İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokolları və onların əsasında qəbul edilmiş qərarları etibarsız hesab etmək barədə qərar qəbul etməklə nizamnamənin tələblərini pozmuşdur. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası cavabdeh “Təhsil Şurası” İB-nin İdarə Heyətinin sədri Cavabdeh1 apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası cavabdeh “Təhsil Şurası” İB-nin İdarə Heyətinin sədri Cavabdeh1 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh “Təhsil Şurası” X18 Heyətinin sədri Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Vahid Sadıqov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar