Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10291/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3nə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli, 2(010)-4504/2021 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Opel Antara minik markalı, 99TV588 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 32415 (otuz iki min dörd yüz on beş) manat pul vəsaitinin, iddiaçıya məxsus avtomobilin ümumi texniki baxışdan keçirilməsi və qüsur aktının tərtib edilməsinə görə ödənilmiş 150 (bir yüz əlli] manat pul vəsaitinin, 10000 (on min) manat məbləğində vurulmuş mənəvi zərərin və 30 (otuz] manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə cəmi 42595 (qırx iki min beş yüz doxsan beş] manat pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "Çinarə Lizinq” MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir Bundan əlavə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 11 avqust 2021-ci il tarixində məhkəməyə iddianın təmin tədbiri barədə ərizə ilə müraciət edərək, iş üzrə yekun qərar qəbul edilənədək, Cavabdeh2 məxsus Honda CRV minik markalı 99KF466 dövlət qeydiyyat nişanlı avtomobilin və Cavabdeh1 idarə etdiyi və Cavabdeh3 MMC-nin mülkiyyətində olan İnfiniti FX35 minik markalı 99PC422 nömrəli avtomobilin üzərinə həbs qoyulmasını və sərəncam vermək hüququnun cavabdeh ƏliyevaSamirə Qasımovnaya və Cavabdeh3 MMC-yə MMC-yə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(010)-4504/2021 saylı qərardadı ilə ərizə təmin edilməklə, Cavabdeh2 mülkiyyətində olan **-KF-*** dövlət qeydiyyat nişanlı, “Honda CRV” markalı nəqliyyat vasitəsinin və Cavabdeh3 MMC-nin mülkiyyətində olan **-PC-*** dövlət qeydiyyat nişanlı, “İnfiniti FX35” markalı nəqliyyat vasitəsinin üzərinə üzərinə həbs qoyulması və Cavabdeh2 məxsus “Honda CRV” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil və Cavabdeh1 idarə etdiyi və Cavabdeh3 MMC-nin mülkiyyətində olan “İnfiniti FX35” minik markalı **-PC-*** nömrəli avtomobil üzərinə sərəncan vermək hüququnun Cavabdeh2 və Cavabdeh3 MMC-yə qadağan edilməsi qərara alınmışdır Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(010)-4504/2021 saylı qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək, şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İnfiniti FX35” minik markalı **-PC-*** nömrəli avtomobili Cavabdeh3 MMC-nin mülkiyyətindədir və lizinq müqaviləsi ilə Cavabdeh1 istifadəsində olsa da, hadisədə nə Cavabdeh3 MMC-nin nə də Cavabdeh2 heç bir inzibati və mülki pozuntusu olmadığından həmin şəxslər nə cavabdeh ola bilməz, nə də onlara qarşı hər hansısa bir iddia tələbi qaldırıla bilməz. Bununla əlaqədar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(010)-4504/2021 saylı qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini və əks təqdirdə şikayətin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir Mülki işin apellyasiya baxışı zamanı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4504/2021 saylı, 11.08.2021-ci tarixli qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş şikayətin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasına üçün mülki işin qaytarılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli məktubu daxil olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Məhkəmə kollegiyası yuxarıda sadalanları nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə Bakı şəhəri şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4504/2021 saylı, 11.08.2021-ci tarixli qərardadından narazı qalan Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4504/2021 saylı, 11.08.2021-ci tarixli qərardadından iş üzrə Cavabdeh1 tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılsın və mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-10291/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10291/2021
14.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver