Məhkəmə qərarları › İş №2(103)-1030/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1030/2021

24.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1030/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 5571/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia verərək, cavabdehdən əmanətə qoyulmuş 259641 ABŞ dolları və 20177,77 Avro məbləğində pulun (ödəniş anında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş müvafiq olaraq ABŞ dollarının və Avronun manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 5571/2019 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə şikayət qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddiaçının iddiadan imtina barədə notarial qaydada təsdiq olunmuş ərizəsini təqdim edərək, mübahisənin məhkəmədənkənar qaydada həll edildiyini, iddia tələbində göstərilən məbləğin cavabdeh tərəfindən iddiaçıya tam şəkildə ödənildiyini bildirmiş, bu səbəbdən də qətnamənin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiadan imtina barədə ərizəni nəzərdən keçirərək hesab edir ki, qətnamə ləğv olunmalı, iddiadan imtina olunması ilə əlaqədar, iş üzrə icraata xitam verilməlidir. İddiaçının iddiadan imtina barədə xx xxxxxx 2021-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, tələb olunan əmanət müqavilələri üzrə pul vəsaitləri cavabdeh tərəfindən məhkəmədənkənar qaydada ona tam şəkildə ödənilmiş, bu səbəbdən də aralarında mübahisə qalmamışdır. Qeyd edilənlərə əsasən iddiadan imtina edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir (iddiadan imtinanın nəticələrinin ona aydın olmasını qeyd etmişdir). Eyni zamanda, iddiaçının nümayəndəsi (vəkili) də məhkəmə baxışı zamanı ərizədə göstərilənləri təsdiq edərək, iddiadan imtinanın qəbul edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi də mübahisənin məhkəmədənkənar qaydada həll olunmasını, əmanətdə olan pul vəsaitlərinin iddiaçıya qaytarılmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul edildikdə iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasənşəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 5571/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair mülki iş üzrə icraata, iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar