Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10328/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4988/2021 saylı mülki iş üzrə qəbul etdiyi 15 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus avtomaşına dəymiş zərərin və bununla bağlı xərclərin ödənilməsi məqsədilə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 258.944,06 AZN tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın təmini tədbirinin görülməsi bardə ərizə ilə müraciət edərək Cavabdeh1 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nurəli Abdullayev küçəsi, 3 saylı evin 1/6 hissəsinə olan payının və Cavabdeh2 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi, yeni yaşayış massivi, 131 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinin və ya hər hansı formada yüklü edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4988/2021 saylı mülki iş üzrə qəbul etdiyi 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərardadında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1, 157.2, 158.1.2 159.1-ci maddələrinə istinad etmişdir. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4988/2021 saylı mülki iş üzrə qəbul etdiyi 15 sentyabr 2021-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və Cavabdeh1 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Suraxanı rayonu, əmircan qəsəbəsi, Nurəli Abdullayev küçəsi, 3 saylı evin 1/6 hissəsinə olan payının və Cavabdeh2 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Sabunçu rayopnu Ramana qəsəbəsi, yeni yaşayış massivi, 131 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinin və ya hər hansı formada yüklü edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4988/2021 saylı mülki iş üzrə qəbul etdiyi 23 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin olunmamış və şikayət mülki işləı birlikdə baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, ilkin olaraq iddianın təmini tədbiri kimi üzərinə həbs qoyulmuş avtomaşınlar Cavabdeh1 məxsusdur, ikinci Cavabdeh2 müştərək qaydada tutulacaq məbləği ödəmək üçün heç bir təminatı yoxdur. Məhkəmə kollegiyası şikayətin qəlilləri ilə əlaqədar qeyd edir ki, İddiaçı irəli sürsüyü iddia tələbinə əsasən o cavabdehlərdən müştərək qaydada cəmi 258.944, 06 manat tələb edir. Qəbul edilə biləcək qətnamənin icrası məqsədilə məhkəmənin qərardadları ilə Cavabdeh1 məxsus 15 ədəd müxtəlif markalı avtomaşınlar üzərində həbs qoyulmuşdur. Həmin avtomaşınların markaları və istehsal olunduqları il baxımından iddia tələbinin cəmi 258.944,06 AZN məbləğini qarşılamaq üçün kifayət yetərli olması müəyyən edilir. Bundan başqa cavabdehlar Cavabdeh1 və Cavabdeh2 hər birinin adına cəmi bir yaşayış evi qeydiyyata alınmışdır və iddiaçı həmin yaşayış evlərinin üzərinə həbs qoyulmasını xahiş edir. Həmin mənzillərin cavabdehlərin yeganə yaşayış yeri olması gələcəkdə tələbin həmin mənzillərə (ev) yönəldilməsini istisna edir. Bundan əlavə birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi üzərinə həbs qoyulmuş 15 avtomaşının dəyəri zərəri qarşılamaq üçün yetərli hesab olunur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddianın təmini tədbiri kimi qadağanedici hərəkətlər qəbul edilərkən iddia tələbi ilə qadağan olunan hərəkətlər arasında mütənasiblik gözlənilməli, cavabdeh həddən artıq, yəni tarazlıq tələblərinə cavab verməyən təsirlərə məruz qoyulmamalıdır. Qeyd olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, şikayət təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4988/2021 saylı mülki iş üzrə qəbul etdiyi 23 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4988/2021 saylı mülki iş üzrə qəbul etdiyi 15 sentyabr 2021-ci il tarixli qərardadı dəyiişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10328/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10328/2021
18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver