Məhkəmə qərarları › İş №2(103)-10331/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10331/2021

13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10331/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədirliyi və məruzəsi ilə, X3 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili X1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X5 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(005)- 3867/2021 nömrəli qərardadından iddiaçıları n vəkili və nümayəndəsi Siracəddin Kərimov və Cavabdeh şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı “cavabdehin maddi vəsaiti hesabına qeyri-yaşayış sahəsinin bərpa olunması və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1 ünvanda yerləşən 44.30 kv.m qeyri-yaşayış sahəsinin cavabdehin maddi vəsaiti hesabına bərpa olunması, o cümlədən cavabdehdən iddiaçıların xeyrinə mənəvi ziyan olaraq hər birinə 30.000 manat, ümumilikdə 60.000 manat və dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili X2 eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1 ünvanda sökuntü və tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(005)- 3867/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, hazırkı iş üzrə yekun məhkəmə aktı çıxarılanadək ünvan 2 ünvanında yerləşən 44,30 kv.metr tikilidən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı2 məxsus 20.5 kv.m hissəsinin və İddiaçı1 məxsus 23,8 kv.m hissəsinin sökülməsi və qeyd edilən tikilinin yerləşdiyi müvafiq ərazidə aparılan tikinti işləri dayandırılması, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə və Cavabdehnə həvalə edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçıların vəkili və nümayəndəsi Siracəddin Kərimov və Cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(005)-3867/2021 nömrəli qərardadından şikayət verilmişdir. Hər iki şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh "xxxx" MMC şikayəti onunla əsaslandırmışdır ki, birinci İnstansiya Məhkəməsi mübahisə predmeti olan müvafiq ərazidə tikintinin dayandırdması barədə qərardad qəbul edərkən səthi araşdırma aparmış, mübahisə predmeti olan ərazinin cavabdehə məxsus ərazi ilə üst-üstə düşüb-düşmədiyini müəyyənləşdirməmişdir.Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ərazinin torpaq sahəsinin ölçüsünün koordinatları məhkəməyə təqdim etdikləri çıxarışa əsasən yerində (naturada) üst-üstə düşübdüşməməsinin, Cavabdeh MMC-yə məxsus torpaq sahəsinin plan ölçüsünün koordinatlarının tərəflərindən məhkəməyə təqdim olunan sənədlərə uyğun yerində (naturada) üst-üstə düşüb-düşməməsini, iddiaçılara məxsus ərazinin plan ölçüsünün koordinatlarının cavabdehə məxsus torpaq sahəsinin plan ölçüsünün koordinatları daxilinə düşüb-düşməməsini, düşürsə hansı ölçülərdə və koordinatlarda düşməsi məsələləri araşdırılmamış və nəticədə 140-dan artıq ailənin mülkiyyət hüquqlarını pozan qərardadın qəbul olunması ilə nəticələnmişdir. İddiaçıların nümayəndəsi və vəkili şikayəti onunla əsaslandırmışdır ki, ərizənin qismən təmin edilməsi gələcəkdə iddia təmin ediləcəyi təqdirdə qəbul olunacaq qətnamənin icrasında problemlər yaradacağından Nərimanov rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, ərizə əsaslı olduğundan tam təmin edilməlidir. Belə ki, cavabdeh yalnız 44,30 kv.m hissədə tikinti işlərini dayandıraraq həmin sahənin əhatəsində, yəni arxa, qabaq, sağ və sol hissəsində tikinti işlərini davam etdirərsə gələcəkdə iddia təmin ediləcəyi təqdirdə qeyri-yaşayış sahəsinin bərpa olunması qeyrimümkün olacaqdır. Bu isə iddiaçıların pozulmuş hüquqlarının bərpasını mümükünsüz edəcəkdir. Nəzərə alsaq ki, iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır, belə olanda ərizənin tam təmin edilməməsi tərəfimizdən başadüşülən deyil. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili MMC-nin şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddiaçıların şikayətinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2, onun nümayəndəsi və vəkili onların verdiyi şikayəti müdafiə edərək onun, təmin edilməsini, qarşı tərəfin şikayətinin isə rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçıların şikayəti qismən, cavabdehin şikayəti isə tam təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçıların iddianın təmin tədbirinə dair ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsinə ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir; 157.1.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən Mülki Prosessual Məcəllənin 157.2ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Hazırki halda isə iddiaçıların iddia ərizəsindən, tərəflərin izahatından və cavabdehin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı vəsatətə əlavə etdiyi video görüntüdən aydın olur ki, qeyd olunan qeyri-yaşayış sahəsi artıq sökülmüşdür və qeyd olunan ərazidə tikinti işlərinin aparılmasının dayandırılması təqribən 140 ailənin mülkiyyət hüquqlarını pozmaqla nəticələnə bilər. Belə ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 08.06.2020-ci il tarixli 117 nömrəli sərəncamına əsasən Yaşayış binalarının tikintisi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncamın 1-ci bəndində birmənalı olaraq göstərilmişdir ki, həmin ərazidə qeydə alınmış daşınmaz əmlakın istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MMC tərəfindən binalar inşa olunsun. Məhkəmə Kollegiyasi iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin artıq iddia verilən vaxtdan əvvəl söküldüyünü, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh şikayəti tam, iddiaçıların şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardad ləğv edilməli, iddiaçıların iddianın təmin tədbirinə dair ərizə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən Apellyasiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara a l d ı: İddiaçıların şikayəti qismən təmin edilsin. Cavabdeh şikayəti tam təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(005)-3867/2021 saylı qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1 ünvanda sökuntü və tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan olunması barədə iddiaçıların ərizəsi rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar