Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10344/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2336/2021 saylı işi üzrə 14 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən mənzilinə dəymiş ziyan cavabdehin şəxsi vəsaiti hesabına təmir edilməsi, suyun onun evinə axmasının qarşısının alınaraq təmir edilməsi, mənzilinə dəymiş 200000 manat maddi ziyan və 3000 manat isə mənəvi zərərin Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı 13.09.2021-ci il tarixdə iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin tədbiri olaraq ünvan 2 ünvanında yerləşən mənzildəki sudan istifadənin Cavabdeh və başqa şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2336/2021 saylı işi üzrə 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 157.1, 157.2, 158.1.2-ci il tarixli maddələrinə istinadən) İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddianın təmini tədbirinin tətbiqinə dair ərizəsinin rədd edilməsi qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarət olduğunu diqqətə alaraq, təxirəsalınmaz tədbir kimi cavabdehin mənzilində suyun verilməsinin dayandırılmasını cavabdehə qadağan edilə bilər, lakin hazırkı işdə suyun hansı mənzildən axıdılması məlum olmadığından sudan istifadə cavabdeh və digər şəxslərə qadağan edilə bilməz. İddiaçı qərardaddan şikayət verərək Səbail Rayon Məhkəməsinin 14.09.2021 -ci il tarixli, 2(009)-2336/2021 saylı qərardadını ləğv edib, iddianı təmin tədbiri olaraq ünvan 2 ünvanında yerləşən mənzildəki sudan (su xətlərindən) istifadənin Cavabdeh və başqa şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 157.1, 157.2, 158, 158.2, 267.2, 269.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qonşusu Cavabdeh məxsus olan və ünvan 3 ünvanında yerləşən mənzilindən mənzilinə davamlı şəkildə su axıdılması üzündən ünvan 1 ünvanında yerləşən mənzilinə ciddi ziyan dəymiş və dəyməkdə davam edir, cavabdehin hərəkətləri nəticəsində mənzili yaşamaq üçün tamamilə yararsız hala düşmüşdür, cavabdehə məxsus mənzildən axıdılan suyun nəticəsində nəinki mənzildəki əşyalar, divarların boyaları və divar kağızları yarasız hala düşmüş, hətta tavanın suvağı belə qopmağa başlamışdır. Qeyd edilən hallar 144 saylı MKİS-nin rəisi və işçiləri tərəfindən tərtib edilmiş (AzərSu ASC-nin nümayəndəsinin və iştirakı ilə) və iddia ərizəsinə əlavə edilmiş 30.12.2019-cu il tarixli və 29.07.2021-ci il tarixli (iştirakı ilə) Aktlar da təsdiq edir. Bundan əlavə, 144 saylı MKİS-nin rəisi Ş.C.Hacıyev tərəfindən AzərSu ASC-nin Səbail rayon bölməsinə ünvanlanmış 21.08.2021-ci il tarixli məktubda həqiqətən 25 saylı mənzildən ona məxsus 23 saylı mənzilə dəfələrlə su axıdılması və mənzilin yararsız vəziyyətə düşməsi təsdiq edilərək, 25 saylı mənzildə suyun təcili dayandırılması üçün tədbir görülməsi xahiş olunur. Lakin hal-hazıradək heç bir tədbir görülməmişdir.Buna görə də, məhkəməyə ərizə ilə müraciət edərək iddianı təmin tədbiri olaraq ünvan 5 ünvanında yerləşən mənzildəki sudan (su xətlərindən) istifadənin Cavabdeh və başqa şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xaxiş etmişdir. Səbail rayon Məhkəməsinin 14.09.2021-ci il tarixli, 2(009)- 2336/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardadda ərizənin rədd edilməsinin əsası kimi, suyun hansı mənzildən axıdılmasının məlum olmaması göstərilmişdir.Belə bir əsasla razılaşmaq qətiyyən olmaz. Çünki, iddianı təmin tədbiri barədə olan ərizəsində və hazıki şikayətində istinad etdiyi 144 saylı MKİS-nin rəisi və işçiləri tərəfindən tərtib edilmiş (AzərSu ASC-nin nümayəndəsinin və iştirakı ilə) və iddia ərizəsinə əlavə edilmiş 30.12.2019-cu il tarixli və 29.07.2021-ci il tarixli (iştirakı ilə) Aktlar da təsdiq edir ki, mənzilinə su 25 saylı mənzildən axıdılır. Bundan əlavə, 144 saylı MKİS-nin rəisi Ş.C.Hacıyev tərəfindən AzərSu ASC-nin Səbail rayon bölməsinə ünvanlanmış 21.08.2021-ci il tarixli məktubda həqiqətən 25 saylı mənzildən ona məxsus 23 saylı mənzilə dəfələrlə su axıdılması və mənzilin yararsız vəziyyətə düşməsi təsdiq edilərək, 25 saylı mənzildə suyun təcili dayandırılması üçün tədbir görülməsi xahiş olunur. Bütün bunlara baxmayaraq, iddianı təmin tədbiri barədə Ərizə əsassız olaraq rədd edilmişdir.Digər tərəfdən, belə bir yanaşmanı mübahisənin hələ hətta araşdırılmamasına rəğmən onun mahiyyətinə məhkəmənin qabaqcadan ortaya qoyduğu mövqe kimi qiymətləndirir və bu halı qanuna zidd, qeyriobyektiv və yolverlməz hesab edir. Bura onu da əlavə etsələr də ki, iddianı təmin tədbiri barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir, göründüyü kimi, bu mənada da hakimin ərizəni təmin etməkdən imtinasına haqq qazandırmaq çətindir.Bundan əlavə, onu da nəzərə almaq lazımdır ki, o, cavabdehin hərəkətləri ucbatından öz mənzilində yaşamaq hüququndan məhrum olmuş, cavabdeh isə öz kirayəçiləri vasitəsilə, həm də vergi orqanlarında qeydiyyatdan keçmədən, əmlak kirayə müqaviləsi bağlamadan, yəni qanunsuz yolla münasibətlər qurduğu kirayəçiləri vasitəsi ilə onun mənzilini məhv etməkdə, ona zərər vurmaqda davam edir. Suyun axıdılması davam etdiyi üçün zərər də böyüməkdə davam edir və mənzil qəzalı vəziyyətə düşür.Buna görə də hesab edir ki, sözügedən qərardad ləğv edilməli, mübahisə predmetinə dair iddianı təmin tədbiri barədə verdiyi ərizə təmin olunmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2336/2021 saylı işi üzrə 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24, 80, “X3 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 63-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2,14, 15, 77, 88, 157-164, 236, 386, 388; 397.2, 398, İcra haqqında Qanunun 26,45,48-ci maddələrinə əsasən hesab edir ki şikayətdə qeyd edilən dəlillər onun təmin edilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, iddianın təmini tədbiri mülki dövriyyəni (hüquqları) məhdudlaşdırsa da, lüzumsuz yerə hüquqlardan məhrum edilməsinə və sui-istifadə hallarına şərait yaratmamalı, habelə mülki hüquq subyektlərinin bərabərliyini, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyini, mülkiyyətin toxunulmazlığını, müqavilələr azadlığını, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmasını, pozulmuş hüquqların bərpasının təmin edilməsini, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinin həyata keçirilmə mütənasibliyini və tarazlığını təmin etməlidir. Kollegiya hesab edir ki, iddianın təmin edilməsi barədə təmin tədbiri iddianın əsaslılığına dair ilkin sübutların da mövcudluğunu tələb edir, əks halda qeyd edilən prosessual hüquq normasının tətbiqi dispozitiv imkandan və diskression səlahiyyətlərdən sui-istifadəyə şərayit yaradan hal kimi yolverilməzdir. Hazırki iddia tələbi üzrə sudan istifadədən mərhum edilmə barədə iddia mövcud olmamışdır ki, bunun üçün müvəqqəti təminat tədbiri həyata keçirilməsinə zərurət mövcud olsun. Suyun axıdılmasının davam etməsi isə tələb edilən iddianın mahiyyətin təşkil edir və gələcəkdə edilə bilən digər tələblərin verilməsini istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2336/2021 saylı işi üzrə 14 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-10344/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10344/2021
18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver