Məhkəmə qərarları › İş №2(103)-10359/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10359/2021

18.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10359/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı Cavabdeh1, Cavabdeh2ə qarşı "mülkiyyət hüququnun bərpa edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2(005)-2972/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər "q” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə qarşı "dövlət reyestrində iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi, qanunsuz söküntü, dəymiş maddi ziyanın ödənilməsi və Bakı şəhəri Cavabdeh2in qəbul etdiyi sərəncamına görə məsuliyyətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC tərəfindən qəsdən məhv edilən ünvan 1 ünvanında yerləşən sahəsi 111,5 kv metr olan “A” və sahəsi 13,2 kv metr olan “V” qanuni tikililərinə münasibətdə (aid) dövlət reyesrdə İddiaçı adına qeydə alınmış 13/256 hissə pay mülkiyyət hüququ bərpa edilməsi, cari məhkəmənin 17.09.2019 və 24.12.2019 tarixli, 4300 nömrəli iki qərardadının qadağalarının pozulması nəticəsində, iddiaçının adına və istifadəsində olan, ümumi sahəsi 118,4 kv metr yaşayış sahəsi, 64,4 kv metr (4 yataq otaqlı) olan "xxxx" (sərəncamda (01.03.2016 tarixli 57 nömrəli) “mənzil 4” olaraq qeyd edilib) tikilisindən iddiaçının məhdudlaşdırılmış daşınmaz əmlakdan istifadə hüququnun bərpa edilməsi, (MMC tərəfindən inşa edilən qanunsuz tikilinin müvafiq hissələri) və altı qəsdən qazılaraq qəzalı edilmiş "xxxx" tikilisinə MMC tərəfindən vurulmuş maddi ziyanın məbləği müəyyən edilərək ödənilməsi, Təbriz 34 ünvanında, cavabdeh MMC tərəfindən inşa edilən, qanunsuz, iddiaçı və digər daha iki payçılar (Ramazanova və İbrahimova) ilə qarşılıqlı razılaşma müqaviləsi imzalanmadan tikilən çoxmərtəbəli binanın, iddiaçıya məxsus "xxxx" (118,4 kv metr) tikilisinə aid olan, iddiaçının (və digər payçıların) "xxxx" tikilisindən mneəsiz istifadə etmək hüququnu təmin edən və üzərindəki mülkiyyət hüququnun bərpa edilməsinə dair məhkəmədən (iş : 2(005)-120/2020 saylı) hüquqi nəticə gözləntisinin olduğu həyətyanı torpaq sahəsi (təqribi 400 kv metr) sərhədləri daxilində (sərhəddi pozaraq) inşa edilən, “Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin (ara məsafəsi) tələbləri pozularaq, binanın hissəsi MMC-nin öz hesabına sökülməsi və iddiaçının hüquqlarının bərpa edilməsi, Təbriz 34 ünvanından oğurlanmış “küçə dəmir darvazası, qoparılaraq məhv edilmiş iri ağ tut ağacı, məhv edilmiş ayaq yolundan oğurlanmış mis aftafalar, "xxxx" tikilisinin sındırılmış şüşələri, dam örtük şiferləri, damda saxlanılan 3 ədəd uzunluğu 4 metr, diametri 50 sm olan qalın dəmir borular, 1 ədəd iri pəncərə barmaqlığı (dəmir) bərpa edilməsi, məhkəmədən hüquqi nəticə gözləntimizə dair qanuni qüvvəyə minəcək yekun məhkəmə aktının gözləmədən, Konstitusiyanın 12, 13, 29, 33, 68.1, 71-ci maddələrinin tələblərini qəsdən, bilərəkdən qərəzli olaraq pozmaqla qəbul etdiyi 161 nömrəli 21.06.2019 tarixli sərəncamı ilə iddiaçının mülkiyyət hüququnu pozan, ona qarşı məsuliyyətsizlik Bakı şəhəri Cavabdeh2in məsuliyyətinin müəyyən edilməsi, bütün məhkəmə xərcləri cavabdehlərə aid edilməsi barədə qətnamə və əməllərində cinayət tərkibi olduğunun nəzərə alaraq, barələrində xüsusi qərardadın çıxarılması xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinin və Azərbaycan Respublikası MM-nin 215-ci, 215.4-cü və 215.5-ci maddələrinin tələblərini və onun mülkiyyət hüququnu qəsdən pozaraq, paylı mülkiyyət olan ünvan 2 ünvanlı mülkün 6 nəfər payçısından ikisi ilə - Hümbətov və Həşimovla bağladığı saxta müqavilələri rəhbər tutaraq, 522,5 kv.m-lik həyətyanı torpaq sahəsinin 70%-ni (təqribi 300 kv.m) söküb-dağıdıb qazıb, digər payçılara məxsus 2(005)-2874/2019 saylı mülki iş üzrə mülkiyyət hüquqlarının dövlət reyestrində adlarına qeydə alınacaq torpaq sahələrini də vəhşicəsinə zəbt etmiş və bu işğal hər gün daha da artırılmaqdadır. Belə ki, onun mənzilindən küçəyə çıxışına dərinliyi 10 metr olan katlavanın üzərindən asma taxta körpü ilə yol qoyan MMC, bununla da kifayətlənməyib indi də tikilinin divarının altını içəriyə doğru qazmaqla tikilini 10 metr dərinliyi olan katlavanın üzərində saxlamışdır. Bu da azmış kimi, indi də həmin tikilini katlavana aşırıb salmaq üçün hər gün (gecə) divarın altını içinə doğru traktorla bir az daha qazmaqda davam edir. Məqsədi artıq qəzalı vəziyyətə düşmüş tikilini katlavana aşırıb, yerində tikilisini ucaltmaqdan ibarətdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-66/2021 saylı, 17.03.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "Qaya-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə qarşı “cavabdeh MMC tərəfindən qəsdən məhv edilən ünvan 1 ünvanında yerləşən sahəsi 111,5 kv.metr olan “A” və sahəsi 13,2 kv.metr olan “V” qanuni tikililərinə münasibətdə (aid) dövlət reyestrində İddiaçı adına qeydə alınmış 13/256 hissə pay mülkiyyət hüququnun bərpa edilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır. İddiaçı 17.05.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə məhkəməyə şikayətlə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(005)-66/2021 nömrəli qərardadının ləğv edilərək məhkəmə iclasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-66/2021 saylı, 18.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "Qaya-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə qarşı “cavabdeh MMC tərəfindən qəsdən məhv edilən ünvan 1 ünvanında yerləşən sahəsi 111,5 kv metr olan “A” və sahəsi 13,2 kv metr.olan “V” qanuni tikililərinə münasibətdə (aid) dövlət reyestrində İddiaçı adına qeydə alınmış 13/256 hissə pay mülkiyyət hüququnun bərpa edilməsi” hissəsində mülki işin icraatına xitam verilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(005)- 66/2021 nömrəli qərardadının ləğv edilməsi qərara alınmışdır. Bundan sonra 2(005)-66/2021 saylı mülki işin "dövlət reyestrində iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun bərpası” hissəsinə münasibətdə 2(005)- 2972/2021 yeni iş nömrəsi verilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq prosessual hərəkətlər edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(005)- 2972/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər "Qaya-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə qarşı “cavabdeh MMC tərəfindən qəsdən məhv edilən ünvan 1 ünvanında yerləşən sahəsi 111,5 kv.metr olan “A” və sahəsi 13,2 kv.metr olan “V” qanuni tikililərinə münasibətdə (aid) dövlət reyestridə İddiaçı adına qeydə alınmış 13/256 hissə pay mülkiyyət hüququnun bərpa edilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X1 məhkəməyə şikayət ünvanlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(005)-2972/2021 nömrəli qərardadının ləğv olunmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış tərəflər məhkəmə prosesində iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İş materialları ilə müəyyən olunur ki, iş materiallarında olan və məhkəmə baxışında təqdiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli, 2(005)-3526/2019 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər "QayaQala” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə, X3, X6 ogluna və X2 qarşı "əqdlərin etibarsız elan edilməsi, vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödəməyə məcbur edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "Qaya Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 4 ünvanında törətdiyi dağıntı-söküntü və qazıntı-tikinti işlərinin qanuna zidd hərəkətlər hesab edilməsi, payçılarla imzaladığı müqavilələrin etibarsız hesab edilməsi, Bakı şəhəri Cavabdeh2in hərəkətsizliyinə hüquqi qiymət verilməsi, ona qarşı Bakı şəhəri Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 71-ci maddələrinin tələblərinin pozulmasının müəyyən edilməsi, sökülən "A” və "V” tikililərində iddiaçı şəxsin 13/256 hissə payının da söküldüyü və mülkiyyət hüququnun pozulduğunun müəyyən edilməsi və cavabdehdən bunun əvəzinin tələb edilməsi, cavabdehlə qanuna zidd sövdələşmələrə gedən payçıların məsuliyyətlərinin müəyyən edilməsi iddiaçının 13/256 hissə payının olduğu "A”, "V” və sair tikililərin sökülməsi, iddiaçı şəxsə psixoloji təzyiq göstərilməsi üçün əlbir olduqlarına görə iddiaçı şəxsin pozulan mülkiyyət hüququnun (13/256 hissə) əvəzinin cavabdehlərdən tələb edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, iddiaçının hazırki "dövlət reyestrində iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun bərpası” tələbindən görünür ki, iddiaçının iddia tələbində qeyd etdiyi hallara Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli, 2(005)- 3526/2019 saylı qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Həmin qətnamədən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7121/2020 saylı 02.10.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 dekabr 2019-cu il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan əlavə, iş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kolegiyasının 2(102)-2350/2021 saylı, 24.05.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7121/2020 saylı, 02.10.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə müəyyən edilir ki, İddiaçı cavabdehlər "Qaya-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə qarşı "dövlət reyestrində iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun bərpası” tələbinə dair yuxarıda qeyd olunan hissədə artıq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli, 2(005)- 3526/2019 saylı qətnaməsi ilə münasibət bildirilmişdir. Bu səbəbdən də, iddia tələbi üzrə icraata “cavabdeh MMC tərəfindən qəsdən məhv edilən ünvan 1 ünvanda yerləşən sahəsi 111,5 kv metr olan “A” və sahəsi 13,2 kv.metr olan “V” qanuni tikililərinə münasibətdə (aid) dövlət reyestrində İddiaçı adına qeydə alınmış 13/256 hissə pay mülkiyyət hüququnun bərpa edilməsi” hissəsində xitam verilməsi əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinji instansiya məhkəməsinin mübahisələndirilən qərardadı əsaslı olmuşdur və iddiaçı tərəfindən verilmiş şikayətin dəlilləri onun ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2972/2021 saylı, 04.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar