Məhkəmə qərarları › İş №2(103)-10360/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10360/2021

18.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10360/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər "Qaya-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə qarşı "dövlət reyestrində iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi, dəymiş maddi ziyanın ödənilməsi və Bakı şəhəri Cavabdeh2in qəbul etdiyi sərəncamına görə məsuliyyətinin müəyyən edilməsi” tələbi üzrə tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(005)- 66/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Bakı Şəhəri Cavabdeh2ə qarşı “söküntü və tikinti işlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin Təbriz küçəsi 36 (indiki 64), Ə.Əlizadə küçəsi 23, 25, 27 və Ə.Vahid küçəsi 14,16 ünvanlarında (Təbriz küç. 34-ün ətrafında) başladığı söküntü işlərinin qanuna zidd olması və dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı müxtəlif vaxtlarda iddia tələbini dəyişərək, yaxud dəqiqləşdirərək iddia ərizəsinə əlavələr təqdim etmişdir. Yekun olaraq iddiaçı 28 sentyabr 2020-ci il tarixdə "dövlət reyestrində iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi, dəymiş maddi ziyanın ödənilməsi və Bakı şəhəri Cavabdeh2in qəbul etdiyi sərəncamına görə məsuliyyətinin müəyyən edilməsi”nə dair iddia tələblərinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC tərəfindən qəsdən məhv edilən ünvan 1 ünvanında yerləşən sahəsi 111,5 kv metr olan “A” və sahəsi 13,2 kv metr olan “V” qanuni tikililərinə münasibətdə (aid) Dövlət reyestrində İddiaçı adına qeydə alınmış 13/256 hissə pay mülkiyyət hüququnun bərpa edilməsi, cari məhkəmənin 17.09.2019 və 24.12.2019 tarixli, 4300 nömrəli iki qərardadının qadağalarının pozulması nəticəsində iddiaçının adına və istifadəsində olan, ümumi sahəsi 118,4 kv.metr yaşayış sahəsi, 64,4 kv.metr (4 yataq otaqlı) olan "xxxx" (sərəncamda (01.03.2016 tarixli 57 nömrəli) “mənzil 4” olaraq qeyd edilib) tikilisindən iddiaçının məhdudlaşdırılmış daşınmaz əmlakdan istifadə hüququnun bərpa edilməsi, (MMC tərəfindən inşa edilən qanunsuz tikilinin müvafiq hissələri) və altı qəsdən qazılaraq qəzalı edilmiş "xxxx" tikilisinə MMC tərəfindən vurulmuş maddi ziyanın məbləği müəyyən edilərək ödənilməsi, Təbriz 34 ünvanında, cavabdeh MMC tərəfindən inşa edilən, qanunsuz, iddiaçı və digər daha iki payçılar (Ramazanova və İbrahimova) ilə qarşılıqlı razılaşma müqaviləsi imzalanmadan tikilən çoxmərtəbəli binanın, iddiaçıya məxsus "xxxx" (118,4 kv metr) tikilisinə aid olan, iddiaçının (və digər payçıların) "xxxx" tikilisindən maneəsiz istifadə etmək hüququnu təmin edən və üzərindəki mülkiyyət hüququnun bərpa edilməsinə dair məhkəmədən (İş № 2(005)-120/2020) hüquqi nəticə gözləntisinin olduğu həyətyanı torpaq sahəsi (təqribi 400 kv.metr) sərhədləri daxilində (sərhəddi pozaraq) inşa edilən, “Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin (ara məsafəsi) tələbləri pozularaq, binanın hissəsi MMC-nin öz hesabına sökülməsi və iddiaçının hüquqlarının bərpa edilməsi, Təbriz 34 ünvanından oğurlanmış “küçə dəmir darvazası, qoparılaraq məhv edilmiş iri ağ tut ağacı, məhv edilmiş ayaq yolundan oğurlanmış mis aftafalar, "xxxx" tikilisinin sındırılmış şüşələri, dam örtük şiferləri, damda saxlanılan 3 ədəd uzunluğu 4 metr, diametri 50 sm olan qalın dəmir borular, 1 ədəd iri pəncərə barmaqlığının (dəmir) bərpa edilməsi, məhkəmədən hüquqi nəticə gözləntisinə dair qanuni qüvvəyə minəcək yekun məhkəmə aktını gözləmədən, Konstitusiyanın 12, 13, 29, 33, 68.1, 71-ci maddələrinin tələblərini qəsdən, bilərəkdən qərəzli olaraq pozmaqla qəbul etdiyi 161 nömrəli 21.06.2019 tarixli sərəncamı ilə iddiaçının mülkiyyət hüququnu pozan, ona qarşı məsuliyyətsizlik edən Bakı şəhəri Cavabdeh2in məsuliyyətinin müəyyən edilməsi, bütün məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi barədə qətnamə və əməllərində cinayət tərkibi olduğunu nəzərə alaraq, barələrində xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 MMC Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinin və Azərbaycan Respublikası MM-nin 215-ci, 215.4-cü və 215.5-ci maddələrinin tələblərini və onun mülkiyyət hüququnu qəsdən pozaraq, paylı mülkiyyət olan ünvan 2 ünvanlı mülkün 6 nəfər payçısından ikisi ilə Hümbətov və Həşimov ilə bağladığı saxta müqavilələri rəhbər tutaraq, 522,5 kv.m-lik həyətyanı torpaq sahəsinin 70%-ni ( təqribi 300 kv.m) söküb-dağıdıb qazıb, digər payçılara məxsus 2(005)-2874/2019 saylı mülki iş üzrə mülkiyyət hüquqlarının dövlət reyestrində adlarına qeydə alınacaq torpaq sahələrini də vəhşicəsinə zəbt etmiş və bu işğal hər gün daha da artırılmaqdadır. Belə ki, onun mənzilindən küçəyə çıxışına dərinliyi 10 metr olan kotlovanın üzərindən asma taxta körpü ilə yol qoyan MMC, bununla da kifayətlənməyib, indi də tikilinin divarının altını içəriyə doğru qazmaqla tikilini 10 metr dərinliyi olan kotlovanın üzərində saxlamışdır. Bu da azmış kimi indi də həmin tikilini kotlovana aşırıb salmaq üçün hər gün (gecə) divarın altını içinə doğru traktorla bir az daha qazmaqda davam edir. Məqsədi artıq qəzalı vəziyyətə düşmüş tikilini kotlovana aşırıb, yerində tikilisini ucaltmaqdan ibarətdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(005)- 66/2021 saylı qərardadına əsasən iddia tələbi üzrə icraata İddiaçı cavabdehlər "Qaya- Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə qarşı “cavabdeh MMC tərəfindən qəsdən məhv edilən ünvan 1 ünvanında yerləşən, sahəsi 111,5 kv metr olan “A” və sahəsi 13,2 kv metr olan “V” qanuni tikililərinə münasibətdə (aid) dövlət reyestrində İddiaçı adına qeydə alınmış 13/256 hissə pay mülkiyyət hüququnun bərpa edilməsi” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsi ilə xitam verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(005)- 66/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "Qaya-Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə qarşı "dövlət reyestrində iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi, dəymiş maddi ziyanın ödənilməsi və Bakı şəhəri Cavabdeh2in qəbul etdiyi sərəncamına görə məsuliyyətinin müəyyən edilməsi” tələbinə dair tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən mühüm əhəmiyyəti olan bütün faktiki halları obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər iştirak etmədiyindən kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət olaraq, 16/32 hissə X2, 30/256 hissə açıq saxlanılmaqla X4, 1/32 hissə X1, 13/256 hissə X5, 8/32 hissə X6 və 13/256 hissə İddiaçı məxsusdur. -Bakı Şəhər Cavabdeh2 Başçısının 21 iyun 2019cu il tarixli 161 nömrəli sərəncamının surətindən və məzmunundan görünür ki, Bakı Şəhər Cavabdeh2 Başçısının 23 iyun 2017-ci il tarixli 267 nömrəli sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilərək, rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,884 ha torpaq sahəsi "Qaya Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Cavabdeh1 MMC-yə ünvanlandığı 13.06.2019-cu il tarixli məktubun surətindən görünür ki, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanda yaşayan vətəndaş Nümayəndə yaşadığı binanın yaxınlığında aparılan söküntü və tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması barədə Fövqəladə Hallar Nazirliyinə 18.05.2019-cu il tarixli müraciət ünvanlamışdır. Araşdırma zamanı müraciətdə qeyd edilən faktlar təsdiqini tapmışdır. Sözügedən tikinti obyektinin sahibi "xxxx" MMC-nin rəhbərliyinə tikinti-quraşdırma işləri aparılarkən Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi tapşırılır. Əks halda, ona qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -06.03.2019-cu il tarixli Təbriz küçəsi 34 (indiki 62) №-li ünvanda yaşayan vətəndaş İddiaçı ünvanlanmış Bakı şəhəri Cavabdeh2in məktubunun surətindən görünür ki, Cavabdeh2ə ünvanladığı, paylı mülkiyyət hüququ üzrə ona məxsus olan, Təbriz küçəsi 34 (hazırda 62) ünvanında yerləşən şəxsi evin və həyətyanı sahənin qonşuluqda inşaat işləri aparan "xxxx" şirkətinin əməkdaşları tərəfindən dağıdılmasına, zəbt olunmasına və məcburi qaydada mənimsənilməsinə yol verilməməsi barədə ərizəsinə baxılmış, ərizədə qeyd edilmiş mübahisəli vəziyyətin araşdırılması, hüquq və azadlığının, həmçinin qanunla qorunan maraqlarının təmin olunması üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. -10.12.2018-ci il tarixli Təbriz küçəsi 34 (indiki 62) №-li ünvanda yaşayan vətəndaş İddiaçı və Rəna Mövlamovaya ünvanlanmış Bakı şəhəri Cavabdeh2 Başçısının məktubunun surətindən görünür ki, Cavabdeh2dən daxil olmuş 27.11.2018-ci il tarixli, M- 32/12-071 /12-t/3 saylı məktub ilə xüsusi mülkiyyətində olan yaşadığı ümumi həyət tipli evin texniki pasportunun düzgün tərtib edilməməsi, torpaq sahəsinin sənədləşdirilməsinə və sakinlər tam köçürülmədən aparılan tikinti işlərinin dayandırılmasına köməklik göstərilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinə müraciəti ilə əlaqədar daxil olmiş məktuba baxılması və müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaşayış evlərinə texniki pasportun tərtib edilməsi və eləcədə torpaq sahələrinin sənədləşdirlməsi işləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə verilmişdir. Məsələyə məhkəmə qaydasında baxıldığından, aidiyyəti üzrə müraciət etməsi tövsiyə edilmişdir. Narazılığa səbəb olmuş hallar "xxxx" MMC rəhbərliyinin nəzərinə çatdırılmışdır. Həmçinin, hüquq və azadlığının, eləcə də qanunla qorunan maraqlarının təmini üçün məhkəmə müdafiəsindən istifadə hüququna malik olduğu nəzərinə çatdırılmışdır. -Bakı Şəhər Cavabdeh2 Başçısının 01.03.2016-cı il tarixli 57 nömrəli sərəncamının surətindən görünür ki, Təbriz küçəsindəki 34 №-li evin 4 №-li mənzilində yaşayan vət. İddiaçı ərizə ilə Cavabdeh2ə müraciət edərək, xüsusi mülkiyyətində olan mənzilin yaşayış və köməkçi sahələrinin dəqiqləşdirilərək, sənədləşdirilməsini xahiş etmişdir. İddiaçı ərizəsi əsasında evə baxış keçirilərək, müəyyən edilmişdir ki, onun yaşadığı ev faktiki olaraq, ümumi sahəsi 118,4 kv.metr, yaşayış sahəsi 64,4 kv.metr, köməkçi sahəsi isə 54,0 kv.metr olmaqla, 4 otaqlıdır. Mənzildə yeni tikili aşkar edilməmişdir. Qeyd olunanlara istinad edərək qərara alınmışdır ki, Təbriz küçəsindəki 34 №-li evin 4 №-li mənzili ümumi sahəsi 118,4 kv.m, yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahəsi isə 54,0 kv.m olmaqla, 4 otaqlı hesab edilsin və sənədləşdirilsin. Sərəncamın 1-ci bəndinə uyğun olaraq, vət.İddiaçı adına olan mənzilin mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (ARƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə tövsiyə olunsun. Sərəncamın 1-ci bəndinə uyğun olaraq, mənzilin şəxsi-maliyyə hesabında müvafiq dəyişikliklərin aparılması 37 №-li MKİS-ə tapşırılsın. 37 №-li MKİS-ə və vət. İddiaçı göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə həvalə edilsin. -Bakı Şəhər Cavabdeh2 Başçısının 01.03.2016-cı il tarixli 57 nömrəli sərəncamının surətindən görünür ki, “Qaya Qala" MMC-nin rəhbərliyi 19.06.2019-cu il tarixli, 16 nömrəli məktubla Rayon icra Hakimiyyətinə (RİH) müraciət edərək, Nərimanov RİH başçısının 2,3.06,2017-ci il tarixli, 267 nömrəli Sərəncamını dəyişdirilərək "xxxx" MMC-nin adına keçirilməsini xahiş etmişdir. Bu sərəncamda "xxxx" MMC-yə rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılmasına icazə verilmişdir. Sərəncamın "xxxx" MMC-nin adına sənədləşdirilməsi üçün "xxxx" MMC-nin 18.06.2018-ci il tarixli, 11 nömrəli məktubu ilə öz razılığını bildirmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli "Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafimn sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Qərarı ilə 5 il müddətinə RİH-nə mülki, mənzil, şəhərsalma və tikinti, qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraititin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunanları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23.06.2017-ci il tarixli, 02/05-1148 №li rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tutaraq, qərara alıram: Bakı şəhəri Nərimanov RİH başçısının 23.06.2017-cı il tarixli, 267 №li Sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilsin. Rayonun Təbriz, Q.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli Çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 0,884 ha torpaq sahəsi-əşya Cavabdeh1 MMC-nin daimi istifadəsinə verilsin. Rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə “Qaya Qala" MMCyə aşağıdakılar həvalə edilsin: "xxxx" MMC-yə ayrılmış torpaq sahəsim yerində qəbul etsin ve onun sanitar vəziyyətinə nəzarət etsin; Ayrılmış torpaq sahəsinə "xxxx" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ eldə edilsin. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət olaraq, 16/32 hissə X2, 30/256 hissə açıq saxlanılmaqla X4, 1/32 hissə X1, 13/256 hissə X5, 8/32 hissə X6 və 13/256 hissə İddiaçı məxsusdur. Bakı Şəhər Cavabdeh2 Başçısının 21 iyun 2019-cu il tarixli 161 nömrəli sərəncamı ilə Bakı Şəhər Cavabdeh2 Başçısının 23 iyun 2017-ci il tarixli 267 nömrəli sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilərək, rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,884 ha torpaq sahəsi "Qaya Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilməsi qərara alınmışdır. İddiaçı cavabdehlər "Qaya-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri Cavabdeh2 tərəfindən məhdudlaşdırılmış daşınmaz əmlakdan istifadə hüququnun bərpa edilməsi, habelə mülkiyyət hüququnun bərpası, "xxxx" tikilisinə MMC tərəfindən vurulmuş maddi ziyanın məbləği müəyyən edilərək ödənilməsi, “Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin (ara məsafəsi) tələbləri pozularaq, binanın bir hissəsi MMC-nin öz hesabına sökülməsi və iddiaçının hüquqlarının bərpa edilməsi, Təbriz 34 ünvanından oğurlanmış “küçə dəmir darvazası, qoparılaraq məhv edilmiş iri ağ tut ağacı, məhv edilmiş ayaqyolundan oğurlanmış mis aftafalar, "xxxx" tikilisinin sındırılmış şüşələri, dam örtük şiferləri, damda saxlanılan 3 ədəd uzunluğu 4 metr, diametri 50 sm olan qalın dəmir borular, 1 ədəd iri pəncərə barmaqlığı (dəmir) bərpa edilməsi 161 nömrəli 21.06.2019-cu il tarixli sərəncamı ilə iddiaçının mülkiyyət hüququnu pozan, ona qarşı məsuliyyətsizlik edən Bakı şəhəri Cavabdeh2in məsuliyyətinin müəyyən edilməsini xahiş edir, cavabdeh isə iddia tələbini qəbul etmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 17.1-cu maddəsinə əsasən Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. 17.2-cu maddəsinə əsasən, ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. 17.3-cu maddəsinə əsasən, ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. 17.5-cu maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. 57.2-ci maddəsinə görə, tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 3 sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidri; istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbıəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika(səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; enerji resurlarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır; əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin yikinti obyektindən istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır(xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektləri). 64.1-ci maddəsinə əsasən, tikinti obyektinin təhlükəsiz istismarını təmin etmək üçün obyektin layihələndirilməsi mərhələsində aşağıdakılar nəzərə alınmalıdır: tikinti obyektinin təyinatına görə istismar şəraiti; (64.1.1. maddəsi) ətraf mühitin tikinti obyektinə ehtimal olunan təsiri;( 64.1.2. maddəsi) tikintidə istifadə olunması nəzərdə tutulan tikinti materiallarının xassələri, tikinti materiallarının xassələrinin dəyişmə ehtimalı və onların təbiətin zərərli təsirlərindən mühafizəsinin mümkünlüyü.( 64.1.3. maddəsi) 69.1-ci maddəsinə görə, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. 69.4-cü maddəsinə görə, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafədivarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5-ci maddəsinə görə ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: divar hündürlüyünün 0,6 hissəsi; 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq iddiaçının mülkiyyətinə birbaşa müdaxilə olmadığını müəyyən edilmişdir. Belə ki, hazırda cavabdeh MMC-yə müvafiq ərazidə tikintinin aparılması üçün verilmiş və yuxarıda sadalanmış icazələr, sərəncamlar qüvvədədir, ləğv edilməyib, onların etibarsız hesab edilməsi ilə bağlı tələblər mövcud deyildir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə görə, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95-ci maddəsinə görə, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: (95.1.1.) tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; (95.1.2.) bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; (95.2.) bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Məcəllənin 97.2-ci maddəsinə görə, tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə görə, Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” 3.11.5-ci bəndinə görə, yerli icra hakimiyyəti orqanı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Sadalanan normalardan göründüyü kimi aparılmış tikintinin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililərin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir və hazırki işdən səlahiyyətli dövlət orqanları tərəfindən mübahisəli tikilinin sökülməsi ilə bağlı müvafiq tədbirlər görüldüyü müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab edir ki qanunverciliyin sadalanan normaları iddiaçıya müvafiq icazələr alınmaqla tikilmiş tikililərin sökülməsi ilə bağlı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ verməmişdir. Belə olan halda, iddiaçının mülkiyyətinə birbaşa müdaxilə yaxud da iddiaçıya məxsus daşınmaz əmlakın bir hissəsində tikilinin inşa olunaraq ərazinin zəbt olunması faktı müəyyən edilmir, iddiaçı mübahisəli tikilinin inşasına icazə verən inzibati orqanın qərarlarını mübahisələndirməlidir, həmin qərarlar mübahisələndirilərkən tikililər arasındakı ara məsafəsinin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmalı və müvafiq qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “dəymiş maddi ziyanın ödənilməsi” hissəsinə, “Təbriz 34 ünvanından oğurlanmış “küçə dəmir darvazası, qoparılaraq məhv edilmiş iri ağ tut ağacı, məhv edilmiş ayaq yolundan oğurlanmış mis aftafalar, "xxxx" tikilisinin sındırılmış şüşələri, dam örtük şiferləri, damda saxlanılan 3 ədəd uzunluğu 4 metr, diametri 50 sm olan qalın dəmir borular, 1 ədəd iri pəncərə barmaqlığı (dəmir) bərpa edilməsi” hissəsinə və cavabdehin barəsində xüsusi qərardadın çıxarılaraq araşdırılması üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilməsi tələbinə münasibətdə də düzgün nəticəyə gəlmişdir. Belə ki, tələbin “dəymiş maddi ziyanın ödənilməsi” hissəsi əsas, yəni “dövlət reyestrində iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi” hissələrindən törəmə tələb olduğundan və həmin tələblər təmin edilmədiyindən məhkəmə həmin hissədə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Həmçinin, ididaçı tələbin küçə dəmir darvazası, qoparılaraq məhv edilmiş iri ağ tut ağacı, məhv edilmiş ayaq yolundan oğurlanmış mis aftafalar, "xxxx" tikilisinin sındırılmış şüşələri, dam örtük şiferləri, damda saxlanılan 3 ədəd uzunluğu 4 metr, diametri 50 sm olan qalın dəmir borular, 1 ədəd iri pəncərə barmaqlığı (dəmir) bərpa edilməsi hissəsində həmin istinad etdiyi bu hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli olduğu halda, həmin halları təsdiq edə biləcək mötəbər sübutlar təqdim edə bilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(005)-66/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(005)- 66/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar