Məhkəmə qərarları › İş №2(103)-10366/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10366/2021

07.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10366/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-53/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi cavabdeh (Atakişiyeva) Cavabdeh qarşı “diplomun etibarsız hesab edilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən orta məktəbdə rəsm, rəsmxətt və əmək müəlliməsi ixtisasını bitirməsi barədə Atakişiyeva (Sarıyeva) Fəridə Ənvər qızının adına 1988-ci il tarixdə verilmiş PB seriyalı, 017385 nömrəli diplom dövlət nümunəli təhsil sənədi olmadığından etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-53/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən orta məktəbdə rəsm, rəsmxətt və əmək müəlliməsi ixtisasını bitirməsi barədə X1 adına 1988-ci il tarixdə verilmiş PB seriyalı, 017385 nömrəli diplom dövlət nümunəli təhsil sənədi olmadığından etibarsız etibarsız hesab edilməsi qərara alınmışdır. Cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-53/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərardadı ilə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmaması və apellyasiya şikayəti imzalanmaması əsası ilə geri qaytarılmışdır. Bundan sonra, cavabdeh qərardadda göstərilən qüsurları aradan qaldırmaqla apellyasiya şikayəti vermiş, həmin apellyasiya şikayətinə ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə də əlavə etmişdir. Rayon məhkəməsi tərəfindən qeyd edilən ərizəyə münasibət bildirilmədən apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, MPM-in 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə.366.1, 366.2, 366.3.). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, mülki iş cavabdeh tərəfindən verilmiş buraxılmış müddətin bərpası haqqındakı ərizəyə baxılaraq həll edilməsi üçün Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-53/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh (Atakişiyeva) Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş cavabdeh tərəfindən verilmiş buraxılmış müddətin bərpası haqqındakı ərizəyə baxılaraq həll edilməsi üçün Suraxanı Rayon Məhkəməsinə göndərilsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar