Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1040/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10rşı kompensasiyanın ödənilməsi, əmlakın verilməsi və ya dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), X20 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hikmət qızının katibliyi, iddiaçı Əliyev X18, cavabdeh X8 nümayəndəsi X14, cavabdeh Aqrar Xidmətlər Agentliyinin nümayəndələri X4 və Şahid iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10rşı kompensasiyanın ödənilməsi, əmlakın verilməsi və ya dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2023-ci il tarixli, 2(004)-543/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 9 saylı Ərazi Məşğulluq filialı ilə İddiaçı arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli “özünəməşğulluğa kömək göstərilməsinə dair” 142 nömrəli müqaviləyə əsasən filial təhvil – təslim aktında (müqaviləyə əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünəməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan özünə məşğulluğun təşkili üçün biznes – planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.6-cı bəndinə əsasən iddiaçı istifadəsinə verilmiş əmlakda hər hansısa bir qüsur aşkar olunacağı təqdirdə həmin qüsurları təsdiq edən sənədlərlə birlikdə əmlakı təhvil aldığı gündən etibarən 30 gün müddətinə filiala təqdim etməyi öhdəsinə götürmüşdür.
2. 06 sentyabr 2021-ci il tarixli özünəməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, filial 20 yeşik arı, bal süzən avadanlıq və xüsusi geyimləri təhvil vermiş, özünəməşğulluğa cəlb olunmuş şəxs İddiaçı isə həmin əmlakı özü imzalayaraq təhvil aldığını təsdiq etmişdir.
3. 06 sentyabr 2021-ci il tarixli müqaviləyə 2 nömrəli əlavəyə əsasən İddiaçı “Arı ailələrinin saxlanılmasına dair” təlimat təqdim olunmuşdur.
4. İddiaçı 27 sentyabr 2021-ci il tarixdə X8 9 saylı Ərazi Məşğulluq filialına ərizə ilə müraciət edərək çatışmazlıqların aradan qaldırılmasını xahiş etmişdir.
5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laborotoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi ilə İddiaçı arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli, M/H-0006 nömrəli xidmətin göstərilməsinə dair müqaviləyə və həmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən mərkəz sifarişçiyə parazitoloji xəstəliyə görə diaqnoatik müayinə göstərməyi, sonuncu isə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.
6. Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, e-2-1(118)- 2227/2022 nömrəli qərardadına əsasən İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10rşı kompensasiyanın ödənilməsi və digər tələblərə dair iddiası mümkün sayılmamışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5rşı "dəymiş ziyanın kompensasiyası" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2suz hərəkətləri və ya hərəkətsizliyi tələbinə dair kompensasiya olaraq ümumilikdə 16.206 manat pul vəsaiti, 800 kq bal və ya dəyərinin (manatla) bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi, 15 ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə sığortalanaraq verilməsi, 5 ədəd cavan ana arı ilə təmin edilməsi, çəkilən məhkəmə xərclərinin xeyrinə ödənilməsi barədə öhdəliyin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 03 yanvar 2021-ci il tarixindən X9 Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” alt sistemində iş axtaran vətəndaş kimi qeydiyyata alınmış, həmçinin, arıçılıq üzrə X3 cəlb edilmək üçün 28 yanvar 2021-ci il tarixində qeydiyyata alınmışdır. 06 sentyabr 2022-ci il tarixində X16 tərəfindən X7 çərçivəsində iyirmi pətəkdən ibarət arı ailəsi ilə təmin edilmişdir. Lakin, arı ailələrinə baxış zamanı onların faktiki olaraq lazımi standartlara cavab vermədiyi məlum olmuşdur. Bu səbəbdən, 27 sentyabr 2021-ci il tarixində təqdim edilmiş təsərrüfatla yanaşı, onunla bağlanan 142 saylı müqavilənin 3.2.6- cı bəndinə uyğun olaraq DMA-nın 9 saylı Filialına etiraz məktubu ünvanlamışdır. Müraciətdə təqdim edilmiş təsərrüfatın yararsız olması və acınacağlı durumu barədə məlumat verməklə, müvafiq baxışın keçirilməsi, çatışmazlıqların aradan qaldırılması və hər-hansı xoşagəlməz hadisədən qorunmaq üçün verilən təsərrüfatın sığortalanmasını xahiş etmişdir. X16 tərəfindən X7 çərçivəsində verdiyi yararsız arı ailələrinə baxış keçirilərək yenilənməsi üçün 9 saylı Quba Məşğulluq filialına etdiyi rəsmi müraciətə rəsmi cavabı ala bilməmiş, yalnız şifahi olaraq bildirilib ki, arıçı baytar tərəfindən rəsmi rəy verilməsini özü təşkil etməlidir. Lakin, Quba rayonunda yerləşən X25 Mərkəzinə mürciət etsə də, əvvəlcə ona bildirilib ki, mərkəzdə rəsmi rəy verə biləcək arıçı baytar yoxdur. Həmçinin, apardığı müəyyən araşdırmalardan sonra məlum olub ki, ümumiyyətlə, şimal bölgəsində belə bir mütəxəssis olmayıb və ondan tələb edilən rəsmi rəy verə biləcək arıçı baytar yoxdur. Bu məsələyə dair bəzi mənbələrin etirafını nəzərə alaraq, ehtimal edir ki, X16 qəsdən müddəti ötürmək və vətəndaşların haqlı tələbinə maneə yaratmaq məqsədi ilə müqaviləyə belə bir şərt əlavə ediblər. Bu yolla vətəndaşın tələbinin təmin edilməsini mümkünsüz hala gətiriblər. Bu səbəbdən AR Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin qaynar xəttinə müraciət etmiş, təsərrüfata baxış keçirilməsi təmin olunaraq rəsmi rəy təqdim edilmişdir. Ona təqdim edilən rəydə şikayətinin əsaslı olduğu qeyd edilir və təsdiqlənir. 27 sentyabr 2021-ci il tarixli etiraz məktubunda arı ailələrinin sığortaya cəlb olunmasını və bunun üçün ödəniş etməyə hazır olduğunu bildirmişdir. Eyni müraciət 07 yanvar 2022 tarixli AR KTN-nin AXAnin rəisi Mirzə Əliyevə etməklə bildirmişdir, lakin müraciətlərə baxılmayıb. 18 yanvar 2022ci il tarixində AXA-nın tapşırığı əsasında Quba rayon X25 Mərkəzi tərəfindən DMA-nın X7 çərçivəsində xx.xx.2021-ci il tarixli 142 nömrəli müqavilə əsasında təqdim edilmiş təsərrüfata baxış keçirilib və akt tərtib edilib. Akta əsasən arı pətəklərinin qaydalara uyğun yerləşdirildiyi, hava şəraitindən qorunduğu, özünüməşğulluq proqramı çərçivəsində DMA tərəfindən verilən təsərrüfatın qış üçün nəzərdə tutulan bal ehtiyyatının olmadığı üçün, tanınmış arı şirkətlərinə məxsus kifayət qədər müxtəlif çeşidlərdə süni arı yemləri ilə təmin edildiyi, arı xəstəlikləri və zərərvericilərinə qarşı müxtəlif növ gücləndirici vitaminlər, multivitaminlər, dərman vasitələri və sair qabaqlayıcı tədbirlərdən normativlərə uyğun qaydada istifadə etdiyi təsdiqlənir. Həmçinin, xx.xx.2021-ci il tarixli DMA-nın 9 saylı Filialına arı ailələrinin birləşdirilməsi ilə bağlı müraciəti və DMA-nın buna icazə verməsi barədə müraciəti, baxış keçirən mütəxəssislər tərəfindən təsdiq edilib və müvcud durumda bu qayda ilə bəsləmə qaydalarına daha düzgün riayət etmək təsdiqlənib. Lakin, yanvar ayında bunu həyata keçirməyin nisbətən əlverişsiz olduğu, həmçinin ona verilən təsərrüfatın 142 saylı müqavilənin 2.3 və 3.1.2 bəndlərinə uyğun olaraq yalnız 2022-ci ilin 06 sentyabr tarixindən təhvil-təslim aktına uyğun olaraq təsərrüfatın mülkiyyətinə keçəcəyi qeyd edilib. 18 yanvar 2022-ci il tarixində təsərrüfata baxış keçirilərkən, mütəxəssislər tərəfindən Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və X1 Laburatoriyasına göndərilməsi üçün arı nümunələri götürülüb. Bunun üçün 25 manat rüsüm ödənilib. Laboratoriyanın xx.xx.2022-ci il tarixli M/H 220017 nömrəli Sınaq Protokuluna əsasən müayinə zamanı parazitlər aşkar edilməmişdir. X13 şübhə ilə yanaşır. Belə ki, 27 sentyabr 2021-ci il tarixli müraciətində arıların qışa hazırlıqsız (bal gidasının olmaması və s.) ilə yanaşı xəstəliklərin olması, hətta varatozun olduğunu təsdiq edən foto və video qeydlərin olduğu faktlar mövcuddur. Ehtimal edir ki, ümumiyyətlə respublikada arıların diaqnostik müayinəsini həyata keçirə biləcək laboratoriya və arıçılıq üzrə müayinə apara bilən baytar ekspert yoxdur. Şimal bölgəsində rəsmi rəy verə biləcək arıçı baytarın olmaması və bu barədə rəsmi müraciətlərinin dörd ayadək ləngidilməsi buna əyani sübutdur. Həmçinin sığorta şirkətlərinin (Aqrar sığorta də daxil) arıları sığorta etməkdən müxtəlif üsullarla yayınmaları, bu sahə üzrə ekspertlərin və diaqnostik müayinə laboratoriyasının olmaması səbəbindən baş verir və vətəndaşlara sığorta etməkdən imtina edilir. Həmçinin arıların müayinəsinə dair müayinənin növü və qiymət cədvəlini tələb etsə də - həmin cədvəlin olmadığını ehtimal edir. Məhz buna görə ona iri və xırda buynuzlu heyvanların diaqnostik giymət cədvəli təqdim edilib. Bu səbəbdən diaqnostik müayinənin formal olduğu qənaitindədir. xx.xx.2022-ci il tarixli akta əsasən arıların zəifləməsi və tələf olmasına səbəb arı ailəsinin qışa hazırlanmasına baxımsızlıq və düzgün riayət edilməməsidir. DMA tərəfindən xx.xx.2021-ci il tarixli 142 saylı müqavilə ilə verdiyi təsərrüfata dair həmin müqavilənin 2 saylı əlavəsində qeyd edilən Arı ailəsinin saxlanmasına dair Təlimatında, arı ailəsinin qışa hazırlığı ilə əlaqədar 20 kiliqramlıq bal ehtiyatının saxlanması qeyd edilir. Verilən rəy və tərtib edilmiş AKT-a əsasən təsdiq edilir ki, həmin miqdarda bal ehtiyatı arı ailələrinin heçbirində mövcud deyildir. Ümumiyyətlə arı pətəklərində bal gidası olmadığı təsdiqlənir. Bu isə özü-özlüyündə təsdiq edir ki, 20 kiloqramlıq bal gidasını o öz hesabıma 20 kiloqram və daha çox (belə ki, süni qida, bal kalorisindən dəfələrlə aşağıdır) süni qida ilə qarşılamalıdır. Həmin qidanı o öz şəxsi vəsaiti hesabına almaq məcburiyyətində qalmışdır. Süni qidanın kiloqramı hazırkı bazar giyməti ilə 6 manat civarında təşkil etdiyini nəzərə alsa və hər arı pətəyi üçün 20 kq və pətəklərin sayının 20 ədəd olduğunu nəzərə alaraq: 6 manat x 20 kq. x 20 ədəd = 2400 manat; arı ailələrinin zəif və qışa hazırlıqsız olduğu üçün əlavə diqqət və qeyğı tələb etdikləri və bunun üçün vaxt sərf edərək faktiki olaraq digər əmək fəaliyyəti ilə məşğul ola bilməməklə qazancdan məhrum olmuşdur. Bunun üçün Azərbaycan Respublikasının 2022-ci il üçün orta aylıq nominal əmək haqqının 829 manat olduğu nəzərə alaraq, 06 sentyabr 2021-ci ildən başlayaraq on dörd ayı əhatə edən indiki vaxtadək: 14 ay x 829 manat = 11606 manat; arıçılığa dəstək proqramı çərçivəsində dövlət tərəfindən arıçılara hər arı ailəsinə görə verilməli olan 10 manat subsidiya vəsaitinin arı ailələrinin böyük hissəsinin tələf olduğu səbəbindən şamil edilmədiyi üçün, 10 manat x 20 arı pətəyi = 200 manat; əlavə nəqliyyat xərcləri, rayondaxili və Bakı şəhərinə müxtəlif növdə kandi, dərman vasitələri, vitaminlər, multivitaminlər, ləvazimatlar, iyirmi beş manatlıq diaqnostik müayinə, AR KTN yanında AXA-ya qəbula gəlmək və sair avadanlıqların alınması üçün, digər xərclər qismində 2000 manat; X7 çərçivəsində DMA tərəfindən təşkil edilmiş treninqlərdə birgə tərtib edilmiş biznes plana uyğun olaraq, bu ilin bal mövsümü üçün hər arı ailəsindən 40 kiloqram bal əldə edəcəyini, lakin mövcud vəziyyətdə bunun mümkün olmadığı nəzərə alınaraq, dəyərinin hesablanmasını, 40 kq x 20 ədəd = 800 kq bal və ya dəyərinin bazar qiymətinə uyğun hesablanaraq verilməsi; tələf olmuş 15 ədəd arı ailəsinin arı pətəyi ilə birgə yenilənərək 15 ədəd müasir “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə verilməsini; sağ qalan 5 ədəd arı ailəsinin zəif olduğu və beçə vermə qabiliyyətinin olmadığı, ana arının qoca olduğu üçün tələf olma ehtimalının olduğunu və mövsüm ərzində bal məhsulu ala bilmədiyinə görə, 5 ədəd cavan ana arı ilə təmin edilməsini tələb edir. Ümumilikdə kompensasiya olaraq 16206 manat pul vəsaiti; 800 kiloqram bal və ya dəyərinin (manatla) bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi, 15 (on beş) ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə verilməsi, 5 ədəd cavan ana arı ilə təmin edilməsi barədə cavabdehə verdiyi tələb qəbul edilməyib. Göründüyü kimi, Aqrar Xidmətlər Agentliyinin və X8 Özünüməşğulluq Proqramı çərçivəsində xx.xx.2021-ci il tarixli 142 saylı müqaviləyə əsasən təmin etdiyi arıçılıq təsərrüfatının müqavilədə qeyd edilən şərtlərə cavab vermədiyi, onu süründürməçiliyə saldıqları, əlavə qulluğa görə əhəmiyyətli vaxt itkisi ilə üzləşməyi, təqdim edilən təsərrüfatın yararsızlığı səbəbindən əlavə vəsaitlər xərcləməli olduğunu, qışa hazırlıqsız və zəif olduqları üçün 75% itki ilə çıxdığı və digər 25%-in zəif və qeyri-məhsuldar olduğuna görə mövsümü gəlir əvəzinə ziyanla və artımsız (itki ilə) başa vurduğu üçün ona dəymiş zərərin yuxarıdakı hesablamaya uyğun kompensasiya edilərək ödənilməsini və tələf olan arı pətəklərinin Dövlət Proqramında olan “X26” ilə təmin olunmasını ədalətli hesab edir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2023-ci il tarixli, 2(004)- 543/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
10. Qətnamə onunla əsaslandırılmışdır ki, 06 sentyabr 2021-ci il tarixli təhvil-təslim Aktına əsasən 9 saylı Ərazi Məşğulluq filialı tərəfindən İddiaçı göstərilən aktivlər təhvil verilmiş və necə qulluq edilməsi göstərilmişdir, lakin aktivlərə baxılarkən İddiaçı özünün təqsiri olduğundan iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Apellyasiya məhkəməsində icraat
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında yaranmış münasibətlər müqavilə münasibətləri olduğundan birinci instansiya məhkəməsi bu münasibətləri nizamlayan normaları tətbiq etməli idi. Cavabdeh tərəfindən lazımi keyfiyyətdə əmlak verilməməsi ilə öhdəliklərini pozmuşdur. Cavabdehin bu pozuntunun nəticələrini aradan qaldıra bilmək imkanı var idi. Birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən işə aidiyyəti olan onunla cavabdeh arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli 142 saylı müqavilə, həmin tarixdə 20 ədəd arı pətəklərinin verilməməsi barədə təhvil təslim aktı, cavabdehin X17 verdiyi 27 sentyabr 2022-ci il tarixli cavab məktubuna istinad edib. Bundan əlavə işə aidiyyəti olmayan mənim başqa qətnamənin icrası ilə bağlı inzibati qaydada həbs olunmağımla bağlı məhkəmə qərarlarına istinad edir. Bununla məhkəmə MPM-nin 80-ci maddəsinin tələblərini pozaraq prosessual pozuntuya yol verir. Məhkəmə ümumiyyətlə işin hallarını müəyyən edərkən bir qayda olaraq cavabdehin ona verdiyi 27 sentyabr 2022-ci il tarixli məktubda və məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazda ifadə etdiyi mövqeyini MPM-nin 88-ci maddəsində nəzərdə tutulduğu qayda hər hansı bir yoxlama aparmadan birmənalı qəbul etmişdir. İşə bir başa aidiyyəti olsa da, birinci instansiya məhkəməsi Aqrar Xidmətlər Agentliyinin təsərrüfata baxış keçirib 18 yanvar 2022-ci il tarixli akta və Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və X1 Laboratoriyasının xx.xx.2022 tarixli, M/H 220017 nömrəli Sınaq Protokuluna istinad etmir və bu sübutların məzmunu qətnamədə ümumiyyətlə əks etdirmir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 8.1-ci və 14.1.2-ci bənlərinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi inzibati orqanlar hesab olunur.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2. və 2.2.7-ci bəndlərinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X8 Nizamnaməsi: 1.1. X15 (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.8. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş kvotaya uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.8. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib iş seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil etmək; 3.2.3. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kvotadan əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılmasını və məqsədli proqramların həyata keçirilməsini təmin etmək;
16. Azərbaycan Respublikası Prezidentinin 21 may 2019-cu il tarixli, 701 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”: 1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) ölkədə heyvan və bitki sağlamlığı, seleksiya nailiyyətləri , toxumçuluq, siyahısını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi nəqliyyat vasitələri və digər kənd təsərrüfatı texnikası ilə bağlı dövlət xidmətlərinin təşkilini, habelə seleksiya nailiyyətləri (bitki sortları), toxumçuluq və kənd təsərrüfatı texnikası sahələrində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. 2.0. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. heyvan sağlamlığının təmin edilməsi, heyvandarlıqda məhsuldarlığın artırılması, epizootiya əleyhinə tədbirlər görülməsi sahələrində dövlət baytarlıq xidmətlərinin təşkilini və idarə edilməsini həyata keçirir; 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.0.1. heyvandarlıq sahəsində istehsalın və məhsuldarlığın artırılması məqsədilə dövlət baytarlıq xidmətləri göstərilməsini təşkil etmək; 3.0.2. ölkədə heyvan sağlamlığı, heyvan xəstəliklərinin profilaktikası və ləğvi ilə bağlı tədbirlərin yerinə yetirilməsini təmin etmək, diaqnostika, müalicə, profilaktika və epizootiya əleyhinə tədbirləri həyata keçirməklə mal-qaranı və başqa heyvanları (xəzdərililəri, quşları, balıqları, arıları, vəhşi heyvanları və s.) xəstəliklərdən qorumaq, bu istiqamətdə bioloji, kimyəvi və digər baytarlıq preparatlarının tətbiqini həyata keçirmək; 3.0.3. heyvandarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, tədarükü, saxlanması və satışı obyektlərində, diri heyvan satışı bazarlarında, sərgi və yarmarkalarda, fermadaxili və fermaətrafı ərazilərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində, zooparklarda, heyvanların köç yolları düşərgələrində, heyvanların suvarma mənbələrində heyvan sağlamlığının qorunması məqsədilə lazımi müayinə, müalicə, profilaktika, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərini həyata keçirmək; 3.0.5. heyvan sağlamlığına, heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 3.0.6. heyvanlarda yoluxucu xəstəliklər müəyyən edildikdə və ya belə xəstəliklərin baş verməsi təhlükəsi yarandıqda, baytarlıq nəzarəti funksiyalarını həyata keçirən orqana məlumat vermək, xüsusi təhlükəli heyvan xəstəlikləri aşkar edilən, karantin qoyulan yerlərdə qoruyucu karantin və digər baytarlıq tədbirlərini həyata keçirmək;
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında 06 oktyabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...İnzibati müqavilə icra funksiyasının həyata keçirilməsi məqsədilə icra hakimiyyəti orqanı ilə digər subyektlər arasında bağlanan müqavilədir. Bu növ müqavilələrdə bir tərəf mütləq qaydada icra funksiyalarını həyata keçirən subyekt olur. Qeyd etmək lazımdır ki, inzibati müqavilənin əsasını xüsusi hüquq qaydaları deyil, inzibati hüquq qaydaları təşkil edir. Habelə, inzibati müqavilələri başqalarından fərqləndirən ən vacib xüsusiyyət idarəetmə orqanının qarşı tərəfdən fərqli olaraq, daha üstün səlahiyyətə malik olması və imtiyazlardan istifadə etməsidir. Belə müqavilələr daha çox inzibati-ərazi vahidlərində idarəçilik funksiyalarının həyata keçirilməsi ilə əlaqədar tabeçilik subyektləri arasında bağlanılır. Bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir.”
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı: 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 7.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. İşin hallarından görünür ki, mübahisənin predmetini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2suz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin əvəzi kimi kompensasiya olaraq ümumilikdə 16206 manat pul vəsaitinin ödənilməsi, həmçinin, 800 kq bal və ya dəyərinin bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi, 15 ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə sığortalanaraq verilməsi təşkil edir. Eyni zamanda iddiaçı ərizədə kompensasiyanın ödənilməsi üçün digər əsalarla yanaşı ona istinad edir ki, o, rəsmi müraciətində arı ailələrinin sığortaya cəlb olunmasını və bunun üçün ödəniş etməyə hazır olduğunu bildirsə də, müraciəti nəticəsiz qalmışdır.
22. Cavabdehlər - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 inzibati orqan hesab olunurlar.
23. Mübahisənin düzgün həlli üçün ilk növbədə tərəflər arasında yaranmış münasibətlərin xarakteri düzgün qiymətləndirilməlidir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarında xüsusi hüquqla ümumi (publik) hüquq münasibətləri belə fərqləndirilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
25. Hazırkı situasiyada isə iddiaçı və cavabdehlər arasında yaranmış münasibətlərdə tərəflər inzibati orqanlar və fiziki şəxsdir, inzibati orqanlar müqavilələri bağlayarkən qanunla ona həvalə olunmuş inzibati funksiyanı yerinə yetirmişlər, yəni, xüsusi hüquqda olduğu kimi “öz iradəsini ifadə etməkdə sərbəst olma” və “heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməmək” halları mövcud olmamışdır. Başqa sözlə ifadə etsək, bu inzibati orqanlar onlara həvalə olunmuş inzibati funksiyanı yerinə yetirərək bu müqavilələri bağlamışlar. İddiaçı isə həmin hüquqi şəxslərin öz üzərlərinə düşən vəzifələri yerinə yetirmədiyini əsas gətirərək məhz həmin orqanların hərəkəti (hərəkətsizliyi) ilə bağlı ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir.
26. Hal – hazırda ölkədə tətbiq olunan qanunvericilikdə “inzibati müqavilə” anlayışı mövcud deyildir. Azərbaycan inzibati icraat üzrə alman hüququnun nümunəsini qəbul etdiyi üçün bizdə də inzibati müqaviləyə müstəqil institut kimi yanaşma demək olar ki, mövcud deyildir və inzibati müqavilənin imzalanmasına inzibati akt statusu verilmədən hüquqi akt kimi baxılır.
27. Ümumi nəzəriyyədə isə müqavilənin inzibati müqavilə sayılması üçün şərtlərdən biri müqavilənin məzmununun qanunla müəyyənləşdirilmiş məsələ olmasıdır. İnzibati müqavilələrlə mülki hüquq müqavilələri arasında əsas fərq odur ki, inzibati müqavilələrin qanuni əsasını xüsusi hüquq qaydaları deyil, inzibati hüquq, yəni dövlət hüququ (public law) qaydaları təşkil edir. İnzibati orqan müqavilə növündə əqdləri ancaq qanunvericilikdə nəzərdə tutulmuş predmetlərə aid bağlaya bilər.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında 06 oktyabr 2012-ci il tarixli qərarında bu müqavilə barədə qeyd olunmuşdur ki, inzibati müqavilə icra funksiyasının həyata keçirilməsi məqsədilə icra hakimiyyəti orqanı ilə digər subyektlər arasında bağlanan müqavilədir, bu növ müqavilələrdə bir tərəf mütləq qaydada icra funksiyalarını həyata keçirən subyekt olur, inzibati müqavilələri başqalarından fərqləndirən ən vacib xüsusiyyət idarəetmə orqanının qarşı tərəfdən fərqli olaraq, daha üstün səlahiyyətə malik olması və imtiyazlardan istifadə etməsidir. Belə müqavilələr daha çox inzibati-ərazi vahidlərində idarəçilik funksiyalarının həyata keçirilməsi ilə əlaqədar tabeçilik subyektləri arasında bağlanılır.
29. Hazırkı işin hallarını da Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında şərh edilən istiqamətdə qiymətləndirmə apararaq belə nəticəyə gəlinir ki, tərəflər arasında bağlanmış müqavilələr icra funksiyasının həyata keçirilməsi məqsədilə icra hakimiyyəti orqanı ilə iddiaçı arasında bağlanan müqavilədir, bir tərəf icra funksiyalarını həyata keçirən subyektdir.
30. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında müqavilənin bağlnması üçün əsas İddiaçı 23-28 avqust 2021-ci il tarixlərdə təşkil olunmuş təlimlərdə iştirak etməsi və qiymətləndirilmədən uğurla keçərək müvafiq qərar əsasında özünəməşğulluğa cəlb olunmasıdır. Bu xüsusat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 X6 filialı tərəfindən İddiaçı göndərilən 27 sentyabr 2022-ci il tarixli cavab məktubunda əksini tapır. Fərz etsək ki, iddiaçı təlimlərdə iştirak edərək qiymətləndirilmədən uğurla keçdikdən sonra müfafiq qərar qəbul olumasa və ya müqavilə bağlamaqdan imtina olunsa idi, cavabdeh inzibati orqan hesab olunduğundan iddiaçı qərarın qəbul olunması və ya müqavilənin bağlanması barədə məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə inzibati qaydada məhkəməyə müraciət etməli idi. İnzibati orqan olan cavabdehə qarşı bu məzmunda iddialar qaldırılarkən işə inzibati icraat qaydasında baxılmalıdırsa, həmin orqanın hərəkət və hərəkətsizliyi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddialara da eyni icraatda baxılmalıdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında yox, inzibati icraat qaydasında baxılmalıdır, şikayətin dəlilləri qismən əsaslı olmaqla qətnamənin ləğvinə əsas verir.
32. Mübahisəyə inzibati, yoxsa mülki qaydada baxılması ilə bağlı X15 tərəfindən məhkəməyə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin 14 noyabr 2023-cü il tarixli, e-102-452/2023 nömrəli qərarı təqdim olunmuşdur və cavabdeh tərəfindən məhz bu qərarda gəlinən mövqe əsas götürülərək işə mülki qaydada baxılmalı olduğu bildirilmişdir.
33. Lakin həmin qərarı nəzərdən keçirərkən görünür ki, mübahisələrin mahiyyəti tamamilə fərqlidir. Belə ki, həmin iş üzrə X8 cavabdehə qarşı iddiasının predmetini “özünəməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli əmlakların natura şəklində qaytarılması” təşkil edirdisə, hazırkı iddianın predmetini yuxarıda qeyd olunduğu kimi “inzibati orqanların qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin əvəzi kimi kompensasiya olaraq ümumilikdə 16206 manat pul vəsaitinin ödənilməsi, həmçinin, 800 kq bal və ya dəyərinin (manatla) bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi, 15 ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə sığortalanaraq verilməsi” təşkil edir. Bundan başqa qərarda aidiyyatla bağlı mübahisə həll olunarkən kollegiyaların qarışıq tərkbi tərəfindən nəticəyə gəlinsə də, yalnız mübahisəyə kommersiya və ya ümumi məhkəmədə baxılması ilə bağlı məsələlərə aydınlıq gətirilmiş və hazırkı qərarda qeyd olunan məsələlərlə bağlı araşdırma aparılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin qərarda əks olunmuş mövqe hazırkı işə də mülki mühakimə icraatı qaydasında baxılması üçün əsas ola bilməz.
34. Beləliklə, mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas verir. Buna görə də apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli, işə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2023-ci il tarixli, 2(004)- 543/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2023-ci il tarixli, 2(004)- 543/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10rşı kompensasiyanın ödənilməsi, əmlakın verilməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, eyni məzmunlu iddia ərizəsi ilə inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev