Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10405/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(011)-2626/2021 nömrəli qətnaməsindən cavabdeh və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 800 manat məbləğində maddi, 500 manat məbləğində mənəvi ziyana, hüquqi yardıma görə 500 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(011)-2626/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 800 manat, hüquqi yardıma görə 100 manat, cəmi 900 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul məbləğinin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(011)-2626/2021-026 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ilə Cavabdeh2 məhkəməyə barışıq sazişi təqdim etmiş və onun təsdiq olunmasını xahiş etmişlər. Tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyən edilmişdir: “Biz aşağıda imza imza edənlər – İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh2, İddiaçı Cavabdeh2 qarşı 1800 manat pul tələbinə dair mülki iş üzrə aşağıdakı şərtlər daxilində barışıq sazişi bağlayırıq: Cavabdeh A.Hüsynzadə iddia tələbi üzrə beh verilmiş 800 manat pulu 2 ay ərzində ödəməyi öhdəsinə götürür. İddiaçı həmin pulu qəbul edib barışıq sazişi bağlayır və iddiadan imtina edir və iş üzrə icraata xitam veirlir.” Qeyd edilən barışıq sazişi iddiaçının nümayəndəsi və cavabdehin özü tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (maddə 881.3) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və barışıq sazişinin şərtlərini araşdıraraq, tərəflərə barışıq sazişinin təsdiq edilməsi üzrə prosessual hərəkətlərin nəticələrini izah edərək hesab edir ki, həmin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından bu hərəkətlər qəbul edilərək barışıq sazişi təsdiq edilməli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(011)-2626/2021 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 370, 384.0.4, 391, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(011)-2626/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmununda barışıq sazişi təsdiq edilsin: “Biz aşağıda imza imza edənlər – İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh2, İddiaçı Cavabdeh2 qarşı 1800 manat pul tələbinə dair mülki iş üzrə aşağıdakı şərtlər daxilində barışıq sazişi bağlayırıq: Cavabdeh A.Hüsynzadə iddia tələbi üzrə beh verilmiş 800 manat pulu 2 ay ərzində ödəməyi öhdəsinə götürür. İddiaçı həmin pulu qəbul edib barışıq sazişi bağlayır və iddiadan imtina edir və iş üzrə icraata xitam veirlir.” İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10405/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10405/2021
02.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver