Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10466/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X5 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Cavabdeh1 Həmid oğlunun iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(009)- 1205/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC, “Nissan Sunny” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə İddiaçı ASC tərəfindən ödənilmiş 1.250 manat sığorta ödənişi məbləği və bu iddianın verilməsi ilə bağlı 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “NAZ LİFAN LİFT 132/2 320 MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil "AZSİĞORTA” ASC-də 07.11.2019-cu tarixdən 07.11.2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. AC 130953 №-li avtomobilin texniki pasportuna görə “NAZ LİFAN LFT 132/2 320 MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi cavabdeh, Şamaxı rayonu Çuxuryerd kəndində yaşayan X3r. Cavabdeh1 nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ olmadan “NAZ LİFAN LFT 132/2 320 MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, 19.10.2020-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Nəsimi rayon ərazisində idarə edərək, yol-nəqliyyat hadisəsi törədib Səməd Hacıyevə məxsus olan “Nissan Sunny” markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə Nəsimi RPİ DYPŞ tərəfindən qeydə alınmış Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 327.6 və 332.4-cü maddələri ilə AP ******* №-li, 28.10.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Nissan Sunny” markalı, **-LM-*** d.n.q.n. avtomobilə vurulmuş maddi ziyan 1250 manat məbləğində müəyyən edilərək İddiaçı ASC tərəfindən həmin məbləğdə pul avtomobilin sahibinə ödənilmişdir. Sürücülük hüququ olmadan cavabdeh tərəfindən avtomobil idarə olunaraq yol-nəqliyyat hadisəsi törətdiyinə, hadisə yerindən yayındığına görə üçüncü şəxsin əmlakına, avtomobilinə vurulmuş zərərə görə ödənilmiş 1250 manat pul cavabdehdən alınaraq "AZSİĞORTA ASC-yə verilməlidir. Cavabdeh X10 qanunsuz olaraq Azərbaycan Respublikası ƏƏSM Nazirliyi tərəfindən verilmiş “Nissan Sunny” markalı. **- LM-*** d.q.n avtomobili 23.10.2018-cı il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda rəsmiləşdirdiyi etibarnamə ilə sürücülük hüququ olmayan Cavabdeh1 sahibliyinə verə bilməz. Lakin bunu etdiyi üçün axırıncı tərəfindən yol verilmiş inzibati xəta nəticəsində üçüncü şəxsə vurulan maddi ziyana görə cavabeh Cavabdeh1 ilə müştərək qaydada İddiaçı ASC qarşısında mülki məsuliyyət daşıyır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(009)- 1205/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1250 (min iki yüz əlli) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, keçirilmiş məhkəməmühasibatlıq ekspertizası xərci, 100 manat məbləğində pulun 50 manatı Cavabdeh1, 50 manatı Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1205/2021 saylı iş üzrə 31.08.2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Səbail Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməlidir və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, o, hadisədən sonra zərərçəkmiş şəxslə usta X2 yanına getmiş və avtomobilin nə qədər pulla düzələ biləcəyini soruşmuş, o, isə bildirmiş ki, 300 (üç yüz) manata sözügedən avtomobili təmir etmək olar. Bundan başqa hadisə yerinə gələn "xxxx" ASC-nin nümayəndəsi həmçinin bildirmiş ki, narahat olmağına dəyməz, zərərçəkmiş avtomobilin maksimum 300 manat xərci olar. Nəsimi Rayon Polis idarəsinin əməkdaşı X19 ondan 250 manat pul (rüşvət) tələb etdiyini, ona ödəyi işi cavabdehin xeyrimə yazılmasını qeyd etmişdir. Cavabdeh isə ona bildirmiş ki, o, qarşı tərəfin avtomobilini düzəltdirəcək. Qəza hadisəsi ilə bağlı onu barəsində İXM 327.2, 327,6, və 332.4-cü maddələri ilə AP ******* saylı, 28.10.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bunula bağlı məhkəmədə iştirak edən zərərçəkmiş şəxs ondan şikayətçi olmadığını bildirmişdir, bütün bunlar yazılı olaraq mövcud olmuşdur. X4 idarə etdiyi “Nissan Sunniy” markalı **- LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəza zamanı yalnız kopotu bir az əzilmiş, işıq saçanı, (farası) isə çatlamışdır. Sonradan qüsur aktında isə göstərilmişdir ki, su paylayıcı (radıyator) deşilmiş və ya dağılmışdır. Qeyd edir ki, hər hansı avtomobilin su paylayıcısı (radıyatoru) dağılarsa həmən avtomobili idarə etmək olmaz, əks təqdirdə isə avtomobil tamamilə yararsız hala düşər. X4 idarə etdiyi “Nissan Sunniy” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəza zamanı yalnız kopotu bir az əzilmiş, işıq saçanı, (farası) çatlamışdır və kəməri (buferi) isə bir az cızılmışdır. Bütün bunları təsdiq edəcək şahidlər də var. Belə ki, 19.10.2020-ci il tarixdə qəza baş verən zamanı həmin vaxt orada olan taksi sürücüsü X13 və avtomobil ustası X9 bütün bunları təsdiq edə bilər. Bundan başqa zərərçəkmiş şəxs X11 avtomobilin təmir olunmuş hissələrini sübut kimi mənə təqdim etməli idi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı və 1108-ci maddələrinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası əsaslıdır. Mülki iş materiallarına əlavə edilmiş AKT377/20-CML-2884/2020 nömrəli sığorta aktına əsasən sığortalanmış NAZ LİFAN LİFT 132/2 320 Minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın məbləği 1250 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 005XOH********** saylı ödəniş tapşırığından görünür ki, X7 04 dekabr 2020-ci il tarixdə İddiaçı ASC tərəfindən 1250 manat verilmişdir. İş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışa əsasən 19.10.2020-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Nəsimi rayon ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə baş verərəkən “NAZ LİFAN LFT 132/2 320 MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə “Nissan Sunny” markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuş, “NAZ LİFAN LFT 132/2 320 MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2, sürücüsü Cavabdeh1 olmuş, onun etibarnaməsi olsa da, sürücülük vəsiqəsi olmamışdır. İş materiallarına əlavə edilmiş 17.05.21 tarixli ərizə ilə Cavabdeh1 məhkəmədən zərər verdiyi Nissan Sunny markalı avtomobilin bufer və farasına ziyan dəymişdir. Bu ziyana görə İddiaçı ASC ondan 1250 manat tələb edir. Cavabdeh1 bu məbləğlə razılaşmadığı üçün ekspert təyin edilməsini və araşdırılaraq hüquqi qiymət verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 18.05.21 tarixli ərizə ilə Cavabdeh2 məhkəmədən onun adına olan ** BF *** dövlət nişanlı avtomobili X8 etibarnamə ilə sürməyə vermişdir. Cavabdeh1 maşını idarə edərkən hadisə törədib və törətdiyi hadisə ilə razılaşır. Amma İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırdığı iddia ilə razi deyillər. Göstərilən dəyər çox olduğu üçün narazıdırlar. X1 verdiyi etibarnamə hüquqi sənəddir və bu hadisə ilə onun heç bir iddiası, əlaqəsi yoxdur. İddiaçı ASC-nin ona qarşı qaldırdığı iddia ilə razı deyildir. Buna görə də məhkəmənin iştirakı olmadan keçirilməsinə etiraz etmir. Onun etibar etdiyi tərəf iştirak edəcək. Onu da nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş 26.07.2021-ci il tarixli, 9/3976 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, İddiaçı ASC-nin 22.10.2020-ci il tarixli qüsur aktındaki məlumatlaraəsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışı Nissan Sunny markalı, ** LM *** dövlıt qeydiyyat nişanlı avtomobilinin təmirbərpa xərvi hadisə baş verın tarixı təxminən 1250,0 manat müəyyən edilir. (aparılmış tədqiqatın dəyəri 100 manat) Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2-ci və 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci madəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki qanunvericiliyin tələblərinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə cavabdehliyi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Lakin eyni zamanda qanunvericiliyin tələbinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Bu halda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Əks halda vurulmuş ziyana görə məsuliyyəti həm mənbə sahibi, həm də ona hüquqa zidd yiyənlənmiş şəxs birgə daşıyır. Hazırkı işdə Cavabdeh1 iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, onun qanuni əsas olmadan (sürücülük vəsiqəsi olmayan) idarə etdiyi yüksək təhlükə mənbəyi olan “NAZ LİFAN LFT 132/2 320 MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “Nissan Sunny” markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Dəymiş ziyan İddiaçı ASC tərəfindən ödənilmişdir. Belə olan halda, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı göstərilən məbləğdə subroqasiya tələbi haqlıdır. Qeyd olunan normalardan aydın olur ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı zərərin ödənilməsinin sığorta ödənişi həcmində sığortaçıya keçməsini nəzərdə tutur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası yol nəqliyyat hadisəsi nəticəsində sığorta ödənişlərinin İddiaçı ASC tərəfindən həyata keçirildiyini nəzərə alaraq hesab edir ki, vurulmuş ziyanın ödənilməsi tələbi sığorta ödənişi həcmində İddiaçı ASC -yə keçmişdir. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 sürücülük vəsiqəsi olmayan Cavabdeh1 etibarnamə vermişdir. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəasında yüksək təhlükə mənbəyinin faktiki sahibi olan Cavabdeh2 yol nəqliyyat hadisəsini törətmiş şəxslə birgə məsuliyyət daşıması üçün yüksək təhlükə mənbəyinin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsiri olması şərtləndirilmişdir ki, iş materiallarında avtomobilin mülkiyyətçisi Cavabdeh2 digər cavabdehin, yəni Cavabdeh1 hüquqi əsasnəqliyyat vasitəsini idarə etmək hüququ olmadan həmin nəqliyyat vasitəsini idarə etdiyindən həmin hərəkətə görə mülki-hüquqi cavabdehliyi də məhz Cavabdeh2 və Cavabdeh1 daşımalıdır. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur, belə şəxsin avtomobil idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır, sığorta hadisəsi baş verdikdə sığortaçı sığorta ödənişi verməli olur, son nəticədə isə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1250 (min iki yüz əlli) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 100 manat məbləğində pulun 50 manatı Cavabdeh1, 50 manatı Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi ilə bağlı birinci instansiyya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, həmin dəlillər apellyasiya baxışı zamanı təstiqini tapmamışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 2000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 404-.1-ci maddəsinə əsasən (Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 404.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(009)- 1205/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10466/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10466/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver