Məhkəmə qərarları › İş №2(103)-1047/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1047/2024

26.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1047/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2224/2023 saylı, 31 oktyabr 2021ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, X7, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X6 birgə iddiaçılar kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aşağıda adları göstərilən əmlakların üzərinə qoyulmuş həbsin götürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər:

1. İddiaçı1 adına olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40;

2. İddiaçı4 adına olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası;

3. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143;

4. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25;

5. X3 adına olan ünvan 2 ünvanında yerləşən 0,0472 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi;

6. X1 adına olan Bakı şəhəri, İstiqlaliyyət küçəsi, ev 43, mənzil 28;

7. İddiaçı4 adına olan ünvan 4, mənzil 10;

8. İddiaçı1 adına olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyri-yaşayış sahəsi;

9. İddiaçı3 adına olan ünvan 3 ünvanda yerləşən mənzil;

10. İddiaçı3 adına olan ünvan 5il 5,6,6A,7,8 və ümumi sahələri 43,6 kv.metr, 61 kv.metr olan mənzillər;

11. İddiaçı3 adına olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98; - 16 –

12. X1 adına olan Bakı şəhəri, Cavadxan küçəsi, 80 sayıl fərdi yaşayış evi;

13. İddiaçı1 adına olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b;

14. İddiaçı3 adına olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, Azərbaycan Respublikası Rabitə Nazirliyinin b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha. torpaq sahəsi;

15. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Qəbələ rayonu, Bum kəndində 0,9 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

16. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Qəbələ rayonu, Bum kəndində 0,69 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

17. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Qəbələ rayonu, Bum kəndində 0,53 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

18. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Qəbələ rayonu, Bum kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

19. İddiaçı3 adına olan Qəbələ rayonu, Bum kəndində 0,15 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

20. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan, sahəsi 1,5632 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

21. İddiaçı3 adına olan İsmayıllı rayonu, Tircan kəndində 0,52 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

22. İddiaçı3 adına olan İsmayıllı rayonu, Tircan kəndində 0,17 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

23. İddiaçı3 adına olan İsmayıllı rayonu, Tircan kəndində 0,18 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

24. İddiaçı3 adına olan İsmayıllı rayonu, Tircan kəndində 2,01 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

25. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

26. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

27. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndinə 0,3222 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

28. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

29. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

30. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

31. İddiaçı4 adına rəsmiləşdirilmiş Şamaxı rayonu, Məlhəm kəndində əmlak kompleksi kimi müəssisə;

32. İddiaçı1 adına rəsmiləşdirilmiş Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0,12 ha. torpaq sahəsi;

33. X1 adına rəsmiləşdirilən Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a, mənzil 33;

34. X1 adına rəsmiləşdirilən Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, ev 56 saylı sahə, - 17 –

35. "xxxx" ASC-nin saxlancına verilmiş, X5 məxsus olan 17210 manat pul və gümüş sikkələr. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(001)- 3106/2022 saylı qərardadına əsasən, iş üzrə icraata xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində irəli sürülmüş tələblərə mülki məhkəmə icraatında baxıla bilməz. Qərardaddan iddiaçıların nümayəndəsi Vəkil tərəfindən şikayət verilmiş, həmin şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(001)- 3106/2022 saylı qərardadına əsasən təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(103)-4583/2022 saylı qərardadına əsasən, şikayət təmin edilməmişdir. Qərardaddan iddiaçıların nümayəndəsi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(102)- 5979/2022 saylı qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4853/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərardadı qismən - İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 aid hissədə ləğv edilmiş, X7 və X4 aid hissədə dəyişdirilmədən saxlanmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2023cü il tarixli, 2(103)-4690/2023 saylı qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(001)-3106/2022 saylı qərardadı qismən - İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 aid hissədə ləğv edilmiş, mülki iş həmin hissədə iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Bundan sonra, mülki iş üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə iddiaçılar kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı əmlak üzərinə səhvən qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsinə baxılmış, üzərindən həbsin götürülməsi xahiş olunan əmlaklar aşağıdakılar:

1. İddiaçı1 adına olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40; Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyriyaşayış sahəsi; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b; Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0,12 ha. torpaq sahəsi;

2. İddiaçı4 adına olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası; ünvan 4, mənzil 10; Şamaxı rayonu, Məlhəm kəndində əmlak kompleksi kimi müəssisə;

3. Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143; Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25; Qəbələ rayonu, Bum kəndində 0,9 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,69 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,53 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 1,5632 ha. sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndinə 0,3222 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

4. İddiaçı3 adına olan ünvan 3 ünvanda yerləşən mənzil; ünvan 5il 5,6,6A,7,8 və ümumi sahələri 43,6 kv.metr, 61 kv.metr olan mənzillər; Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98; Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, Azərbaycan Respublikası Rabitə Nazirliyinin b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha. torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,15 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,52 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,17 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,18 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 2,01 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi məhkəmə tərəfindən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmünə əsasən, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29, 179.3.1, 29, 179.3.2, 308.2 və 313-cü maddələrinə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29, 179.3.1, 29, 179.3.2-ci maddələri ilə 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 308.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 313-cü maddəsi ilə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən, qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həmin hökmdən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmişdir. İddiaçı3 adına olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 24, mənzil 38; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nobel pr., məhəllə 1212, ev 15, mənzil 260; X8 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533-cü məhəllə, Qutqaşınlı küçəsi, blok 3-cü mərtəbə, mənzil 33; X8 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533-cü məhəllə, Qutqaşınlı küçəsi blok 2, 3-cü mərtəbə, mənzil 34; X2 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533-cü məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 44; X2 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533-cü məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 45; X2 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533-cü məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 46; Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızının adına olan ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 40,5 kv.metr olan mənzil; X3 adına olan Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 59, mənzil 13,14,15; İddiaçı4 adına olan Bakı şəhəri, Səbail rayonu, Telnov Bağırov küçəsi, ev 6,4,10, 2/6 saylı mənzillər; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr., ev 68, mənzil 33; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızının adına olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 1a, mənzil 10; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 54 saylı evin 17, 17a, 19, 15 saylı mənzilləri və 14 saylı mənzilin bir hissəsi; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, mənzil 2; Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızının adına olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin “X12” bağçılıq yoldaşlığının 16 saylı bağ sahəsi (0,1 ha.); Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızının adına olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Aslanov küçəsi, ev 8; İddiaçı3 adına olan İsmayıllı rayonu, Ticran kəndində 0,83 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İddiaçı3 adına olan İsmayıllı rayonu, Ticran kəndində 0,29 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İddiaçı3 adına olan İsmayıllı rayonu, Ticran kəndində 0,86 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və digər əmlaklar üzərinə qoyulmuş həbs ləğv edilmiş və həmin əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissə hökmdən xaric edilmişdir. Bu qərardan X3 müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmiş və bu qərarın V.Zeynalova münasibətdə əmlakların üzərinə həbs qoyulması və barəsində xüsusi müsadirə tətbiq edilməsinə dair hissədə ləğv edilməsi, həmin əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu qərardan eyni zamanda maraqlı şəxs X6 və nümayəndəsi tərəfindən də kassasiya şikayəti verilmiş və Şura Zeynalovanın mülkiyyətində olan daşınmaz əmlakların hazırki cinayət işi ilə heç bir əlaqəsi olmadığından apellyasiya instansiyası məhkəməsinin qeyd edilən əmlakların üzərinə həbs qoyulması və barəsində xüsusi müsadirə tətbiq edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1(102)-1/2021 saylı, 05 fevral 2021-ci il tarixli qərarı ilə məhkum X3 müdafiəçisi, maraqlı şəxs X6 və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli qərarı əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissədə dəyişdirilmiş, İddiaçı3 adına olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 129b saylı ev və ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; X1 adına olan Yevlax rayonu, Kövər kəndində yerləşən 0,33 ha. torpaq sahəsi ilə bağlı əmlaklar üzərinə qoyulmuş həbs ləğv edilmiş və həmin əmlaklara xüsusi müsadirənin tətbiq edilməsinə aid hissə məhkəmə qərarlarından xaric edilmişdir. İddiaçılar hesab edir ki, qeyd olunan əmlaklardan əlavə, adları bu iddia ərizəsində göstərilən əmlakların da üzərinə qoyulmuş həbs qanunsuz və əsassızdır, həbs götürülməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2224/2023 saylı, 31 oktyabr 2021ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilərək İddiaçı1 adına olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40; Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b; Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0,12 ha. torpaq sahəsi; İddiaçı4 adına olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası; ünvan 4, mənzil 10; Şamaxı rayonu, Məlhəm kəndində əmlak kompleksi kimi müəssisə; Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143; Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25; Qəbələ rayonu, Bum kəndində 0,9 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,69 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,53 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 1,5632 ha. sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndinə 0,3222 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İddiaçı3 adına olan ünvan 3 ünvanda yerləşən mənzil; ünvan 5il 5,6,6A,7,8 və ümumi sahələri 43,6 kv.metr, 61 kv.metr olan mənzillər; Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98; Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, Azərbaycan Respublikası Rabitə Nazirliyinin b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha. torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,15 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,52 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,17 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,18 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 2,01 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həbsdən azad edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, iş üzrə müəyyən olunur ki, İddiaçı1 adına olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40; Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b; Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0,12 ha. torpaq sahəsi, İddiaçı4 adına olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası; ünvan 4, mənzil 10; Şamaxı rayonu, Məlhəm kəndində əmlak kompleksi kimi müəssisə, Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143; Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25; Qəbələ rayonu, Bum kəndində 0,9 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,69 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,53 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 1,5632 ha. sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndinə 0,3222 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 0,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, İddiaçı3 adına olan ünvan 3 ünvanda yerləşən mənzil; ünvan 5il 5,6,6A,7,8 və ümumi sahələri 43,6 kv.metr, 61 kv.metr olan mənzillər; Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98; Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, Azərbaycan Respublikası Rabitə Nazirliyinin b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha. torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində 0,15 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,52 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,17 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 0,18 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 2,01 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə cavabdeh tərəfindən xüsusi müsadirə tətbiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...Bu baxımdan belə nəticəyə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur. Belə olan halda cinayət işi üzrə icraata cəlb olunmamış hazırki iş üzrə iddiaçıların mülki məhkəmə icraatı qaydasında siyahıya alınmış, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmuş əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmamasının yoxlanılması, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməsi mümkündür. Gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməsi yolverilən hesab olunmalıdır.”. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıdığından cinayət işi üzrə icraatda iştirak etməyən iddiaçıların iddia tələbində qeyd olunan əmlaklar barədə həbsin tətbiqi onların mülkiyyət hüuqularının pozulması ilə nəticələnmişdir. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu apellyasiya protesti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya protestinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçılar, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçıların, eləcə də 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya protesti qismən təmin edilməlidir. Belə ki, Cinayət Prosessual Məcəllənin 253-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Əvvəla, cinayət mühakimə icraatı qaydasında iddiaçılara məxsus yuxarıda qeyd olunan əmlakların üzərinə həbs qoyulduğu və məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü ilə onların xüsusi müsadirə olunması işin mübahisəsiz halıdır. Həmin icraatda təkcə iddiaçılara məxsus əmlaklara deyil, eyni zamanda X7 və X4 məxsus əmlakların üzərinə də həbs qoyulmuş və hökmlə onlar da müsadirə edilmişdir. Hazırki iddianın yaxud icraatın predmeti olmasa da, demək ki, cavabdeh kimi göstərilən orqanının iddiaçılara, eyni zamanda X7 və X4 məxsus əmlakların üzərinə həbs qoyulmasına dair vəsatət və təqdimatı “səhvən” olmamışdır. Başqa sözlə vəsatət və təqdimat digər əmlaklarla yanaşı iddiaçılara da məxsus qeyd olunan əmlakların üzərinə cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaitləri hesabına əldə edilməsinə kifayət qədər əsas verdiyi, iş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsinin, həmçinin mülki iddianın, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin hesabına alınmış əmlakların özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmasının zəruriliyi ilə əsaslandırılmışdır. Göründüyü kimi, hazırki iddia tələbinin faktiki halları Cinayət Prosessual Məcəllənin 253-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir. Çünki, iddiaçılar qeyd olunan cinayət işi üzrə təqsirləndirilən, sonradan isə məhkum olunmuş şəxs statusunda olmasalar da onlara məxsus əmlakların üzərinə səhvən həbs qoyulmamışdır. Yəni, nəinki səhvən, əksinə bilərəkdən, düşünülmüş şəkildə bu cür həbsin qoyulması məqsədilə vəsatət və təqdimat verilmişdir. Bundan başqa, xüsusi müsadirə tətbiq edilmiş təqsirləndirilən şəxs Vidadi Zeynalova məxsus əmlaklarla bağlı xüsusatlar ilkin olaraq cinayət işi üzrə ibtidai istintaq dövründə ətraflı araşdırılmış, cinayət işinin materiallarına əlavə edilmiş və toplanmış sübutların məcmusu ilə əmlakların faktiki olaraq Vidadi Zeynalova məxsus olması sübuta yetirilmişdir. Sonradan cinayət işinə baxan hər üç instansiya məhkəməsi tərəfindən də Vidadi Zeynalova məxsus olmaqla, özünün və yaxınlarının adına rəsmiləşdirilmiş və ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş əmlaklarla bağlı ətraflı araşdırma aparılmış, hətta bir neçə əmlak həbsdən azad edilməklə xüsusi müsadirə siyahısından çıxarılsa da, hazırki iş üzrə Vidadi Zeynalovun ailə üzvlərinin birgə iddia ərizəsində qeyd olunan daşınmaz əmlakların faktiki olaraq Vidadi Zeynalova məxsus olması bir daha sübuta yetirilmiş və ibtidai istintaqın gəldiyi nəticə düzgün hesab edilərək həmin əmlakların xüsusi müsadirəsinə dair müvafiq qərarlar qəbul edilmişdir. Hazırki mülki mühakimə icraatında mübahisələndirilən daşınmaz əmlakların da üzərinə həbs qoyulması və sonradan məhkəmə tərəfindən xüsusi müsadirə edilməsi faktı barədə, əmlaklar adına rəsmilşdirilmiş Vidadi Zeynalovun ailə üzvləri olan iddiaçıların dəqiq məlumatı olmuş, həmin əmlakların həbsdən azad edilməsi üçün özləri deyil, Vidadi Zeynalov və müdafiəçisinin vasitəsilə apellyasiya və kassasiya şikayəti verilmişdir. İddia ərizəsində xüsusi müsadirə tətbiq edilmiş əmlakların üzərindən həbsin götürülməli olmasına dair qeyd olunan “əsaslar” cinayət işi üzrə verilmiş həmin şikayətlərdə də olduğu kimi qeyd edilmiş və əmlakların xüsusi müsadirəsini istisna edə biləcək hər hansı yeni fakt qeyd olunmamış, əlavə rəsmi sənəd və ya digər sübut təqdim edilməmiş, yalnız hər hansı mötəbər sübuta söykənməyən, guya əmlakların adına rəsmiləşdirilmiş şəxslərin şəxsi vəsaitləri hesabına əldə edilməsinin bildirilməsi ilə kifayətlənmişdir. Məhz yuxarıda göstərilənlər iddiaçılara iddia ərizəsində göstərdikləri əmlakların həbsdən azad edilməsini bilavasitə mülki mühakimə icraatı qaydasında tələb etməyə əsas vermirdi. Çünki həmin əmlakların həbsdən azad edilməsi üçün cinayət mühakimə icraatında Vidadi Zeynalov və müdafiəçisinin vasitəsilə apellyasiya və kassasiya şikayəti verilmiş və şikayət təmin edilməmişdir. Göründüyü kimi, iddiaçılar cinayət mühakimə icraatı qaydasında üzərinə məhkəmə qərarı əsasında həbs qoyulmuş əmlakların həbsdən azad olunmasına həmin icraat çərçivəsində nail ola bilmədikdən sonra yenidən mülki mühakimə icraatı qaydasında buna nail olmağa cəhd etmələri anlaşılan olsa da başadüşülən deyildir. Çünki, iddiaçıların hazırki iddia tələbində göstərdiyi dəlillərin nə dərəcədə əsaslıəsassız yaxud əhəmiyyətli-əhəmiyyətsiz olmasına baxmayaraq onların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi ayrıca iddianın yaxud mülki mühakimə icraatının predmeti olmaqdansa, bunlar eyni işdə, yəni cinayət mühakimə icraatında məhkəmə araşdırmasının predmeti olmalıdır yaxud ola bilər. Başqa sözlə eyni məsələlərin qanuniliyi və əsaslılığı müxtəlif məhkəmələr tərəfindən və ya eyni məhkəmənin müxtəlif hakimləri tərəfindən fərqli icraatlarda ayrı-ayrılıqda yoxlanılması ədalət mühakiməsinin məqsədlərinə də cavab vermir. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı birbirini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Bundan əlavə, iddia ərizəsinin məzmunundan görünür ki, o Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə də açıq-aşkar cavab vermir. Çünki, cavabdeh kimi göstərilən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yaxud Baş prokurorluğa qarşı hər hansı bir tələb yönəlməyib. Bunun yönəlməsi də mümkünsüz sayılır. Çünki, iddiaçılara məxsus torpaq sahələrinin üzərinə prokurorluğun deyil məhkəmənin qərarına əsasən həbs qoyulmuşdur. Məhkəmə qərarından da Vidadi Zeynalovun vasitəsilə cinayət mühakimə icraatı qaydasında verilən apellyasiya şikayəti təmin edilməmişdir. Bu cür vəziyyətdə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina üçün həmin Məcəllənin 153.2.1-ci maddəsində nəzərdə tutulan prosessual hüquqi əsasların da olması mübahisəsiz idi. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 03 aprel 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki və bu qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əsasən, əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə məhkəmə hökmü, həmin əmlakla bağlı mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamənin mövcudluğuna baxmayaraq icra edilməlidir. Qeyd olunan qərarda formalaşdırılan hüquqi mövqeyə görə,..., cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 06 oktyabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun nəzərdə tutulmaması Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə uyğun olmayan hesab edilsin. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383 və 384-cü maddələrində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq məhkəməyə müraciət edilməsi üçün müddətlərin axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququ təmin edilsin. Beləliklə, cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər və cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozularsa, o cümlədən əmlakı üzərinə həbs qoyula və məhkəmənin ittiham hökmü ilə müsadirə edilərsə belə prosessual qərar və ya hərəkətlərdən cinayət işi üzrə şikayət verə bilərlər. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki: Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun apellyasiya protesti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2224/2023 saylı, 31 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli; iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı əmlak üzərinə səhvən qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməli; Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 384.0.5 -ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qərara aldı:

Apellyasiya protesti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2224/2023 saylı, 31 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı əmlak üzərinə səhvən qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar