Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10474/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X3. Qərardadla maraqlarına toxunulan şəxs X4 nümayəndələri X6 və X2 iştirakı ilə, İddiaçı Cavabdeh Qeyvəli oğluna qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(008)-9731/2015 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Qeyvəli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş zərərə görə 235000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq cavabdehdən onun xeyrinə dəymiş zərərin əvəzi kimi 267907 manat pulun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli 2(008)- 973/2015 saylı qərardadına əsasən, tərəflərin arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Cavabdehin arvadı X5 qeyd olunan qərardaddan şikayət verərək, həmçinin ərizə ilə müraciət edərək həmin qərardaddan şikayət verilmə müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(008)- 9731/2015 saylı qərardadı ilə həmin məhkəmənin 30 sentyabr 2015-ci il tarixli 2(008)- 9731/2015 saylı qərardadından şikayət verilmə müddətinin ötürülməmiş hesab edilməsi barədə X4 ərizəsi təmin edilməmiş və onun həmin qərardaddan şikayəti geri qaytarılmışdır. X5 şikayətlə müraciət edərək Sabunçu Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(008)-9731/2015 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(008)- 9731/2015 saylı qərardadı ilə X4 şikayəti təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli 2(103)- 7616/2021 saylı qərardadına əsasən X4 şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(008)-9731/2015 saylı qərardadı ləğv edilmiş və X4 ərizəsi təmin olunaraq hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli 2(008)-9731/2015 saylı qərardadından X5 tərəfindən verilmiş şikayətin qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab olunması və həmin şikayətə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(008)- 9731/2015 saylı qərardadı ilə X5 tərəfindən verilmiş şikayət təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli 2(008)-9731/2015 saylı qərardadı ləğv edilmiş və mülki iş üzrə icraat təzələnərək işə baxılması 22 sentyabr 2021-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Qərardaddan narazı qalan İddiaçı məhkəməyə şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(008)-9731/2015 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(008)- 9731/2015 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi şikayətin təmin edilməsini, cavabdehin nümayəndələri isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(008)-9731/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh Qeyvəli oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə barışıq sazişi təsdiq olunub icraata xitam verilərkən cavabdehin rəsmi nikahda olduğu arvadı Günəş İbrahimova həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməmiş və onun maraqlarına toxunan qərardad qəbul edilmişdir. X1 maraqlarına toxunması, onun həmin qərardaddan şikayət vermək hüququnun olması və şikayət vermək üçün prosessual müddətin buraxılmaması Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli 2(103)-7616/2021 saylı qərardadında da öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(008)-9731/2015 saylı qərardadını ləğv edib iş üzrə icraatı təzələməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(008)- 9731/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10474/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10474/2021
19.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver