Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1048/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “qəyyumluğa dair sərəncamın etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-2168/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X3 Cavabdehnə qarşı (X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının 140 saylı xx xxxxx 2018-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Cavabdeh Başçısının 140 saylı, xx xxxxx 2018-ci il tarixli sərəncamı ilə X10 bacısı X9 qəyyum təyin edilmişdir. Sərəncamın verilməsinə əsas olaraq göstərilmişdir ki, X10 ərizə ilə İcra Hakimiyyətinə müraciət edərək xx xxxxxx 1936-cı il təvəllüdlü xalası X9 qəyyum təyin edilməsini xahiş etmiş, həmin ərizə ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X13 və X11 ünvan 1 ünvanında qeydiyyatdadırlar, faktiki olaraq ünvan 2 mənzil 32 ünvanında yaşayırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X13 ünvan 4 saylı ünvanda yerləşən binasının, X6 məxsus tam kommunal şəraitli 32 saylı mənzilində yaşaması müəyyən olunmuşdur. Bu faktın özü Cavabdeh Başçısının 140 saylı, xx xxxxx 2018-ci il tarixli sərəncamının etibarsız sayılması üçün əsasdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 2168/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakı hallar müəyyən edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-1089/2016 saylı qətnaməsi ilə xx.xx.1936-cı il tarixdə Şəki şəhərində anadan olmuş X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Qeyd edilmişdir ki, hazırki qətnamə X7 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2244/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə X9 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2018-ci il tarixli Qərarına əsasən, Bakı şəhəri Cavabdeh Qəyyumluq və Himayəcilik Komissiyası ərizəçi X5 xalası xx.xx.1936-cı il təvəllüdlü X9 qəyyum təyin edilməsini məqsədəmüvafiq hesab edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının xx xxxxx 2018-ci il tarixli, 140 saylı sərəncamın surətindən görünür ki, X10 xalası xx.xx.1936-cı il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh başçısının aparatının xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş bacısı - xx.xx.1936-ci il təvəllüdlü X13 üzərində qəyyum təyin edilməsi barədə X8 müraciətinə Cavabdeh “Qəyyumluq və Himayəçilik Komissiyası”nda baxılmışdır. Bildirilmişdir ki, bacısı qızı X2 rayon İcra Hakimiyyəti Başçısının 140 saylı, xx xxxxx 2018-ci il tarixli sərəncamı ilə xx.xx.1936-cı il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan 02 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ 030002 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Ölümünün səbəbi ürəyin xroniki işemik xəstəliyidir. İş materiallarında olan 2-1(81)3271/2018 saylı Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(103)-2117/2018 saylı qərardadından görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-132/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh işin baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti qismən təmin edilmiş, İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2889/2019 saylı xx.xx.2019-cu il tarixli Qərarı ilə iddiaçı X1 şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə görə qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 34-cü maddəsinə görə qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir. Məcəllənin 35.1-ci maddəsinə görə qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, Bakı şəhəri Cavabdeh Başçısının xx xxxxx 2018-ci il tarixli, 140 saylı sərəncam ilə X10 onun üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan 000923 saylı orderin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 5 90 saylı mənzil X9 ayrılmış və həmin ünvanda da qeydiyyatda olmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, sərəncamın etibarsız hesab edilməsi üçün hər hansı bir əsas yoxdur, sərəncam qanuni və əsaslıdır. İddia ərizəsinin və apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2168/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-1048/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1048/2021
01.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver