Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10544/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5340/2021 saylı, 09.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3645 manat məbləğində əsas borcun, 600 manat vəkilə ödənilən pulun, 30 manat dövlət rüsumunun, 400 manat məbləğində əldən çıxmış faydanın, və 2000 manat məbləğində mənəvi zərərin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq ünvan 2azi aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 19.05.2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı X1 iddianın təmini tədbiri haqqında ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5340/2021 saylı, 09.08.2021-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işin ərazi aidiyyatı üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdı (sədrlik edən: Etibar Mustafayev). Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və mülki iş üzrə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5340/2021 saylı, 08.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki iş materiallarından görünür ki, cavabdeh Əliyev X2 rayonu, Çimən kəndi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2 və 44.2.2-ci madddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər əsassız olduğundan qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan (i.v. 87) görünür ki, Cavabdeh yaşayış yeri Füzuli rayonunun Çimən kəndidir. Kollegiya Mülki Prosessual Məcəllənin sadalanan müddəalarına əsasən qeyd edir ki, iş üzrə cavabdehin yaşayış ünvanının ünvan 5şin baxılması üçün Füzuli rayon Məhkəməsinə göndərilməsinə dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin aidiyyəti üzrə göndərilməsinə dair birinci instansiya məhkəməsinn mövqeyi qanuni və əsaslı olduğundan, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5340/2021 saylı, 09.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5340/2021 saylı, 09.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10544/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10544/2021
15.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver