Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1055/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X11 oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdehnə qarşı «maddı və mənəvi zərərin tutulması,hüquqi yardıma görə çəkilmiş xərcin ödənilməsi» tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı «işgüzar nüfuzun müdafiəsi, vurulan maddi və mənəvi ziyanın ödənilməsi» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(007)-1190/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi (vəkili) Nümayəndə1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 (bundan sonra, iddiaçılar) Cavabdehnə (bundan sonra, cavabdeh) qarşı «maddı və mənəvi zərərin tutulması,hüquqi yardıma görə çəkilmiş xərcin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı2 buraxılış ili 2013-cü il olan boz metal rəngli «Porsche Cayenne GTS» markalı avtomobilin (şassi № WP1ZZZ92ZELA71003, mühərrik № GE02176) əvəzinə 2013-cü il istehsalı olan «Porsche Cayenne GTS» markalı avtomobilin verilməsi, iddiaçıların hər birinə 200000 manat məbləğində mənəvi zərərin əvəzinin 1-ci və 2-ci bəndlərdə göstərilən məbləğlərin cəminin 10% miqdarında hüquqi xidmət xərclərinin cavabdehdən tutulması və iddiaçılara ödənilməsi (verilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, buraxılış ili 2013-cü il olan boz metal rəngli «Porsche Cayenne GTS» markalı avtomobili (şassi № WP1ZZZ92ZELA71003, mühərrik № GE02176) İddiaçı2 29 oktyabr 2014-ci il tarixdə Cavabdeh MMC-dən 103000 manata almışdır. Həmin avtomobil 30.10.2014-cü il tarixdə İddiaçı2 adına rəsmiləşdirilmiş, bu barədə AC299152 saylı Şəhadətnamə və 99HV074 dövlət nömrə nişanı verilmişdir. 26.07.2018-ci il tarixdə nömrə nişanının dəyişdirilməsi ilə əlaqədar İddiaçı2 adına AD287237 saylı Şəhadətnamə və 10VB045 dövlət nömrə nişanı verilmişdir. Avtomobil alındığı tarixdən mütəmadi olaraq texniki baxışını, təmirini, mühərrik və s. yağlarının dəyişdirilməsi yalnız «Porsche» servisində həyata keçirilmişdir. 10 dekabr 2018-ci il tarixdə saat 15.30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Kürdəmir rayonunun Karrar qəsəbəsi ərazisindən keçən 187,6-cı km-də İddiaçı2 həmin avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermiş, iddiaçının avtomobili özündən qabaqda eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan İsmayılov Elgiz Vəkil oğlu tərəfindən idarə edilən «HOWO ZZ3257N3847A» markalı ** XS *** dövlət qeydiyyat nömrəli yük avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində «Porsche Cayenne» markalı avtomobildə olmuş sərnişinlər xx.xx.1992-ci il təvəllüdlü İddiaçı3 və 09.02.1967-ci il təvəllüdlü İddiaçı1 xəsarət almışlar. Baş vermiş qəzada toqquşma zərbəsinin həddən artıq güclü olmasına baxmayaraq avtomobilin hava yastıqlarının (təhlükəsizlik yastıqlarının) heç biri açılmamışdır. Hava yastıqlarının açılmaması qəza vaxtı avtomobildə olan şəxslərin, o cümlədən avtomobil sahibinin güclü sarsıntı keçirmələrinə, maddi və mənəvi zərərə düçar olmalarına səbəb olmuşdur. «X3» tərəfindən verilmiş 10.12.2018-ci il tarixli «Abmulator xəstənin tibbi kartasından çıxarış»dan və həmin xəstəxananın 10.01.2019-cu il tarixli, 013/2019 saylı arayışından görünür ki, İddiaçı1 «Qapalı kəllə-beyin travması» diaqnozu qoyulmuş, tibbi yardım göstərilmiş, ümumi vəziyyəti stabilləşdikdən sonra ambulator müalicə üçün evə buraxılmışdır. «X3» tərəfindən verilmiş 20.12.2018-ci il tarixli epikrizdən və həmin xəstəxananın 10.01.2019-cu il tarixli, 012/2019 saylı arayışından görünür ki, İddiaçı3 «Avtoqəza nəticəsində travma, qaraciyər lazerasiyası» diaqnozu qoyulmuş, müalicə məqsədi ilə xəstəxanaya yerləşdirilmiş, sonradan ambulator müalicə üçün evə buraxılmışdır. Qəza nəticəsində «Porsche Cayenne» GTS markalı avtomobilə ciddi zərər dəymiş, avtomobilin qabaq sağ qanadı, sağ qapıları, kapotu, bamperi, damı yararsız hala düşmüş, faraları, sağ arxa və qabaq qapının şüşələri, yan şüşələr və alın şüşəsi qırılmış, ban ciddi deformasiyaya uğramışdır. Avtomobil qəzadan əvvəl saz vəziyyətdə olmuş, hava yastıqlarının heç birinin açılmaması istehsal xətası nəticəsində baş vermişdir. Zərərin əvəzinin ödənilməsi tələbinə «Porsche Central and Eastern Europe s.r.o.» şirkətinin 14 avqust 2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, «...Müayinə əvvəlki ön toqquşmaların radarların işini idarə edən ACC sisteminə müvafiq məlumatları təmin edən radar sisteminin zədələndiyini müəyyən edib. Bu zədə 27 iyul 2018-də baş verib. ACC sisteminin işlək olmadığı ekranda üzə çıxdı. Bu zədə Porsche mərkəzinin icazəsi (servisi) ilə təmin edilməyib, ACC radar sistemi yenidən işlək vəziyyətə gələcək səviyyədə lazımınca təmin edilməyib. Faktiki olaraq bu avtonəqliyyata 2016-cı ildən bəri Porsche mərkəzində xidmət göstərilməyib. Əgər maşın Porsche mərkəzinə gətirilsəydi, texniki göstərici bu nasazlığı lazımınca göstərəcəkdi və təmir edəcəkdilər. Odur ki, Sizin ACC-radar sisteminin fəaliyyətsizliyi ilə bağlı olan şikayətinizi qəbul edə bilmirik. Sizin bu toqquşma nəticəsində olan zədədən xəbəriniz var idi, lakin siz avtonəqliyyat vasitənizi lazımi qaydada təmir etdirməmisiniz (Porsche mərkəzində). Daha sonra həmin məktubda hava yastıqlarının işləmə mexanizmi barədə maarifləndirici müddəalar sadalanmış və hava yastıqlarının açılması üçün zərurət yaranmadığı bildirilmişdir. Qeyd edilən məktuba həmçinin həmin şirkətin 13.06.2019-cu il tarixli «Araşdırma Hesabatı» da əlavə olunmuşdu. Həmin məktubda qeyd edilənlər həqiqətə uyğun deyil, aşağıda istinad edilən dəlillərlə tam təkzib edilir və məsuliyyətdən yayınmaq üçün cəhd kimi qəbul edilməlidir. Belə ki, ********** saylı təmin kartından görünür ki, avtomobil cari təmirlə əlaqədar 28 iyul 2019-cu il tarixdə saat 13:08-də «Porsche» mərkəzinin servisinə daxil olmuş, 30 iyul 2018-ci il tarixdə oranı tərk etmişdir. Belə olan halda bu fakt təqdim edilmiş məktubdakı «Əgər maşın Porsche mərkəzinə gətirilsəydi, texniki söstərici bu nasazlığı lazımınca göstərəcəkdi və təmir edəcəkdilər dəlili ilə açıq-aşkar uzlaşmır. Bu fakt həmçinin onu təsdiq edir ki, cavabdeh tərəfindən müəyyən edilməli və təmir edilməli nasazlıq onun təqsiri ucbatından aradan qaldırılmamışdır. Göründüyü kimi, cavabdehin təqsiri yuxarıda istinad edilən məktubda da etiraf edilmişdir. Bundan əlavə, məhkəmənin nəzərinə çatdırır ki, faktiki olaraq bu Avtonəqliyyata 2016-cı ildən bəri Porsche mərkəzində xidmət göstərilməyib» dəlili aşağıda göstərilən və hazırkı iddia ərizəsinə əlavə edilən Porsche mərkəzinin təmir kartları ilə də tam təkzib edilir. Həmin təmir kartlarından da görünür ki, avtomobilə alındığı vaxtdan mütəmadi olaraq, həmçinin 2018-ci ildə Porsche mərkəzində xidmət göstərilib. Bundan əlavə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin 09.10.2019-cu il tarixli, 016-95041-1219 saylı məktubu ilə iddiaçıların vəkilinin sorğusuna cavab olaraq bildirilmişdir ki, «...Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə «Porsche Cayenne» markalı 2013-cü il 27 iyul tarixdən dövlət qeydiyyat nişanı 90-EV- 005, 2014-cü il 30 oktyabr tarixdən dövlət qeydiyyat nişanı **-HV-***, 2018-ci il 26 iyul tarixdən dövlət qeydiyyat nişanı **-VB-*** olan avtomobillə 27.07.2013-cü il tarixdən 26.07.2018-ci il tarixədək olan dövrdə insanların həlak olması və ya xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törədilməsi barədə məlumat daxil olmamışdır. Həmin məktuba əlavə edilmiş məlumatlardan həmçinin görünür ki, qeyd edilən avtomobil Azərbaycan Respublikasına idxal edildikdən sonra ilk dəfə 27.07.2013-cü il tarixdə X5 adına rəsmiləşdirilmiş və onun adına AC009180 nömrəli şəhadətnamə verilmiş, həmin gün avtomobil X7 alqı-satqı ilə özgəninkiləşdirilmiş və sonuncunun adına AC009181 nömrəli şəhadətnamə verilmişdir. İddiaçı2 isə həmin avtomobil 30.10.2014-cü il tarixdə, yəni, Azərbaycan Respublikasına idxal olunduqdan və 1 il 3 ay başqa şəxsin istifadəsində olduqdan sonra Cavabdeh MMC tərəfindən satılmışdır. Cavabdehə 5 dekabr 2019-cu il tarixdə pretenziya göndərilərək, zərərin əvəzinin ödənilməsi xahiş edilsə də, həmin pretenziyaya cavab belə verilməmişdir. Hadisə nəticəsində iddiaçılara böyük mənəvi zərər də dəymişdir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilməlidir. Sübut etməyə ehtiyac yoxdur ki, təhlükəsizlik yastıqları quraşdırılan avtomobilə görə istehlakçı əlavə pul ödəyir və özünün təhlükə anında effektiv texniki müdafiə vasitəsinə malik olacağına əmin olur. Lakin bunun əvəzində həmin vasitənin işə düşməməyi nəticəsində ölüm təhlükəsi ilə üzləşən istehlakçının hansı ağır mənəvi-psixoloji hisslər keçirdiyini təsəvvür etmək çətin deyil. Həyatlarına olan belə real təhlükə ilə üzləşən iddiaçılar məhz bu mövqedən çıxış edərək, İddiaçı2 buraxılış ili 2013cü il olan onlara dəyən mənəvi zərəri 200000 manat məbləğində qiymətləndirir və bu məbləğin cavabdehdən tutularaq onlara ödənilməsini istəyirlər. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı «işgüzar nüfuzun müdafiəsi, vurulan maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia verərək, İddiaçı2, İddiaçı1 və İddiaçı3 tərəfindən Cavabdeh MMC-nin ünvanına məktub göndərilməklə həqiqətə uyğun olmayan məlumatları yaydıqlarına görə Cavabdeh MMCdən yazılı formada üzr istənilməsinə, maddi ziyan olaraq Cavabdeh MMC tərəfindən İddiaçı2 və digərlərinin müraciətinə əsasən Almaniyadan dəvət edilən mütəxəssislərə xərc kimi çəkilən 35000 (otuz beş min) manat məbləğində pulun İddiaçı2, İddiaçı1 və İddiaçı3 birgə qaydada tutularaq Cavabdeh MMC-nin hesabına ödənilməsinə, Cavabdeh MMC-nin işgüzar nüfuzuna vurulan ziyana görə İddiaçı2 200000 (iki yüz min) manat, İddiaçı1 200000 (iki yüz min) manat, İddiaçı3 200000 (iki yüz min) manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilən 30 (otuz) manat pulun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutularaq Cavabdeh MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-dən aldıqları «Porsche Cayenne GTS» markalı avtomobilə texniki xidmət guya yalnız «Porsche» servisində həyata keçirilib, 10.12.2018-ci il tarixdə həmin avtomobil qəzaya düşdükdə hava yastıqları açılmayıb, bunun nəticəsində avtomobilin sahibi güclü sarsıntı keçirməklə maddi və mənəvi zərərə düçar olub, avtomobilin airbag (hava yastıqları) sistemi işlək vəziyyətdə olmasına baxmayaraq qəza zamanı işə düşməyib. Qeyd etmək istəyir ki, Cavabdeh MMC tərəfindən «Porsche Cayenne GTS» markalı (ban N° WP1ZZZ92ZELA71003, mühərrik N° GE02176 olan) avtomobil İddiaçı2 29.10.2014-cü il tarixdə satılıb. Həmin avtomobil 10.12.2018-ci il tarixdə İddiaçı2 tərəfindən idarə olunarkən «HOWO» markalı yük avtomobilinə arxadan toqquşaraq qəzaya uğrayıb, avtomobildə olan sərnişinlər İddiaçı1 və İddiaçı3 yüngül dərəcəli xəsarət alıblar. Bundan sonra İddiaçı2 «Porsche Bakı Mərkəzi»nə müraciət edərək avtomobil qəzaya uğradığı zaman airbag (hava yastığı) sisteminin işə düşmədiyini bildirib. «Porsche» markalı avtomobillərin Azərbaycan Respublikası üzrə rəsmi distribyutoru olan Cavabdeh MMC ölkədə öz müştərilərinə qarşı həssaslığı ilə seçilən, onlarm müraciətlərinə operativ reaksiya verən, problemlərin ən qısa müddətdə həll olunmasına nail olan şirkətlərdən biridir. Bunu xidmətlərindən yararlanan hər bir müştəri təsdiq edə bilər. Bu nöqteyi nəzərdən yuxarıda qeyd edilən hal ilə əlaqədar Cavabdeh MMC tərəfindən dərhal «Porshe»nin Almaniyada yerləşən baş ofisinə məlumat verilib və məsələnin araşdırılması üçün Almaniyadan mütəxəssislər dəvət olunub. Bu zaman dəvət olunan mütəxəssislərin bütün xərclərini Cavabdeh MMC öz üzərinə götürüb. Aparılan araşdırmalar nəticəsində «Porsche Central and Eastern Europe s.r.o.» tərəfindən göndərilən mütəxəssislər tərəfindən müəyyən edilib ki, avtomobilin Airbag sistemində ümumiyyətlə hər hansı nasazlıq aşkarlanmayıb, 10.12.2018-ci il tarixdə baş verən qəza zamanı hava yastığı sistemi həm elektron, həm texniki olaraq düzgün işləyib, sadəcə yetərli qəza pulsu (işarəsi, siqnalı) aşkar olunmadığından işə düşməyib. Eləcə də məlum olub ki, qəza hadisəsi baş verən zaman avtomobilin təhlükəsizlik kəmərləri taxılı vəziyyətdə olmayıb. Bu da Airbag sisteminin işə düşməməsi də nəticələnən hallardan biridir. ACC (sürət məsafə tənzimlənmə mexanizmi) sistemində də nasazlıq müəyyən olunub ki, həmin nasazlığın mövcud olması qəzadan öncə müəyyən edilib, bununla bağlı avtomobilin istifadəçisinə dəfələrlə avtomobilin elektron sistemi vasitəsi ilə məlumatlandırma aparılıb. Lakin görünür, avtomobilin istifadəçisi tərəfindən bu nasazlığa əhəmiyyət verməyib. Belə ki, qeyd olunan avtomobil 2016-cı il tarixdən 2018-ci ilin iyul aymadək Porsche Bakı Mərkəzinə xidmət olunması üçün gətirilməyib. İddiaçı2 məxsus «Porsche Cayenne GTS» markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil 28.07.2018ci il tarixdə Porsche Bakı Mərkəzinin avtomobillərə xidmət servisinə təqdim olunduğu vaxt həmin avtomobilin bütün yaddaşı xidmət mərkəzinin elektron sisteminə yüklənib və məlum olub ki, ümumilikdə avtomobildə 31 sayda nasazlıq vardır və bu nasazlıqardan da biri ACC (sürət məsafə tənzimlənmə mexanizmi) sistemi olub. Həmin avtomobilin elektron lövhəsi vasitəsi ilə dəfələrlə istifadəçisinə bu barədə bildiriş də göndərildiyi sistemdə açıq-aşkar görünür. Burada diqqət yetirilməli önəmli məqamlardan biri də odur ki, həmin tarixdə avtomobil servisə təqdim edildiyi zaman müəyyən olunub ki, avtomobilin ön hissəsində rənglənmə işi aparılıb, lakin həmin iş Porsche Bakı Mərkəzində aparılmayıb. Bu da onu deməyə əsas verir ki, avtomobilin əvvəllər də qəzalı vəziyyətə düşməsinə şübhə yoxdur. Cavabdeh MMC Almaniyadan göndərilən mütəxəssislərin bütün xərcləri qarşılayaraq 35000 manat məbləğində maddi ziyan edib. Ona görə ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, İddiaçı2 müraciətində qeyd etdiyi nüanslar əsassızdır. Cavabdeh MMC tərəfindən Almaniyada yerləşən «Porsche»nin baş ofisinə müraciət olunduqdan sonra Almaniyada yerləşən baş ofis tərəfindən Porsche Bakı Mərkəzinə etimad nisbətən zəifləyib və avtomobillərin satış sayına məhdudiyyət qoyulub. Belə ki, «Porsche» nəhəng brend olduğundan bu cür hallarla qarşılaşmayıb, müştərilərinin onlara qarşı belə əsassız iddialara ilk dəfə rast gəldiklərini qeyd ediblər və Azərbaycana avtomobil idxal etməyin risklərini bir daha nəzərdən keçiriblər. Risklərin müzakirəsi nəticəsində qərar verilib ki, Azərbaycana idxal olunan «Porsche» markalı avtomobillərə limit qoyulsun və bu limit kəskin şəkildə azaldılıb. Beləliklə Cavabdeh MMC-nin satış mərkəzində avtomobil satışı azalıb və şirkət maliyyə itkisinə məruz qalıb. Daha sonra İddiaçı2 və digərləri tərəfindən ətraflarında olanlar arasında əsassız fikirlər səslənilməklə Cavabdeh MMC-ni və «Porsche Bakı Mərkəzinin» satdığı avtomobilləri gözdən salmaq cəhdləri başlayıb. Belə ki, məlum olduğu kimi «Porsche» markalı avtomobilləri idarə edən kütlə digər avtomobillərə nisbətən geniş deyildir və həmin kütlə arasında kiçik olsa belə söz-söhbətin yayılması kifayət edir ki, avtomobil gözdən salınsın. Bununla da «Porsche» markalı avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi Cavabdeh MMC-nin işgüzar nüfuzuna xələl gəlib. İddiaçı2, İddiaçı1 və İddiaçı3 bu cür davranışlarından yalnız belə qənaətə gəlmək olar ki, onların məqsədi nəhəng alman brendi Porsche markasını və onun Azərbaycanda distribyutoru olan Cavabdeh MMC-ni (Porsche Bakı Mərkəzini) gözdən salmaq, işgüzar nüfuzuna xələl gətirmək və əhali arasında gözdən salmaqdır. Cavabdeh MMC hər bir tənqidi yanaşmalara mövqeyini daim açıq tutub, bununla bağlı müştərilərinin problemlərini səlahiyyətli əməkdaşları vasitəsi ilə dinləyərək qısa müddətdə həllinin tapılmasına nail olub. Lakin İddiaçı2 və digərlərinin əllərində hər hansı bir əsas olmadan «Porsche» brendinə məxsus avtomobillərin qüsurlu satılmasını iddia etmələri və Porsche Bakı Mərkəzinin işgüzar nüfuzuna xələl gətirmək cəhdləri qəbulolunan deyildir. Belə ki, İddiaçı2, İddiaçı1 və İddiaçı3 yuxarıda qeyd edilən üsulla Porsche Bakı Mərkəzinə (Cavabdeh MMC-yə) ləkə yaxması bir çox müştərilərin narahatçılığına səbəb olub, texniki xidmət servisinin normal fəaliyyətinə ciddi təsir göstərməklə boşdayanma hallarının çoxalmasına səbəb olub, müştərilər tərəfindən xidməti servisə müraciətləri kəskin şəkildə azaldıb, ictimaiyyət arasında söz-söhbətin yaranmasına və cəmiyyətdə özünəməxsus imic qazanaraq müsbət xarakterizə olunan şirkətin fəaliyyətində şübhələrin yaranmasına gətirib çıxarıb. Qeyd edilənlərə əsasən məhkəmədən qarşılıqlı iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(007)- 1190/2020 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) ilk və qarşılıqlı iddia tələbləri rədd olunmuşdur. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi (vəkili) Nümayəndə1 və Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayətləri vermişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı tərəf apellyasiya şikayətini ilk iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın rədd olunması hissədə əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, ilk iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd olunması hissədə əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, qarşılıqlı iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, digər tərəfin apellyasiya şikayətini isə əsassız sayaraq, şikayətin dəlillərinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, digər tərəfin apellyasiya şikayətini isə əsassız sayaraq, şikayətin dəlillərinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan 29.10.2014-cü il tarixli Cavabdeh MMC ilə İddiaçı2 arasındakı razılaşmadan görünür ki, İddiaçı2 WP1ZZZ92ZELA71003 şassi nömrəli, boz metal rəngli, 2013-cü il buraxılışlı «Porsche Cayenne GTS» markalı avtomobil üçün Cavabdeh MMC-yə 72100 manat ilkin ödəniş etməklə 30900 manat qalıq kredit məbləğinin 24 ay müddətinə, aylıq 1484 manat ödəmək şərti ilə razılıq əldə olunmuşdur. İşdə olan AD seriyalı 287237 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** VB *** nömrəli 2013-cü il buraxılışlı «Porsche Cayenne GTS» markalı avtomobilin sahibi İddiaçı2dur. İşdə olan 08.01.2019-cu il tarixli DİN Baş istintaq və Təhqiqat İdarəsinin Bakı şəhər PORSHE mərkəzinə ünvanlanmış məktubdan görünür ki, 10 dekabr 2018-ci il tarixdə saat 15.30 radələrində Bakı-Qazax-Gürsüstan sərhəddi yolunun Kürdəmir rayonunun Karrar qəsəbəsi ərazisindən keçən 187,6-cı km-də xx.xx.1991 -ci il təvəllüdlü Gəncə şəhəri, Nizami rayonu Bayan küçəsi ev 170-də qeydiyatda olmaqla Bakı şəhəri, Yasamal r-nu Şərifzadə küçəsi ev 1 C-də yaşayan İddiaçı2 «PORSHE CAYENNE» markalı ** VB *** dövlət qeydiyat nişanlı minik avtomobili ilə Bakı istiqamətdə hərəkətdə olarkən avtomobilin qabaq sağ hissəsini özündən qabaqda eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan 21.01.1981-ci il təvəllüdlü Ağdaş rayonu Aşağı Nemətabad kəndində yaşayan İsmayılov Elgiz Vəkil oğlunun idarə etdiyi «HOWO» ZZ3257N3847A markalı ** XS *** dövlət qeydiyat nömrəli yük avtomobilin arxa sol hissəsinə vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində «PORSHE CAYENNE» markalı avtomobildə olmuş sərnişinlər xx.xx.1992-ci il təvəllüdlü Bakı şəhəri Yasamal rayonu Mətbuat pr-ti ev 62 mənzil 12-də yaşayan İddiaçı3 və 09.02.1967-ci il təvəllüdlü Gəncə şəhəri, Nizami r-nu, Bayan küçəsi ev 170-də qeydiyatda olmaqla Bakı şəhəri, Yasamal r-nu, Şərifzadə küçəsi ev 1 C-də yaşayan X4 xəsarət alaraq Kürdəmir rayon mərkəzi xəstəxanasına müraciət etmişlər. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Azərbaycan Respublikası DİN-nin Baş istintaq və Təhqiqat idarəsinin Yol-Nəqliyyat hadisələrinə Dair işlər üzrə istintaq və Təhqiqat Şöbəsinin müstəntiqi polis mayoru X2 qəbul etdiyi n HK-1- 1278 nömrəli 28 dekabr 2018-ci il tarixli araşdırma materialından görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü İddiaçı2 avtomobili idarə edərkən quraqlıq və günəşli hava şəraitində sükan arxasında yuxulayaraq qəza törətmişdir. Həmin araşdırma zamanı izahatı alınmış İddiaçı2 özü də faktı təsdiq etmişdir. Araşdırma ilə əlaqədar təyin olunmuş məhkəmə tibbi ekspertizalarının rəylərindən görünür ki, avtomobildə olan hər iki sərnişinlər, yəni hazırkı iş üzrə iddiaçılar İddiaçı3 və X4 dərəcəsi müəyyən olunmayan xəsarətlər almışlar. İşdə olan inzibati tənbeh vermə haqqında TP ******* saylı protokoldan görünür ki, yuxarıda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisəni törədən İddiaçı2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə olunmuşdur. Birinci instansiya məhkəməsi ilk iddianı rədd edərkən həmçinin nəzərə almışdır ki, iş materiallarında olan «Porsche Central and Eastern Europe s.r.o.» şirkətinin mütəxəssislərinin hadisə ilə bağlı apardıqları 13.06.2019-cu il tarixli araşdırma hesabatında qeyd olunur ki, «PORSHE CAYENNE» markalı ** VB *** dövlət qeydiyat nişanlı minik avtomobilin hadisə baş verməzdən bir xeyli əvvəl ACC (sürət tənzimləmə qurğusu) işləmirdi. Odur ki istənilən müzakirədə ACC sürət tənzimləmə qurğusunun toqquşmadan qabaq nasas olması məlumdur. VAL (yaddaş) yoxlama zamanda da aydın oldu ki, PAS (qəza məlumat vermə sistemi) və PSM (sabit idarəetmə sistemi) birbaşa təhlükəsizlik qaydalarına aid olan iki sistem qəzadan bir-neçə müddət əvvəl nasaz olmuşdur...Bunu nəzərə almaq lazımdır ki,əgər belə zəif surətdə yastıqlar açılsa idi hər toqquşmada hava yastığının şişməsi nəticəsində əlavə zədələr yaranardı. Bundan başqa,təhlükəsizlik sistemləri sərnişinləri şiddətli xəsarətlərdən qorumaq üçün tətbiq olunmuşdur. Ancaq bu cür şiddətli xəsarətlər qeyd olunmayıb. Faktiki olaraq bütün tibbi arayışlarda xəsarətlərin zəif və ya orta olduğu bildirilib. Qeyd olunan mütəxəssis rəyindən belə nəticəyə gəlir ki, avtomobilin PAS (qəza məlumat vermə sistemi) və PSM (sabit idarəetmə sistemi), birbaşa təhlükəsizlik qaydalarına aid olan iki sistem qəzadan bir-neçə müddət əvvəl nasaz olmuş və avtomobilin toqquşma zərbəsinin həddi hava yastığının açılması üçün kifayət etməmişdir. Bundan başqa, iş materiallarında olan, Cavabdeh MMCnin təqdim etdiyi avtomobilin təmir cədvəlindən görünür ki, 14.11.2014-cü il tarixdən 05.12.2018-ci il tarixinədək olan dövr ərzində həmin avtomobil bir dəfə də olsun VAL (yaddaş) yoxlamasından keçməmiş bu səbəbdən avtomobildə olan nasasızlıqların müəyyən olunması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, baş vermiş hadisə zamanı hava yastıqlarının açılmamasında Cavabdeh MMC-nin təqsirli olmasına dəlalət edən sübutlar mövcud deyildir. Bu səbəbdən həm maddi, həm də mənəvi ziyan hissəsində ilk iddia təmin oluna bilməz. Hüquqi yardıma görə çəkilmiş xərclərin ödənilməsi tələbi ilk iddianın əsas tələbləri ilə birbaşa bağlı olduğundan və həmin tələblər təmin olunmadığından bu hissədə də ilk iddia təmin oluna bilməz. Məhkəmə kollegiyası ilk iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin qeyd etməyi zəruri hesab edir ki, hər bir mülkiyyətçi əmlakının saxlanılması yükünü daşıyır və əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür (Mülki Məcəllənin 152.10 və 152.11-ci mad). Həmçinin, «Yol hərəkəti haqqında» Azərbaycan Resrublikası Qanununun 6-cı maddəsinin İİ bəndinin 3-ci hissəsinə əsasən fiziki şəxslər onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək vəzifəsini daşıyır. Həmin Qanunun 11-ci maddəsinin İ bəndinə əsasən avtomobil yollarında yalnız dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələrinin hərəkətinə yol verilir. Həmin Qanunun 30-cu maddəsinin İİ bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər. Göründüyü kimi, nəqliyyat vasitələrinin mülkiyyətçiləri (sahibləri) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidir. Şəxslər onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək vəzifəsini daşıyırlar. İddiaçı tərəf isə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilin hava yastıqlarının açılmamasının istehsal xətası olmasını iddia etsələr də, tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçı tərəfin izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, toplanmış sübutları və qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd etməkdə haqlı olmuş, maddi və prosessual hüquq normalarının tələbləri gözlənilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia da əsassız olmuşdur. Çünki, iddiaçı tərəfin hadisə ilə bağlı müraciət və şikayətləri özü-özlüyündə cavabdehin işgüzar nüfuzunun zədələnməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmçinin, cavabdeh qarşılıqlı iddiada maddi ziyan qismində 35000 manat pulun cavabdehlərdən tutulmasını tələb etmiş və həmin pul vəsaitinin baş vermiş hadisə zamanı Almaniya Respublikasından dəvət olunmuş mütəxəssislərə xərcləndiyini iddia etmiş, lakin bu halı da təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edilməmişdir (bununla yanaşı, cavabdehin özü mütəxəsis yardımından istifadə edərək, hadisə ilə bağlı müvafiq rəy almışdır). MM-nin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının 1-ci yekun bəndinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Göründüyü kimi, cavabdeh də qarşılıqlı iddianın əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bitlməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdehnə qarşı «maddı və mənəvi zərərin tutulması,hüquqi yardıma görə çəkilmiş xərcin ödənilməsi» tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı «işgüzar nüfuzun müdafiəsi, vurulan maddi və mənəvi ziyanın ödənilməsi» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(007)-1190/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi (vəkili) Nümayəndə1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(007)- 1190/2020 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1055/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1055/2021
02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver