Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10557/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil2 və Cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(001)- 1068/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina haqqında həmin məhkəmənin 01 sentyabr 2021-ci il tarixli 2(001)- 1068/2020 saylı qərardadından Cavabdeh1 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(001)- 1068/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilərək Musa Cavadovdan 30000 manat məbləğində pulun alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, habelə buraxılmış prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(001)-1068/2020 saylı qərardadı ilə müddətin bərpasından imtina edilmişdir. Cavabdeh Musa Cavadov həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qətnaməni alan dövrdə açıq ürək əməliyyatı keçirdiyinə görə uzun müddət reanimasiya şöbəsində intensiv stasionar müalicə almış, habelə həmin dövrdə COVİD-19 virusu kütləvi yayıldığına görə evdən bayıra çıxa bilməmişdir. Bundan əlavə, hüquqi savadı olmadığına və vəkillə müqavilə bağlamadığına görə qətnamədən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Həmin məhkəmənin 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi şikayətin təmin olunmamasını, cavabdeh Musa Cavadovun nümayəndəsi isə şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərdən keçirib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(001)-1068/2020 saylı qətnaməsini cavabdeh Musa Cavadovun nümayəndəsi Vəkil1 01 oktyabr 2020-ci il tarixdə qəbzə imza etməklə almış və 06 noyabr 2020-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. (96, 124-127) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X3 müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, o, qətnaməni aldığı dövrdə açıq ürək əməliyyatı keçirdiyinə görə uzun müddət reanimasiya şöbəsində intensiv stasionar müalicə aldığını göstərsə də, məhkəməyə müvafiq tibbi arayış təqdim etməmiş, tibb müəssisəsində stasionar müalicə alması barədə iş materiallarında olan yeganə arayış isə 12-21 iyun 2021-ci il tarixlərinə təsadüf edir. (i.v.169) Həmin dövrdə COVİD-19 virusunun yayılması ilə bağlı evdə qaldığına görə şikayət verə bilməməsi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh M.Cavadov öz şikayətini elektron poçt vasitəsilə məhkəməyə göndərə bilərdi. Bundan əlavə, hüquqi savadı olmadığına və vəkillə müqavilə bağlamadığına görə vaxtında şikayət verə bilməməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh M.Cavadov Vəkil1lə müqavilə bağlamış və ona məhkəmədə təmsilçilik səlahiyyətləri verən etibarnamə vermişdir. (i.v.35-36) Etibarnamənin müddəti 31.01.2030-cu il tarixinə qədər olduğuna görə qətnamədən apellyasiya şikayəti cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən də verilə bilərdi. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Məhkəmə kollegiyası hesab edir ki, ərizədə göstərilən səbəblər qanunvericilikdə qətnamədən apellyasiya şikayəti vermə müddətinin ötürülməsi üçün üzrlü səbəb hesab edilə və şikayət vermə müddətinin bərpa edilməsinə əsas ola bilməz. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış müddətin bərpası haqqında ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Buna görə də şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(001)-1068/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(001)- 1068/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10557/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10557/2021
26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver