Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10563/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X4 və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “qeyri-qanuni tikilinin sökülməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının ödənilməsi“ tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı (Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə Bakı şəhəri Nərimanov rayon Мəhkəməsinin e-2(005)-3974/2021 saylı iş üzrə qəbul etdiyi 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.mdən ibarət olan mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi və həmin mənzil İddiaçı MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil və veteran olmasını nəzərə alaraq əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil ümumilikdə 2 ədəd təmirli 4 otaqlı 100 kv.m. mənzil 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 1300 (bir min üç yüz) manat məbləğində kirayə haqqı ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların yararsız olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07.01.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və qəzalı vəziyyətdə olan 12A saylı binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Bu məqsədlə sahənin müayinəsi və 12A saylı binanın mülkiyyətçilərdən biri olan Cavabdeh tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərlə tanış olan zaman müəyyən edilmişdir ki, o, mülkiyyətində olan və Binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 42.1 kv.m- dən ibarət olan 62 saylı mənzilini qanunvericiliyə uyğun olaraq lazımi icazələr alınmadan qanunsuz olaraq yaşayış binasına bitişik yerdə, ona təxminən 50 kv.m artırma etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinin məktubundan görünür ki, həmin mənzilin sahəsinin artırılmış hissəsi dövlət qeydiyyatından keçməmişdir. Adıçəkilən artırılmış sahə özbaşına tikilidir və müvafiq icazə alınmadan və şəhərsalma norma və qaydalarına zidd olaraq tikilmişdir. Odur ki, həmin qeyri-qanuni tikili sökülməlidir. Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən binanın yerləşdiyi torpaq sahəsi İddiaçı MTK-nın qanuni istifadəsinə verilib, səlahiyyətli orqanların müvafiq rəyləri və razılaşdırma məktublarına əsasən həmin binaların qəzalı olması öz təsdiqini tapıb və müvafiq sərəncamla göstərilən binanın sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyəti şirkətimizə verilib. Buna görə də qeyri-qanuni tikilinin sökülməsi barədə tələbi irəli sürmək üçün subyektiv hüquqa malik şəxs hesab olunmalıyıq. Həmçinin cavabdehin mülkiyyətində olan mənzilə özbaşına qeyriqanuni artırmalar edərək istifadə etməsi qanunsuzdur. Cavabdeh tərəfindən edilmiş özbaşına artırmalara dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 29.04.1994-cü il tarixli, 642 №-li Sərəncamı ilə Bakı şəhəri ərazisində yerləşən çoxmənzilli yaşayış binalarına bitişik artırmaların inşa edilməsi sağlamlığından, müavinətindən və ailə tərkibindən asılı olmayaraq bütün vətəndaşlar üçün qəti qadağan olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 29.04.1994-cü il tarixli, 642 №-li Sərəncamının qüvvədə olması barədə Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 1/412 saylı 25.06.2020-ci il tarixli məktubu şirkətə göndərilmişdir. Lakin cavabdeh şəhərsalma və tikinti normalarını pozaraq özbaşına çoxmərtəbəli yaşayış binasına bitişik artırmalar inşa edərək istifadə etməkdədir. Cavabdeh tərəfindən inşa edilmiş həmin tikilinin inşası üçün müvafiq icazənin tələb olunmasına baxmayaraq belə icazənin olmaması müəyyən olunmuş, həmin sahələrin tikintisi bilavasitə İddiaçı MTK- nın mülkiyyət hüququnu pozmaqdadır. Eyni zamanda, cavabdeh tərəfindən çoxmənzilli yaşayış binasına bitişik tikililərin inşa edilməsi əlavə yüklənmə kimi binanın qəzalı vəziyyətə düşməsinə səbəb olmuş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyində nəzərdə tutulmuş hallardan biridir və bu hal Binanın hazırki dayanıqlıq vəziyyətinə real təhlükəni artırdığı üçün yolverilməzdir. Belə ki, rəyə əsasən sakinlər 12A saylı binada öz sahələrini artrımaq məqsədilə müxtəlif illərdə metal borular, şvellerlər və ikitavrlar üzərində, bəziləri isə birbaşa yer səviyyəsindən başlayaraq əlavə tikililər (binaya artırmalar) inşa etmişlər. Yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları açılmışdır. Nəticədə bunlar binaya konstruktiv baxımdan xələl gətirmiş və binanın davamlılıq baxımından möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. Qeyd edilənlərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12A ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş cavabdehə məxsus olan yaşayış sahəsinə bitişik qeyriqanuni artırılan sahənin sökülməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh tərəfindən aparılmış özbaşına tikinti işləri nəticəsində iddiaçı özünün istifadəsində olan torpaq sahəsindən istədiyi kimi ifadə edə bilmir. İcarə müqaviləsindən irəli gələn hüquq və vəzifələrini həyata keçirə bilmir. Bunun nəticəsində isə iddiaçının həm sahiblik, həm də istifadə hüququ pozulmuşdur. Bu hüquqlar isə bilavasitə mülkiyyət hüququnun tərkib elementləri olan hüquqlardır. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh İddiaçı MMC-yə qarşı (Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi və Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilindən istifadəsinə qarşılıqlı iddia üzrə cavabdeh “Ailə Park" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qarşılıqlı iddia üzrə cavabdeh “Ailə Park" MTK və başqa şəxslər tərəfindən əmlakından istifadə etməsinə maneələr yaradılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 21 noyabr 2003-cü il tarixində verilmiş ÖM seriyalı, 173701 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Bundan əlavə həmin mənzilin Texniki Pasportuna əsasən 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi, yəni 60 kv.m.-də onun xüsusi mülkiyyətindədir. Texniki pasportda obyektə girişin yaşayış sahəsindən olduğu qeyd edilmişdir. Eyni zamanda Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının 23 may 1996-cı il tarixli 2/44 nömrəli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q. Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırma edilmişdir. İddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilini 2003cü il tarixində hazırki vəziyyətdə almış və onun tərəfindən hər hansı bir əlavə artırma edilməmişdir. Həmin əmlakda aldığı tarixdən bu günədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. O, halhazırda həmin əmlakda mebellərin satışı ilə məşğul olur. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında “Ailə Park" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında “Ailə Park" MMC-nin istifadəsinə verilmişdir. Göründüyü kimi sərancamın və qanunvericiliyin tələblərinə əsasən “Ailə Park" MTK tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıq əldə etdikdən sonra yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşasına başlamalı idi. Lakin çox təəssüf ki, “Ailə Park" MTK tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə razılıq əldə etmək əvəzinə onlara təzyiq göstərmək məqsədilə qanunsuz olaraq 4 (dörd) aydan çoxdur ki, ərazini hasara alıb və tikililərin istifadəçilərinin (mülkiyyətçilərinin) köçürülməsini təşkil etmədən qanunsuz olaraq söküntü işlərinə başlamışdır. “Ailə Park" MTK-nın məqsədi tikililərin istifadəçilərinə (mülkiyyətçilərinə) heç bir kompensasiya ödəmədən onların əmlaklarını qanunsuz olaraq ələ keçirməkdir. 4 (dörd) aydan çoxdur ki, “Ailə Park" MTK-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçı sahibkarlıq fəaliyyətimi davam etdirə bilmir. Bu səbəbdən hətta o işçilərin maaşlarını belə verə bilmir. “Ailə Park" MTK-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya həmçinin maddi və mənəvi zərər dəymişdir. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin e-2(005)-3974/2021 saylı iş üzrə qəbul etdiyi 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilk iddia tələbinin təmin olunması, qarşılıqlı iddia ərizəsinin rədd olunması, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh tərəfindən həmin mənzilin binaya bitişik sahədə artırılmış və özbaşına inşa edilmiş qeyri-qanuni tikili (50 kv.m) onun öz hesabına sökülməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.m-dən ibarət olan mənzil İddiaçı MTK-ya təhvil verilməsi, həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil və əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil ümumilikdə 2 ədəd təmirli 4 otaqlı 100 kv.m. mənzil 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsi, mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 1300 (bir min üç yüz) manat məbləğində kirayə haqqının ödənilməsi və ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Bundan əlavə həmin mənzilin Texniki Pasportuna əsasən 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi, yəni 60 kv.m. qeyri-yaşayış sahəsi (ticarət obyekti) də onun xüsusi mülkiyyətindədir. Texniki pasportda obyektə girişin yaşayış sahəsindən olduğu qeyd edilmişdir. Eyni zamanda Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının 23 may 1996-cı il tarixli 2/44 nömrəli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q.Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırma edilmişdir. O, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilini 2003-cü il tarixində hazırki vəziyyətdə almış və onun tərəfindən hər hansı bir əlavə artırma edilməyib. Həmin əmlakda aldığı tarixdən bu günədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Hal-hazırda həmin əmlakda mebellərin satışı ilə məşğul olur və aylıq orta hesabla 5000 (beş min) - 7000 (yeddi min) manat arasında gəlir əldə edir. (gəlirini təsdiq edən rəsmi sənədlər məhkəməyə təqdim edilib). Əgər onun obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olmazdırsa hansı səbəbdən heç bir dövlət orqanı tərəfindən ona bu günədək irad bildirilməyib və bu müddət ərzində o, sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərindən dövlətə külli miqdarda vergi ödəmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMCnin istifadəsinə verilmişdir. Göründüyü kimi sərancamın və qanunvericiliyin tələblərinə əsasən İddiaçı MTK tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıq əldə etdikdən sonra yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşasına başlamalı idi. Lakin çox təəssüf ki, İddiaçı MTK tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə razılıq əldə etmək əvəzinə onlara təzyiq göstərmək məqsədilə qanunsuz olaraq 4 (dörd) aydan çoxdur ki, ərazini hasara alıb və tikililərin istifadəçilərinin (mülkiyyətçilərinin) köçürülməsini təşkil etmədən qanunsuz olaraq söküntü işlərinə başlayıb. İddiaçı MTK-nın məqsədi tikililərin istifadəçilərinə (mülkiyyətçilərinə) heç bir kompensasiya ödəmədən onların əmlaklarını qanunsuz olaraq ələ keçirməkdir. 4 (dörd) aydan çoxdu- ki, İddiaçı MTK-nın qanunsuz hərəkətləri nəticəsində o, sahibkarlıq fəaliyyətini davam etdirə bilmir. Bu səbəbdən hətta o, işçilərin maaşlarını belə verə bilmir. İddiaçı MTK-nın qanunsuz hərəkətləri nəticəsində ona həmçinin maddi və mənəvi zərər dəymişdir. Həmçinin külli miqdarda vəsait tələb edən belə bir layihənin nizamnamə kapitalı cəmi 10 (on) manat təşkil edən bir MTK-ya həvalə edilməsi də onda layihənin icra olunması ilə əlaqədar olaraq əsaslı şübhələr yaradır. Bundan əlavə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binalar yaşayış üçün yararsız vəziyyətdə deyildir və şəhərin eləcə də ərazinin ümumi görünüşünə heç bir xələl gətirmir. Həmin binaların yaşayış üçün yararsız vəziyyətdə olub-olmamasının müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi barədə məhkəməyə şifahi formada vəsatət təqdim etməyinə baxmayaraq məhkəmə vəsatətini təmin etməmişdir. Eyni zamanda onun xüsusi mülkiyyətində olan əmlakının bir hissəsi birinci mərtəbədə, bir hissəsi isə zirzəmi mərtəbəsində yerləşdiyindən onun əmlakının əvəzinə ona verilməli olan əmlak da qanunvericiliyin tələblərinə uyğun olaraq təyinatının nə olmasından asılı olmayaraq binanın birinci və zirzəmi mərtəbəsində olmalıdır. Məhkəmə qanunsuz və ədalətsiz qərar qəbul edərkən çox təəssüf ki, bu halı da nəzərə almamışdır. Bundan əlavə həmin obyekt onun yeganə gəlir mənbəyidir. Qardaşı - X5 44 günlük Vətən Müharibəsində torpaqların azad olunması uğrunda rəşadətlə vuruşmuşdur. X8 və Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdır və halhazırda 1-ci qrup Vətən Müharibəsi əlilidir. X9 Prezident tərəfinizdən “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Həmçinin o, Əfqanıstan müharibəsi veteranıdır. Məhkəmə qanunsuz və ədalətsiz qərar qəbul edərkən çox təəssüf ki, bu halların da heç birini nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Bundan əlavə həmin mənzilin Texniki Pasportuna əsasən 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi, yəni 60 kv.m-də onun xüsusi mülkiyyətindədir. Bundan başqa Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q.Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırma edilmişdir. Hal-hazırda həmin obyektdə mebellərin satışı ilə məşğul olur, həmin obyekt ailənin yeganə qazanc mənbəyidir. Həmin obyektdən istifadəsi ilə bağlı bugünədək hər hansı dövlət qurumundan irad bildirilməmişdir. Obyektin əvəzi olaraq ona mənzil verilməsi qanunsuzdur. O və qardaşı müharibə veteranıdır. Bununla yanaşı bildirir ki, binanın zirzəmisi də onun istifadəsində olmuşdur, ümumlikdə onun mənzilinin sökülməsi nəticəsində onun istifadəsində olan qeyriyaşayış sahələri də nəzərə alınmalıdır. Hesab edir ki, qətnamə ləğv edilməklə qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, sökülməsi tələb edilən mənzilin yerləşdiyi binanın qəzalı vəziyyətdə olması şübhə doğurur və həmin binanın qəzalı vəziyyətdə olub-olmamasının müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi heç bir tədbir görməmişdir. Sökülməsi tələb edilən qeyri-yaşayış sahəsi isə Cavabdeh faktiki istifadəsində olmaqla orada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçıya məxsus mənzil isə binanın birinci mərtəbəsində yerləşir, həmçinin binanın zirzəmisi də iddiaçının istifadəsindədir. Hesab edir ki, mərtəbəyə uyğun olaraq tikiləcək binadan sahə verilməlidir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, Cavabdeh iddia etdiyi binanın zirzəmisi eləcə də gəlir götürdüyünü dediyi qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd olmamışdır, hesab edir ki, MMC tərəfindən Cavabdeh edilən təklif ədalətli olmuşdur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual normaların tələblərinə riayət edilməklə qəbul edilib. Binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy verilib. Binada yaşayan sakinlərlə müqavilə imzalamışdır, artıq binanın 80% tərəflərindən boşaldılıb. Tikinti və şəhərsalma qanunvericiliyinə görə binalar ümumi birgə mülkiyyət hesab olunur. Onlar öhdəlik götürmüşlər ki, binanı söküb yerində tikiləcək yeni binadan mənzil tikib təhvil veriləcəkdir. Qanunsuz tikilinin çıxarışı yoxdursa hansı gəlirdən söhbət gedə bilər. Artıq 1 bina tamamlanmaq üzrədir. MMC maliyyə vəziyyəti yerindədir. Zirzəminin və obyektin heç bir sənədi yoxdur. Hesab edir ki, Cavabdeh kifayət qədər sahə verilmişdir. İkinci bir mənzil də verilmişdir. Artıq bəzi mülkiyyətçilərlə də müqavilə imzalanmışdır. Bundan başqa qeyd etmək istəyir ki, tikinti tələblərinə uyğun olaraq əvvəl söküntü, sonra isə tikinti işlərinə başlayacaqlar. Hal-hazırda söküntü başlamayıb. Bildirir ki, qanunsuz tikililərdə sakinlərin zərər tələb emək hüququ yoxdur. MMC-nin mövqeyinə görə faktiki ölçmə işlərinin aparılması birinci mərtəbə nə qədər sahə olubsa o qədər, zirzəmi nə qədərdisə o qədər sahə verilməsi mümkün deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 173701 nömrəli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12a saylı evin, 62 nömrəli mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 309 saylı reyestr kitabında 44710 nömrəli vərəqində 30/26397 saylı reyestr nömrəsi ilə 21.11.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 55 nömrəli 11.03.2020-ci il tarixli “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında “Ailə Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” Sərəncamının surətinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.09.2019-cu il tarixli, 018 saylı müraciətini, Nərimanov Rayon İcra Hakimiyyətinin 20.09.2019-cu il tarixli, 1/1418 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 28.01.2020-ci il tarixli, **********94 saylı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 18.02.2020-ci il tarixli, 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun 03.03.2020-ci il tarixli rəyini nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin Kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri; ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "Ailə Park” MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 24-03/20-AM nömrəli, 24.03.2020-ci il tarixli "Ailə Park” MMC-nin 20.03.2021-ci il tarixli sorğusuna cavab olaraq “Bildirilir ki, Bakı şəhəri ərazisində olan Çoxmənzilli yaşayış evlərinin Faktiki sahəsinin müəyyən olunması üçün ƏMDK yaranda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ÇİXARİŞ və ona əlavə edilmiş Əmlakın İnventarlaşdırılması üzrə tərtib olunmuş Texniki Pasport əsas götürülməklə Mənzillərin daxildən ölçülməsi həyata keçirilir. Yaşayış sahəsi və otaqların sayı, köməkçi, xidməti sahələr, dəhliz, eyvan ayrılıqda ölçülüb mənzilin Ümumi sahəsi qəbul olunur. Mənzillərin daxilində aparılmış yenidən qurma işləri ümumi sahəyə təsir etmirsə qəbul olunur. Müvafiq İcra Hakimiyyətinin orqanının Qərar və Sərəncamları əsasında bir sım hallarda eyvanların Yüngül konstruksiya ilə bağlanmasına icazə verilir. Bu sahələr xalq arasında “Şüşəbənd” adlanır. Hesablama ölçü zamanı bu sahələr Bağlı eyvan kimi qəbul olunur. Binaların 1-ci mərtəbəsində olan mənzillərin Kommersiya məqsədilə istifadə olunması üçün Yerli İcra Hakimiyyətinin Sərəncamı əsasında həmin sahələr mənzil fondundan çıxarılaraq qeyri yaşayış sahəsi qruppuna keçirilir və bu ƏMDK yaranda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ÇİXARİŞlarda öz əksini tapır. Əgər bu dəyişiklik aparılmamışdırsa həmin sahə mənzil kimi qəbul olunur. İctimai çoxmənzilli binaların zirzəmiləri ƏMDK-in balansında olmaqla onun mülkiyyətindədir. Vətəndaşlar ƏMDK-ilə İcarə müqaviləsi bağlamaqla və ya həmin sahəni Özəlləşdirməklə Zirzəmilərdən istifadə hüququ əldə edir və ya onun xüsusi mülkiyyəti olur. Əks təqdirdə istifadə olunan bu sahələr qanunsuz hesab edilərək zəbt edilmiş sahə hesab olunur. Müvafiq İcra Hakimiyyəti orqanlarının Sərəncamları əsasında Binaların həyətində Dəmirdən quraşdırılmasına və ya Daşdan tikilməsinə İcazə verilmiş QARAJ-larında mülkiyyət hüququ tanına və ƏMDK yanında şınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ÇİXARİŞ-la təmin olunur. Əks təqdirdə Qanunsuz tikili hesab edilin. Araşdırmalar göstərir ki,İctimai çoxmənzilü binaların 1-ci mərtəbələrində olan mənzil sahibləriMənzil sahələrini və ya Kommersiya sahələrin (Kommersiya məqsədilə istifadə olunan mənzil və obyektlər) genişləndirmək məqsədilə Əsaslı və ya Yüngül Konstruksiyalı geniş artırmalar aparırlar. Bu artırmalar Yerli İcra Hakimiyyəti orqanlarının sərəncam və qərarları əsasında “Şəhərsalma və Arxitektura Komitəsinin” razılığı ilə apanlmışdırsa həmin artırılmış sahələr ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ÇİXARİŞ-la təmin olunur. Əks təqdirdə Qanunsuz tikili hesab edilir” göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında 03.03.2020-ci il tarixli rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azerinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və X2 şöbəsinin qrup rəhbəri Abbas Rzayev, şöbənin mühəndisi Ədalət Nəcəfov və Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin baş məsləhətçisi Azər Güləmmedovla birlikdə Tikintidə X3 Agentliyinin 03.03.2020-ci il tarixli 34/02300 nömrəli tapşırığına əsasən Bakı səhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarına vizual texniki baxış keçirilmiş, Həsənoğlu küçəsi, bina 12A : Beşmərtəbəli yaşayış binası təqribən 1960-cı illərdə, kürsülü, dördgirişli inşa olunmuşdur. Binanın uzunluğu 60.0 metr, eni 12.0 metrdir. Mərtəbələrdə otaqların daxili hündürlükləri 2,70 metr, kürsünün hündürlüyü 1,0 metrdir. Xarici və daxili yükdaşıyan divarların qalınlığı 0.40 metr, arakəsmə divarların qalınlığı isə 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Binanın mərtəbəarası və dam örtüyü yığma dəmir-beton boşluqlu panellərdən quraşdırılmışdır. Pilləkən marş və meydançaları, eləcə də eyvan konstruksiyaları yığma dəmir- beton elementlərdən inşa edilmişdir. Dam örtüyü çardaq tipli olmaqla ağac konstruksiyalar üzrə asbest-sement şifer vərəqələrlə örtülmüşdür. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmalara məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı qopub tökülmüşdür. Pilləkən qəfəsəsində son mərtəbədə yan divarlara metal tirlər bərkidilmiş və üzərinə su çənləri qoyulmuşdur. Pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınmış və yararsız hala düşmüşdür. Eyvan tavalarının alt hissələrinin bəzi yerlərində armaturların mühafizə qatları qopub töküldüyündən, armaturlar korroziyaya uğramışdır. Binanın demək olar ki, bütün mərtəbələrində əlavə eyvanlar artırılmışdır, bu da nəticədə yükdaşıyan konstruksiyalarda əlavə yüklərin yaranmasına səbəb olmuşdur. Binanın arxa fasad divarında binanın xaricinə 2 (iki) yerdən qapı boşluğunun açılması xarici yükdaşıyan divarın yükgötürmə qabliyyətinin azalmasına səbəb olmuşdur. Binanın bəzi girişlərində, pilləkən qəfəsələrində tikinti norma və qaydalarına əməl edilmədən xaotik quraşdırılmış elektirik xətləri sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin və suaxıdıcı boruların nasaz vəziyyətdə olmasından, bəzi yerlərdə asbest-sement şiferlərin çatlaması, qopub düşməsi nəticəsində divarların nəmlənməsi, suvaq qatının qopub tökülməsi halları müşahidə olundu. Damda nizamsız şəkildə yerləşdirilmiş su çənləri örtükdə əlavə yük yaratmaqla yanaşı, atmosfer yağıntılarının binanın daxilinə sızmasına şərait yaratmışdır. Binanın mişarlanmış əhəngdaşından olan yükdaşıyan divarlarda hörgü üçün istifadə edilmiş sement-qum məhlulu öz keyfiyyətini itirərək ovulub tökülmələrə məruz qalmışdır. 16A saylı binanın sol yan fasad divarında suvaq qatı olmadığından, binada antiseysmik kəmərdən istifadə edilmədiyi açıq-aşkar görünür. Baxış keçirilmiş binalar eyni illərdə və birtipli layihə əsasında inşa edildiyindən bunu digər binalara da şamil etmək olar. Yuxarıda qeyd edildiyi kimi sakinlər yaşayış sahəsini artırmaq məqsədilə müxtəlif illərdə metal borular, şveller və ikitavriar üzərində, bəziləri isə birbaşa yer səviyyəsindən başlayaraq əlavə tikililər (binaya artırmalar) inşa etmişlər. Açıq eyvanların əksəriyyəti bağlanmışdır. Yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları açılmışdır. Eyvanların sahəsini artırmaq üçün yer səviyyəsindən ikinci, üçüncü mərtəbə səviyyəsinədək qaldırılmış metal borulardan, şvellər və ikitavr profillərdən ibarət üzərində kifayət qədər yük olan sütunlar rabitəsiz quraşdırılmışdır ki, bu da yeraltı və yerüstü təkanlar zamanı təhlükəlidir. Binada nizamsız, layihəsiz, heç bir gücləndirmə aparılmadan eyvanların sahəsinin artırılması, əlavə eyvanların inşa edilməsi, antiseysmik kəmərin quraşdırılmaması, hörgüdə istifadə olunan sement-qum məhlulunun keyfiyyətsizliyi, əhəngdaşından olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqlarının açılması binaya konstruktiv baxımdan xələl gətirmiş və binanın davamlılıq baxımdan möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seymsik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. İş materiallarında olan "xxxx" MMC-nin 29/10-20 nömrəli, 29.10.2020-ci il tarixli rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası, Bakı Nərimanov rayonunun, Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən binalarda olan birotaqlı, ikiotaqlı, üçotaqlı və dördotaqlı orta təmirli mənzillərin bir kv.metrinin bazar dəyəri və belə mənzillərin kirayə haqqlarının bu günə yəni oktyabr 2020-ci il tarixi vəziyyətinə qədər olması müəyyən edilmiş, “Yaxşı və Orta təmirli, yumşaq və bərk mebellə təchiz olunmuş, Televizor, Kondisoner, Soyuducu və Paltaryuyan qoyulmuş” mənzillərin Kirayə haqqıları 2020-ci ilin aprel - sentyabr aylarında otaqlı mənzillər üçün aylıq kirayə haqqı-300,0-320,0 manat, otaqlı mənzillər üçün aylıq kirayə haqqı-380,0-450,0 manat, otaqlı mənzillər üçün aylıq kirayə haqqı-500,0-620,0 manat, otaqlı mənzillər üçün aylıq kirayə haqqı 650,0-700,0 manat civarında təklif olunduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının müavini 1/412 nömrəli 25.06.2020-ci il tarixli İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin binaların bir qrup sakini tərəfindən artırmaların inşasına icazə verilməsi ilə bağlı 04.06.2020-ci il tarixli, 0035 saylı müraciətinə cavab olaraq, “məktubunuzda qeyd olunmuş Nərimanov Rayon Xalq Deputatları Sovetinin icraiyyə Komitəsinin 23.02.1990-cı il tarixli, 5 №-li Qərarının surəti Nərimanov Rayon İcra Hakimiyyətinin arxiv sənədlərində deyil, Bakı Şəhər Arxiv İdarəsində saxlanılır. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29.04.1994-cü il tarixli, 642 №-li Sərəncamı ilə Bakı şəhəri ərazisində yerləşən çoxmənzilli yaşayış binalarına bitişik artırmaların inşa edilməsi və mövcud eyvanların genişləndirilməsi sağlamlığından, müavinətindən və ailə tərkibindən asılı olmayaraq bütün vətəndaşlar üçün qəti qadağan olunmuşdur. Həmçinin qeyd edirik ki, hazırki tarixə bu sahəyə aid verilmiş, lakin müxtəlif səbəblərdən icra olunmamış sərəncamlar hüquqi qüvvəsindən düşmüş hesab olunur” göstərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.07.2021-ci il tarixli “FEMİDA” Vəkil Bürosunun sorğusuna cavab məktubundan görünür ki, ünvan 2 ünvanının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42.1 kv.m, yaşayış sahəsi 29.0kv.m olan 2 otaqlı 62 saylı mənzil 9 saylı DNK-nın 09.10.2002-ci il tarixli 4Ə-4/513 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına (AZE0*******/18.09.2003, qeydiyyat ünvanı - ünvan 3işdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə ilkin iddia tələbinin əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir, bu baxımdan ilkin iddianın rədd edilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında 03.03.2020-ci il tarixli rəyin uyğun sözügedən ərazidə istismar müddətini başa vermiş istismara yararsız və qəzalı vəziyyətdə olması işin mübahisəsiz hallarıdır. Mübahisəli binanın yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyriyaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi ilk iddia üzrə iddiaçı MMC-yə həvalə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Mübahisəli qeyriyaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. İş üzrə müəyyən olunmuşdur ki, MMC həmin binaların sakinlərinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, yalnız hazırki ilk iddia üzrə cavabdehlə razılıq əldə edə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur. Eyni zamanda Mənzil Məcəlləsinin müvafiq maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Göründüyü kimi hazırki mübahisə baxımından ilk iddiaçının hazırkı tələblərlə çıxış etməsi mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir, həmçinin, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır. Hazırda isə iddiaçı yeni tikiləcək yaşayış binasında yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmış əmlaka mütənasib olaraq 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil və əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil ümumilikdə 2 ədəd təmirli 4 otaqlı 100 kv.m. mənzilin qarşılıqlı iddiaçıya verilməsi hüquqmüəyyənedici sənədlərə əsasən sökülmüş əmlakın yerləşdiyi yerə və ölçüsündən daha artıq əmlakın verilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə görə mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 10.0.10, 10.0.11 və 10.0.12-ci maddələrinin tələbinə görə yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.6-cı maddəsinə görə qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Hazırki vəziyyətdə qarşılıqlı iddiaçı öz hüquqlarından sui-istifadə edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilə, binanın zirzəmisinin bir hissəsi, yəni 60 kv.m.-nə, həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırmaya istifadəyə dair maneələrin aradan qaldırılmasını tələb edir. Halbuki, Mülki Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırki iş üzrə qarşılıqlı iddiaçı öz davranışları ilə ilk iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını almaqla hüquqlarından sui-istifadə etmişdir. Belə olan halda Cavabdeh “Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilindən istifadəsinə qarşılıqlı iddia üzrə cavabdeh “Ailə Park" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qarşılıqlı iddia üzrə cavabdeh “Ailə Park" MTK və başqa şəxslər tərəfindən əmlakından istifadə etməsinə maneələr yaradılmasının qadağan edilməsi” barədə qarşılıqlı iddia tələbi əsassız olmuşdur. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, sökülməli olan tikilinin sahəsinin müəyyən edilməsi və həmin tikilinin kim tərəfindən sökülməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, ünvan 2 ünvanının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42.1 kv.m, yaşayış sahəsi 29.0kv.m olan 2 otaqlı 62 saylı mənzil 9 saylı DNK-nın 09.10.2002-ci il tarixli 4Ə-4/513 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına (AZE0*******/18.09.2003, qeydiyyat ünvanı - ünvan 3işdir. Bundan başqa iş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q. Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırma edilmiş və həmin sahə hazırda Cavabdeh istifadəsindədir. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin edərkən, düzgün olmayaraq qeyri-qanuni tikili qismində - 50 kv.m sahənin, eləcə də istismar müddəti keçmiş 97 kv.mdən ibarət olan mənzilin sökülməsi qənaətinə gəlmişdir. Halbuki iş materiallarından göründüyü kimi hazırda iddiaçının adına qeydiyyatdan keçməklə ümumi sahəsi 42.1 kv.m olan mənzil və həmin mənzilə bitişik olmaqla 50 kv.m. artırma mövcuddur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi 50 kv.m sahənin Cavabdeh tərəfindən sökülməsi barədə gəldiyi nəticə də yanlış olmuşdur. Belə ki, işin yuxarıda qeyd olunan halları ilə müəyyən edilmişdir ki, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının adına qeydiyyatdan keçməklə ümumi sahəsi 42.1 kv.m olan mənzil və həmin mənzilə bitişik olmaqla 50 kv.m. qeyri yaşayış sahəsi – ümumilikdə 92.1 kv.m olan sahə Cavabdeh tərəfindən İddiaçı MTKya təhvil verilməli və həmin mənzil İddiaçı MTK tərəfindən sökülməlidir. Məhkəmə kollegiyası Cavabdeh dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Halbuki Mülki Məcəllənin 180-ci maddəsinin tələbinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bundan başqa Cavabdeh izahatında ona məxsus mənzilin binanın birinci mərtəbəsində yerləşməsini və binanın zirzəmisinin də onun istifadəsində olmasını qeyd etmişdir. Cavabdeh bununla bağlı zirzəminin texniki pasportunu təqdim etsə də zirzəminin onun mülkiyyətində olması müəyyən edilməmişdir, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, zirzəmi binanın balansında olmaqla dövlətə məxsus olmuşdur və dövlətə məxsus əmlaka dair kompensasiya verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilən - sökülməli olan tikilinin sahəsinin müəyyən edilməsi və həmin tikilinin kim tərəfindən sökülməsi hissəsində ləğv edilməklə həmin hissədə yeni qətnamə qəbul edilməklə, cəmi 92.1 kv.m sahə Cavabdeh tərəfindən İddiaçı MTK-ya təhvil verilməli və həmin sahə İddiaçı MTK tərəfindən sökülməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödəmiş olduğu dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin e-2(005)-3974/2021 saylı iş üzrə qəbul etdiyi 03 sentyabr 2021-ci il tarixli qətnaməsi - ilkin iddia tələbinin təmin edilən sökülməli olan tikilinin sahəsinin müəyyən edilməsi və həmin tikilinin kim tərəfindən sökülməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 42.1 kv.m olan mənzil və həmin mənzilin binaya bitişik sahədə artırılmış və özbaşına inşa edilmiş qeyri-qanuni 50 kv.m olan tikili, cəmi 92.1 kv.m olan sahə Cavabdeh tərəfindən İddiaçı MTK-ya təhvil verilsin və həmin sahə İddiaçı MTK tərəfindən sökülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov /
Məhkəmə qərarları › İş №2(103)-10563/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10563/2021
08.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver