Məhkəmə qərarları › İş №2(103)-10586/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10586/2021

20.12.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10586/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Ərizəçi Aftandil oğlunun və vəkili X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2230/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsindən Ərizəçi Aftandil oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu üzrə Sektorunu və Bakı şəhəri Maraqlı şəxs2i maraqlı şəxs qismində qeyd etməklə, «Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşma faktının müəyyən edilməsi» dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1988-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 12.01.1979-cu il tarixdə Ermənistan SSR Amasiya rayonu Yeniyol kəndində doğulmuşdur. 29.01.1979-cu il tarixdə Ermənistan SSR Amasiya rayonu Yeniyol kənd sovetliyi tərəfindən İ-SL seriyalı 279718 saylı doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. 1988-ci ilin sentyabr ayında azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası zamanı ailəsi ilə birlikdə Azərbaycan Respublikasının ünvan 1 ünvanda yerləşən mənzildə qaçqın kimi məskunlaşmışlar. Orada onlarla bərabər bir xanım da yaşayırdı. Təxminən 5-6 ay orada yaşadıqdan sonra onları ünvan 2 ünvanda da 7 aya yaxın yaşamışlar, lakin həmin ünvanın şəraiti yaxşı olmadığı üçün onları yenidən Nərimanov rayonu Ceyhun bəy Hacıbəyli küçəsi ev 8 mənzil 11a ünvana köçürmüşlər və 07.08.1992-ci il tarixdə həmin ünvana yaşayış yeri üzrə qeydiyyata düşmüşlər. Azərbaycana gəldikdən sonra təhsilini Bakı şəhəri Nərimanov rayon 34 saylı orta məktəbdə davam etdirmişdir. 8-ci sinfə kimi həmin məktəbdə təhsil almışdır. 8-ci sinfi bitirdikdən sonra 1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Lakin təxminən 4-5 aydan sonra təhsilini yarımçıq qoyaraq liseyi tərk etmişdir. Sonradan təhsilini heç yerdə davam etdirməmişdir. Müəyyən vaxtdan sonar müxtəlif yerlərdə (əsasən tikintidə) fəhlə kimi çalışmağa başlamışdır. 1997-ci ildə Nərimanov rayon Polis İdarəsi tərəfindən DİN-in 1996-cı il tarixli 66 saylı əmrinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyəti təsdiq edən sənədlə - 9 nömrəli formada arayışla təmin edilmişdir. 01.10.1997-ci il tarixdə Nərimanov rayon Hərbi Komissarlığı (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsi) tərəfindən hərbi xidmətə çağırılmışdır. 26.09.1999-cu il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətdə olduğu zaman ünvan 3 ünvanda yerləşən evlərini satdıqları üçün digər ailə üzvləri ilə birlikdə həmin evdən 03.05.1999-cu il tarixdə qeydiyyatdan çıxarılmışlar. Evləri satıldığı üçün hərbi xidmətdən qayıtdıqdan sonra 1999-cu ildən 2002-ci ilə kimi Bakı şəhərində müxtəlif ünvanlarda qeydiyyatsız yaşamışdır. 2002-ci ildən isə ünvan 5 ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmadan yaşayır. 2012-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının vətəndaşı X7 ilə ailə qurmuşdur. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün nikaha daxil ola bilməmişdir. 2015-ci ildə X7 vəfat edib. X2 13.02.1956-cı il tarixdə Ermənistan SSR Amasiya rayonu Yeniyol kəndində doğulub. Anası Azərbaycan Respublikasının vətəndaşıdır və onunla birlikdə ünvan 5 ünvanda yaşayır. X1 23.11.1951-ci il tarxdə Ermənistan SSR Amasiya rayonu Yeniyol kəndində doğulub. Atası Azərbaycan Respublikasının vətəndaşıdır. Atası ilə uzun müddətdir ki, əlaqəsi olmadığı üçün hazırda onun hansı ünvanda yaşaması barədə məlumatı yoxdur. Onunla birlikdə Azərbaycana qaçqın kimi gələn ailə üzvlərinin hamısı (X1, X2, qardaşı X9, qardaşı X12, bacısı Lətifova (Cəlilova) Mənsurə Avtandil qızı, bacısı Kərimova (Cəlilova) Şəlalə Avtandil qızı) «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 5-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı sayılıb və Azərbaycan Respublikasının vətəndaşlını təsdiq edən sənədlə təmin ediliblər. Ancaq o, 1988-ci ildən Azərbaycan SSR-in ərazisində qaçqın kimi məskunlaşsa da, həmin vaxt yetkinlik yaşına çatmadığı üçün ona qaçqın vəsiqəsi verilməmişdir. Bu səbəbdən də, o, indiyədək Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlə təmin edilməmişdir. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən anasına təqdim olunmuş qaçqın vəsiqəsindən görünür ki, o, Ermənistan SSR-i 1988-ci ildə tərk edib. 1988-ci ildə onun 9 yaşı var idi və yetkinlik yaşına çatmayan şəxs kimi valideynlərindən ayrı Azərbaycandan kənarda olduğu ağlabatan deyil. O, 10.07.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğunu nəzərə alaraq, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. DMX onun müraciətinə 17.07.2020-ci il tarixli məktubla aşağıdakı məzmunda cavab vermişdir: «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 3.4.7-ci yarımbəndində şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surətinin (bu sənəd olmadığı təqdirdə isə həmin məlumatları özündə əks etdirən müvafiq sənədin) əlavə olunması nəzərdə tutulur. Odur ki, qeyd olunan sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqdan sonra sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə əlaqədar icraat davam etdirilə bilər». Bundan sonra o, Bakı şəhəri Maraqlı şəxs2ə müraciət edərək ona, əgər onun adına verilməsi mümkün deyilsə, ailə üzvlərinin adı göstərilməklə (eləcə də ailə üzvü kimi onun adı) X1nun, o da mümkün deyilsə, X2nın adına DMX-yə təqdim edilməsi üçün «onun 1988-ci ildə Azərbaycanda qaçqın kimi məskunlaşması» barədə arayış verilməsini xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs2ə etdiyi müraciət Bakı şəhəri Nərimanov rayon MKTBnin 37 saylı MKİS tərəfindən cavablandırılmışdır. Bakı şəhəri Nərimanov rayon MKTB-nin 37 saylı MKİS tərəfindən cavab olaraq təqdim olunmuş arayışda sadəcə onun 07.08.1992ci il tarixdən 24.02.1999-cu il tarixədək yeddi nəfər ailə tərkibi ilə ünvan 3 ünvanda qeydiyyatda olaraq yaşaması qeyd olunmuşdur. Daha sonra o, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu üzrə Sektoruna müraciət edərək, ona, əgər onun adına verilməsi mümkün deyilsə, ailə üzvlərinin adı göstərilməklə (eləcə də, ailə üzvü kimi onun adı) X1nun, o da mümkün deyilsə, X2nın adına DMX-yə təqdim edilməsi üçün «onun 1988-ci ildə Azərbaycanda qaçqın kimi məskunlaşması» barədə arayış verilməsini xahiş etmişdir. Həmin müraciətə Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu üzrə Sektoru tərəfindən aşağıdakı məzmunda cavab verilmişdir: «Sizin Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu üzrə Sektoruna ünvanladığınız ərizədə qaldırdığınız məsələ ilə bağlı bildiririk ki, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 5-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar barədə sektorda heç bir arxiv sənədi olmadığından Sizə köməklik göstərməyimiz imkanımız xaricindədir». Qeyd etdiyi kimi, o, 1988-ci ildə Ermənistan SSR-dən gələrək Azərbaycan SSR-in ərazisində qaçqın kimi məskunlaşsa da, bu statusunu təsdiq edən sənədi olmadığı üçün indiyə kimi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlə təmin edilə bilməmişdir. Şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmadığı üçün o, həm də vətəndaşsızlıq vəziyyətinə düşmüşdür və Azərbaycan Respublikasının himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmir. Ermənistana qayıtması isə məlum səbəblərdən mümkün deyil. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Şəxsiyyəti təsdiq edən sənədinin olmaması onun «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyasının 8-ci maddəsi ilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə o, ayrı-seçkiliyin qurbanı olur. Belə ki, o, vətəndaşsızlıq halında olan şəxs kimi işləmək, təhsil almaq, əmlaka sahib olmaq, nikaha daxil olmaq, başqa yerə getmək imkanından məhrum olmuşdur. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması və onun təsirləri onun üçün mənfi nəticələr doğurub və bu hal şəxsi və ailə həyatına müdaxiləyə bərabərdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Bunun üçün isə o, Dövlət Miqrasiya Xidmətinə onun 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğunu təsdiq edən sənəd təqdim etməlidir ki, DMX onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi prosedurunu apara bilsin. Belə ki, «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 4.1.2-ci bəndinə görə şəxsin 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu müəyyən edildikdə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. «Azəbaycan Respublikası vətəndaşı haqqında» Azəbaycan Respublikası Qanununun 5-ci maddəinin birinci hissəinin 3-cü bədinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarı 1-dək Azəbaycan Respublikası əazisində məskunlaşmış qaçqınlar Azəbaycan Respublikasıı vətəndaşı sayılırlar. O, isə Azəbaycan Respublikasıı vətəndaşlığına mənsubiyyəinin tanınması ücün 1988-ci il yanvarı 1-də 1992-ci il yanvarın 1-dək Azəbaycan Respublikasıı əazisində məskunlaşmış qaçqın olduğunu təsdiq edən sənədi yuxarıa qeyd etdiyi səbəbdən təqdim edə bilmir. Belə ki, o, 1988-ci ildə Azəbaycan Respublikasıı əazisində məskunlaşmış qaçqın olsa da, bu faktı təsdiq edən sənədi almaq ücün müvafiq orqanlara müaciə etməsinə baxmayaraq həmin sənədi heç bir qaydada ala bilməmişdir. Bu sənəddə də həmin faktı – onun 1988-ci ilin sentyabr ayında Azəbaycan Respublikasıı əazisində qaçqın kimi məskunlaşması faktını məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdı. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2230/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Ərizəçi Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş edərək şikayəti onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək məqsədilə vəsatət qaldırmalı olan şəxs deyil, çünki, vətəndaşdır, vətəndaşlığı olmayan şəxs deyil, vətəndaşın vətəndaşlığa qəbul edilmək üçün müraciət etməsi əhəmiyyətsizdir. Onun istəyi Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək deyil, 1988-ci ildə Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olmağının təsdiq edilməsidir ki, qanunun vətəndaş kimi tanıdığı şəxslər kateqoriyasına düşdüyünü sübut edə bilsin. Sadəcə bu faktı-qaçqın kimi məskunlaşmağı faktını sübut etmək lazımdır ki, birbaşa vətəndaş kimi tanınsın və şəxsiyyət vəsiqəsi ala bilsin. Qaçqın kimi məskunlaşdığını sübut edə bilmədiyindən vətəndaş kimi sənədləşdirilə bilmir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini ala bilmədiyindən vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşmüşdür. Bu faktın məhkəmə qaydasında müəyyən ediləcəyi təqdirdə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınacaq və o, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin ediləcəkdir. Məhkəmə iclasında Ərizəçi Aftandil oğlu və vəkili X10 ərizəni və apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Hazırki iş üzrə ərizəçinin müəyyən edilməsini istədiyi faktla bağlı işdə Dövlət Miqrasiya Xidmətinin 17.07.2020-ci il tarixli ərizəçinin müraciətinə cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 3.4.7-ci yarımbəndində şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surətinin (bu sənəd olmadığı təqdirdə isə həmin məlumatları özündə əks etdirən müvafiq sənədin) əlavə olunması nəzərdə tutulur. Odur ki, qeyd olunan sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqdan sonra sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə əlaqədar icraat davam etdirilə bilər. Apellyasiya instansiya məhkəməsi vurğulayır ki, ərizəçinin son olaraq istəyi və arzusu Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etməyə nail olmaq və Azərbaycan Respublikası vətəndaşı kimi hüquq və vəzifələrindən istifadə etməkdir. Bununla əlaqədar, ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və yuxarıda qeyd olunan məzmunda cavab almışdır. X19 Xidmətinin 17.07.2020-ci il tarixli məktubunda da qeyd olunduğu kimi Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 3.4.7ci yarımbəndində şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surətinin (bu sənəd olmadığı təqdirdə isə həmin məlumatları özündə əks etdirən müvafiq sənədin) əlavə olunması nəzərdə tutulur. İşdən də göründüyü kimi ərizəçinin 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olması barədə məlumatları özündə əks etdirən kifayət qədər sənədlər mövcuddur. Belə ki, ərizəçinin 1988-ci ildən Ermənistan SSR-dən deportasiya olunmasını təsdiq edən kifayət qədər sənədlər, o cümlədən doğum haqqında şəhadətnaməsi, valideynlərinin, qardaş və bacılarının Azərbaycan Respublikası vətəndaşları olması və şəxsiyyət vəsiqəsinə malik olmaları, Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olması və bununla əlaqədr hərbi biletə malik olması və.s mövcuddur. Əgər bu sənədlər kifayət deyilsə, onda ərizəçinin valideynləri, qardaş və bacıları şəxsiyyət vəsiqəsini necə və hansı qaydada əldə etmişdir. Əlbətdə bu ritorik sual olsa da səlahiyyətli dövlət orqanları ərizəçinin də Azərbaycan Respublikasının vətəndaşı kimi şəxsiyyət vəsiqəsi almağına maneə yaradan hallara yol verməməli, əksinə şəxsiyyət vəsiqəsi əldə etmək üçün bu cür süni maneləri aradan qaldırmalıdırlar. Bütün bu sənədlərin mövcud olduğu halda Dövlət Miqrasiya Xidmətinin ərizəçinin bu müraciətini təmin etməməsi onun düşdüyü vəziyyəti bir qədər də çətinləşdirmiş, nəticədə o, Azərbaycan Respublikasının vətəndaşı kimi şəxsiyyət vəsiqəsi almaqdan məhz dövlət orqanlarının əməkdaşlarının öz səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə məhrum olmuş, bu azmış kimi, hazırki ərizə ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququndan da düzgün yararlana bilməmişdir. Ərizənin məzmunundan da görünür ki, orada qoyulan məsələ inzibati orqanın hərəkəti yaxud hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və ya inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aid olduğundan həmin məsələyə aidiyyət qaydaları üzrə ümumi məhkəmədə deyil, inzibati məhkəmə icraatı qaydasında da baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2230/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, Ərizəçi Aftandil oğlunun 1988-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə icraata xitam verilməli, Ərizəçi Aftandil oğluna ərizəsində göstərdiyi məsələyə dair, yəni ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səlahiyyətli dövlət orqanlarına müraciət etmək, müraciəti təmin edilmədiyi təqdirdə isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 384.0.5 -ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Ərizəçi Aftandil oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2230/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Aftandil oğlunun 1988-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə icraata xitam verilsin. Ərizəçi Aftandil oğluna ərizəsində göstərdiyi məsələyə dair, yəni ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səlahiyyətli dövlət orqanlarına müraciət etmək, müraciəti təmin edilmədiyi təqdirdə isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar