Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10601/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borca görə faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin e-2(003)-2796/2021 saylı, 30.07.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən faiz borcu olaraq onun xeyrinə 5067.12 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehdən faiz borcu olaraq xeyrinə 31 iyul 2021-ci il tarixə borclu olduğu vəsaiti iddiaçıya qaytarmadığına görə 64070.37 ABŞ dolları məbləğində pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əmisi oğlu, Cavabdeh 2013-cü ilin 4 aprelində ondan borc almış, sonra qaytarmaqdan əsassız olaraq imtina etmişdir. Bu barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində qaldırdığı iddia tələbi məhkəmənin 17 noyabr 2016-cı il tarixli 2(003) 5743/2016 saylı qətnaməsinə (X3) əsasən qismən təmin edildi, ondan 82620 manat məbləğində pulun xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd edilən qətnaməsindən narazı qalaraq verdiyim apellyasiya şikayətim Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(103)-2493/2017 saylı qətnaməsi ilə təmin edilmədi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli 2(003)-5743/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanıldı. Həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2017-ci il tarix 2(102)- 4897/2017 saylı qərarma əsasən qismən təmin edildi, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(103)-2493/2017 say qətnaməsi ləğv edildi və iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərildi. Ümumiyyətlə, bu işə bir dəfə birinci, iki dəfə ikinci instansiyada və iki dəfə Ali Məhkəmədə baxılmış, yekunda Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il 2(103)-9989/2017 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə 183777,82 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulması qərara alınmışdır. Cavabdehin kassasiya şikayəti Ali Məhkəmənin 16 mart 2018-ci il 2(102)- 1796/18 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017- ci il 2(103)-9989/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Xəzər Rayon Məhkəməsinə borca görə faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X1 borcun mənə tam ödəniləcəyi günədək yüksələn xətlə davam etməsi şərti ilə faiz borcu olaraq xeyrinə Mərkəzi Bankın son illik uçot faiz dərəcəsinə uyğun 102181,79 ABŞ dolları məbləğində pul tutulmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2(003)-3599/2018 №-li qətnaməsi ilə (X3) iddia tələbi qismən təmin edilərək Cavabdeh xeyrinə 102181,79 (yüz iki min yüz səksən bir, yetmiş doqquz) ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə manatla tutulması qət edilmişdir. Həmin qətnamənin əsaslandırma hissəsində qeyd edilir: “Məhkəmə iclaslnda müəyyən edildi ki, cavabdeh icra zamanı borcun bir hissəsini ödəsə də, 154777,82 ABŞ dollarım hal hazıradək ödəməmişdir. Məhkəmə, cavabdehin borcu iddiaçıya ödyənədək ona faiz ödəməyə borclu olduğunu nəzərə alaraq iddianın həmin hissəsinin təmin edilməli olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əl edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfındən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh borcun qaytarılmalı olduğu 4 aprel 2013-cü il tarixdən başlayaraq borclu olduğu vəsaiti iddiaçıya qaytaranadək gecikdirilmiş vaxt üçün faiz ödəməyə borclu olduğundan, eləcə də Azərbaycan Respublikasmm ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olduğundan, ondan iddiaçınm xerinə faiz borcu üzrə 102181,79 AE dolları icra vaxtı manata olan məzənnə ilə manatla tutulmalı, iddia tələbi həmin hissədə təmin edilməlidir." Qeyd olunan qayda ilə, lakin +2% əlavə edilməməklə faizləri təcrübəli mütəxəssisə özüm hesablatdırmışdır, lakin qətnamə əsaslandırma hissəsində göstərilsə də məbləğə 2 faiz əlavə edilməmişdir. Bununla belə, qətnamə ilə razılaşdın, cavabdehin apellyasiya şikayəti də təmin olunmadı, Bakı Apellyasiya Məhkəməsinin 12.04.2019-cu il tarixli 2(103)-4438/19 № -li qətnaməsi ilə dəyişdirilmədən saxlanıldı. Bakı Apellyasiya Məhkəməsindən çıxarkən cavabdeh əmioğlu Cavabdeh ona yaxınlaşdı, qucaqlayıb öpdü ona qarşı səhv mövqedə olduğunu etiraf edərək dedi ki, kassasiya şikayəti də verməyəcəyək, şəhərdə tikdirdiyi çoxmərtəbəli yaşayış binasındakı 4 otaqlı, super təmir olunmuş, ümumi sahəsi 191 kvadrat metr olan mənzilini hələ çıxarışı olmasa da 2 ayadək satıb borcunu ödəyəcəyək. Həmin mənzili Rusiyada yaşayan bir iş adamı 2 aya kimi gəlib alacaqdır. Ya da Şağan qəsəbəsindəki evini təcili satıb borcu üzəcək, həmin vaxta kimi də borcundan hər ay 2000 dollar ödəyəcək. Beləliklə, cavabdehlə razılığa gəlmiş, kassasiya şikayəti də verməyib, Xəzər Rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli 2(003)-3599/18 qətnaməsi 12.06.2019- cu il tarixdə qanuni qüvvəyə mindi, icraata yönləndirildi. Bundan sonra cavabdehin xahişi ilə şəhərin Xətai rayonundakı satmaq istədiyi mənzilində olmuş, foto şəkillərini çəkib içərisindəki bahalı soyuducu, televizor və başqa əşyalarla birlikdə 400 000 manata, Şağandakı evinisə 500 000 manata satılması barədə elan saytlarında elan yerləşdirmişdir. Lakin 2 ildən artıqdır ki, nə Rusiyadakı iş adamından, nə elan izləyənlərdən, nə də Aydının özündən səs çıxır. Evləri mövcud durumuna görə bazar qiymətindən xeyli baha satmaq istəyir, onu almaq üçün axtardığı sərsəm müştəri isə tapılmır. Bəlkə də satmaq istəmir və borcunu ödəyəcəyinə görüntü yaratmaq istəyir. 12.06.2019 tarixə cavabdehin ona borcu (145 068,82 + 102 181,79) 247 250,61 ABŞ dolları, manat ekvivalenti ilə 420 326 AZN olub. Cavabdehin borcunu ödəmək üçün ona söz verdiyi 12 aprel 2019-cu ildən iki ildən çox vaxt ötür. Bu müddət ərzində onun hesabıma vur-tut 8800 AZN (5170 dollar) ödəyib, bir ildən çoxdur ki, ümumiyyətlə ödəniş etmir. Xəzər Rayon İcra Şöbəsində isə icraçı Mübariz Abbasov öz vəzifə borcunu yerinə yetirməyə, bu məsələnin qanuni həllinə yönəlik tədbirlər görməyə, hansı müəmmalı səbəbdənsə, görünmür. O, 1-ci Qarabağ savaşının iştirakçısı, 2-ci qrup əlil, ömrünün ahıl dövründədir, 73-cü yaşdadır. Yəni, fiziki durumu ürəkaçan deyildir. Cavabdeh isə onu mütəmadi aldadır, borcunu ödəməkdən yayınır, əmlakı qəsdən baha qiymətə təklif edir ki, alan olmasın və borcunu yubatsın, verməsin. Onun də öz problemləri var, borcunu vaxtında ala bilsəydi, ən azından, banka depozit kimi yatıraraq ilə 12 faiz fayda yararlanardım. İllik faizi sonda götürüb yenidən banka yatırsaydı, fayda daha böyük olardı. Lakin bundan 8 ildir ki, mərhum olmuş, hesabla təkcə son iki ildə (420 326 x 12% x 2 il) 100 878 AZN və ya (10878:1,7) 59 340 ABŞ dolları edir. Lakin bu məbləğ cavabde qanunazidd hərəkətləri nəticəsində əlindən çıxmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi intemet səhifəsində yerləşdirilmiş məlumata əsasən uçot faiz dərəcəsi 30.10.21 ci il tarixdən etibarən 9,75 % təşkil edir. Cavabdeh, iddiaçının pul vəsaitini qanunsuz olaraq özündə saxlayır, ona qaytarmaqdan boyun qaçırır, həmin vəsaitdən istifadə edir faydalanır. Odur ki, qanunun yuxarıda qeyd edilən normalarının tələbinə əsasən, cavabdeh borcu qaytarılmalı olduğu tarixdən borclu oldı vəsaiti iddiaçıya qaytaranadək gecikdirilmiş vəsaitə gecikdirilmiş vaxt üçün faiz ödəməyə borcludur.
4. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin e-2(003)-2796/2021 saylı, 30.07.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Ramilə Xəzri).
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun şəkildə əsaslandıraraq Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin e-2(003)-2796/2021 saylı, 30.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2(003)-3599/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh 102181.79 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə manatla və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2018-ci il tarixli 2(102)-1796/2018 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 2(003)- 5743/2017 saylı qətnaməsinə əsasən, Cavabdeh 82620 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9989/2017 saylı 10 noyabr 2017-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 2(003)- 5743/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh İddiaçı xeyrinə 183777.82 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Apellyasiya Məhkəməsinin qeyd edilən qərarı dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə:
10. İddiaçı iddia tələbində və apellyasiya şikayətində cavabdehdən onun xeyrinə tutulması qərara alınmış borc məbləği üzrə, borcun ödənilmədiyi dövr üçün bank uçot dərəcəsi ilə faizlərin tutulmasını xahiş etmişdir. İddiaçı öz tələbinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad etmişdir.
11. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, pul öhdəliyinin icra edilməməsinə görə məsuliyyət müəyyən edən həmin maddənin məzmununa görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin bu maddəsinin məzmunundan görünür ki, faizlərin hesablanaraq tutulması üçün yalnız özgənin pul vəsaitini qanunsuz saxlamaq yox, həm də ondan faydalanmaq halı mövcud olmalıdır.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1- ci maddəsinin «ondan faydalanmağa görə» müddəası dörd element: özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
13. Hazırkı mülki işlə bağlı cavabdehin iddiaçıdan almış olduğu pul vəsaitindən Azərbaycan Respublikası MM-nin 152.3-cü maddəsi ilə nəzərdə tutulmuş hər hansı formada faydalanması halı müəyyən edilmir. İddiaçı da cavabdehin həmin pul vəsaitindən faydalanmasını göstərən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşlkar edilməmişdir.
14. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
16. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə b bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərc əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövri şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
21. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
22. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin e-2(003)-2796/2021 saylı, 30.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev