Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1061/2023 14.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ("Arena” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (əmlakdan çıxarılma və zərər) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı ("Arena” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdehnə qarşı "əmlakdan çıxarılma və zərər" tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1598/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh "Camex” MMC-yə qarşı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 943,8 m2 sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin “B” tikilisinin, 155 m2 sahəsindən Cavabdeh MMC-nin məcburi qaydada çıxarılması və 2017-ci ilin iyun ayından başlayaraq 2022-ci ilin 6 ayı üçün ona vurulmuş 141825 manat məbləğində zərərin (əldən çıxmış fayda şəklində) cavabdehdən onun xeyrinə tutulması barədə iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1598/2022 saylı işi üzrə 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, ödənilmiş 431.83 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29; “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 158.2, 158.3, 158.4, 178.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən əmlak kompleksi xx.xx.2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətidir. Cavabdeh ünvan 2 ünvanda yerləşən 155 m2 qeyri-yaşayış sahəsini 01 fevral 2017-cı il tarixdən 5 il müddətinə, "Arena” ASC-dən icarəyə götürmüş və müqavilənin qüvvəsi avtomatik olaraq 1 il müddətinə uzadılmışdır. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən əmlak kompleksidir. Cavabdehin isə icarəyə götürdüyü 155 m2 qeyri-yaşayış sahəsi ünvan 2 ünvanda yerləşir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin icarəyə götürdüyü qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olan əmlak kompleksinə daxil olan əmlakdır. Belə olan halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. İcarə müqaviləsi qüvvədə olduğundan cavabdeh icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində, yəni 01 fevral 2023-cü ilədək çıxarıla bilməz. İddia tələbinin 141825 manat məbləğində ziyanın cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan 01 fevral 2017-cı il tarixli "Arena” ASC ilə "Camex” MMC arasında bağlanmış İcarə müqaviləsindən görünür ki, cavabdeh 2017-cı il tarixdə "Arena” ASC ilə icarə müqaviləsi bağlayaraq həmin vaxtdan indiki dövrə kimi sözügedən əmlakdan icarəçi kimi istifadə edir və razılaşdırılmış icarə haqqını "Arena” ASC-yə ödəyir. Buradan belə nəticəyə gəlmək olur ki, cavabdeh əmlakdan özbaşına deyil, məhz müqaviləyə əsaslanaraq istifadə etmiş və bunun müqabilində razılaşdırılmış icarə haqqını icarəyə verən qismində "Arena” ASC-yə ödəmişdir. Bu səbəbdən hazırkı halda İddiaçı əmlakından istifadəyə görə əldən çıxmış fayda kimi cavabdehdən pul tələb etməsi əsassızdır.
3. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* №-li Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə **********70-12301 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 19 nömrəli reyestr kitabında 1836 nömrəli vərəqdə qeydiyyata alınmışdır; - 20 may 2022-ci il tarixli xəbərdarlıq məktubundan məlum olur ki, İddiaçı onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin “B” tikilisinin 155.3 m2 sahəsinin Cavabdeh MMC tərəfindən 07 gün müddət ərzində boşaldılması üçün xəbərdarlıq etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********67 saylı məktubundan məlum olur ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı qətnamə və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-2496/2017 saylı qətnamələrinə əsasən dövlət reyestrində İddiaçı adına ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeyestrindən verilmiş RX seriyalı ******* №-li Çıxarışdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə **********70-12301 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 19 nömrəli reyestr kitabında 1836 nömrəli vərəqdə qeydiyyata alınmışdır; - 01 fevral 2017-cı il tarixli "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış İcarə müqaviləsinin surətindən məlum olur ki, "xxxx" ASC ünvan 5 ünvanındakı qeyriyaşayış sahəsinin, ümumi sahəsi 155 m2 sahəni ofis kimi istifadə etmək üçün Cavabdeh MMC-yə 5 il müddətinə icarəyə verir. Müqavilənin 9.2-ci bəndinə əsasən müqavilənin qüvvəsi avtomatik olaraq 1 bir il müddətinə uzadılır; - "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 24 iyun 2017-ci il tarixli protokolundan məlum olur ki, Cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən əmlak kompleksində yeni hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikilməsinə razılıq verilmiş, həmin razılığın verilməsi və birgə fəaliyyət müqaviləsinin bağlanması Müşahidə Şurası ilə razılaşdırıldıqdan sonra Cəmiyyətin İdarə Heyətinin sədrinə həvalə edilmişdir; xx.xx.2001-ci il tarixli Texniki pasportun surətindən məlum olur ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 "xxxx" ASC-nin mülkiyyətindədir (iş.səh. 6, 19, 60, 61, 100, 114, 123). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(009)- 1598/2022 saylı qətnaməsinin ləğv edilməsinə, mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 943,8 m2 sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin “B” tikilisinin, 155 m2 sahəsindən Cavabdeh MMC-nin məcburi qaydada çıxarılmasına, sahənin təhvil verilməsinə və 141825 manat zərərin (əldən çıxmış fayda şəklində), ödənilmiş 481,83 manat dövlət rüsumunun və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 216 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 21.1, 21.2, 157.1, 157.2, 157.5, 337.1, 337.2, 337.3, 337.5, 1096.1, 1096.2, 1097.1, 1098.2, 1098.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh MMC məhkəmə prosesi zamanı "xxxx" ASC ilə bağladığı icarə müqaviləsini təqdim etmişdir. Müqavilə 02 fevral 2017-ci ildə bağlanılmışdır. Cavabdeh "xxxx" ASC ilə icarə müqavilə bağlayan zaman "xxxx" ASC-nin həmin sahəyə mülkiyyət hüququnun olub-olmamasını müəyyən etməmişdir. Bu haqda məhkəməyə icarə müqaviləsindən başqa heç bir sübut təqdim etməmişdir. Məhkəmə öz qətnaməsində iş materiallarına əlavə edilmiş xx.xx.2001-ci il tarixli texniki pasporta istinad etmişdir ki, bu texniki pasport mülkiyyət hüququnu müəyyən edən sənəd deyildir. Həmin vaxt artıq ona ayrılmış qeyriyaşayış sahəsi onun mülkiyyətində olmuşdur və hazırda 2001-ci il tarixli texniki pasport qüvvədən düşmüşdür. Məhkəmə prosesi zamanı DƏDRX tərəfindən "xxxx" ASC-yə verilmiş xx.xx.2020-ci il tarixli texniki pasportun surəti məhkəməyə təqdim edilmişdir və həmin texniki pasportda "xxxx" ASC-nin ünvanı – Xəqani küçəsi 87 kimi qeyd edilmişdir. Eyni zamanda Cavabdeh MMC ünvanladığı müraciətlərə heç bir cavab verməmiş, icarə əsasında həmin sahədən istifadə etdiyini bildirməmişdir. Onun qeyd edilən icarə müqaviləsindən yalnız məhkəmədə xəbəri olmuşdur. Mübahisələndirilən qeyri-yaşayış sahəsi Səbail Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli qətnaməsi ilə naturada onun mülkiyyətinə ayrılmışdır. Qeyd edilən qətnamə ilə "xxxx" ASC razılaşmış və apellyasiya şikayəti verməmişdir. "xxxx" ASC 2014-cü ilin sentyabr ayından etibarən Səbail Rayon Məhkəməsinin qətnaməsinin qüvvəyə minməsindən xəbərdar idi. Belə olan halda onun mülkiyyətində olan daşınmaz əmlak haqda icarə müqaviləsi bağlanılması qanunsuz idi. Yəni, özlüyündə bu əqd əhəmiyyətsiz əqddir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, qeyri-yaşayış sahəsinin məhkəmə qətnaməsi ilə 2014-cü ildə ayrıldığını, 2017-ci ilin may ayında çıxarış aldığını, Cavabdeh MMC-nin rəhbərliyi ilə bir neçə dəfə görüşərək, əmlakın onun mülkiyyətində olmasını söylədiyini, onunla müqavilə bağlamalarını təklif etsə də razılaşmadıqlarını, "xxxx" ASC ilə Cavabdeh MMC icarə müqaviləsi bağlayarkən "xxxx" ASC-nin heç bir hüquqi sənəd təqdim etmədiyini, "xxxx" ASC-nin hüquqi ünvanının ünvan 6, Səbail rayonu, Nizami küçəsi 91 yazıldığını, həmin vaxt "xxxx" ASC-nin nə çıxarışının, nə də texniki pasportunun olduğunu, sadəcə özəlləşmə planının olduğunu, özəlləşmə planında da həmin binaların "xxxx" ASC-yə məxsus olduğunun müəyyən edildiyini, həmin vaxt "xxxx" ASC-nin məhkəmə qətnaməsinin 2014-cü il sentyabrın 22-də qüvvəyə mindiyindən və eyni zamanda çıxarışın alınmasından xəbərdar olduğunu, bununla bağlı 24 iyun 2014-cü il tarixində "xxxx" ASC-nin X1 məhkəmə qətnaməsi ilə ona ayrılmış sahənin onun mülkiyyətinə verilməsinə, eskizin təsdiq olunmasına, onun səhmdarların siyahısından çıxarılmasına razılıq verildiyini, həmin protokolun imzalanıb təsdiq edilərək, vergilər idarəsinə göndərildiyini, həmin protokolun əsasında indiki İdarə Heyətinin sədrinin qanuni təmsilçi kimi qeydə alındığını, Cavabdeh MMC-nin bunu bildiyi halda həmin icarə sahəsindən çıxmaq və ya onunla müqavilə bağlamaq istəmədiyini bildirmişdir.
6. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi vəkil Nümayəndə "xxxx" ASC-nin birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizədə 24 iyun 2017-ci il tarixli protokolun iddiaçının özü tərəfindən tərtib edilərək, imzalandığının qeyd edildiyini, bu səbəbdən protokolun mətninə dəyişiklik edilməsinin istisna edilmədiyini, çıxarışın 2017-ci ilin may ayında alındığını, halbuki Cavabdeh MMC ilə "xxxx" ASC arasında icarə müqaviləsinin 2017-ci ilin fevral ayında 5 illik müddətə bağlandığını, həmin müqavilədə ünvanın Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 91 yazıldığını bildirmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, ünvan 8 ünvanında yerləşən 943,8 m2 sahədən ibarət iddiaçının mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin “B” tikilisinin 150 m2 sahəsinin Cavabdeh MMC-nin istifadəsində olduğu müəyyən edilmişdir. Lakin xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-nin icarəsində (istifadəsində) olan sahəyə dair sxem olmadığından, ünvan 1 ünvanında yerləşən 943,8 m2 sahədən ibarət iddiaçının əmlak kompleksi kimi müəssisənin “B” tikilisinin 155 m2 sahəsinin Cavabdeh MMC-nin (xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən) icarəsində (istifadəsində) olan sahə ilə eyni olub-olmamasını müəyyən etmək mümkün olmadı.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı təqdim etdiyi texniki pasportda da qeyd edildiyi kimi “B” tikilisinin tamamilə onun mülkiyətinə verilmiş sahədən ibarət olduğunu, Cavabdeh MMC ilə "xxxx" ASC arasında bağlanmış icarə müqaviləsini görmədiyini, hazırkı iş üzrə "xxxx" ASCyə qarşı iddiasının olmadığını bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi vəkil Nümayəndə Cavabdeh MMC-nin icarə müqaviləsindən irəli gələn əmlak hüquqlarının olduğunu, icarə müqaviləsinin 1 fevral 2017-ci il tarixdən 5 il müddətinə bağlandığını və tərəflər etiraz etmədiyi üçün avtomatik olaraq 5 il müddətinə uzadıldığını, hazırda həmin icarə müqaviləsinin qüvvədə olduğunu, cavabdehin həmin müqaviləni mübahisələndirmədiyini, hazırda başqa məhkəmə prosesində iddiaçıya məxsus mübahisəli əmlaka dair 2014-cü il tarixli qətnamə əsasında verilmiş 2017-ci il tarixli çıxarışın mübahisələndirildiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
10. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya insyansiya məhkəməsinin mövqeyi:
12. Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
13. Mülki qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi birbirinə verməyə borcludurlar. 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
14. Beləliklə, bu halların təkzib edilməsini müəyyən edən və ekspert rəyinin mötəbərliyini şübhə altına alan xüsusatlar müzakirəyə təqdim edilməmişdir.
15. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. 13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti. 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.2. Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. 19.3. Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə Təsdiq Edilmiş Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaİarına (1 nömrəli əlavəyə) əsasən: 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir.4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.8.1. Ərazi idarələri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərin dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsi (11 nömrəli əlavə) alındığı tarixdən 3 (üç) gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına qeydiyyat şöbəsi tərəfindən 48 saat ərzində səhvlərin aradan qaldırılması barədə bildiriş (12 nömrəli əlavə) verilməlidir.8.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağını və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
17. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-166, 324, 385-390, 560, 675-705; Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, müəyyən edilmiş faktlar və tərəflərin qarşılıqlı münasibətləri (cavabdehliyi) üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, qanunvericiliyə müvafiq faktiki hallara dair ziddiyyətli dəlillər tələbin yönəldiyi cavabdehin maraqlarına toxunsa da, cavab verməli üçüncü şəxs cavabdeh qismində əlavə edilmədiyindən və icarə müqaviləsi mübahisələndirilmədiyindən (iddiaçının dediyinə görə qeyd edilən icarə müqaviləsindən yalnız məhkəmədə xəbəri olduğundan), habelə müqavilənin qeydə alınması müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olduğundan hazırkı tələb həddində müqavilə münasibətlərinin müzakirəsi (prosessual qanunvericiliyin tələbləri baxımından) mümkün deyil. İzah edilməlidir ki, müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir. Hazırkı iş üzrə isə bu qeydiyyatlar və onlardan irəli gələn hərəkətlər müvafiq prosedur çərçivəsində mübahisələndirilmədiyindən (icraata aid olmadığından), mülki mühakimə səlahiyyətlərinə aid olmayan istifadə (əmlak) hüquqlarına əsassız müdaxilə hüquqlardan (dispozitiv imkandan və diskresion səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Nəzərə alınmalıdır ki, ekspert rəyi ilə müəyyən edilən hallar (ziddiyyətlər) məhz müvafiq icra hakimiyyətinin səlahiyyətlərini əhatə edir. Hazırkı iş üzrə isə qüvvəsinə (qanuniliyinə) və etibarlı olmasına tələbdən kənar qiymət verilməsi mümkün olmayan müqavilənin mövcudluğu və fərqli ünvanlar qeyd edilsə də mübahisəli qeyri-yaşayış sahəsinin məhz mülkiyyətçiyə (iddiaçıya) aid olan sahədə yerləşməsinin (rəylə) təsbit edilməsi iddiaçının mülkiyyət hüququnun məhdudlaşmasına işarə etsə də, istinad edilən müqavilədə bu sahənin dəqiq təsbit edilməməsi, digər şəxslə bağlanılan icarə müqaviləsinə aid hüquqların ehtimalı və bu müqaviləni qeydiyyata almalı olan müvafiq icra hakimiyyəti orqanın səlahiyyətlərinə aid olması, məhdudlaşmanın səbəb və əsaslarının müəyyən edilməsinə (araşdırılmasına) imkan yaratmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar müəyyən etmir.
18. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməli, ekspertiza tədqiqatlarının dəyəri iddiaçıdan tutulmalıdır.
19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1598/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.