Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1066/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sadiq qızının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı Sadiq qızının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Sadiq qızının Cavabdeh qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2341/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. İddiaçı - İddiaçı Sadiq qızı cavabdeh - Cavabdeh anasıdır.
2. Bakı şəhər X5 İcraiyyə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.1986-cı il tarixli 216816 nömrəli orderə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 Q, saylı evin 17 saylı mənzil X3 və ailə üzvü olan arvadı İddiaçı Sadiq qızına yaünvan 1aq üçün verilmişdir.
3. AZ-İ 715514 saylı nikahın bağlanması haqqında şəhadətnaməsindən görünür ki, X8 ilə X7 arasında nikah xx.xx.2011-ci il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində bağlanmış və bu barədə 1185 nömrə ilə qeyd edilmişdir.
4. xx.xx.2015-ci il tarixli ərizə ilə Cavabdeh, xx.xx.2015-ci il tarixli ərizə ilə isə İddiaçı Sadiq qızı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 Q, saylı evin 17 saylı mənzilin X1 adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər.
5. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 Q, saylı evin 17 saylı mənzil tam mülkiyyət hüququ üzrə X1 adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla mülkiyyətindədir.
6. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 Q, saylı evin 17 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı Sadiq qızının adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla mülkiyyətindədir.
7. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 124 saylı MənzilKommunal X6 yeri üzrə qeydiyyatda olan şəxslərə dair olan xx.xx.2024-cü il tarixli 416 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 Q, saylı evin 17 saylı mənzil ünvanında İddiaçı Sadiq qızı xx.xx.1986-cı il tarixdən, Cavabdeh 1988-ci il tarixdən, X9 1991-ci il tarixdən qeydiyyatdadırlar.
8. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 124 saylı MənzilKommunal İstismar Sahəsinin arayışından görünür ki, X7 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 Q, saylı evin 17 saylı mənzil ünvanında qeydiyyatda olsa da, 2010cu ildən o, həmin ünvanda yaünvan 1ır
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Sadiq qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 Q, saylı evin 17 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu, ev 4 Q, saylı evin 17 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun qızıdır. Ona məxsus evdə formal qeydiyyatdadır. O, 2010-cı ailə həyatı qurub və ailəsi ilə yaşayır. O vaxtda evə gəlməyib heç bir əlaqə də yoxdur. Hətta 2019-cu ildə həyat yoldaşı cavabdehin atası X4 dünyasını dəyişəndə də onun yas mərasiminə gəlməyib. O, mənzillə bağlı sərəncam vermək istəyərkən mənzildə pasport qeydiyyatında olanların razılığı tələb edildiyindən bunu həyata keçirə bilmir. O, cavabdehin yaşayış yerini müəyyən edə bilmədiyindən və onunla telefon vasitəsi ilə də əlaqə saxlamaq mümkün olmadığından mülkiyyətçinin hüquqları pozulur. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh həmin mənzildə faktiki olaraq pasport qeydiyyatındadır. O, 15 ilə yaxındır həmin mənzildə yaünvan 1ayıb və mənzilə dair kommunal ödənişlərinin ödənilməsində ona kömək etməyib. Onun pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, o, cavabdehin razılığı olmadan mənzil üzərində hüquqlarını tam həyata keçirə bilmir, mənzillə bağlı sərəncam vermək hüquqları məhdudlaşır. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaünvan 1ası, amma onun mənzilində pasport qeydiyyatında olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır.
11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2341/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri cavabdeh X7 ilə 2000-ci ilin sentyabrın 1-dək yarandığından və onun gəlin köçən gündən (nikaha daxil olma tarixi 2011- ci) olmasını nəzərə alaraq həmin münasibətlər 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 123-cü maddələri və Mülki Məcəllənin 228-ci maddəsi baxımından həll olunmalıdır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh həmin mənzilə 1988-ci ildə qeydiyyata düşmüş və istifadə hüququ yaranmış və hal-hazırda uzun müddətdirlər ki, həmin ünvanda yaünvan 1ır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən (60-cı maddəsinə əsasən istifadə hüququnun 6 ay müddətində saxlanması tələbi) cavabdehin mübahisəli mənzilə istifadə hüquqları itirildiyindən iddia tələbi təmin edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 123-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına; Konstitusiyanın 29-cu maddəsinə; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2341/2024 saylı iş üzrə 16 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
16. Apelyasiya şikayəti iddiaya etirazda qeyd edilən dəlillərlə əsaslandıraraq qeyd etmişdir ki, onun mənzilə istifadə hüquqlarının olduğu halda, ümumiyyətlə, heç kompensasiya təklif edilmədiyindən iddia tələbi təmin edilə bilməzdi. Çünki, onun gəlin köçməsi mübahisəli mənzildən istifadəsinə ehtiyac qalmadığı anlamına gəlmir. O yalnız, ərinin işinə görə Oğuz rayonuna müvəqqəti köçüb və hal mübahisəsizdir. Hüququna yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Birinci instansi məhkəməsi tərəfindən işin araşrılması tam, hərtərəfli və obyektiv olmayıb. Belə ki, məhkəmə öz qətnaməsindən yalnız, iddaçının mülahizələrinə istinad edib. Daşınmaz Əmlaka dair Reyestrdən Çıxarışdan da göründüyü kimi, iddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüquqlarını 2020-ci ildə əldə edib. Bunu əldə etmək üçün isə, o, 2019-cu ildə vərəsəlikdən imtina ərizəsi verib. Ərizə verərkən isə, istifadə hüquqlarından deyil, yalnız çıxarışın sənədləşmənin anasının adına aparılmasına razılıq verib. Həmin vaxt mənzilin satılması və ya istifadə hüquqları ilə bağlı mübahisə ehtimalı olsaydı heç imtina ərizəsi də verilməzdi. İddiaçı ilk öncə onu aldadaraq vərəsəlikdən imtina ərizəsinə qol çəkdirməklə mənzil üzərində tam mülkiyyət hüquqlarını əldə edib, sonra isə mənzildən istifadə hüquqlarına xitam verməsi üçün ərizə tələb edib. O, imtina etdikdə isə, məhkəməyə müraciət edib. Digər tərəfdən, məhkəmə tərəfindən istinad olunan tək sübut kimi, cavabdehin nikaha daxil olması qeyd olunsa da, bunun mənzilə olan hüququn itirilməsi ilə hansı əlaqəsinin olması əsaslandırılmayıb. Hüquqların itirilməsi üçün, onun ər evinə köçməsi şərtdir. İş materiallarında isə, onun hansı evə, nə zaman köçməsi ilə heç bir sübüt yoxdur. Göründüyü kimi, Məhkəmə öz qətnaməsində qanunvericiliyin normalarını sadalamaqla işini bitmiş hesab edib. Nəticədə Qanunvericiliyin qeyd olunan norması ilə yanaşı cavabdehin Konvensiyanın 6-cımaddəsi ilə müəyyən olunan əsaslandırılmış məhkəmə qərarını almaq hüququ pozulub. Məhkəmə onu və ya vəkilini məhkəmə zalında gözləməyə borclu olmasa belə, 3 dəqiqə ərzində bir baxış iclası keçirib, tez-tələsik müşavirə otağına gedib-qayıtması və qətnaməni elan etməsi heç bir normaya sığmır. Bunu aydınlaşdırmaq üçün məhkəmə iclasının video qeydlərinə baxmaq yetərlidir. Görünən odur ki, məhkəmə işi tez yekunlaşdırmaqda maraqlı olub və adəti üzrə məhkəmənin həyətində gözləyən proses iştirakçılarını çağırmağı da lazım bilməyib. Qeyd olunanların nəticəsində, tərəfindən iddiaya münasibət bildirilməsi, vəsətətlər verilməsi, iddaçının mülkiyyət hüquqlarının mübahisəli olması barədə sübutlar təqdim edilməsinə şərait yaradılmayıb.
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Sadiq qızının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnmənin tam ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
24.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 25.139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı və qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. 26.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 27.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin
28.53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsiniicarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 29.54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 30.60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. 31.87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaünvan 1aq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
32.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
33. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34.217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıd
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
35.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. İşin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu 4Q saylı evin 17 saylı mənzilinin icarədarı xx.xx.1986-cı il tarixli 216816 nömrəli orderə əsasən X4 olmuşdur. xx.xx.2015-ci il tarixli ərizə ilə Cavabdeh, xx.xx.2015-ci il tarixli ərizə ilə isə İddiaçı Sadiq qızı həmin mənzilin X1 adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu 4Q saylı evin 17 saylı mənzili tam mülkiyyət hüququ üzrə xx.xx.2015-ci il tarixdə X1 adına, xx.xx.2020-ci il tarixdə isə (vərəsəlik qaydasında) İddiaçı Sadiq qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.1986-cı il tarixdən, cavabdeh isə 1988-ci il tarixdən mübahisəli yaşayış sahəsində qeydiyyatdadırlar.
37. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 124 saylı MənzilKommunal İstismar Sahəsinin arayışından görünür ki, X7 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1axı yolu 4 Q saylı evin 17 saylı mənzili ünvanında qeydiyyatda olsa da, 2010-cu ildən həmin ünvanda yaünvan 1ır . 38.Kollegiya qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. 39.Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən hazırki mübahisə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına, yəni köhnə Mənzil Məcəlləsinin müddəalarına əsasən həll edilməlidir. 40.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli ünvandan istifadə etmək hüququnun yaranmış olduğu işin mübahisələndirilməyən halıdır. Hazırkı vəziyyətdə araşdırılmalı olan məsələ isə cavabdehin mübahisəli mənzilə münasibətdə əldə etmiş olduğu istifadə hüququnun saxlanıb-saxlanmamasının müəyyən edilməsi ilə bağlıdır. Belə ki, yaşayış sahəsindən istifadə etmək hüququ yaranmış olsa belə, həmin hüququn sonradan qanuni əsaslarla aradan qalxması istisna edilmir. 41.Bu qayda 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri əsasında yaranmış istifadə hüququna da ünvan 1il edilirdi. Həmin Məcəllənin 60 və 87-ci maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və onun ailə üzvləri daimi yaünvan 1aq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 42.Belə ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cümaddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 43.2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmış istifadə hüququnun qanuni əsaslarla aradan qalxması da mümkündür. Həmin Məcəllənin 60 və 87-ci maddələrində icarədar və onun ailə üzvlərinin daimi yaünvan 1aq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verən hal kimi nəzərdə tutulmuş, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsinin altı ay saxlanıldığı göstərilmişdir. 44.Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. İş materiallarından göründüyü kimi, mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı hazırki iddianı irəli sürmək üzrə subyektiv hüquqa malikdir. 45.İddiaçının subyektiv hüququnun pozulub-pozulmamasını araşdıran birinci instansiya məhkəməsi də hazırki iddiaya baxarkən cavabdehin 2011-ci ildən etibarən daimi yaünvan 1aq üçün başqa yaşayış yerinə köçdüyünü müəyyən etmiş, 2009-cu ilin oktyabr ayının 1dək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə istinadən, onun əvvəllər yaranmış hüququna köçdüyü gündən xitam verildiyi qənaətinə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi mübahisəyə qeyd olunan normaları tətbiq etməklə, həmin qaydalar çərçivəsində meydana gəlmiş istifadə hüququnun aradan qalxması ilə bağlı halları lazımi şəkildə araşdırmış və mübahisəli hallara düzgün hüquqi qiymət vermişdir. 46.Şəxsin yaşayış sahəsində yaünvan 1adan, həmin yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması isə şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Şəxsin qeydiyyatda olduğu ünvan üzrə yaşayış sahəsindən istifadə hüququnun olduğu prezumpsiyası qüvvədə olduğundan, bu hal mülkiyyətçinin öz hüquqlarının həyata keçirilməsinə mane yaradır. Məhkəmə müvafiq iddia tələbini neqator iddia kimi qiymətləndirir. 47.Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 48.Apellyasiya şikayətində göstərilənlərlə bağlı isə qeyd edilməlidir ki, şəxsi servitut sayılan mənzildən istifadə hüququnun, müəyyən qanunvericilik normasına əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaünvan 1aq üçün başa yerə köçdükdə və s.) hər hansı kompensasiya verilmədən qanuna uyğun şəkildə aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.
49. Ümumiyyətlə qeyd edilməlidir ki, mənzildən istifadə hüququnun itirilməsi üçün hüquq sahibinin mülkiyyətində və ya icarəsində başqa yaşayış sahəsinin olması, yaxud ailə üzvü kimi və ya digər əsasla istifadə hüququ əldə etməsi məcburi şərt deyil. Bu hallar istifadə hüququnun itirilməsinə əsas olsa da, bir şəxsin öz iradəsi daxilində, daimi olaraq və uzun müddət başqa ünvanda yaünvan 1ası da işin hallarına görə həmin hüququn itirilməsinə əsas verir.
50. Beləliklə də cavabdehin apelyasiya şikayətində istinad etdiyi bu dəllilər əsassızdır və mülahizə xarakter daşıyır. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.
51. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
52. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2341/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev