Məhkəmə qərarları › İş №2(103)-1067/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1067/2021

25.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1067/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Nüsrət Qasım oğlu Ağazadənin katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı üzrə iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı üzrə iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3240/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı üzrə iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “təhsil haqqının ləğv edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X1 Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayon məhkəməsinin xx.xx.2018- ci il tarixli, 2(004)-4106/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş, azyaşlı uşaqlar ananın yanında qalması, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı ilə təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında alimentin və xx.xx.2014-cü il təvəllüdlü X1 Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqının tutularaq Mustafayeva Leyla Özbəyi qızına ödənilməsi qət edilmişdir. xx.xx.2014-cü il təvəllüdlü X6 artıq bu ildən orta təhsil alması üçün birinci sınifə getməyə hazırlaşır. Bir ata kimi onun ödənişli deyil, umumi əsaslarla dövlət məktəbində təhsil almasını istəyir, hal-hazırda məhkəmənin qətnaməsinə əsasən ondan hər ay 600 manat təhsil haqqının tutulmasına etiraz edir və mübahisələndirir. Cavabdehlə birgə nikahda olarkən hər ikisi çalışdığı üçün qızlarının asudə vaxtı səmərəli keçsin deyə ödənişli əsaslarla Bakı Modern məktəbinin məktəbəqədər olan təhsilə, yəni bağçaya qoymuşdurlar. Lakin rəsmi qaydada ayrıldıqdan sonra cavabdeh qızlarını 1 il sonra onun xəbəri olmadan və ona məlumat vermədən məktəbi dəyişərək “xxxx” MMC-nin məktəbəqədər rus bölməsində oxuması üçün qoymuşdur. Hətta bildiyinə görə uşağın orda təhsil alması üçün cavabdehin deyil, digər şəxsin müraciəti əsasında həmin məktəbdə təhsil almaq üçün müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafıq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Hesab edir ki, qızı dövlət təhsil müəssisəsində ümumi əsaslarla təhsil almalı və Ailə Məcəlləsinin 58.5-ci maddəsinə əsasən qızına təhsil müəssisəsini və təhsil formasını seçməkata kimionun hüququdur, vəzifəsi deyildir. Proses gedişatında İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Yasamal rayon məhkəməsinin icra sənədi üzrə xx.xx.2014-cü il təvəllüdlü X1 Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqının alınması göstərilsə də, cavabdeh onun razılığı, xəbəri olmadan məktəbi dəyişərək qızını “xxxx” MMC-nin məktəbəqədər rus bölməsində oxuması üçün qoymuşdur. Həmin məktəbdə aylıq təhsil haqqı 555,50 manat təşkil edir. Buna baxmayaraq, Respublikada mövcud xüsusi karantin zamanı məktəbəqədər təhsil bağçalarının fəaliyyəti dayandığı zaman ondan yenə də əsassız olaraq hər ay 600 manat təhsil haqqı tutulur və tutulmaqda davam edir. Həmin pul uşağın təhsil haqqına deyil, cavabdehin hesabına daxil olur. Yuxarıda göstərilənlərə əsasən Yasamal rayon məhkəməsinin icra sənədi üzrə xx.xx.2014-cü il təvəllüdlü X1 Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqının ləğv edilməsi və həmin icra sənədi üzrə əsassız olaraq tutulmuş 6600 manat pulun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Proses gedişatında Cavabdeh İddiaçı qarşı “təhsil haqqının ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X2 “Evrika” liseyində təhsil alması üçün hər ay 550 manat və xx.xx.2016-cı il təvəllüdlü X4 məktəbə qədər hazırlıq məktəbində təhsil alması üçün hər ay 400 manat, cəmi 950 manat məbləğındə təhsil haqqının cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-4106/2018 saylı qətnaməsi ilə nikahları ləğv edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 onun yanında qalması, uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirinlərin 1/3 hissəsi miqdarında aliment və xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 “Bakı Modern” məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqının İddiaçı tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən uşağa təhsil verilməsinin valideyinlərin borclu olması, tərəflərin hələ nikah dövründə birgə razılığına əsasən xx xxxxxxxx 2014-cü il təvəllüdlü X7 üçün ödənişli təhsil müəsisəsi kimi Bakı Modern məktəbini seçməsini, həmin məktəbdə təhsil haqqının bir ay üçün 600 manat təşkil etməsini və nikah pozulduqdan sonra uşağın əvvəlki təhsil təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulaaraq həmin qətnamə qəbul edilmişdir. Cavabdehlə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurduqdan sonra cavabdehə məxsus olan mənzili kirayə verərək ona məxsus olan mənzildə yaşamışlar. Ailə qəlirləri, o cümlədən aldıqları maaşlarla birlikdə ayda təxminən 2800 manat təşkil edirdi. Göstərilən 2800 manat məbləğdən mənzilin bütün kommunal və təmir xərcləri, 600 manat Fatima Mustafayevanın “Bakı Modern” məktəbdə təhsil haqqı, 950 manat oğlu Hüseyn Mustafayevın dayəsinin xərci, 100 manat sürücünün maaşı, 1000-1200 manat uşaqların qidalanması, qeyimi, dərmanları, həkimlərin xərcləri təşkil edirdi. Nikah pozulduqdan sonra uşaqların qabiliyyətinin hərtərəfli inkişaf etdirilməsinə diqqət verərək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsinə şalışır. Uşaqların əvvəlki təhsil təminatının səviyyəsinin mümkün qədər saxlanması və eyni zamanda bir uşağın orta təhsil haqqının 1200 manatdan 550 manata azaldılması İddiaçıın də maddi maraqlarına müsbət cəhətdən tam cavab verir. “Evrika” liseyində hazırlıq sinifində təhsil haqqı ayda 500 manat, 1-ci sinifdən başlayaraq orta təhsil haqqı aylıq 850 manat təşkit etsə də, müqaviləyə əsasən X8 üçün ayda 550 manat təşkil edilməsi razılaşdırılmışdır. Halbuki, “Bakı Modern” məktəbinin 1-ci sinifdən başlayaraq orta təhsil haqqı aylıq 1200 manat təşkil edilməli idi. Beləliklə, X2 “Evrika” liseyində təhsil alması cavabdehə maddi baxımdan daha da sərfəlidir və ikinci uşaqa eyni səviyyədə təhsil verməsinə imkan yaradır. İddiaçı “təhsil haqqının ləğv edilməsi barədə” iddianı qaldırarkən fikirləşməli idi ki, 2020-cu ilin sentyabr ayından oğlu X5 də təhsil alması üçün yaşı çatıb. Öz uşaqlarını yaşayış sahəsi ilə təmin etmədən təkçə almenti və təhsil haqqını ödəməklə, cavabdeh həmin ödənişlərdən yayınmaq niyyətini qizlətmir. Eyni zamanda, məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, nikah pozulduqdan sonra uşaqların həyat tərzinin əvəlki səviyyədə saxlanılması üçün çəkilən xərclər təkçə təhsil haqqı təşkil etmir. Nikah dövründə övladlarına çəkilən xərcləri davamiyyətli olaraq çəkmək məcburiyyətində qalmışdır və çəkməkdə davam edir.2020-ci ildən başlayaraq Mastafayeva Fatimanın təkçə “Evrika” liseyində təhsil alması üçün 550 manat və Mustafayev Hüseynin “Bakı Modern məktəbinin” baxçasında təhsil alması 600 manat, ümumi 1150 manat təşkil edəcək. Bundan başqa, tərəfındən aşağıda qeyd olunan əlavə xərclər çəkilir: uşağların yaşadığı mənzilin bütün kommunal xərcləri, sürücünün xərcləri, uşaqların qidalanması, geyimi, dərmanları, həkimlərin xərcləri. Əlavə çəkilən xərclərin ümumi məbləği təxminən ayda 1000 manat təşkil edir. Bu da məhkəmə tərəfindən nəzərə alınmalıdır. Belə olan halda hesab edir ki, cavabdehdən təkçə aldığı maaşın 1/3 hissəsi uşaqların yetkinlik yaşına çatana qədər tutulması, onların maddi və mənəvi tələbatlarının təmin edilməsinə qane etmir. Daha sonra Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək xx.xx.2014-cü il təvəllüdlü X2 təhsil alması üçün hər ay 550 manat və xx.xx.2016-cı il təvəllüdlü X4 məktəbə qədər hazırlıq məktəbində təhsil alması üçün hər ay 400 manat, cəmi 950 manat məbləğındə təhsil haqqının İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3240/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X1 Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqının tutulmasının xx xxxxxxx 2020- ci il tarixdən ləğv edilməsi, Cavabdeh artıq ödənilmiş 600 (altı yüz) manat təhsil haqqı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı qaytarılması, ilkin iddia tələbi qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilməsi, cavabdeh İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X1 təhsil alması üçün hər ay 550 (beş yüz əlli) manat və xx.xx.2016-cı il təvəllüdlü X4 məktəbə qədər hazırlıq məktəbində təhsil alması üçün hər ay 400 (dörd yüz) manat, cəmi 950 (doqquz yüz əlli) manat məbləğində təhsil haqqı tutularaq, iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir Qətnamədən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)-3240/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-4106/2018 saylı qətnaməsinin Qət etdi hissəsində xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2014- cü il təvəllüdlü X1 yalnız Bakı Modern Məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqının ondan tutularaq Mustafayeva Leyla Özbəyi qızına ödənilməsi göstərilmişdir. Qətnaməyə diqqət etsək görərik ki, həmin qətnamənin Qət hissəsində onun uşağın xx.xx.2018-ci il tarixdən başlayaraq məhz Bakı Modern Məktəbində təhsil alması üçün hər ay ödəniş etməyi göstərilmiş, lakin uşağın məhz yetkinlik yaşına çatana kimi (yəni uşağın 18 yaşı tamam olan günədək tutulsun sözləri qeyd edilməmişdir) həmin məktəbdə təhsil alması üçün təhsil haqqının ödənilməsi göstərilməmişdir.Həmin qətnamənin elə nəticəyə gəlməsinə səbəb birgə nikah dövründə birgə razılığa əsasən xx.xx.2014-cü il təvəllüdlü X1 orta təhsil almasına dair Bakı Modern Məktəbinin direktoru ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixli, 613 saylı müqavilə bağlanması və həmin müqavilənin 2.1-ci bəndinə əsasən həmin məktəbdə təhsil ödənişli əsaslarla həyata keçirilməsi olmuşdur (Qətnamənin 4-cü səhifəsi). Qətnamənin Qət hissəsində qızının təhsili başqa hər hansı bir məktəb üçün deyil, məhz Bakı Modern Məktəbində təhsil alması üçün təhsil haqqının tutulması nəzərdə tutulmuşdur. Qeyd etdiyi kimi o zaman uşaq balaca olduğu və nəzarətsiz qalmasın deyə hər iki tərəfin qarşılıqlı razılaşmaya əsasən məktəbəqədər təhsil üçün həmin məktəbə getməyə razılaşmışdıq. Göründüyü kimi onun cavabdehlə birgə nikah dövründə hər ikisi dövlət orqanında çalışdığı üçün uşağın asudə vaxtının səmərəli keçirilsin və nəzarətsiz qalmasın deyə Bakı Modern Məktəbində (müqavilyə əsasən) məktəbəqədər təhsil üçün, yəni bağçaya qoyulmuşdur. Lakin məktəbəqədər təhsil bitdikdən sonra qızı Fatimənin atası kimi ~nə o, nə də anası Bakı Modern məktəbi ilə uşağın ödənişli əsaslarla yenə də həmin məktəbdə tam orta təhsil alması üçün yeni müqavilə bağlanılmamış və tərəflərindən öhdəlik götürülməmişdir. Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 4106/2018 saylı qətnaməsindən 10 ay keçdikdən sonra cavabdeh qıznıı xxxxnə getməsini əvvəlcədən planşdırmaqla və ona məlumat vermədən Bakı Modern Məktəbini xxxxnə dəyişmiş və Yasamal rayon məhkəməsinin 2(004)-4106/201 8 saylı icra sənədi ilə nəzərdə tutulmayan məktəb üçün ondan əsassız olaraq 13 ay müdətində hər ay 600 manat, cəmi 7800 manat olmaqla təhsil haqqı almışdır. Məhkəmə əsassız varlanmaya dair maddi hüquq normalarını qeyd edərək Yasamal rayon məhkəməsinin 2(004)-4106/2018 saylı icra sənədi ilə nəzərdə tutulmayan əsassız olaraq alınmış təhsil haqqın cavabdehdən tutularaq ona ödənilməsi hissəsində iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, qızının Yasamal rayon məhkəməsinin 2(004)-4106/2018 saylı icra sənədi ilə nəzərdə tutulmayan məktəb, yəni Bakı Modern Məktəbində deyil, “xxxxndə” təhsil almasını iddiaçı qarşılıqlı iddia ərizəsində şəxsən etiraf etməklə oun iddia tələbini qəbul etmiş və xxxxnin təhsil haqqının Bakı Modern Məktəbi ilə müqayisədə ucuz olmasını göstərmişdir. Qətnamə ilə nəzərdə tutulmayan məktəb üçün 13 ay müddətində hər ay 600 manat, cəmi 7800 manat olmaqla qızının təhsili üçün cavabdeh ondan əsassız ödəniş alınmışdır. Bundan başqa məhkəmə qızının Bakı Modern Məktəbinin xxxxnə dəyişilməsində valideynlərinin iradə ifadəsinin olmamasına, qızının xxxxnə getməsi üçün uşağın valideyni olmayan kənar şəxsin X10 tərəfindən müqavilə bağlanmasına münasibət bildirməmişdir. Halbuki, qızının təhsil müəssisəsini və təhsil formasını seçmək hüququ valideynlərə məxsus olan hüquqdur və məhz müqaviləni bağlayan şəxs xxxx qarşısında öhdəlik daşıyır. “xxxx” MMC ilə valdeyn olmayan X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 77 nömrəli müqaviləsinin 3.1-ci və 3.3-cü bəndlərinə əsasən icraçının göstərdiyi xidmətə görə ödəniş illik müəyyənləşdirilir. Sosial problemlərlə əlaqədar olaraq valideynlərin yazılı öhdəlikləri əsasında təhsil haqqı hissə-hissə ödənilə bilər. İllik təhsil haqqı 5000 (beş min) AZN müəyyən edilir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən müqavilənin (9 aylıq) illik məbləği tam şəkildə və ya qismən, yəni hər ayın birinci həftəsinə qədər ödənilir. Həmin Müqavilənin 6.1-ci maddəsinə əsasən Tərəflərdən heç biri hazırki müqavilə üzrə öz öhdəliklərini onlaran iradəsindən asılı olmayan səbəblər (müharibə, iğtişaş, epidemiya, epizootiya, mühasirə, embarqo, zəlzələ, daşqın, yanğın) və digər təbii fəlakətlər, qəzalar, dövlət hakimiyyət orqanlarının qərarı kimi dəfedilməz qüvvələr nəticəsində meydana çıxan səbəblərdən yerinə yetirə bilmədikdə həmin müddətdə məsuliyyət daşımır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx”nin xx.xx.2020-ci il tarixli, 29 saylı məktubunda illik təhsil haqqı (2019/2020 tədris ili) aylar üzrə sentyabr ayından başlayaraq may ayı da daxil olmaqla təhsil haqqını müxtəlif şəxslər tərəfindən ödəniş edilməsi göstərilmiş və tədris ilinin cəmi 9 ay davam etməsi öz əksini tapmışdır. “xxxx” MMC-nin direktoru X11 və valideyn olmayan şəxsin bağlamış olduğu müqavildən aydın görünür ki, illik məbləğ 5000 manat müəyyən edilmiş və həmin illik məbləğ yalnız tədris ilin 9 ayı üçün nəzərdə tutulduğu halda cavabdeh ondan 13 ay müddətində sistematik olaraq hər ay 600 manat olmaqla, cəmi 7800 manat ödəniş almış və bu ödəniş göründüyü kimi təyinatına uyğun xərclənməmişdir. Məhkəmə onun pul tələbini qismən təmin etməklə bu halları da araşdırmamış və buna münasibət bildirməmişdir.Bundan əlavə məhkəmə koronovirus epidemiyası zamanı bağçaların 2020-ci ilin mart ayından sentyabr ayına kimi davamiyyətli olaraq və hal-hazırda da bağlanması və fəaliyyət göstərməməsinə diqqət etməmişdir. Dünyada baş verən hadisələr, koronovirus pandemiyası zamanı bağçalaırın da fəaliyyəti mart ayında tam fəaliyyəti dayandırılmış, bu da hamıya bəlli olan haldır və sübuta ehtiyacı da yoxdur. Göstərdiyi bu hal da məhkəmədə araşdırılmadan qalmışdır. Qeyd etdiyi kimi xxxx ilə müqavilə bağlayan şəxs yalnız valideyn olmalı, digər kənar şəxs müqavilə tərəfi kimi iştirak edə bilməz. Məhkəmə qətnamədə buna münasibət bildirməmişdir. Belə olan halda onun iddia tələbi qismən deyil, tam təmin olunmalı idi. Qızının bağçaya getmədiyi halda da əsassız olaraq da ondan cavabdehin xeyrinə pul tutulmuşdur. Bunu da əsassız və qanunsuz hesab etməklə iddia tələbinin mübahisələndirdiyinin əsas səbəbi qızının bu ildən artıq bağçaya deyil, birinci sinifə getməsini hazırlaşdığı zamanda o uşağın orta təhsil formasını seçməkdə bir ata kimi müstəqildir. Burda iddiaçının ona qarşı heç bir diqtəsi ola bilməz. Bundan əlavə onun razılığ olmadan uşağın ödənişli əsaslarla təhsil almasına tək ana qərar verə bilməz. Burda onun da ata kimi razılığı olmalıdır. Qızı birinci sinifə gedərkən məktəbdə tədris məktəbəqədər deyil, artıq orta təhsil üçün yeni müqavilə bağlanmalı və onun bu barədə razılığı olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Qanunvericliyin tələbindən aydındır ki, o bir ata kimi hər hansı bir məktəblə, o cümlədən Bakı Modern Məktəbi ilə heç bir yazılı qaydada müqavilə bağlamamış və müqavilə bağlamağa məcbur edilə bilməz.O, uşağının ümumi əsaslarla təhsil almasının tərəfdarıdır və hal-hazırda iddia tələbini də mübahisələndirir. Lakin cavabdeh məhkəməni səhv nəticəyə gəlməsi üçün ona qarşı eyni tələblə çıxış edərək yenə də təkrar qızıına “xxxx” MMC-də təhsil alması üçün təhsil haqqının 550 manat vəonun məhkəməyə olan hazırki iddia tələbindən sonra bunu məqsədli və planlı şəkildə hazılaşdıraraq xx xxxxxxx 2020- ci il tarixili “İdrak” liseyi ilə müqavilə bağlamaqla oğlu Hüseynin məktəbə qədər təhsili üçün 400 manat təhsil haqqının da cəmi 950 manat tutulmasını xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə həm iddiaçının, həm cavabdehin dövlət orqanlarında çalışmağını, əmək haqqını göstərməklə təhsil haqqının bütövlükdə yalnız ondan tutulmasını əsaslandıra bilməmişdir. İş materiallarında olan 01.11,2016-cı il təvəllüdlü X4 İdrak Liseyində məktəbə qədər təhsili üçün aylıq təhsil haqqı 350 manat müəyyən edildiyi halda məhkəmə qarşılıqlı iddia üzrə iddia tələbini tam yəni 400 manat_təmin etməyi də əsaslandırmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçının ondan 950 manat pul tələb etməsinin əsası kimi onun yüksək əmək haqqının olmasını, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat Şöbə rəisinin müavini vəzifəsində çalşımağını və yüksək əmək haqqı 814 manat və digər gəlirləri ilə birgə 1350_manat olmağını əsas gətirir. Lakin əmək haqqı gəliri ilə birgə 1350 manat təşkil etsə də, onun əmək haqqı və digər gəlirindən uşaqların saxlanamsı üçün 1/3 hissəsində aliment (450 manat çıxılmaqla), hər ay təhsil haqqı üçün 600 manat tutulduqdan sonra əmək haqqı və digər gəliri ilə birgə ona cəmi 300 manat pul qalır.O, işləyərək hər ay 300 manatla dolanmalı olur.Onun hazırki iddia tələbindən sonra qarşılıqlı iddia üzrə iddiaçı oğlunun bu ildən bağçaya qoymaqla ondan əlavə 400 manat tələb etməsi onun planlı şəkildə hərəkət etməsini bir daha göstərir və məqsədi onu tam əmək haqqından məhrum etməsidir. Çatışmayan məbləği də əlavə işləməklə ödəmək məcburiyyətində qalır. Burda hansı yüksək əmək haqqından söhbət getməsi məlum deyidir.İddiaçının da yüksək əmək haqqı alması və digər gəlirləri barədə AR Fövqəladə Hallar Nazirliyi Tibb Xidmıtinin xx xxxx 2020-ci il tarixli arayışında öz əksini tapmışdır. Həmin arayışda iddiaçının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına pul təminatı haqqında” Əsasnaməyə əsasən ildə bir dəfə maddi yardım- 739.00 manat, ildə bir dəfə yüksək döyüş hazırlığının saxlanılmasına görə-1478.00 manat və ildə bir dəfə məzuniyyətə çıxarkən-593.00 manat pul təminatı ödənilməsi qeyd edilmişdir. Məhkəmə iddiaçının qarşılıqlı iddia tələbini tam edərəkən bu halı da nəzərə almamışdır. Uşaqlarının məhz ödənişli əsaslarla təhsil almasının zəruriliyinə və vacibliyinə dair cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmiş və bu halı məhkəmədə əsaslandıra bilməmişdir. Məhkəmə qarşılıqlı iddianı tam təmin etməklə maddi hüquq və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, cavabdehin ona qarşı irəli sürdüyü qarşılıqlı iddianın tələblərinin qanunayğun olub-olmamasına və prosessuail qanunvericliyin tələblərinə cavab verib-verməməsinə diqqət çəkmək istəryir. Qarşılıqlı iddia verilərkən iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyi üçün məhkəmə qarşılıqlı iddianı geri qaytarmalı olduğu halda bunu etmədən icraata qəbul etmişdir. Hətta o, təhsil haqqının ləğv edilməsini mübahisələndirdiyi halda cavabdeh ona qarşı eyni tələblə qarşılıqlı iddia tələbi irəli sürməklə yenidən həmin uşağa təkrar təhsil haqqının və məktəbəqədər təhsil almağa hazırlaşdırılan ikinci övladına təhsil haqqının ondan tutulması barədə iddia qaldırması əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hallarda hallarda qəbul edir. Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh ona qarşı qaldırmış olduğu iddia tələbi prosessual qanunvericiliyin tələblərinə cavab vermir, hər iki tərəfin iddia tələbləri eyniyyət təşkil edir. Bundan əlavə məhkəmə qarşılıqlı iddia tələbini tam təmin etməklə və AR Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsaslanmaqla tərəflərin maddi və ailə vəziyyəti nəzərə almasında səhv nəticəyə gəlmişdir. Həmin maddənin norması yalnız uşağın saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasını əsasları qeyd olunur. Burda uşağın məhz ödənişli əsaslrala orta təhsil alması üçün olan münasibətlər tənzimlənmir. Məhkəmə yalnız maddi hüquq normalarını formal sadalamaqla kifayətlənmiş, məhkəmənin qarşılıqlı iddianın tam təmin olunması hissəsini əsaslandıra bilməmişdir. Ailə qanunvericiliyndə uşaqların ödənişli əsaslarla təhsil almasına dair imperativ norma yoxdur. Qeyd etdiyi kimi Ailə qanunvericliyində onun ata kimi uşağın orta təhsilini məhz ödənişli əsaslarla təhsil alması üçün öhdəlik daşımağı barədə heç bir qeyd yoxdur. Uşağın ödənişli əsaslarla təhsil alması barədə razılaşmanı valideynlər birgə qərar verməli və birgə qarşılıqlı razılaşma əsasında olmalıdır. Burda iddiaçının istəyi və diqtəsi ilə o, təhsil haqqının ödənilməsinə cəlb edilməyi əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Azərbaycan Respublikası Ailə Məcəllənin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının xx xxxx 2009-cu il tarixli Qanunun 5.1-ci maddəsinə əsasən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Həmin Qanunun 19.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir. Hesab edir ki, uşaqları dövlət təhsil müəssisəsində ümumi əsaslarla təhsil almalı və Ailə Məcəlləsinin 58.5-ci maddəsinə əsasən onun ata kimi qızına təhsil müəssisəsini və təhsil formasını seçmək hüququdur, vəzifəsi deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasmı qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlimtərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır.Onun bir ata kimi uşaqlarına təhsil müəssisəsini və təhsil formasını seçmək hüququ var, onun məhz ödənişli əsaslarla təhsil alması cavabdehin diqtəsi ilə mümkün deyildir. Bundan başqa qızı məktəbə qədər təhslini rus bölməsində təhsil alıb, dövlət təhsil müəssisəsində pulsuz icbari orta təhsili rus dilində ala bilər. Bunun üçün hər hansı bir məktəbdə ödənişli təhsil almağa zərurəti yaranmamışdır. Belə ki, Azərbaycan Respublikasında hər bir vətəndaşın pulsuz icbari orta təhsil almaq hüququ təmin olunmuş, pulsuz orta təhsil azərbaycan və rus dillərində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarım, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarın 6.3-cü bəndində isə məhkəmə qətnaməsinin əsaslandırılmış hissəsində sübutların əlaqəli şəkildə şərh edilməsi, bu və ya digər sübutların qəbul edilibedilməməsi səbəbləri orada aydın izah edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı üzrə iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Apellyasiya şikayətinin təmin olunmasını, Qətnamənin ləğv olunmasını, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı üzrə iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək və apellyasiya şikayətinə etiraz təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı tərəfindən verilən apellyasiya şikayətində Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-3240/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən öz narazılığını bildirərək təhsil haqqının ləğv edilməsini və 2(004)4106/2018 saylı icra sənədi ilə nəzərə tutulmayan məktəb üçün əsassız olaraq 13 ay müddətində hər ay 600 manat, cəmi 7800 manat olmaqla güya yığılan borcu cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Qeyd edir ki, İddiaçı M. cavabdeh L.Ö. Zamanovaya qarşı “təhsil haqqının ləğv edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək eyni zamanda hazırki iş mahiyyəti üzrə baxılıb müvafiq qərar qəbul edilənədək, xüsusi karantin zamanı məktəbəqədər təhsillin fəaliyyətinin dayandırılmasını nəzərən və Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-4106/2018 saylı icra sənədi üzrə xx.xx.2014-cü il təvəllüdlü X3 Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqının alınmasının dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-3240/2020 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbirinin görülməsi barədə iddiaçının ərizəsi Yasamal rayon məhkəməsi tərəfindən və həmin qərardaddan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya məhkəməsinin 2(103)-6242/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadla təmin edilməmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixində 2(004)-3240/2020 saylı qətnaməsini qəbul edilənə kimi Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-4106/2018 saylı qətnaməsi bu günə kimi qanuni qüvvədədir. Qanuni qüvvədə olan məhkəmənin qətnaməsi icra edilməlidir və İddiaçı məhkəmənin qətnaməni icra edərək xx.xx.2014-cü il təvəllüdlü X3 Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqı İddiaçıdan tutularaq bu günə kimi ödənilməli idi. Lakin, 2020-ci ilin oktyabr ayından naməlum bir səbəbdən iddiaçı F.M. Mustafayev 2(004)-4106/2018 saylı qətnaməsinin icra edilməsindən yayınaraq övladının təhsil haqını ödəmir. Belə olan halda hansı əsasla borcun yaradılması və iddiaçıya ödənilməsi barədə iddi tələbi ola bilər ? (arayış əlavə edilir). Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbi ilə məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdeh maadi cəhətdə iki övladların təhsilini imkan dərəcədə eyni səviyyədə verilməsinin və əvvəlki təminatının səviyyəsinin saxlanılmasının əsas tutaraq məktəbi dəyişdirmişdir. Bunu da məhkəmə nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3-cü konkret olaraq göstərilir ki, “uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir”. Həmin Məcəllənin 60-cı maddənin 1 və 2-ci bəndlərə əsasən “valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz və valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidir. Həmin Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən “sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir”.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81 maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı konkret olaraq göstərilir. Həmin Məcəllənin 81.1 maadəsinə əsasən “Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşma çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər”. Həmin Məcəllənin 81.2. maddəsinə əsasən “valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəlləsinin 81.3. madəsinə əsasən “məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər”. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2015-ci il tarixli Qərarda göstərilir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur.Cavabdeh ana kimi övladların həyat tərzini əvvəlki səviyyədə saxlanılması üçün işlədiyi dövlət qurumunda aldığı iddiaçının sözü ilə “yüksək” maaşa atasının əvəzinə övladlarını yaşayış sahəsi ilə təmin edərək yaşadığı 3 otaqlı mənzilin bütün kommunal xərclərini (aylıq işıq-60 azn, qaz -70 azn; MTK-ya mənzil pulu- 85 azn, cəmi 215 azn), sürücünün maaşı-200 azn, işlədiyi zaman uşağlara nəzərət edən dayənin maaşı-500 azn; uşağların qidalanması təxminən-300 azn; qeyimə-200 azn; dərmanlara və vitaminlərə- 100-200azn; həkimlərə hər qəbula görə hər uşağa 50 azn əlavə xərclər çəkir. Beləliklə Cavabdeh tərəfindən hər ay ana kimi çəkilən xərclərin ümumi məbləği təxminən 1615 manat təşkil edir. Buna əlavə olaraq təhsil haqqı 900 manat üstə qəldiqdə, uşağların dolanması aylıq 1615+900= 2538manat təşkil edir. Halbuki iddiaçının əmək haqqı 814,0 manat, digər gəlirləri il ərzində 17.471 manat, ayda ortalama 1456,0 manat təşkil edir. Aliment pulu və təhsil haqqını iddiaçının aylıq qazancından çıxdığdan sonra, ona 756,7 manat vəsait qalır. Cavabdehin isə əmək haqqı 934,82 manatdır və digər gəlirlərlə birlikdə il ərzində 2217,0 manat, ortalama aylıq 184,75 manat , əmək haqqı ilə birlikdə ayda 1119,57 manat təşkil edir. Hesab edirik ki bu da məhkəmə tərəfindən nəzərə alınmalıdır və qiymət verilməlidir. Cavabdeh ana kimi gün ərzində uşağların tərbiyyəsinə, sağlamlığına, inkişafına və qidalanmasına vaxtını sərf edir. İddiaçı isə öz uşağlarını yaşayış sahəsi ilə təmin etmədən, təkçə aliment və təhsil haqqını ödəməkdən öz narazılığını bildirir. Belə olduğu halda hesab edir ki, iddiaçının öz övladlarının təhsil haqqını ödəməkdən yayınmağa cəhd göstərməsi və əlavə olaraq onların yaşayış xərclərindən imtina etməsi Azərbaycan Konstitusiyasında və Ailə Məcəlləsində müəyyən edilən uşağların hüquqlarını kobudcasına pozur. Bakı şəhəri Yasamal rayon məhkəməsi 2(004)-3 240/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsini qəbul edərək, uşağa təhsil verilməsinin valideyinlərinin borclu olmasını, tərəflərin hələ nikah dövründə birgə razılığına əsasən təhsilin səviyyəsini seçməsini, nikah pozulduqdan sonra uşağların əvvəlki təhsil təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını və valedeynlərin imkanlarını əsas tutaraq həmin qətnaməni qəbul etmişdir. Valedeynlərin də imkanları buna tam yol verir. Belə halda, İddiaçı tələbi qanuna ziddir. Yuxarda göstərilənlərə və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə istinad edərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-3240/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)- 3240/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-4106/2018 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında Səadət sarayı tərəfindən xx.xx.2013-cü il tarixli, 1766 nömrəii akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X4 analarının yanında qalması, İddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında aliment, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1 Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqının tutularaq Mustafayeva Leyla Özbəyi qızına ödənilməsi qət edilmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X6, 2019/2020 tədris ilində “Evrika” liseyinin məktəbəqədər rus bölməsində oxuyur. Aylıq təhsil haqqı 555,50 manat təşkil edir. “İdrak” liseyi ilə Cavabdeh arasındabağlanmış xx.xx.2020-ci il tarixli təhsil xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, tərəflər xx.xx.2016-cı il təvəllüdlü X4 liseydə təhsil alması barədə razılığa gəlmişlr. Göstərilən xidmətlərə görə təhsil haqqı 1 tədris ayı üçün 350 manat təşkil edir. Azərbaycan Respublikası DGK-nin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçıİdarənin Əməliyyat Şöbə rəisinin müavini vəzifəsində işləyir və aylıq orta əmək haqqı 1350 manattəşkil edir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Xidmətin Maliyyə-iqtisadiyyat şöbəsinin rəisinin baş köməkçisi vəzifəsində işləyir vəaylıq əmək haqqı 1062,10 manat, müvafıq tutulmalardan sonra 934,82 manat təşkil edir. Hazırda İddiaçı Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 4106/2018 saylı qətnaməsi ilə qət olunmuş xx.xx.2014-cü il təvəllüdlü X1 Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqının ləğv edilməsi və ondan əsassız olaraq tutulmuş 6600 manat pulun ona geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının cavabdeh İddiaçı 950 manat pul tələb etməsinin əsası kimi onun yüksək əmək haqqının olmasını, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat Şöbə rəisinin müavini vəzifəsində çalşımağını və yüksək əmək haqqı 814 manat və digər gəlirləri ilə birgə 1350 manat olmağını əsas gətirir. Lakin 1-ci instansiya məhkəməsində müəyyən olunduğu kimi cavabdeh İddiaçı əmək haqqı gəliri ilə birgə 1350 manat təşkil etsə də, Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-4106/2018 saylı qətnaməsi ilə onun əmək haqqı və digər gəlirindən uşaqların saxlanamsı üçün 1/3 hissəsində aliment (450 manat çıxılmaqla) də tutulur. Həmçinin, iş materiallarından göründüyü kimi, iddiaçı da yüksək əmək haqqı alır. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmıtinin xx xxxx 2020ci il tarixli arayışında iddiaçının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına pul təminatı haqqında” Əsasnaməyə əsasən ildə bir dəfə maddi yardım- 739.00 manat, ildə bir dəfə yüksək döyüş hazırlığının saxlanılmasına görə-1478.00 manat və ildə bir dəfə məzuniyyətə çıxarkən-593.00 manat pul təminatı ödənilməsi qeyd edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Məhkəmə Kollegiyası uşaqlara təhsil verilməsinin valideyinlərinin borcu olmasını, uşaqların əvvəlki təhsil təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq hesab edir ki, İddiaçı Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-4106/2018 saylı qətnaməsi ilə qət olunmuş xx.xx.2014-cü il təvəllüdlü X1 Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqının ləğv edilməsi üçün əsas kimi onun maddi vəziyyətinin pisləşməsi, gəlirinin hər hansı formada azalması barədə sübut təqdim edilmədiyindən ilk iddia rədd edilməlidir. Habelə, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 təhsil alması üçün hər ay 550 manat və xx.xx.2016-cı il təvəllüdlü X4 məktəbə qədər hazırlıq məktəbində təhsil alması üçün hər ay 400 manat, cəmi 950 manat məbləğındə təhsil haqqının İddiaçı tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı Kollegiya qeyd edir ki, 1-ci instansiya məhkəməsində müəyyən olunduğu kimi cavabdeh İddiaçı əmək haqqı gəliri ilə birgə 1350 manat təşkil etsə də, Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-4106/2018 saylı qətnaməsi ilə onun əmək haqqı və digər gəlirindən uşaqların saxlanamsı üçün 1/3 hissəsində aliment (450 manat çıxılmaqla) də tutulur.Həmçinin, iş materiallarından göründüyü kimi, iddiaçı da yüksək əmək haqqı alır. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmıtinin xx xxxx 2020-ci il tarixli arayışında iddiaçının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına pul təminatı haqqında” Əsasnaməyə əsasən ildə bir dəfə maddi yardım-739.00 manat, ildə bir dəfə yüksək döyüş hazırlığının saxlanılmasına görə- 1478.00 manat və ildə bir dəfə məzuniyyətə çıxarkən-593.00 manat pul təminatı ödənilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəllənin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının xx xxxx 2009-cu il tarixli Qanunun 5.1ci maddəsinə əsasən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Beləliklə, yuxarıda sadalanan hallara və qanunvericilik normalarına əsaslanaraq Kollegiya qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 təhsil alması üçün hər ay 550 manat və xx.xx.2016-cı il təvəllüdlü X4 məktəbə qədər hazırlıq məktəbində təhsil alması üçün hər ay 400 manat, cəmi 950 manat məbləğındə təhsil haqqının İddiaçı tutularaq ona ödənilməsi tələbi əsassızdır və rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3240/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, ilk və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3240/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunsun. . İlk iddia və qarşılıqlı İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar