Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10693/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2896/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadından cavabdeh X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya məbləğinin müəyyən edilməsi və cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(001)- 2896/2021 saylı qərardadı il İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya məbləğinin müəyyən edilməsi və cavabdehlərdən tutulması tələbinə dair 2(001)-2896/2021 saylı mülki iş üzrə mütəxəssis rəyi verilməsi "xxxx" MMC-yə həvalə edilmiş və iş üzrə icraat rəy məhkəməyə təqdim edilənədək dayandırılmışdır. 10.08.2021-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim N.Nəbizadə, iş № 2(001)-2896/2021) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya məbləğinin müəyyən edilməsi və cavabdehlərdən tutulması tələbinə dair mülki işin icraatı təzələnmiş, qarşılqlı iddia üzrə Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən və ona baxılmasından imtina edilmişdir. 14.09.2021-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli, 2(001)-2896/2021 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun qarşılıqlı iddia vermək hüququ vardır. O, bildirişləri vaxtında almır, ona e-mehkeme portalindan sms belə göndərilmir. Binəqədi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 şikayəti müdəfiə edərək təminolunmasını xahiş etdi. Digər Cavabdeh2 da şikyatətin təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehlərin izahatlarını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini icraata qəbul etməkdən imtina edərkən Azərbaycan Respublikası MPM-nin 149.2-ci və 155.1-ci maddələrinin tələblərinə əməl olunmadığına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinə görə (10 avqust 2021-ci il tarixə olan redaksiyada) qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsi mülki prosessual qanunvericiliklə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən verilmiş, qarşılıqlı iddia ərizəsində onun kimə qarşı verilməsi, həmin şəxsin poçt ünvanı qeyd olunmamışdır. Həmçinin, qarşılıqlı iddia işin mahiyyəti üzrə baxılmasına başlandıqdan sonra verilmiş, məhkəmə baxışı gedişində hər hansı əsasın əmələ gəlməsi müəyyən olunmamışdır. MPM-in 149.2-ci maddəsi ərizədə işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının göstərilməsini iddianı qaldırmış şəxsə həvalə etmişdir. Yəni, həmin məlumatlar məhkəmə tərəfindən deyil, iddiaçının özü tərəfindən iddia qaldırılarkən göstərilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-10693/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10693/2021
03.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver