Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-107/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası X9 Bakı şəhər Reklam İdarəsinə qarşı (“Şəfa” Balıq Evi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: reklam daşıyıcılarının sökülməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X9 Bakı şəhər Reklam İdarəsinə qarşı (“Şəfa” Balıq Evi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “reklam daşıyıcılarının sökülməsi tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-692/2023 nömrəli qətnaməsindən Azərbaycan Respublikası X9 Bakı şəhər Reklam İdarəsi və “Şəfa” Balıq Evinin sahibkarı Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cı il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli açıq məkanda reklam yerləşdirilməsinə icazədən görünür ki, Azərbaycan Respublikası X14 Bakı şəhəri Reklam idarəsi bu icazədə göstərilmiş şərtlərlə açıq məkanda reklam yerləşdirilməsinə icazə verir, icazə verilib **********, Qanuni nümayəndə, icazənin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yerləşdiyi ünvan və ya koordinat Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsidir. Azərbaycan Respublikası X14 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, Rİ-1/01-03/828 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında icazəsiz yerləşdirilmiş reklam daşıyıcısı onlar tərəfindən sökülmüşdür. Azərbaycan Respublikası X14 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, Rİ-1/xx-xx/1091 nömrəli məktubdan görünür ki, ünvan 13 ünvanında icazəsiz yerləşdirilmiş reklam daşıyıcısı onlar tərəfindən sökülmüş, ümumi girişdə yerləşdirilmiş reklam barəsində “Şəfa” Balıq evinə xəbərdarlıq edilmişdir. İdarə tərəfindən aparılmış monitorinq nəticəsində həmin reklam daşıyıcısınin sökülərək qurğunun yarısı qədər ölçüdə vurulduğu aşkar edilmişdir. Əsas girişin hər iki tərəfə məxsus olduğunu nəzərə alaraq qarşılıqlı razılaşma əsasında həmin qurğuda hər ikisinin reklam yerləşdirilməsinə icazə verilə bilər. Azərbaycan Respublikasının X14 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, Rİ-1/xx-xx/1986 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında “Şəfa" balıq evi tərəfindən icazəsiz yerləşdirilmiş reklam daşıyıcısı onlar tərəfindən sökülmüş, ümumi girişdə yeləşdirilmiş reklam daşıyıcısı barədə isə sahibkara xəbərdarlıq edilmişdir. Ümumi girişdə olan reklam qurğusunun üzərində qarşılıqlı razılıq əsasında hər iki obyektə məxsus reklam yerləşdirilə biləcəyi, belə razılıq olmadıqda isə, ümumi girişdə olan reklam qurğusunun üzərində digər obyektin fəaliyyətinə xələl gətirən reklam yerləşdirilməsinə icazə verilməyəcəyi bildirilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəçi ilə «Şefa» balıq evi arasında ümumi girişdə reklam yerləşdirilməsi ilə əlaqədar razılıq əldə olunmamışdır. Razılıq əldə olunmadığı üçün "Şəfa" balıq evinin sahibkarı Qanuni nümayəndə özünə məxsus obyektin yerləşdiyi istiqamətdə girişin və obyektə gedən yolun sağ tərəfində reklam yerləşdirmiş və həmin reklamlar ərizəçinin fəaliyyət göstərəcəyi obyektə və həmin obyektə məxsus yerləşdiriləcək reklamlara heç bir maneəçilik törətməmişdir. Bildirir ki, hər bir sahibkarlıq subyektinin qanunla qadağan edilməyən qaydada öz əmtəəsini reklam etmək hüququ vardır. Ümumi istifadədə olan yolda reklam yerləşdirilməsinin müraciətdə qeyd olunan əsasla qadağan edilməsi qanunvericiliyin pozulması hesab edilir. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 4.8-ci maddəsinə əsasən reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər. Göründüyü kimi, hazırkı halda Qanuni nümayəndə reklam qanunvericiliyinin tələblərini pozmamış və qanunvericiliyə riayət etməklə reklam yerləşdirmişdir. Eyni qaydada ərizəçinin də açıq məkanda reklam yerləşdirmək və öz əmtəə nişanını reklam etmək hüququ vardır. xx.xx.2022-ci il tarixli, 24/2022 nömrəli icarə müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (direktor X5) ilə fiziki şəxs kimi fəaliyyət göstərən Qanuni nümayəndə (VÖEN **********) arasında ünvan 7 ünvanda yerləşən əmlakın ümumi sahəsindən 178,8 kv.m. sahənin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(103)-26/2025 saylı qərarına əsasən, kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 22 avqust 2024-cü il tarixli 2-1(103)-2760/2024 nömrəli qərarının qismən, “ünvan 8 ünvanda “Şəfa” balıq evinə açıq məkanda reklam yerləşdirilməsi barədə cavabdeh Azərbaycan Respublikası X9 Bakı şəhəri Reklam İdarəsi tərəfindən Qanuni nümayəndə adına verilmiş xx.xx.2023-cü il tarixli i**********001 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli İ**********0003 qeydiyyat nömrəli icazələrin ləğv edilməsi” üzrə iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia təmin edilərək ünvan 8 ünvanda “Şəfa” balıq evinə açıq məkanda reklam yerləşdirilməsi barədə cavabdeh Azərbaycan Respublikası X9 Bakı şəhəri Reklam İdarəsi tərəfindən Qanuni nümayəndə adına verilmiş xx.xx.2023-cü il tarixli i**********001 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli İ**********0003 qeydiyyat nömrəli icazələrin ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 22 avqust 2024-cü il tarixli 2-1(103)- 2760/2024 nömrəli qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası X9 Bakı Şəhər Reklam İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Şəfa” Balıq Evi cəlb edilməklə) qarşı İddiaçı mülkiyyətində olan ünvan 13 ünvandakı əmlak kompleksi ilə ünvan 10 ünvanda yerləşən hər iki müəssisənin ümumi girişi olan əsas girişə quraşdırılmış “Şəfa” Balıq evinin reklam daşıyıcılarının sökülməsi, əsas girişdə reklam daşıyıcılarının quraşdırılmasına icazə verilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 13 ünvanda yerləşən əmlak kompleksini alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin əmlak kompleksinə AR ƏMDK DƏDRX tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Əvvəllər həmin ərazi “Şəfalı su” Artoloji Mərkəz olaraq fəaliyyət göstərmişdir. Hal-hazırda həmin 2172.4 kv.m-dən ibarət daşınmaz əmlak kompleksi və 0.991490 ha torpaq sahəsi onun mülkiyyətindədir. Mülkiyyətində olan ünvan 13 ünvanda əmlak kompleksi ilə ünvan 10 ünvanda yerləşən “Şəfa” Balıq evinin hər iki tərəfə məxsus olan bir əsas girişi, əsas girişdən bir neçə metr sonra isə hər müəssisənin özünün ayrıca girişi var. O, həmin əmlak kompleksinə mülkiyyət hüququ əldə etdikdən sonra müəyyən etdi ki, ünvan 10 ünvanda yerləşən “Şəfa” Balıq evinin rəhbərliyi tərəfindən onun razılığı olmadan həm hər iki tərəfin ümumi girişi olan əsas girişə, həm də onun mülkiyyətində olan əmlak kompleksinin girişinin üzərinə özlərinin “Şəfa” Balıq evi reklam daşıyıcısı yerləşdirilmişdir. Qanunsuz olaraq onun mülkiyyətində olan əmlak kompleksinin girişinə və hər iki tərəfin ümumi girişi olan əsas girişə quraşdırılmış reklam daşıyıcılarının sökülməsi barədə “Şəfa” Balıq evinin rəhbərliyinə dəfələrlə şifahi xəbərdarlıq etməyinə baxmayaraq, reklam daşıyıcılarını özlərinə aid olan girişə köçürməkdən imtina etmişdir. Xəbərdarlıqların bir fayda vermədiyini gördükdən sonra məcbur qalıb “Şəfa” Balıq evinin qanunsuz olaraq yerləşdirdiy reklam lövhələrinin sökülməsi barədə aidiyyatı üzrə cavbdehə müraciət etdi. Şikayət ərizəmə əsasən ona məxsus olan əmlak kompleksinin girişindən “Şəfa” Balıq evinin yerləşdirdiyi reklam lövhəsi cavabdeh tərəfindən sökülmüş, lakin hər iki obyektin ümumi girişi olan əsas girişdəki reklam lövhəsi sökülməmişdir. Bundan sonra ikinci dəfə hər iki obyektin ümumi girişi olan əsas girişdəki reklam lövhəsinin də sökülməsi üçün müvafiq tədbirlər görülməsi barə cavabdeh təşkilata təkrarən şikayət ərizəsi ilə müraciət etdi. Bakı Şəhəri Reklam İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda “ünvan 13 ünvanda icazəsiz yerləşdirilmiş reklam daşıyıcısının söküldüyünü, ümumi girişdə yerləşdirilmiş reklam barəsində isə “Şəfa” Balıq evinin rəhbərliyinə xəbərdarlıq edildiyini, əsas girişin hər iki tərəfə məxsus olduğunu nəzərə alaraq həmin girişdə reklam daşıyıcısının yerləşdirilməsi yalnız hər iki tərəfin qarşılıqlı razılığı olarsa icazə verilə bilər” bildirilmişdir. ünvan 12 ünvandakı əmlak kompleksi (“Şəfa” balıq evi) əvvəl X8 adına 8 il bundan öncə xx.xx.2014-cü il tarixdə rəsmiləşdirilmiş, onun adına çıxarış verilmiş, daha sonra xx.xx.2019-cu il tarixdə isə "xxxx" MMC-nin adına rəsmiləşdirilərək çıxarış verilmişdir. Ərizəsində bu barədə yəni “Şəfa” balıq evinin reklam daşıyıcısının isə xx.xx.2014-cü il tarixdən bugünədək iddiaçının girişdə müvafiq icazələr alınmadan quraşdırıldığını qeyd etmişdi. Lakin ona ünvanlanmış cavab məktubundan da göründüyü kimi, cavabdeh təşkilat “Şəfa” balıq evinin rəhbərliyinə illərdir icazəsiz reklam yerləşdirdiyinə görə sadəcə xəbərdarlıq etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Azərbaycan Respublikasının İXM-nin 428.7-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerbşdirilməsinə görə: fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Bakı Şəhəri Reklam İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunu aldıqdan sonra buna etiraz olaraq, əsas girişin hər iki tərəfə məxsus olduğunu, bu səbəbdən də əsas girişdə heç bir reklam daşıyıcısının yerləşdirliməsinə razılıq vermədiyini yazılı şəkildə cavabdehə bildirdi. Çünki “Şəfa” balıq evinə məxsus reklam daşıyıcısının yerləşdiyi girişin arxasında iki obyekt (“Şəfalı su” artroloji mərkəz və “Şəfa” balıq evi) yerləşir və bunun da onun mülkiyyətində olan “Şəfalı su” artroloji mərkəzin “Şəfa” balıq evinə məxsus olması mənasını verir. Bu isə “Reklam haqqında” AR Qanunun tələblərinə ziddir və “Şəfalı su” artroloji mərkəzin hüquqlarının pozulması deməkdir. “Reklam haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Həmin Qanunun 4.8-ci maddəsinə əsasən reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər. Sadalanan normaların dispozisiyasından aydın olur ki, reklam daşıyıcıları digər sahibkarlıq subyektlərinin qanunla qorunan hüquqlarını pozmamalı və onların fəaliyyətinə xələl gətirməməlidir. Bir sözlə reklam daşıyıcıları birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində yerləşdirilməlidir. Bir neçə obyektin ümumi girişi olan girişlərdə isə digər sahibkarlıq subyektlərinin hüquqlarını pozmamalı və onların qarşılıqlı razılığı olduğu halda reklam daşıyıcısı yerləşdirilə bilər. Hansı ki, cavabdeh təşkilatın ona ünvanladaığı xx.xx.2022-ci il tarixli cavab məktubunda da “əsas girişdə reklam daşıyıcılarının yerləşdirilməsi hər iki tərəfin qarşılıqlı razılaşması əsasında həyata keçririlə bilər” qeyd olunmuşdur. Lakin onun əsas girişdə reklam daşıyıcılarının yerləşdirilməsinə razılığı olmadığı halda sonradan cavabdeh təşkilat hansı əsaslarla “Şəfa” balıq evinin rəhbərliyinə reklam daşıyıcısının yerləşdirilməsinə icazə verməsi sual olaraq qalır. Sadalananlardan da göründüyü kimi qanunsuz yerləşdirilən reklam daşıyıcısının hər iki obyektə məxsus ümumi girişdən sökülməməsi onun hüquqlarını pozmaqla yanaşı “Haqsız rəqabət haqqında” AR Qanununun tələblərinə ziddir. Belə ki, həmin qanunun 9-cu maddəsinə əsasən haqsız rəqabətin formalarından biri də əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hər iki tətəfə məxsus olan girişin üzərindəki “Şəfa” balıq evi tərəfindən quraşdırılmış reklam daşıyıcı sökülməli və əsas girişdə reklam daşıyıcılarının quraşdlırılmasına icazə verilməsi cavabdehə qadağan edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-692/2023 saylı, 27 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X9 Bakı Şəhər Reklam İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Şəfa” Balıq Evi cəlb edilməklə) qarşı "əsas girişdə reklam daşıyıcılarının quraşdlırılmasına icazə verilməsinin qadağan edilməsi” tələbinə dair iddia üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası X9 Bakı Şəhər Reklam İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin iddia ərizəsinə etirazını təqdim edərək bildirmişdir ki, iddia ərizəsindən görünür ki, mübahisə predmeti olan “Şəfa” Balıq evi məzmunlu reklam daşıyıcısı İdarə tərəfindən deyil, “Şəfa” Balıq evinin rəhbərliyi tərəfindən yerləşdirilmişdir. Yəni faktiki hərəkəti edən iddiaçıya məlum olduğu halda əsassız olaraq iddia tələbini İdarəyə yönəltmişdir. Beləliklə, qeyd olunan iddia ilə bağlı cavabdehin İdarə olması mümkünsüzdür. Bununla belə, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.2.-ci bəndində tələb olunan sənədlərin siyahısında iddia ərizəsində qeyd olunan formada razılıq nəzərdə tutulmamışdır. O cümlədən, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2017-ci il tarixli, 1566 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Dövlət X2 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının X14 “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix- Etnoqrafiya qoruqlarının, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi istisna olmaqla) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində (bundan sonra - müvafiq sahə) vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Həmçinin “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-1-ci maddəsində bildirilir ki, açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 26.2-2-ci maddəsində bildirilir ki, reklam yayıcısı, həmçinin: reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir. Qeyd olunan reklamın yerləşdiyi yerin xüsusi mülkiyyətdə olmadığını nəzərə aldıqda aidiyyəti üzrə həmin ünvanda reklam yerləşdirilməsi üçün hər hansı bir şəxsin razılığının alınması qanunda nəzərdə tutulmamışdır. Ona görə də, zəruri olan açıq məkanda reklam yayımlamaq üçün qanunamüvafiq qaydada müraciət edib icazənin alınmasıdır. İddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, “əsas giriş” heç bir tərəfə məxsus deyil. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti haqqında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-692/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 13 ünvandakı əmlak kompleksi ilə ünvan 10 ünvanda yerləşən hər iki müəssisənin ümumi girişi olan əsas girişə quraşdırılmış “Şəfa” Balıq Evinin reklam daşıyıcılarının sökülməsinin cavabdeh Azərbaycan Respublikası X9 Bakı Şəhər Reklam İdarəsinə tapşırılması, cavabdeh Azərbaycan Respublikası X9 Bakı Şəhər Reklam İdarəsindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rusumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, əsas girişdə reklam daşıyıcılarının yerləşdirilməsi hər iki tərəfin qarşılıqlı razılaşması əsasında həyata keçirilə biləcəyi halda, iddiaçının əsas girişdə reklam daşıyıcılarının yerləşdirilməsinə razılığı olmadığı halda, 3-cü şəxs olan “Şəfa” balıq evinin rəhbərliyi tərəfindən əsas girişdə reklam daşıyıcısı yerləşdirilmiş, nəticədə reklam daşıyıcısının hər iki obyektə məxsus ümumi girişdən sökülməməsi iddiaçının hüquqlarını pozur. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, hər iki müəssisənin ümumi girişi olan əsas girişə quraşdırılmış “Şəfa” Balıq evinin reklam daşıyıcılarının sökülməsi cavabdeh Azərbaycan Respublikası X9 Bakı Şəhər Reklam İdarəsinə tapşırılmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydalarının 3.1-ci bəndinə, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.2, 4.8-ci maddələrinə, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası X9 Bakı şəhər Reklam İdarəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-692/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Şəfa” Balıq Evinin sahibkarı Qanuni nümayəndə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(009)-692/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası X14 Bakı şəhər Reklam İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılır ki, Səbail Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2(009)-692/2023 saylı qərardadı ilə “əsas girişdə reklam daşıyıcılarının quraşdırılmasına icazə verilməsinin qadağan edilməsi” tələbinə dair iddia üzrə icraata xitam verilmişdir. Məhkəmə xitamla bağlı qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının əsas girişdə reklam daşıyıcılarının quraşdırılmasına icazə verilməsinin qadağan edilməsi tələbinə dair iddiası cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə bağlı münasibətlərdən törəndiyindən, məhkəmə hesab edir ki, hazırki iddiaya mülki prosessual qanunvericiliyin tələbləri qaydasında deyil, inzibati prosessual qanunvericiliyin tələbləri qaydasında baxılmalıdır. 28 mart 2023-cü il tarixdə qərardad “elektron məhkəmə sistemində” yerləşdirilərək tərəflər məlumatlandırılmışdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində şikayət verilmədiyi üçün qüvvədədir. Səbail Rayon Məhkəməsi ilk məhkəmə baxışı iclasında onun iştirakı olmadan işə baxmış və 27 mart 2023-cü il tarixli, 2(009) 692/2023 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan ünvan 13 ünvandakı əmlak kompleksi ilə N.Quliyev küçəsi 62 C ünvanda yerləşən hər iki müəssisənin ümumi girişi olan əsas girişə quraşdırılmış “Şəfa” Balıq Evinin reklam daşıyıcılarının sökülməsi cavabdeh Azərbaycan Respublikası X9 Bakı Şəhər Reklam İdarəsin tapşırılmış və cavabdeh Azərbaycan Respublikası X9 Bakı Şəhər Reklam İdarəsindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmasına qərar verilərək iddia bu hissədə təmin edilmişdir. Məhkəmə işi əsaslı və hərtərəfli araşdırmadan təəssüf ki, iddia tələbini qismən təmin etmişdir. Belə ki, 2(009)- 692/2023 nömrəli mülki iş üzrə İddiaçı yanlış olaraq Azərbaycan Respublikası X9 Bakı Şəhəri Reklam İdarəsinə (bundan sonra İdarə) qarşı “reklam lövhələrinin sökülməsi” tələbinə dair iddia irəli sürmüşdür. İddiaçını təqdim etdiyi iddia ərizəsindən görünür ki, mübahisə predmeti olan “Şəfa” Balıq Evi məzmunlu reklam daşıyıcısı, İdarə tərəfindən deyil, “Şəfa” Balıq evinin rəhbərliyi tərəfindən yerləşdirilmişdir. Yəni faktiki hərəkəti edən iddiaçıya məlum olduğu halda əsassız olaraq iddia tələbini İdarəyə yönəltmişdir. Beləliklə də, qeyd olunan iddia ilə bağlı cavabdehin İdarə olması mümkünsüzdür. Bununla belə, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.2.-ci bəndində tələb olunan sənədlərin siyahısında iddia ərizəsində qeyd olunan formada razılıq nəzərdə tutulmamışdır. O cümlədən, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2017-ci il tarixli, 1566 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Dövlət X2 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının X14 “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda (“İçərişəhər” X16 və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi istisna olmaqla) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində (bundan sonra - müvafiq sahə) vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Həmçinin “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-1-ci maddəsində bildirilir ki, açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 26.2-2-ci maddəsində bildirilir ki, reklam yayıcısı, həmçinin: reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir. Qeyd olunan reklamın yerləşdiyi yerin xüsusi mülkiyyətdə olmadığını nəzərə aldıqda aidiyyəti üzrə həmin ünvanda reklam yerləşdirilməsi üçün hər hansı bir şəxsin razılığının alınması qanunda nəzərdə tutulmamışdır. Ona görə də, zəruri olan açıq məkanda reklam yayımlamaq üçün qanunamüvafiq qaydada müraciət edib icazənin alınmasıdır. İddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, “əsas giriş” heç bir tərəfə məxsus deyil. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.2-ci maddəsində bildirilir ki, işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Odur ki, bütün bunları nəzərə alıb İdarə ilkin məhkəmə icraatında buna öz haqlı etirazını bildirmişdir. Təəssüf ki, bunlar işə baxan məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessua Məcəlləsinin 2-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və digər inzibati mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə özü də 27 mart 2023-cü il tarixli, 2(009)-692/2023 saylı qərardadı ilə, “əsas girişdə reklam daşıyıcılarının quraşdırılmasına icazə verilməsinin qadağan edilməsi” tələbinə dair iddia üzrə icraata xitam verərək bildirmişdir ki, göstərilən hissədə iddia tələbinə baxmaq onun səlahiyyətində deyildir. Hansı ki, Qanuni nümayəndə müraciəti əsasında qeyd olunan obyektlə (X21) bağlı açıq məkanda yayımlanan reklam lövhələrinin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli, İ**********0001-3 saylı icazələri mövcud olduğu halda məhkəmə qanunsuz olaraq ümumi girişi olan əsas girişə quraşdırılmış “Şəfa” Balıq Evinin reklam daşıyıcılarının sökülməsini Azərbaycan Respublikası X9 Bakı Şəhər Reklam İdarəsinə tapşırmışdır. Lakin, icazə ləğv edilmədən reklam daşıyıcılarının sökülməsi mümkün deyil. Belə olduğu halda, məhkəmə icrası mümkünsüz qətnamə qəbul etmiş olur. Həmçinin onu da qeyd edək ki, reklam daşıyıcısı kim tərəfindən yerləşdirilmişdirsə onun üzərinə reklam lövhələrinin sökülməsi tələbi qoyula bilərdi. İdarəyə münasibətdə isə mövcud icazələrin ləğvi və yeni icazələrin verilməməsi ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia tələbi qaldırıla bilərdi. Hazırda da eyni iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsində iddiaçı tərəfindən İdarəyə qarşı iddia qaldırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384-390-cı maddələrinin tələblərini də nəzərə alaraq, yuxarıda qeyd olunanları əsas götürərək, Bakı Apellyasiya Məhkəməsindən Səbail Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(009)-692/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi xahiş olunur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Şəfa” Balıq Evinin sahibkarı Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-692/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X9 Bakı Şəhər Reklam İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Şəfa” Balıq Evi cəlb edilməklə) qarşı İddiaçı mülkiyyətində olan ünvan 13 ünvandakı əmlak kompleksi ilə ünvan 10 ünvanda yerləşən hər iki müəssisənin ümumi girişi olan əsas girişə quraşdırılmış “Şəfa” Balıq Evinin reklam daşıyıcılarının sökülməsinin cavabdeh Azərbaycan Respublikası X9 Bakı Şəhər Reklam İdarəsinə tapşırılması qət edilmişdir. Məhkəmənin qətnaməsi qanunsuz və əsasız olduğundan həmin qərarla razı deyildir. Birincisi məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Şəfa” Balıq Evi tanısa da, onun nümayəndəsi və onu icarə əsasında idarə edən Qanuni nümayəndə məhkəmənin hazırlıq, baxış iclaslarında iştirakının təmin edilməsi üçün tədbirlər görülməmişdir. Bunu istər hazırlıq, istərsə məhkəmə baxışı barədə verilən bildirişlər təsdiq edir. Belə ki, iddia ərizəsində X19 ünvanı Bakı şəh., Səbail ray., Bibi-Heybət, Namiq Quliyev küçəsi 62s göstərilsə də xx.xx.2022-ci il tarixə, saat 12:10-a təyin edilmiş məhkəmə iclasında iştirak etmək barədə 2 noyabr 2022-ci il tarixli, xx.xx.2022-ci il tarixə, saat 15:00-a təyin edilmiş məhkəmə iclasında iştirak etmək barədə xx.xx.2012-ci il tarixli bildirişlərdə 3-cü şəxs hesab edilmiş X19 ünvanı ünvan 15ik edən şəxsin müəyyən edilməsi üçün də tədbir görülməmişdir. Eyni zamanda iddia ərizəsinin surətinin 3-cü şəxs hesab edilmiş X20 verilməməklə onun həmin iddia ərizəsinə qarşı etiraz etmək və ona münasibət bildirməklə bağlı olan hüquqları pozulmuşdur. Yalnız məhkəmə baxışının 27 mart 2023-cü il tarixə, saat 11:00-a təyin edilməsi barədə 24 fevral 2023-cü il tarixli məhkəmə bildirişində üçüncü şəxs “Şəfa” Balıq Evinin nümayəndəsi kimi qeyd edilən X3 qeydiyyatda oldduğu Bakı şəh., ünvan 16 ünvanı müəyyən etmək mümkün idi. Hətta Qanuni nümayəndə mobil telefonuna məhkəmə iclasının vaxtı barədə SMS belə göndərilməmişdir. Sonuncu məhkəmə baxışı günü, yəni 27 mart 2023-cü ildə Qanuni Nümayəndəsi olan X1 Rayon Məhkəməsinə göndərildiyi teleqramda məhkəmə baxışının təxirə salınmasını xahiş etsə də, onun xahişinə münasibət bildirilməmişdir. Bununla da məhkəmə çəkişmə prinspini nəzərdə tutuan Azərbaycan Respublikası MPM-nin maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qətnaməsində göstərilmişdir ki, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, əsas girişdə reklam daşıyıcılarının yerləşdirilməsi hər iki tərəfin qarşılıqlı razılaşması əsasında həyata keçirilə biləcəyi halda, iddiaçının əsas girişdə reklam daşıyıcılarının yerləşdirilməsinə razılığı olmadığı halda, 3-cü şəxs olan “Şəfa” Balıq Evinin rəhbərliyi tərəfindən əsas girişdə reklam daşıyıcısı yerləşdirilmişdir və nəticədə reklam daşıyıcısının hər iki obyektə məxsus ümumi girişdən sökülməməsi iddiaçının hüquqlarını pozur. Məhkəmə nəzərə almamışdır ki, həmin yer asfaltlanmış avtomobil yoludur, həmin yolun kənarlarında piyadalar üçün yol mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil yollarının Təsnifat göstəriciləri”ndə avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları, beynəlxalq avtomobil yolları, müdafiə təyinatlı avtomobil yolları, respublika, yerli əhəmiyyətli və şəhər avtomobil yolları, ümumi istifadə üçün açılmış bələdiyyə avtomobil yolları, ödənişli avtomobil yollarına bölünmüşdür. X19 reklam göstəricəsinin dayaqları həmin avtomobil yolunun üzərində deyil, onun kənarlarında qoyulmuş, həmin avtomobil yolunda hərəkət üçün heç bir maneə yaratmır. Məhkəmə ümumi şəkildə reklamın sökülməməsinin iddiaçının hüquqlarını pozmasını göstərsə də, onun konkret hansı hüquqlarını pozmasını qeyd etməmişdir. Qeyd edilməlidir ki, ünvan 1 ünvanda yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmış torpaq sahəsində hər hansı bir obyekt yoxdur, sadəcə olaraq hər tərəfdən hasarlanmış boş torpaq sahəsidir. Reklam lövhəsinin mövcudluğu heç bir obyekti olmayan, yalnız boş torpaq sahəsində heç kimə mane yarada bilməz və heç kimin hüquqlarını poza bilməz. Ona görə də “Şəfa” Balıq Evi reklam lövhəsinin qeyd olunan yerdə olması iddiaçının hüquqlarını pozması və ona öz hüquqlarını həyata keçirməyə mane olması barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Məhkəmə əsassız olaraq həmin avtomobil yolunu “Şəfa” Balıq Evi və İddiaçı obyekti üçün ümumi giriş hesab etmişdir və hesab etmişdir ki, həmin girişə reklam göstəricisi qoyulması üçün hər iki tərəfin razılığı alınmalıdır. Lakin məhkəmə belə qərar gələrkən hər hansı bir qanunvericiliyə deyil, ehtimallara, yalnız iddiaçının qanunsuz olaraq irəli sürdüyü fikirlərə əsaslanmamışdır. Məhkəmə nəzərə almamışdır, həmin girişdən təkcə İddiaçı və “Şəfa” Balıq Evi deyil, həm də digər şəxslər istifadə edirlər. Sadəcə olaraq məhkəmə qətnaməsində ümumi girişlə ümumi mülkiyyət konkret halda eyniləşdirilmişdir. Ümumi girişdən istifadə üçün ondan istifadə edənlərin razılığının alınması barədə qüvvədə olan qanunvericilik aktlarında hər hansı bir göstəriş yoxdur. Lakin ümumi mülkiyyətdə olan əmlakdan istifadə üçün bütün mülkiyyətçilərin razılığının alınması mülki qanunvericilikdə nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən tam, hərtərəfli, araşdırma aparılmamış, istifadə olunan reklam göstəricisinin quruşdırıldığı ərazinin kimin mülkiyyətində olması müəyyən edilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, “Şəfa” Balıq Evi qeyd edilən ərazidə yerləşən sonuncu iaşə obyektidir. “Şəfa” Balıq Evinə qədər “Xəzər”, “Dərya”, “Büllur” və sair balıq evləri mövcuddur, onların hamısının girişinə adlarına uyğun eyni qaydada avtomobil yolunun kənarlarına reklam göstəricisi yerləşdirilmişdir, həmin obyektlərə girişdən keçib digər obyektlərə gedilir. Yəni onların girişi də ümumi girişdir. Yəni onların reklam göstəriciləri də ümumi girişdə yerləşdirilmişdir. Məhkəməyə cavabdeh Azərbaycan Respublikası X9 Bakı Şəhər Reklam İdarəsinin verdiyi etirazdan görünür ki, həmin obyektlərin girişləri açıq məkan hesab edildiyindən orada reklam lövhələrinin quraşdırılması üçün heç kəsdən razılıq alınmamış və belə razılıq qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə nəzərə almamışdır ki, “Şəfa” Balıq Evinin reklam göstəricisinin quraşdırılıdığı ərazi də açıq məkan hesab edilir. Digər obyektlərin girişlərində quruşdırılmış reklam lövhələri kimi qanunvericiliyə uyğun olaraq onun quraşdırılması üçün heç bir tərəfdən razılıq alınması tələb olunmur. Məhkəmə tərəfindən iddiaçının mülkiyyətində və 3-cü şəxsin istifadəsində olan obyektlərin texniki pasportlarını, ərazinin planını mütəxəssis vasitəsi ilə araşdırıldığı halda, reklam quraşdırıldığı ərazinin kimə məxsus olduğunu və həmin ərazinin İddiaçıla heç bir əlaqəsinin olmadığını müəyyən edə bilərdi. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.2.-ci bəndində tələb olunan sənədlərin siyahısında iddia ərizəsində qeyd olunan formada razılıq nəzərdə tutulmamışdır. Qeyd olunduğu kimi, “Şəfa” Balıq Evinin reklam lövhəsinin yerləşdiyi yer ümui girişdir və heç kimin mülkiyyətində deyildir. Yerin xüsusi mülkiyyətdə olmadığını nəzərə aldıqda aidiyyəti üzrə həmin ünvanda reklam yerləşdirilməsi üçün hər hansı bir şəxsin razılığının alınması qanunda nəzərdə tutulmamışdır. Qüvvədə olan qanunvericiliyə görə belə yerlərdə - açıq məkanda reklam yayımlamaq üçün əsas qanunamüvafiq qaydada icazənin alınmasıdır. Azərbaycan Respublikası X9 Bakı şəhəri Reklam İdarəsi tərəfindən də qanunla müəyyən olunmuş qaydada i**********0001 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli, i**********0003 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli, i**********0004 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli, i**********0005 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli “Açıq məkanda reklam yerləşdirilməsinə” dair icazələrlə ünvan 17 ünvanında qeydiyyatda olan Qanuni nümayəndə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsində digər fasad reklamları yerləşdirilməsinə icazə verilmişdir. Reklam haqqında Azərbaycan Respublikasının qanununda yerləşdirilən bilvasitə reklam və ya reklam daşıyıcıları vasitəsilə açıq məkanda konkret halda yuxarıda qeyd edilən yerdə yerləşdirdildiyi halda girişdən istifadə edən hüquqi və fiziki şəxslərdən hər hansı icazə alınması nəzərdə tutulmamışdır. Belə reklamın yerləşdirilməsi üçün əsas qanunla müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunması və həmin müraciət əsasında icazənin məhz müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Belə bir müraciət X21 tərəfindən edilmiş və həmin müraciətə müsbət cavab verilmiş, balıq evi tərəfindən qanunla müəyyən edilmiş rüsum ödənilməklə reklam daşıyıcısı ərazidə yerləşdirilmişdir. Məhkəmə qanunsuz olaraq, qanunda nəzərdə tutulmadığı halda, ümumi istifadə olan ərazidə reklamın yayımlanması üçün həmin ərazidən istifadə edən şəxslərin razılığı alınmasının tələb olunduğunu qətnaməsində göstərməklə yuxarıda qeyd edilən qanunun, qaydalarının tələblərini pozmuşdur. X19 reklam lövhəsinin qeyd edilən ərazidə yerləşdirilməsi avtomobil yolunda avtomaşınların hərəkətinə maneçilik törətməsinə, insanların rahatlığını pozmasına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası X9 Bakı Şəhər Reklam İdarəsi tərəfindən təqdim edilmiş məlumatlardan da görünür ki, quraşdırılmış reklam lövhəsi texniki tələblərə cavab verir, reklam qurğusunda da olan yazılar X19 tanınması məqsədi ilə istifadə olunur. Çünki həmin ərazidə çoxlu iaşə obyektləri, o cümlədən balıq evləri fəaliyyət göstərir, yerləşdirilən reklam lövhəsi X19 tanınması üçün həmin ərazidə yerləşdirilmişdir. Ona görə də, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(009)-692/2023 nömrəli qətnaməsinin ləğv olunaraq yeni qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Reklam haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 4.1. Reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. Maddə 4.2. Reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Maddə 4.8. Reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər. Haqsız rəqabət haqqında Azərbaycan Respublikası Qanunu Maddə 9. Haqsız rəqabətin formalarından biri də əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunmasıdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydaları Bənd 3.1-ci Müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; Bənd 3.5. Müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edildiyindən, cavabdeh və üçüncü şəxs qətnaməni bütövlükdə mübahisələndirdiklərindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli e-2-2(102)-138/2023 saylı qərarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası X9 Bakı şəhəri Reklam İdarəsinə qarşı reklam lövhələrinin sökülməsi və s. tələbinə dair mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İstinad olunan qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçının aktiv VÖEN-nin olmaması, ünvan 13 ünvandakı əmlak kompleksinin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması və iddiaçının məhkəməyə müraciət etməkdə məqsədinin mülkiyyət hüququ ilə ona məxsus əmlak üzərinə onun razılığı olmadan yerləşdirilmiş reklam lövhəsinin çıxarılması ilə bağlı olmaqla, mübahisənin mülkiyyət hüququnun pozulmasından irəli gəlməsi kimi hallar hazırkı mübahisənin kommersiya xarakterini istisna etməklə, hazırkı iddiaya baxılmasının məhkəmə aidiyyəti üzrə ümumi məhkəmənin səlahiyyətində olduğunu təsdiq edir. Beləliklə, reklam lövhələrinin sökülməsi hissəsində tərəflər arasında yaranmış mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından, hazırkı mübahisə həmin hissədə onun predmeti, hüquq münasibətlərinin xarakteri və mübahisənin subyekt tərkibinə görə, həm də § 8-9-da istinad edilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olaraq mülki iş kimi mahiyyəti üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsində baxılmalıdır. İddia tələbinin digər hissəsi - əsas girişdə reklam daşıyıcılarının quraşdırılmasına icazə verilməsinin qadağan edilməsi isə nə ümumi, nə də kommersiya məhkəmələrində baxılmalı olmayan tələbdir ki, işə baxılarkən iddia tələbinin bu hissəsinə İPM-in 2-ci maddəsinin müddəaları baxımından qiymət verilməlidir. Qeyd edilənləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, hazırkı mülki iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçıya və üçüncü şəxsə məxsus əmlak kompleksləri hər iki tərəfin ümumi girişi hesab edilən bir giriş üzərində yerləşir. Üçüncü şəxs cavabdehin ona verdiyi xx.xx.2023-cü il tarixli İ**********001 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli İ**********0003 qeydiyyat nömrəli icazələr əsasında əsas girişə, həm də əsas girişin sağ tərəfində elektrik dirəklərinə “Şəfa” Balıq Evi reklam daşıyıcısı yerləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(103)-26/2025 saylı qərarına əsasən, kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 22 avqust 2024-cü il tarixli 2-1(103)-2760/2024 nömrəli qərarının qismən, “ünvan 8 ünvanda “Şəfa” balıq evinə açıq məkanda reklam yerləşdirilməsi barədə cavabdeh Azərbaycan Respublikası X9 Bakı şəhəri Reklam İdarəsi tərəfindən Qanuni nümayəndə adına verilmiş xx.xx.2023-cü il tarixli i**********001 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli İ**********0003 qeydiyyat nömrəli icazələrin ləğv edilməsi” üzrə iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia təmin edilərək ünvan 8 ünvanda “Şəfa” balıq evinə açıq məkanda reklam yerləşdirilməsi barədə cavabdeh Azərbaycan Respublikası X9 Bakı şəhəri Reklam İdarəsi tərəfindən Qanuni nümayəndə adına verilmiş xx.xx.2023-cü il tarixli i**********001 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli İ**********0003 qeydiyyat nömrəli icazələrin ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 22 avqust 2024-cü il tarixli 2-1(103)- 2760/2024 nömrəli qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(103)-26/2025 saylı qərarı ilə müəyyən edilmişdir ki, “əsas girişdə reklam daşıyıcılarının yerləşdirilməsi hər iki tərəfin qarşılıqlı razılaşması əsasında həyata keçirilə biləcəyi halda, iddiaçının əsas girişdə reklam daşıyıcılarının yerləşdirilməsinə razılığı olmadığı halda, üçüncü şəxs tərəfindən əsas girişdə reklam daşıyıcısı yerləşdirilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Yuxarıda qeyd olunan qanunun normalarının dispozisiyasından aydın olur ki, reklam daşıyıcıları digər sahibkarlıq subyektlərinin qanunla qorunan hüquqlarını pozmamalı və onların fəaliyyətinə xələl gətirməməlidir, əks təqdirdə müvafiq qurum reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür.” Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı mülkiyyətində olan ünvan 13 ünvandakı əmlak kompleksi ilə ünvan 10 ünvanda yerləşən hər iki müəssisənin əsas girişində reklam daşıyıcılarının yerləşdirilməsi hər iki tərəfin qarşılıqlı razılaşması əsasında həyata keçirilə biləcəyi halda, iddiaçının əsas girişdə reklam daşıyıcılarının yerləşdirilməsinə razılığı olmadığı halda, üçüncü şəxs tərəfindən əsas girişdə reklam daşıyıcısının yerləşdirilməsinin iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyi qanuni qüvvəsini alan məhkəmə aktı ilə təsdiq olduğundan, reklam daşıyıcının quraşdırılmasına cavabdeh tərəfindən verilmiş icazələr məhkəmə aktına əsasən ləğv edildiyindən, reklam daşıyıcıları digər sahibkarlıq subyektlərinin qanunla qorunan hüquqlarını pozduğu, onların fəaliyyətinə xələl gətirdiyi halda müvafiq qurum reklam qurğularının sökülməsi barədə qərar qəbul edərək onları sökməli olduğundan, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilməsi yolverilməz olduğundan apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi Cavabdeh Azərbaycan Respublikası X9 Bakı şəhər Reklam İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Şəfa” Balıq Evinin sahibkarı Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-692/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği cavabdehə və üçüncü şəxsə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-107/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-107/2025
13.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver