Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10701/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili X3 və cavabdeh Cavabdeh vəkili Vəkil iştirakları ilə İddiaçıMMC-nin Cavabdeh qarşı “Koroğlu MMC-nə olan pul borcunun ödənilməsi barədə” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2584/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi olaraq 47653.126 (əsas borc 37320.586 + 2332.54 manat faiz pulu + 8000 manat əldən çıxmış fayda) manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq İddiaçı MMCyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 24.069,11 manat vurulmuş maddi ziyan, 1203,45 manat faiz borcunun və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1993-cü il tarixdə Salyan şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh İddiaçı MMC ilə arasında olan şifahi razılaşmaya əsasən İddiaçı MMC-dən nisyə qaydasında şirniyyat və qənnadı məhsullarını götürərək pulunu 20 gün müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən şirniyyat və qənnadı məhsullarının götürülməsinə dair İddiaçı MMCnin “Alınmış mallara görə hesablaşma vərəqəsi” kitabında qeydiyyat aparılmış və cavabdeh həmin kitabda borcunun olmasını təsdiq etmişdir. Cavabdeh 20 iyun 2019-cu il tarixli əmək müqaviləsinə əsasən cəmiyyətdə ticarət nümayəndəsi vzifəsində işləmişdir. Eyni zamanda cavabdeh ilə MMC arasında “tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. CavabdehBəxtiyar oğlu ilə cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh cəmiyyətin anbarında olan şirniyyat və qənnadı məmulatlarını xidmət göstərdiyi ticarət müəssisələrindən əvvəlcədən sifariş qəbul etməklə həmin malların sürücü ekspeditorlartərəfindən ticarət obyektlərinə tam və keyfiyyətli çatdırılmasını yoxlayıb özünün cari uçot kitabına mədaxil etməklə həmin malların satışından əldə olunan pulları şirkətin xəzinəsinə tam ödənilməsinin təmin edilməsini üzərinə öhdəlik götürmüşdür. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə 04 fevral 2020-ci il tarixində xitam verilmişdir. Cavabdeh cəmiyyətdə ticarət nümayəndəsi işlədiyi dövr ərzində ümumilikdə 104579 manat məbləğində satış üçün mal götürmüşdür. Həmin məbləğdən cəmiyyətin kassasına ödənilmiş, endirim edilmiş, satışdan geri qaytarılma edilmiş, başqa əmlakla əvəzləşdirilmiş malların dəyəri ümumilikdə 80.509,89 manat təşkil edir. Hazırda cavabdehin cəmiyyətə 24069,11 manat məbləğində borcu qalmışdır. 04 may 2020-ci il tarixində Cavabdeh maliyyə-təsərrüfat fəaliyyətinin təftiş yoxlaması aparılmış, və Cavabdeh cəmiyyətə qalan borcunun 28569,11 manat olması müəyyən edilmişdir. Bundan sonraa qeyd edilən borcun ödənilməsi üçün dəfələrlə müraciət edilmişdir. Lakin cavabdeh həmin məbləğdə borclu qaldığıını və qısa müddətdə borcunu ödəyəcəyini bildirsə də, borcunu ödəməkdən yayınmışdır.Əlavə olaraq bildirilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh özünəməxsus avtomobili borcunun bir hissəsi kimi əvəzləşdirilməsini xahiş etmişdir. Onun avtomobilinin dəyəri olan 4500 manat məbləğində pul vəsaiti 02 mart 2021-ci il tarixində cavabdehin MMC-yə borcu olduğu məbləğdən çıxılmış və hal-hazırda onun MMC-yə 24069,11 manat borcu qalmışdır. Cavabdeh borcu olduğu 24069,11 manat məbləğində borcun ödənilməsini gecikdirdiyi üçün illik 5 % məbləğində faiz ödəməlidir. Odur ki, cavabdeh ödənişi gecikdirdiyi 1 il üçün 1203,45 manat faiz borcunu MMC-yə ödəməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2584/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul borcunun ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2584/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2584/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən Cavabdeh vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2584/2021 saylı, 27 iyul 2021ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi müəyyən eymişdir ki, cavabdeh 20.06.2019-cu ildən 04.02.2020-ci il tarixədək İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətdə Ticarət nümayəndəsi vəzifəsində çalışmışdır. Həmin MMC qənnadı məlumatlarının satışı ilə məşğul olan hüquqi şəxsdir. Cavabdehlə əmək müqaviləsi bağlanarkən onunla tam maddi məsuliyyət barədə müqavilə, eyni zamanda tərəflər arasında işçinin əmək funksiyası barədə əlavə razılaşma bağlanmış, həmin razılaşmada ticarət nümayəndəsinin vəzifə borcları, konkret olaraq isə işçinin əmək funksiyası göstərilmişdir, lakin razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilməmişdir. İddiaçı iddia edir ki, cavabdeh alınmış mallara dair hesablaşma vərəqəsinə əsasən firmadan malları götürərərək sifariş əsasında mağazalara paylamış, lakin götürülmüş malların dəyəri hal-hazıradək firmaya qaytarılmamışdır. Belə ki, cavabdeh cəmiyyətdə işlədiyi dövr ərzində ümumilikdə 104579 manat məbləğində malı qəbul etmiş, lakin firmanın kassasına ümumilikdə 80509.89 manat(endirim edilmiş, satışdan geri qaytarma edilmiş, başqa əmlakla əvəzləşdirilmiş malların dəyəri) mədaxil edilmişdir. Eyni zamanda iddiaçı iddia etmişdir ki, məhkəməyə müraciət edildikdən sonra cavabdeh avtomobilinin əvəzləşdirilməsini xahiş etmiş və onun avtomobili 4500 manat məbləğində qiymətləndirilərək ümumi borcdan çıxılmışdır. Hal-hazırda cavabdehin firmaya götürülmüş malın əvəzinə görə 24069.11 manat borcu vardır və ondan əlavə olaraq illik 5 faizlə bir il müddət üçün 1203.45 manat əldən çıxmış fayda tələb edilir. İddia müddətinin ötürülməsi ilə bağlı məsələyə münasibətdə isə iddiaçı tərəf bildirmişdir ki, əvvəla həmin dövrdə karantin müddəti olmuş və onlar karantin qaydalarına əməl edərək işçilərinin, o cümlədən hüquq şöbəsinin işçilərinin işlərində gecikmələr olmuş və buraxılmış müddət cuzi olmuşdur. Bundan başqa cavabdehin borcu barədə məlumatı işçi ilə əmək münasibətlərinə xitam verildikdən sonra, yəni 04 may 2020-ci ildə təftiş aparılarkən müəyyən edilmiş, bununla bağlı cəmiyyətin işçiləri tərəfindən müvafiq AKT tərtib edilmişdir. Bu baxımdan yanaşıldıqda iddia müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətboiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İddiaçının tələbinin faktiki əsası ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə, tam maddi məsuliyyət haqqında müqaviləyə və ticarət nümayəndəsinin vəzifə borclarının müyyən edilməsinə dair razılaşmaya istinad edərək işçi tərəfindən işəgötürənə maddi zərər vurulduğunu iddia edir və dəymiş zərəri tələb edir. Bununla bağlı əmək qanunvericiliyində aşağıdakı maddi hüquq normalarına istinad edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinə əsasən işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X1 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. 191.1-ci maddəsinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a)ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 203.1-ci maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbliəlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 206.1-ci maddəsinə əsasən məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət, eyni zamanda bu barədə müqavilə bağlandığı hallarda isə tam maddi məsuliyyət daşıması öhdəliyi vardır. Lakin maddi məsuliyyətin yaranması üçün 3 əsasın eyni zamanda mövcud olması zəruridir. Bunlar Əmək Məcəlləsinin 191.2-ci maddəsində sadalanmışdır. İşin hallarından göründüyü kimi işəgötürən işçidən onun sifariş əsasında firmadan götürdüyü və sifarişçiyə verdiyi malların dəyərinin ödənilməməsinə görə vurulmuş zərəri tələb edir. Vurulmuş zərərin məbləği ciddi hesabat blankları ilə təsdiq edilməsə də, işçi malı qəbul edərkən alınmış mallara görə hesablaşma vərəqəsinə imza etmişdir. Lakin əmək müqaviləsində işçinin malların dəyərini sifarişçidən ala bilmədikdə onun məsuliyyət daşıması barədə vəzifəsi təsbit edilməmişdir. Belə ki, əmək müqaviləsinin 3-cü bəndində işçinin əmək funksiyaları göstərilmişdir. Bundan başqa tam maddi məsuliyyət haqqında müqavilədə də işçinin verilmiş malların dəyərinin qeyd-şərtsiz almalı olması barədə məsuliyyəti nəzərdə tutulmamışdır. Eyni zamanda ticarət nümayəndəsinin vəzifə borcları barədə təsdiq edilmiş razılaşmada da, baxmayaraq ki, həmin razılaşma əmək müqaviləsinə daxil edilməmişdir, bu barədə hər-hansı qeyd yoxdur. Bütün bunlardan daha əhəmiyyətlisi odur ki, zərərin vurulmasında işçinin təqsiri müəyyən edilmir. Belə ki, işçinin zərər vurulmasına səbəb olan qanuna zidd əməli sübut edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənə zərər vurması sübut edilmədiyindən həm vurulmuş zərərə, həm də bundan irəli gələn əldən çıxmış faydaya görə pul məbləğinin tutulması barədə iddia əsaslı hesab edilə bilməz. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, zərərin işçinin təqsiri ilə tələb hüququ istisna edilmir”. İddiaçı MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinin əsası kimi məhkəməyə təqdim olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında 20 iyun 2019-cu il tarixdə bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqavilənin 1.5 v. 1.6-cı maddələrinə istinad etmiş və göstərmişçdir ki, həmin maddələrdə işçinin malların dəyərini ödəmək üçün tam maddi məsuliyyət daşıması öz əksini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, İddiaçı MMC tərəfindən təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, İddiaçı MMC 2019cu ildə MMC-dən götürüb müxtəlif obyektlərə payladığı malların dəyərini ödəmədiyinə görə Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 02 fevral 2020-ci il tarixdə MMC-də tutduğu vəzifədən azad edilmişdir. İddiaçı MMC 08 fevral 2020-ci ildə dövlət rüsumu ödəyərək məhkəməyə müraciət etmiş və iddia ərizəsini 12 fevral 2021-ci ildə məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı MMC tərəfindən 2019-cu ildə yaranmış borca görə 2021-ci ilin fevral ayının 12-də məhkəməyə müraciət edilməsini qanunvericilikdə müəyyən edilmiş müddətin ötürülməsi kimi qiymətləndirir və müddətin ötürülməsinin üzürlü hesab edilməsi üçün əsaslar müəyyən etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İddiaçı MMC qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə iddia tələbinə qanunla müəyyən edilmiş bir illik müddət tətbiq edilməli və iddia tələbi təmin olunmamalıdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd olunmasını əsaslı hesab edir. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2584/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2584/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10701/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10701/2021
20.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver