Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1071/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 və Kooperativin sədri Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1071/2025 (Açar sözlər: vəzifəli şəxslərin hərəkətlərinin qanunsuz və qərəzli hesab edilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, eyni zamanda cavabdeh MTK-nın qanuni nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Kooperativin sədri Cavabdeh1 qarşı, "xxxx" MMMC və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “vəzifəli şəxslərin hərəkətlərinin qanunsuz və qərəzli hesab edilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 83/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh MTK-nın qanuni nümayəndəsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "Qranit” MTK-nın İdarə Heyətinin ümumi yığıncağının xx.xx.2011-ci il tarixli protokoluna əsasən iddiaçı MTK üzvlüyünə qəbul olunub, onunla ’’Qranit” MTK üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilə, həmçinin "Xidmət Müqaviləsi” bağlanmış və 2-ci blok, 16-cı yaşayış mərtəbəsindəki 2 otaqlı, 139 saylı mənzilin dəyəri 98.627 manat ondan kooperativin xəzinəsinə qəbul edilmişdir. İddiaçı mənzilin mülkiyyətçisidir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1028, İzmir küçəsi, ev 9C, mənzil 139 İddiaçı xüsusi mülkiyyətindədir.
3. Cavabdeh2 Mənzil Tikintisi Kooperativi ilə İddiaçı arasında bağlanılmış 29 yanvar 2013-cü il tarixli Xidmət müqaviləsinin 1.1-ci bəndindən görünür ki, Kooperativ üzərinə kooperativ yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin etmək öhdəliyini götürmüşdür.
4. Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək: cavabdeh "Qranit” MTK-nın üzərinə İddiaçı ilə ünvan 1 ünvanda "Qranit” MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış "Xidmət müqaviləsi”ndə təsbit olunan "kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.); "sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi” (bənd 1.2.); "mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.); "blokların təmir və təmizlik işlərinin aparılmasının təmin edilməsi” (bənd 1.7.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması; İddiaçı məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna cavabdeh "Qranit” MTK tərəfindən yaradılan maneələr aradan qaldırılması, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququnun təmin edilməsi və tanınması; Cavabdeh "Qranit” MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 20.117 (iyirmi min yüz on yeddi) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi; ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat cavabdeh "Qranit” MTKdan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
5. Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsində olan “binanın sahəsində yerləşən açıq tipli dayanacaqdan istifadə hüququ” sözlərinin “binanın sahəsində yerləşən açıq tipli dayanacaqdan saxlanılması və açıq tipli dayanacaqdan istifadə hüququ” sözləri kimi başa düşülməsi qərara alınmışdır.
6. Bakı şəhər İcra Hakimiyyətinin tikinti obyektinin istismarına dair xx.xx.2016-cı il tarixli 0083 saylı “İcazə" sənədi ilə bina istismara qəbul olunmuşdur.
7. Ədliyyət Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışına görə, "xxxx" MMMC xx.xx.2020-ci il tarixdə 1120-MM7-0156 nömrə ilə dövlət qeydiyyatına alınıb, Cavabdeh2 MTK-nın "xxxx" MMMC-yə çevrilməsinə dair məlumat aşkar olunmayıb (c. 1, i.v. 200).
8. 2020-ci ilin fevral ayından binanın idarəçiliyi "xxxx" MMMC-yə keçmişdir (təhvil verilmişdir).
9. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışına görə, bina üzrə istilik və isti su təchizatına dair müqavilə əvvələr Cavabdeh2 MTK ilə bağlanmış, hər bir mənzil üzrə fərdi abonent kodları açılmış və istifadə olunmuş istilik və isti su təchizatı xidmətlərinin ölənilməsi abonentlərə aylıq bildirişlər paylanaraq həyata keçirilmişdir. Lakin sakinlər tərəfəindən istifadə edilən istilik və isti su xidmətlərinin dəyəri ödənilmədiyinən 2019-cu ilin dekabr ayından binanın istilik və isti su təchizatı dayandırılmışdır. xx.xx.2024-cü il tarixə abonentlər tərəfindən istifadə olunmuş istilik və isti su təchizatı xidmətlərinə görə 8208,31 manat məbləğində ödənilməmiş borc qalmışdır. Abonentlər tərəfindən borc məbləği tam ödənildikdən sonra binanın istilik və isti su təchizatı məsələsinə baxıla bilər (c. 2, i.v. 174).
10. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışına görə, İddiaçı məxsus 139 saylı mənzilin istilik təchizatı xidmətlərinə görə 15,7 manat borcu vardır (c.2, i.v.100).
11. Yasamal rayonu Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə, İddiaçı məxsus 139 saylı mənzildə xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixədək elektrik enerjisinin sərfiyyatı 710,59 manat, ödəniş isə 524 manat olub (c. 1, i.v. 194).
12. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X1 xx.xx.2023-cü il tarixli arayışına görə, binanın istismarına Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2016-cı il tarixli 0083 nömrəli icazə sənədi verilib. Mütəxəssislər tərəfindən binaya baxış keçirilmiş və müəyən edilmişdir ki, binanın 2-ci girişindəki pilləkənlər Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən razılaşdırılmış xx.xx.2012-ci il tarixli 18/04-254 nömrəli layihə sənədlərinə uyğun inşa edilmişdir. Eyni zamanda baxış zamanı binanın 2-ci girişinin və hər mərtəbə üzrə pilləkənlərin üzlük daşla üzlənməsi, pilləkən qəfəsinin, sakinlərin ümumi istifadəsində olan sahələrin, tavan və divarların təmirli olması müəyyən edilmişdir. Şəhərsalma və tikinti qanunvericiliyindən istismarda olan tikililərə (mənzillərə) keyfiyyət sertifikatının verilməsi nəzərdə tutulmamışdır (c. 2, i.v. 215).
13. Yasamal Rayon Məhkəməsinin 3(004)-5286/2023 saylı, 14 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə Cavabdeh2 MTK-nın sədri Cavabdeh1 əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərarla müəyyən olunmuşdur ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 98/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsi tam icra olunmuşdur (o cümlədən, 20177 manat tələbkara tam ödənilmişdir).
14. Adıçəkilən qərar Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2418/2023 saylı 13 dekabr 2023-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3- 16-16/2-10/818-9/9007 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda iddiaçı X3 məxsus 139 saylı mənzildə quraşdırılmış istilik sisteminin (radiatorlar və istilik sisteminin digər avadanlıqları) sökülməsinə (demontaj edilməsinə) və söküntü yerlərinin bərpasının müəyyən olunması üçün yerinə yetirilməli müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyirinin bazar qiymətlərinə uyğun olaraq 9647,0 manat məbləğində olduğu müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Ariston” markalı su qızdırıcısının sutka ərzində sərf etdiyi elektrik enerjisinin 30 kVts, iki illik sərfiyyatı isə 21600 kVts (30 kVts x 30 gün x 24 ay =21600 kVts) təşkil edir. Dəyərinin isə (1 kVts elektrik enerjisinin 200 kVts-a qədər 0.08 AZN, 200 kVts-dan 300 kVts- a qədər 0.09 AZN, 300 kVts-dan çox olan hissəsi 0.13 AZN nəzərə alınmaqla) 24 aylıq 2.472,00 AZN olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməməsi səbəbindən mənzilin 1 ay ərzində elektrik enerjisi ilə qızdırılması üçün 4284 kVts elektrik enerjisinin sərf olunduğu müəyyən edilir. Belə olan halda, Bakı şəhərində mənzillərin qızdırılma mövsümünün 5 ay (15 noyabr- 15 aprel) davam etdiyi nəzərə alınmaqla, iki illik sərfiyyat 42840 kVts (4284 kVts x 10 ay) təşkil edir. Dəyərinin isə (1 kVts elektrik enerjisinin 200 kVts-a qədər 0.08 AZN, 200 kVtsdan 300 kVts-a qədər 0,09 azn, 300 kVts-dan çox olan hissəsi 0,13 AZN nəzərə alınmaqla) 10 aylıq 5429,20 AZN olduğu müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikintisi Kooperativinə və Kooperativin sədri Cavabdeh1 qarşı “vəzifəli şəxslərin hərəkətlərinin qanunsuz və qərəzli hesab edilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK və Cavabdeh2 MTK-nın sədri Cavabdeh1la 29 yanvar 2013-cü il tarixdə bağlanılmış müqavilə öhdəliklərini 10 (on) il müddətdə və məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş vəzifələri 8 (səkkiz), 4 (dörd) və 2 (iki) il müddətdə icra etməməsi, binada əlverişli və təhlükəsiz yaşayış şəraitinə maneələrin və mülki hüquq pozuntuların aradan qaldırılmaması, iddiaçıya məxsus mənzildən tam istifadə edilməsi üçün tələb olunan kommunal xidmətlərin və təhlükəsizlik tədbirlərinin lazımınca təmin edilməməsinin və iddiaçının qanuni mənafelərinin həyata keçirilməsinə davamlı maneələr yaratması hərəkətləri, qanunsuz və qərəzli hərəkət (hərəkətsizlik) hesab edilməsi; Yasamal rayon Məhkəməsinin 31 mart 2021 -ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh2 MTK tərəlindon iddiaçıya ödənilməli 20117 manat pul məbləğinin, 1 aprel 2022-ci il tarixdən, borcıın tam həcmdə ödənildiyi tarixə qədərki dövrdə, gecikdirilən hər ay üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə müvafiq faizlərin cəmi ilə hesablanmış pul məbləği iddiaçıya verilməsi; Cavabdehlərlə bağlanılmış xx.xx.2013-cü il tarixli “xidmət müqaviləsi”nin 1.1. bəndi üzrə “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin etməlidir” müqavilə şərtlərinə əsaslanaraq, iddiaçının mənzildə quraşdırdığı istilik sisteminin 6 (altı) il müddətdə istifadəsiz qalması nəticəsində, istilik sistemi aksessuarlannın istifadəyə yararsız olması və mərkəzləşdirilmiş qazanxanadan istilik təminatının perspektivsizliyi səbəbindən, eyni zamanda, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəsmi rəyinə əsasən, ünvan üzrə binada qaz cihazlarının istifadəsi ilə istilik sisteminin işlədilməsi təhlükəsizlik qaydalarına zidd olduğundan, mənzildə istilik sisteminin (radiatorların və boruların) sökülməsi (demontajı) və söküntü yerlərində (döşəmə və divarlarda) bərpa işlərinin görülməsi üçün iddiaçıya dəyən ziyan məbləği müəyyən edilməsi; cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin və məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş vəzifələrin davamlı icra edilməməsi, təqsirli mülki hüquq pozuntularının qərəzli davam etməsi, iddiaçının qanuni mənafelərini həyata keçirilməsinə maneələr yaradılması və iddiaçıya məxsus mənzildən tam istifadə edilməsi üçün tələb olunan kommunal xidmətlərin və təhlükəsizlik tədbirlərinin lazımınca təmin edilməməsi nəticəsində, iddiaçının həmin mənzildən lazımınca səmərəli istifadə edə bilməməsi və hüquqlarının pozulmasının müstəqil nəticəsi olaraq, vurulmuş mənəvi zərərin əvəzi kimi, 1 aprel 2022-ci il tarixdən, hazırkı iddia ərizəsi üzrə qətnamə qəbul edildiyi tarixə qədərki dövrdə, iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 15000 (on beş min) manat və maddi zərərin əvəzi kimi, 10000 (on min) manat məbləğdə təzminat ödənilməsinə dair qətnamə qəbul edilməsi; ödənilmiş dövlət rüsumu, cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh2 MTK sədri Cavabdeh1 aid edilsin və rusum məbləği cavabdehlərdən tutularaq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
17. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MTK və Cavabdeh2 MTK sədri Cavabdeh1 müqavilə öhdəliklərini və məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş vəzifələri davamlı olaraq, yerinə yetirməməsi nəticəsində, ünvan üzrə binada iddiaçıya məxsus mənzildən istifadə edilməsi üçün tələb olunan kommunal xidmətlərlərin və təhlükəsizlik tədbirlərin lazımınca təmin edilməməsi, mənzillərə qazanxanadan isti su və istilik verilməməsi səbəbdən, əlavə elektrik şərfiyyatına külli miqdarda pul xərclənməsi, binanın avtodayanacağında avtomobili saxlaması üçün qərəzliklə yer verilməməsi səbəblərdən, iddiaçının, ona məxsus mənzilindən lazımınca istifadə edə bilməməsi ilə bağlıdır. Cavabdehlərin qanunsuz hərəkətlərinin davam etməsi, iddiaçının hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində və mənzildə komfort yaşayış şəraitinin yaranmasına ciddi maneələr yaradır. Bu halların müstəqil nəticəsi olaraq, iddiaçıya davamlı olaraq, maddi və mənəvi zərər vurulur. İddia ərizəsində göstərilən hallarla bağlı, mübahisənin məhkəmədən kənar həlli mümkünsüz olmuşdur. Bu hal, cavabdehin davamlı qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) qərəzli olmasını təsdiq edir. Göstərilən səbəbdən, Cavabdeh2 MTK və Cavabdeh2 MTK sədri Cavabdeh1 qarşı “vəzifəli şəxsin hərəkətinin (hərəkətsizliyinin) qanunsuz və qərəzli hesab edilməsi, ödənilməli pul məbləğinin cari dəyərinin bank uçot dərəcəsinə müvafiq faizlərin hesablanması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair”, əvvəlki iddia ərizəsinin tələblərinə anoloji və zaman baxımından fərqli, 01 aprel 2022-ci il tarixdən sonrakı dövrü əhatə edən müddətə aid iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Cavabdeh2 MTK və Cavabdeh2 MTK sədri Cavabdeh1 qarşı hazırkı iddia ərizəsində göstərilən tələblərin əsaslığını təsdiq edən subutlar, həmçinin, tələbi müəyyənləşdirən faktlar və əsaslandıran dəlillər məhkəməyə təqdim edilmişdir. Cavabdehlərin təqsirli hüquq pozuntularının (hərəkət və hərəkətsizliyinin) olması və qərəzli olaraq, davam etməsi onunla əsaslandırılır ki, Cavabdeh2 MTK ünvan üzrə mübahisə predmeti olan binanın inşasında podratçı təşkilat olmuşdur və bu səbəbdən, binada və binanın 2ci girişində mövcud natamamlıqlar, qusurlar, yaşayış üçün narahatıq yaradan və təhlükəli hallar barədə cavabdehin məlumatlı olması mübahisəsizdir. Bu hallar, çoxsaylı instansiya məhkəmələrinin qəbul etdiyi, hüquqi qüvvəyə minmiş qətnamələrdə və qərarlarda, Azərbaycan Respublikasının (AR) Ədliyyə naziriliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (MEM) çoxsaylı rəylərində və AR Fövqəlada Hallar nazirliyinin (FHN) X8 Xidmətinin yanğın-texniki müainə rəylərində, öz əksini tapmışdır. İş üzrə qəbul edilmiş və hüquqi qüvvəyə minmiş məhkəmə qətnamələrdə və ekspertiza rəylərində ünvan üzrə binanın inşasında Cavabdeh2 MTK tərəfindən yol verilmiş mülki hüquq və “Tikinti Norma və Qaydalan”nın çoxsaylı ciddi pozuntuları, müqavilə öhdəliklərini yerinə yetirilməməsi və məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməməsi sübut olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin ünvan üzrə binanın istismarına dair 27 dekabr 2016-cı il tarixli 0083 saylı “İcazə” sənədində göstərilir ki, Cavabdeh2 MTK tikinti obyektinin keyfiyyət zəmanəti (istismarı ilə bağlı zəmanət) müddəti 2 (iki) ildir”. Bu müddət, 27 dekabr 2018-ci il tarixdə bitmişdir. Həmin müddətdə sakinlərin çoxsaylı müraciətlərinə və bununla bağlı, məhkəmə qətnamələrində, xüsusi ilə Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsində təsbit olunan çoxsaylı tələblərə rəğmən, cavabdeh, binanın inşasında və xidmətlərdəki qüsurları, natamamlıqları və yaşayış üçün təhlükəli halları qərəzliklə aradan qaldırmamışdır. Həmin vəzifələrin və icranın hərəkətlərinin yerinə yetirilməməsi davam edir. Cavabdeh, xx.xx.2013-cü il tarixli “Xidmət müqaviləsi”nin “Kooperativin öhdəlikləri”nə aid hissəsinin “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin etməli” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin etməli (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması (bənd 1.4.)» “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin etməli’’ (bənd 1.7.), bəndlər üzrə müqavilə şərtlərini ciddi pozmuşdur və bu hal hazırda davam edir. Bu öhdəliklərlə bağlı, cavabdehlər, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci ii tarixil №2(004)-98/2022 saylı qətnaməsində üzərinə qoyulmuş vəzifələrin icrasından davamlı olaraq yayınır. Xidmət müqaviləsi”nin 1.1. bəndi üzrə “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin etməlidir” məzmunda öhdəlik, cavabdeh tərəfindən yerinə yetirilməmişdir. "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli №10/46-03 saylı sənədə əsasən, ünvan üzrə banada mərkəzləşdirilmiş qazanxanadan isti su təhcizatı 07.2017-ci il tarixdən, və istilik təhcizatı 12.2019-cu il tarixdən dayandırılmışdır. Bu hal, hazırda davam edir. İddiaçı, “Xidmət müqaviləsi”nin 1.1. bəndi üzrə cavabdehin öhdəliyinə güvənərək, mənzildə isti su təminatı üçün “Kombi” tipli qızdırıcı sistemi quraşdırmamışdır. Mübahisə ilə bağlı, AR Ədliyyə nazirliyinin MEM-nin texniki mühəndis ekspertizası keçirilmişdir. xx.xx.2021-ci il tarixli №10/3788 və xx.xx.2022-ci il tarixli №10/6946 saylı ekspert rəyləri əsasında, məlum olmuşdur ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi ünvan üzrə 20 (iyirmi) mərtəbəli yaşayış binasının inşasında AR Dövlət Tikinti Normalarının və qaz təchizatı layihələndirmə normalarının ciddi pozuntusuna yol verilmişdir. Ünvan üzrə binada qaz təhcizatının əsas xəttinin qanalı balkonlarda keçirildiyi üçün, mənzillərdə qaz istifadəsi ilə qızdırıcıların quraşdırılması ciddi qanun pozuntusudur və təhlükəlidir. Bu səbəbdən, iddiaçıya məxsus mənzildə və ümumiyyətlə, ünvan üzrə binanın bütün mənzillərdə, qaz istifadəsi ilə işlədilən qızdırıcıların, o cümələdən, “Kombi” fərdi istilik sisteminin quraşdırması, təhlükəsizlik baxımından, mümkünsüzdür. Bu səbəbdən, iddiaçıya məxsus mənzilin daimi isti su və istiliklə təmin edilməsi mümkünsüz olmuşdur. Ekspertiza zamanı, müəyyən edilmişdir ki, ünvan üzrə binada, mənzillərin açıq eyvanında qaz xətti olmadığından, bina sakinləri “Kombi”, yaxud, qazla işləyən digər qızdırıcının quraşdırılması üçün, mənzilin qapalı eyvanında yerləşən əsas qaz xəttindən, yasayış otağının daxilindən keçirməklə, dəmir boru ilə qaz xətti cəkməvə məcbur olmuşlar. Bu hal, AR Nazirlər kabinetinin təsdiq etdiyi “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nda təsbit olunan tələblərə və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi “Qaz təchizatı. Layihələndirmə normaları” (CHhFİ 2.04.08-87*-nin əvəzi) üzrə tələblərə ziddir və potensial təhlükədir. İddiaçı, tələb olunan bu qaydalara riayət edərək, mənzildə qazla işlədilən qızdırıcı cihazlardan istifadə etmir. Bu səbəbdən, mənzildə normal və komfort şəraitdə yaşayış mümkünsüzdür. Həmçinin, mənzildə quraşdırılmış istilik sisteminin 6 (altı) il istifadəsiz qalması, istilik sistemin aksessuarlannın, boruların və radiatorların xarab olmasına səbəb olmuşdur. Həmin sistemin sökülməsi, əlavə tikinti materialları alınmasına, ciddi narahatlığı ilə yanaşı, iddiaçıdan əlavə vaxt və külli miqdarda pul vəsaiti itkisi tələb edir. Xidmət müqaviləsi”nin 1.2. bəndi üzrə “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin etməli” öhdəliyk, cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Binanın 2-ci girişində quraşdırılmış hər 3 (üç) lift, textiki cəhətdən nasaz vəziyyətdədir, liftlərin istismara yararlığını təsdiq edən mütəxəssis rəyi yoxdur, liftlərin heç birində xilasetmə məntəqəsi ilə əlaqə sistemi quraşdırılmamışdır və binada xilasetmə məntəqəsi yoxdur. Liftlər tez-tez sıradan çıxır, təhlüükəli hallar yaşanır (qapılar bağlanmır, yaxud, açılmır, lift hərokətsizləşir və s.). Bu hallar, FHN-nin müvafiq qurumları tərəfindən çoxsaylı aktlarla və digər rəsmi sənədlərlə təsdiq edilir. Bununla bağlı, FHN-dən xx.xx.2023 tarixli sənəd, iddia ərizəsinə əlavə edilmişdir. “Xidmət müqaviləsi’nin 1.4. bəndində mənzillərin girişində sayqaclara elektrik, soyuq və isti suyun verilməsini təmin etməli” məzmunda öhdəlik, cavabdeh tərəfindən, yerinə yetirilməmişdir. Mənzilə aid sayğacların müqavilə şərtinə uyğun mənzilin girişində quraşdırılmaması, iddiaçının (mənzil sahibinin) elektrik və ya su sərfiyyatma nəzarət etmək hüququnu pozur. Bu halda, elektrik və su sərfiyyatı ilə bağlı, problemin elektronika, billing, insan amili və ya kənar müdaxilələr, istisna olunmur. “Xidmət müqaviləsi”nin 1.7. bəndində “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin etməli” məzmunda müqavilə öhdəlikləri, cavabdeh təıəfındən lazımınca yerinə yetirməmişdir. Bu bənd üzrə tamamlama işləri lazımınca və keyfiyyətli görülməmişdir. Cavabdehlər, Yasamal rayon Məhkəməsinin xx.xx.2016 tarixli qətnaməsinin “qət etdi” hissəsində təsbit olunan 10 (on) bənddən 7 (yeddi) bəndi üzrə, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamələrin bütün bəndləri üzrə qətnamələrində təsbit olunan tələbləri, hazırkı vaxta qədər yerinə yetirməmişdir. Hətta, ünvan üzrə binanın sahəsində sakinlərin avtomobil saxlaması üçün dayanacaqda, iddiaçının avtomobilinin saxlanılması və həmin dayanacaqdan istifadə hüququnun tanınmasına dair Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, məhkəmə qətnaməsi olduğu halda, cavabdeh, qərəzli olaraq, bu tələbin icrası ilə bağlı, davamlı maneələr yaradır və avtomobil saxlamasına qərəzlildə imtina edir. Cavabdehlərin qanunsuz hərəkətləri (hərəkətsizliyi), icra vərəqələri üzrə çoxsaylı tələblərin icra edilməməsi, Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında öz əksini tapmışdır. Bütün qərarlar iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdeh2 MTK sədri, icranın vaxtını uzatmaq məqsədi ilə, yayındıncı üsullardan istifadə etməklə, müxtəlif instansiya məhkəmələrinə, hüquqi əsası olmayan şikayətlərlə müraciət edir. Bu hal AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, №2(102)-1576/2023 və xx.xx.2023- cü il tarixli, №2(102)-2654/2023 saylı qərarları ilə təsdiq edilir. Ünvan üzrə binada və binanın 2-ci girişində bu və digər ciddi problemlərin 10 (on) il ərzində həll olunmamasının və icra vəqələri üzrə tələblərin icra edilməməsinin səbəbi, Cavabdeh2 MTK sədri Cavabdeh1 davamlı inadkarlığı, məntiqsiz bəhanələrlə, işin həllini süründürməçiliyə salması, əsassız şikayətlərlə instansiya məhkəmələrinə müraciət etməsi və yanlış özünə məlum olan kənar təsirlərdən istifadə etməsi ilə bağlıdır. Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci ii tarixil №2(004)-98/2022 saylı qətnaməsinin “qət etdi” (səh. 11) hissəsində Cavabdeh2 MTK və Cavabdeh2 MTK sədri Cavabdeh1 üzərinə qoyulmuş vəzifələrin, o cümlədən, həmin hissədə (bənd 4) təsbit olunan “Cavabdeh2 MTK-dan dəyıniş maddi zərərin əvəzi kimi 20.117 (iyirmi min yüz on yeddi) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin” məzmununda tələbin icrasından, davamlı yayınır. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli 20117 (iyirmi min yiiz on yeddi) manat pul vəsaiti hesabından, 01 aprel 2022-ci il tarixdən cavabdehlər tərəfindən borcun tam həcmdə ödənildiyi vaxta qədər, gecikdirilən hər ay üçün, pulun zaman dəyəri nəzəriyyəsindən irəli gələn cari dəyərinin AR Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq faizlərin hesablanması ilə, dövrlər üzrə faizlərin ümumi məbləği müəyyən edilməli və hesablanmış məbləğdə pul vəsaiti iddiaçıya verilməlidir. Bu məbləğin müəyyən edilməsi iş üzrə mühüm sübut əhəmiyyətinə malik olduğundan və bu hesablama xüsusi bilik tələb etdiyindən, məhkəməmühasibatlıq ekspertizasının təyin olunması, istisna olunmur. Cavabdeh, ünvan üzrə mənzilə aid, iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli “Müqavilə” və ’’Xidmət müqaviləsi” şərtləri pozmaqla, öhdəliklərini icra etməməsi və ünvan üzrə mənzilə dair Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cıı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cı il tarixli qətnamələrin icra vərəqələri üzrə tələblərin yerinə yetirilməməsi, mənzildən tam istifadəsi üçün tələb olunan kommunal xidmətlərin və təhlükəsizlik tədbirlərinin lazımınca təmin olunmaması nəticəsində, iddiaçıya davamlı maddi və mənəvi zəıər vurulmuşdur. İcra vərəqələri üzrə çoxsaylı tələblərin cavabdehlər tərəfindən icra edilməməsi ilə bağlı, subutlar, Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati Qərarında iiz əksini tapmışdır Bu hallar, hazırda davam edir. Cavabdehin “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin etməlidir” məzmunda öhdəliyini yerinə yetirməməsi səbəbindən, iddiaçı, məcbur olaraq, mənzildə, “Ariston” elektrik qızdırıçı cihazı quraşdırmışdır. Lakin, “Ariston” qızdırıcı cihazı, yalnız isti sudan istifadəni təmin edir, mənzilin qızdırıcı sistemi ilə əlaqəsi yoxdur və mənzilin istiliyini təmin etmir. Bu hal, xüsusi ilə, soyuq hava şəraitində mənzildə normal komfort yaşayışı mümkünsüz etmişdir. Digər tərəfdən, elektrik cihazlarının istifadəsi zamanı bir sıra təhlükəli halların ehtimalı, mübahisəsizdir. Qısaqapanma, artıqyüklənmə, naqillərin izolyasiyanın pozulması və digər amillər bu təhlükəli halların baş verməsinə şərait yaradır. Həmçinin, mənzillərin elektrik cihazlarla isidilməsi, təbii qazla isidilməsindən bir neçə dəfə baha başa gəlir. Bununla yanaşı, mənzillərdə elektrik qızdıcılarının işlədilməsi, mənzilin havasında quruluq diskomfortu yaradır və havada yetərli rütubətin olmaması, insanın sağlamlığına, və xüsusi ilə, immun sisteminə çox pis təsir göstərir, xroniki xəstəliklərin kəskinlışməsinə səbəb olur. Elektrik qızdırıcı cihazlarının davamlı işlədilməsi nəticəsində, havanın quruluğu, dərinin və tənəffüs yollarının qurumasına səbəb olur. Bu səbəbdən, xüsusi ilə, burun-boğaz və göz qişasının quruması nəticəsində, həmin orqanların selik qişalarına qoruyucu funksiyanın zəifləməsi, yaxud, itirilməsi, müxtəlif infeksiyanın düşməsinə və inkişafına təhlükə yaradır. Sadalanan amillər, iddiaçının və ailə üzvlərinin sağlamlığına davamlı ciddi təsir göstərir. Yasamal rayon İcra və Probasiya şöbəsi, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixil №2(004)-98/2022-035 saylı icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2022-cl ii tarixli qərar qəbul etmişdir. Buna rəğmən, cavabdehlər qətnamənin icra vərəqəsi üzrə tələbləri, o cümlədən, iddiaçının dayanacaqdan istifadə hüququnun təmin edilməsi və iddiaçıya dəvmiş maddi zərərin əvəzi kimi 20.117 (iyirmi min yüz on yeddi) manat pulun iddiaçı X3 ödənilməsi tələbini yerinə yetirməkdən, hazırkı vaxta qədər yayınırlar. Azərbaycan Respublikasının (AR) Fövqəladə Hallar Nazirliyinin (FHN) X6 Görülməsi və X7 Agentliyinin xx.xx.2023-cü il tarixli №3- 18-3/2- 3580/23 saylı məktubunda göstərilir ki, ünvan üzrə binanın 2-ci girişində “liflərdə qeyd olunan nasazlıqlara görə, liftlərin istismarının qadağan olduğu, "xxxx" MMMC-nə bildirilmiş, bu nasazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi tələb olunmuşdur. Liftlərin istismarı ilə bağlı, baş verə biləcək qəza və bədbəxt hadisələrə görə, "xxxx" MMMC-nin məsuliyyət daşıması nəzərərinə çatdırılmışdır. Eyni zamanda, müəyyən olunmuşdur ki, binanın qaz təchizatı ilə bağlı, sayğacların quraşdırıldığı qaz xətti davaoları, mənzillərin yataq otaqlarında və bağlı balkonlarda yerləşir. Bu vəziyyət, təhlükəsizlik tələblərinə /iddir və qəzava şəıait yarada hilər”. Bu kimi real və potensial təhlükəli hallar, iddiaçıda davamlı psixoloji gərginlik və narahatlıq yaradır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli rəsmi arayışı ilə təsdiq edilir ki, cavabdehlər, mərkəzləşdirilmiş qazanxanadan mənzilləri daimi isti su və istiliklə təmin ediləcəyi barədə müqavilə öhdəliyini son 6 (altı) il ərzində tam pozmudur. Bu səbəbdən, iddiaçının mənzildə quraşdırdığı istilik sisteminin bütün avadanlıqları (radiatorlar, borular, temperatur tənzimləyici cihazlar və s.) artıq textiki cəhətdən yararsız hala düşmüşdür və bu səbəbdən, sökülməlidir. Bu söküııtü, mənzildə təmir işlərinin yenidən görülməsini, əlavə tikinti materialları, narahatlıq, vaxt və külli miqdarda pul vəsaiti tələbedir. Ünvan üzrə binada rahat yaşayış üçün çoxsaylı narahatlıqların və təhlükəli hallann aradan qaldırılmaması və digər sadalanan səbəblərdən, iddiaçı həmin binada ona məxsus mənzildən normal yaşayış üçün istifadə edə bilmir, özünün və ailə üzvlərinin rahatlığı təmin edə bilməmişdir. Bu hallar iddiaçının davamlı narahatlığına və iztirabına səbəb olur. İddia ərizəsində göstərilən hüquqi qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq olunur ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin və məhkəmə qətnamələrində üzərinə qoyulmuş vəzifələrin davamlı yerinə yetirilməməsi, qanunsuz və korrupsiya tərkibli əməllərinin davam etməsi nəticəsində ünvan üzrə binada mülki hüquq pozuntuları, yaşayış üçün narahatlıq yaradan və təhlükəli hallar aradan qaldırılmamışdır. Bunun nəticəsində, iddiaçıya məxsus mənzildə, xüsusi ilə, ilin soyuq fəsillərində normal və komfort şəraitdə yaşayış mümkünsüzdür. Cavabdehin müqavilə öhdəliklərini davamlı icra etməməsi, iddiaçıya məxsus mənzildən istifadə edilməsi üçün tələb olunan kommunal xidmətlər və təhlükəsizlik tədbirləri ilə lazımınca təmin edilməməsi, iddiaçıya və onun əmlakına zərər vurulmasına gətirib çıxaran təqsirli mülki hüquq pozuntularının davam etməsi nəticəsində, iddiaçı, normal yaşayış şəraitindən məhrum olmuşdur və bu səbəbdən, ona məxsus mənzildən tam istifadə edə bilmir. Məhkəmə materialında olan qərar və qətnamələrdə subut və təsdiq edilmişdir ki, iddiaçının hüquqlarının davamlı pozulması, cavabdehin təqsirli hərəkətinin (hərəkətsizliyinin) müstəqil nəticəsidir. İddiaçıya qarşı törədilən qanunsuz hərəkətin (hərəkətsizliyin) onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması, mənəvi sarsıntı və iztirab keçirməsi və nəticə etibarı ilə onun sağlamlığınana təsiri inkar edilməsidir. AR Ədliyyə nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ünvan üzrə binaya aid, iş materialında olan xx.xx.2022-ci il tarixli №10/6946 saylı ekspert rəyindən görünür ki binanın inşasında vol verilmiş qusurlar nəticəsində mənzildə istilik sisteminin quraşdırılması təhlükəsizlik qaydalarına ziddir və texniki cəhətdən mümkünsüzdür. Bu o deməkdir ki, ünvan üzrə məzildə (binada) normal komfort şəraitdə yaşamaq perspektivi yoxdur. Eyni zamanda, binanın mənzillərində təhlükəsizlik tədbirlərinə zidd olaraq qaz istifadəsi ilə işləyən qızdırıcı cihazlardan istifadə, həyat üçün ziyan vo təhlükəli vəziyyət yaradır. Bu real psixoloji faktorların hər bir insanın, həmçinin, iddiaçının şüuruna davamlı mənfi təsiri və stress yaratması inkaredilməzdir. Cavabdehin çoxsaylı qanunsuz hərəkətlərini subut etmək və aradan qaldırılmasına nail olmaq üçün, mənzildə normal yaşayış və təhlükəsizlik hüquqlarının müdafiəsi ilə bağlı, 2013-cü ildən bu zamana qədər (10 il ərzində) cavabdehlə davamlı mübahisə vəziyətindədir və bu məsələlərin ədalətli həllinə nail olmaq üçün çox vaxt sərf etmişdir. Göründüyü kimi, cavabdehlərin qərəzli və təqsirli mülki hüquq pozuntusunun (hərəkət və hərəkətsizlik) və korrupsiya tərkibli əməllərinin davam etməsi nəticəsində iddiaçıya vurulan maddi və mənəvi zərər davamlı xarakter daşıyır və zərərin səbəbləri hazırkı vaxta qədər aradan qaldırılmamışdır. Bu məntiqlə, iddiaçının hüquqlarının pozulması da davam edir. Bu halların müstəqil nəticəsi olaraq, iddiaçının keçirdiyi mənəvi və fiziki sarsıntılar davam edir.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-83/2024 nömrəli 17 oktyabr 2024-cü il qətnaməsi ilə (hakim Sultanova-Məmmədova Ayşən) iddia qismən təmin edilmiş, Cavabdeh2 MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 6435 manat pul və ödənilmiş dövlət rüsumu - 84,35 manat tutularaq İddiaçı ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 202 manat Cavabdeh2 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
19. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2 MTK-nın üzərinə 20117 manat məbləğində pulun tutularaq, İddiaçı xeyrinə tutulması qət edilsə də, cavabdeh bu günə kimi icra sənədi üzrə borcunu tam şəkildə yerinə yetirməmişdir. Mülki qanunvericiliyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən təyin edilmiş ekpertiza ilə mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməməsi səbəbindən mənzilin 1 ay ərzində elektrik enerjisi ilə qızdırılması üçün 4284 kVts elektrik enerjisinin sərf olunduğu müəyyən edilmiş, Bakı şəhərində mənzillərin qızdırılma mövsümünün 5 ay (15 noyabr- 15 aprel) davam etdiyi nəzərə alınmaqla, iki illik sərfiyyat 42840 kVts (4284 kVts x 10 ay) təşkil etməsi, dəyərinin isə 10 aylıq 5429,20 AZN olduğu müəyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən gecikdirilmiş borcun 5 faizi ilə iki illik elektrik enerjisinin sərfiyyatının pul ekvivalentinin xərci qarşılanmalıdır. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 6435 manat pul və ödənilmiş dövlət rüsumu - 84,35 manat tutularaq, İddiaçı ödənilməlidir.
20. İddianın digər hissələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi qalan hissədə yetərincə əsaslandırılmadığından təmin edilməməlidir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 445.7, 1096.1, 1096.2, Mülki Prosessual Məcəllənin 82.3, 88, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh MTK isə qətnamədən apellyasiya şikayəti verərək, onun qismən – iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
24. İddiaçı apellyasiya şikayətində iddia ərizəsində qeyd edilənlərdən əlavə göstərmişdir ki, məhkəmənin işə dair qəbul etdiyi qətnamədə iddia tələblərini rədd edilməsinə dair müvafiq normativ hüquqi aktlara əsaslanma mövcud deyil. İş üzrə məhkəmə iclas protokolları natamamdır, bir protokolda qeyd edilmiş və aydın olmayan və əsassız səbəbdən təxirə salınmış məsələlərin həlli, digər növbəti protokollarda öz əksini tapmamışdır. Məhkəmə proseslərinin səs-video yazısının keyfiyyətsizliyi və iştirakçıların səslərinin qarışıq olması səbəbindən, izlənilməsi mümkünsüz olmuşdur. Bu halların məqsədli olması, istisna deyil. Qətnamədə iddia tələblərinin mahiyyəti üzrə kobud təhrifə və məhkəmənin iş üzrə gəldiyi qənaətin məzmununda natamamlığa yol verilmişdir. Bunun səbəbi, məhkəmənin qəbul etdiyi qətnamədə iddia tələblərinin təmin olunmayan hissədə gəldiyi ədalətsiz qənaəti hüquqi cəhətdən əsaslandıra bilməməsi ilə bağlıdır. Qətnamədə (səh.10, abzas 1) məhkəmə (hakim) əsassız olaraq, hesab edir ki, hazırkı iddia ərizəsində təsbit olunan tələblərin bir hissəsi Yasamal rayon Məhkəməsinin 31 mart 2022 -ci il tarixli qətnaməsi ilə həllini tapmışdır. Bu “yanlış” hüquqi yanaşmanın məqsədli pərdəarxası mövcuddur. Bu səbəbdən, məhkəmə (hakim) AR Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə istinadla, hesab etmişdir ki, “bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir”. Bununla bağlı, Mülki Kollegiyaya bildirirəm ki, birinci instansiya məhkəməsinin bu qənaəti əsassız, və tam yanlışdır. Qənaətə gəlinir ki, işə baxan hakim 16 (on altı) ay müddətdə iş materialı və xüsusi ilə, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-98/2022 nömrəli qətnaməsində təsbit olunan tələblərin mahiyyəti ilə tanış olmamışdır. Belə ki, hazırkı iddia ərizəsində tələb, cavabdehlərlə bağlanılmış xx.xx.2013- cü il tarixli “xidmət müqaviləsi”nin 1.1. bəndində təsbit olunan “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin etməlidir” müqavilə şərtlərinə əsaslanaraq, iddiaçının mənzildə quraşdırdığı istilik sisteminin 6 (altı) il müddətdə istifadəsiz qalması nəticəsində, istilik sistemi aksessuarlannın istifadəyə yararsız olması və eyni zamanda, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəsmi rəyinə əsasən, ünvan üzrə binada qaz cihazlarının istifadəsi ilə istilik sisteminin işlədilməsi təhlükəsizlik qaydalarına zidd olduğundan, mərkəzləşdirilmiş qazanxanadan istilik təminatının perspektivsizliyi səbəbindən, mənzildə istilik sisteminin (radiatorların və boruların) sökülməsi (demontajı) və söküntü yerlərində (döşəmə və divarlarda) bərpa işlərinin görülməsi üçün iddiaçıya dəyən ziyan məbləği müəyyən edilməsi ilə bağlıdır. Eyni zamanda, mənzildə isti sudan istilada üçün quraşdırılmış "Ariston" su qızdıncısınınxx.xx.2022-ci il tarixdən hazırki vaxta qədərki dövrdə, gün ərzində 24 saat istiismarı əsas götürülməklə, elektrik sərfiyyatının və soyuq hava şəraitində elektrik qızdırıcılardan istifadəyə elektrik sərfiyyatı üzrə xərclənilən pul vəsaitinin miqdarının müəyyən edilməsinə zərurət yaranməşdır. Məhkəmə (hakim), iddiaçıya dəyən bu ziyan məbləğlərinin müəyyən edilməsi məqsədi ilə, Yasamal rayon Məhkəməsinin qərardadı ilə iş 2(004)- 3721/2023 üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Qətnamədə (səh. 8, abzas 3) təsbit olunmuşdur ki, “Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə 17 aprel 2024-cü il tarixli, № 3-16-16/2- 10/818-9/9007 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda iddiaçı X3 məxsus 139 saylı mənzildə quraşdırılmış istilik sisteminin (radiatorlar və istilik sisteminin digər avadanlıqları) sökülməsinə (demontaj edilməsinə) və söküntü yerlərinin bərpasının müəyyən olunması üçün yerinə yetirilməli müxtəlif növ tikintitəmir və quraşdırma işlərinin təqribi dəyirinin bazar qiymətlərinə uyğun olaraq 9647,0 manat məbləğində olduğu müəyyən olunur”. Buna rəğmən, məhkəmə (hakim) iddiaçıya dəymiş bu məbləğdə ziyanla bağlı tələbi təmin etməmişdir və qətnamədə bu hüquqi qənaətini əsaslandırmaqdan yayınmışdır. Bu hal, hakimin işə qərəzli və ədalətsiz mövqedən yanaşmasını təsdiq edir. Qətnamədə (səh. 10, abzas 2) təsbit olunmuşdur ki, “Məhkəmə tərəfindən təyin edilmiş ekpertiza ilə mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməməsi səbəbindən mənzilin 1 ay ərzində elektrik enerjisi ilə qızdırılması üçün 4284 kVts elektrik enerjisinin sərf olunduğu müəyyən edilmiş, Bakı şəhərində mənzillərin qızdırılma mövsümünün 5 ay (15 noyabr- 15 aprel) davam etdiyi nəzərə alınmaqla, iki illik sərfiyyat 42840 kVts (4284 kVts x 10 ay) təşkil etməsi, dəyərinin isə 10 aylıq 5429,20 AZN olduğu müəyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən gecikdirilmiş borcun 5 faizi ilə iki illik elektrik enerjisinin sərfiyyatının pul ekvivalentinin xərci qarşılanmalıdır”. Məhkəmənin (hakimin) bu məzmunda hüquqi qənaəti tam yanlışdır və natamamdır. Belə ki, cavabdehlə bağlanılmış xx.xx.2024 tarixli müqavilə şərtinin yerinə yetirilməməsi nəticəsində mərkəzləşdirilmiş qazanxanadan bananın isti su təhcizatının olmaması səbəbindən, iddiaçının mənzildə daimi isti su təminatını yaratmaq və isti sudan istifadə edilməsi üçün mövsümdən asılı olmayaraq, ildə 12 (on iki) ay “Ariston” markalı su qızdırıcından istifadə edilməsini və buna elektrik sərfiyyatını nəzərə almamışdır.
25. Cavabdeh MTK isə apellyasiya şikayətində göstərmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, 31 mart 2022-ci il tarixli icra sənədi üzrə icraata 07 sentyabr 2022-ci il tarixdə başlanılmışdır. Borclu Cavabdeh2 MTK tərəfindən icra sənədinin icrası ilə bağlı tələbkara ödəməli olduğu pul vəsaitindən 4500 manat hissəsi İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2 MTK-nın üzərinə 20117 (iyirmi min yüz on yeddi) manat məbləğində pulun tutularaq, İddiaçı xeyrinə tutulması qət edilsə də, cavabdeh bu günə kimi icra sənədi üzrə borcunu tam şəkildə yerinə yetirməmişdir.” Halbuki, məhkəmənin gedişində iddiaçı tərəf Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsinin tam icra olunduğunu bildirmişdir. İddiaçının tələbi onun hesab etdiyinə görə qətnamənin vaxtında icra edilməməsi üçün cavabdehdən bank uçot dərəcəsinə uyğun pul tutmaq barədə olub. Yəni, Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsinin guya icra edilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur. Belə ki, iddiaçının etirafı mövcuddur. Və bundan başqa Yasamal Rayon İcra şöbəsi də qətnamənin tam icra olunmasını təsdiq edə bilər. Sadəcə məhkəmədə iddaçının etirafı olduğundan bu qətnamənin tam icra edilməsi barədə qəbzin məhkəməyə təqdim edilməsinə ehtiyac olmamışdır. Ardı ilə qətnamənin əsaslandırıcı hissəsində, Məhkəmə, özü tərəfindən təyin edilmiş AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/818-9/9007 saylı ekspert rəyinə əsaslanaraq, “ekpertiza ilə mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməməsi səbəbindən mənzilin 1 ay ərzində elektrik enerjisi ilə qızdırılması üçün 4284 kVts elektrik enerjisinin sərf olunduğu müəyyən edilmiş, Bakı şəhərində mənzillərin qızdırılma mövsümünün 5 ay (15 noyabr- 15 aprel) davam etdiyi nəzərə alınmaqla, iki illik sərfiyyat 42840 kVts (4284 kVts x 10 ay) təşkil etməsi, dəyərinin isə 10 aylıq 5429,20 AZN olduğu müəyyən edilmişdir.” istinad edərək “Odur ki, cavabdeh tərəfindən gecikdirilmiş borcun 5 faizi ilə iki illik elektrik enerjisinin sərfiyyatının pul ekvivalentinin xərci qarşılanmalıdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 MTKdan dəymiş maddi zərərin əvəzi kimi 6435 (altımin dörd yüz otuz beş manat) manat pul və ödənilmiş dövlət rüsumu - 84,35 (səksən dörd manat otuz beş qəpik) manat tutularaq, İddiaçı ödənilməlidir. Nəticəsinə gəlmişdir. Məsələ bundan ibarətdir ki, belə bir iddia tələbi yoxdur. 11 iyun 2023-cü il tarixli iddia ərizəsinin xahiş hissəsinin 3-cü bəndinə əsasən, iddia tələbi “ 3. Cavabdehlərlə bağlanılmış xx.xx.2013-cü il tarixli “xidmət müqaviləsi’nin 1.1. bəndi üzrə “kooperativ yaşayış binasınımərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin etməlidir” müqavilə şərtlərinə əsaslanaraq, iddiaçının mənzildə quraşdırdığı istilik sisteminin 6 il müddətdə istifadəsiz qalması nəticəsində, istilik sistemi aksessuarlanın istifadəyə yararsız olması və mərkəzləşdirilmiş qazanxanadan istilik təminatının perspektivsizliyi səbəbindən, eyni zamanda, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəsmi rəyinə əsasən, ünvan üzrə binada qaz cihazlarının istifadəsi ilə istilik sisteminin işlədilməsi təhlükəsizlik qaydalarına zidd olduğundan, mənzildə istilik sisteminin (radiatorlann və boruların) sökülməsi (demontajı) və söküntü yerlərində (döşəmə və divarlarda) bərpa işlərinin görülməsi üçün iddiaçıya dəyən ziyan məbləğinin müəyyən edilməsi” barədədir. Göstərilənlərdən aydındır ki, məhkəmə tərəfindən iddia tələblərindən kənara çıxılaraq qətnamə qəbul edilmişdir. məhkəmətərəfindən iddia tələblərindən kənara çıxılaraq qətnamə qəbul edilmişdir. Göründüyü kimi tələb iddiaçıya dəyən ziyanməbləğininmüəyyən edilməsi və mənzildə istilik sisteminin (radiatorlann və boruların) sökülməsi (demontajı) və söküntü yerlərində (döşəmə və divarlarda) bərpa işlərinin görülməsi üçün iddiaçıya dəyən ziyan məbləğinin müəyyən edilməsi barədədir. Yəni Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iddia tələblərindən kənara çıxılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı cavabdeh MTK-nın apellyasiya şikayətinə etiraz təqdim edərək, onun təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
27. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi.
28. Cavabdeh MTK-nın qanuni nümayəndəsi, eyni zamanda cavabdeh iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, MTK-nın apellyasiya şikayətinin təmin edilməsini və iddianın rədd edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 30.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 31.Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 32.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 33.Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 34.Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 35.Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 36.Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 39.Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 40.Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə vəkommersiya mübahisəsinəbaxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 41.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
47. İddiaçının tələblərindən biri Yasamal Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh2 MTK tərəfindən ona ödənilməli 20117 manat pul məbləğinin, 1 aprel 2022-ci il tarixdən borc tam həcmdə ödənildiyi tarixə qədərki dövrdə, gecikdirilən hər ay üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə müvafiq faizlərin cəmi ilə hesablanmış pul məbləği iddiaçıya verilməsindən ibarətdir.
48. Birinci instansiya məhkəməsi həmin tələb üzrə heç bir araşdırma aparmadan 20177 manat məbləğində pul öhdəliyinin hələ də cavabdeh tərəfindən icra olunmaması qənaətinə gəlmiş və hətta bu halda da hesablamada səhvə yol verərək, cəmi 1 il üçün illik 5 % əldən çıxmış fayda tutmuşdur.
49. Halbuki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5286/2023 nömrəli 14 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə Cavabdeh2 MTKnın sədri Cavabdeh1 əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərarla müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 nömrəli 31 mart 2022-ci il tarixli qətnaməsi tam icra olunmuşdur (o cümlədən, 20177 manat tələbkara tam ödənilmişdir).
50. Adıçəkilən qərar Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2418/2023 nömrəli 13 dekabr 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır.
51. Həmçinin cavabdeh tərəfindən təqdim edilən qəbz və ödəniş tapşırığından görünür ki, cavabdeh MTK-nın sədri Zülfüqarov Sahib oğlu tərəfindən icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin hesabına xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə 15500 manat və 147 manat ödəniş etmişdir.
52. İddiaçı qeyd olunan icranın yuxarıda göstərilən qaydada icrasını təsdiq etmişdir.
53. Göründüyü kimi, cavabdeh icra vərəqəsi üzrə öhdəliyi tam icra etmiş, lakin gecikməyə yol vermişdir.
54. Belə olduqda isə kollegiya hesab edir ki, cavabdeh MTK gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 % əldən çıxmış ödəməlidir.
55. Kollegiya, borcun 20.117 manat olmasını nəzərə alaraq, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək 484 gecikdirilmiş gün üçün 1.352,3 manat; 20.617 manat borca görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək 19 gecikdirilmiş gün üçün 54,4 manat; 19.617 manat borca görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək 25 gecikdirilmiş gün üçün 68,11 manat; 16.617 manat borc üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək 27 gecikdirilmiş gün üçün 62,31 manat, cəmi 1537,12 manat əldən çıxmış faydanın əvəzi olaraq cavabdeh MTK-dan tutularaq, iddiaçıya ödənilməsini əsaslı hesab edir.
56. İddiaçının digər tələbi “Cavabdeh2 MTK və Cavabdeh2 MTK-nın sədri Cavabdeh1la 29 yanvar 2013-cü il tarixdə bağlanılmış müqavilə öhdəliklərini 10 (on) il müddətdə və məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş vəzifələri 8 (səkkiz), 4 (dörd) və 2 (iki) il müddətdə icra etməməsi, binada əlverişli və təhlükəsiz yaşayış şəraitinə maneələrin və mülki hüquq pozuntularının aradan qaldırılmaması, iddiaçıya məxsus mənzildən tam istifadə edilməsi üçün tələb olunan kommunal xidmətlərin və təhlükəsizlik tədbirlərinin lazımınca təmin edilməməsinin və iddiaçının qanuni mənafelərinin həyata keçirilməsinə davamlı maneələr yaratması hərəkətləri qanunsuz və qərəzli hərəkət (hərəkətsizlik) hesab edilməsi” barədədir.
57. Göstərilən tələb belə əsaslandırılmışdır ki, cavabdehlər Yasamal rayon Məhkəməsinin №2(004)-325/16 sayı iş üzrə xx.xx.2016-cı il tarixli, Yasamal rayon Məhkəməsinin №2(004)-608/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin №2(004)-608/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli və Yasamal rayon Məhkəməsinin №2(004)-608/2019 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnamələrində təsbit olunan tələblərin icrasından və üzərinə qovulmuş vəzifələrin yerinə yetirilməsindən qərəzli olaraq, davamlı yayınırlar. AR Mülki Məcəlləsinin 385.1., 425.1., 442., 443.1- 443.4., 443.8., 445.1-445.3., 445.6., 449.1., 1096., 1097.1-ci maddələrinin tələblərinə istinadla, hesab edir ki, 10 (on) il ərzində cavabdehlərin müqavilə öhdəliklərinin və məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş vəzifələri yerinə yetilirməsindən davamlı yayınması, hüquqi məsuliyyət yaradan qanunsuz və qərəzli hərəkət (hərəkətsizlik) kimi qiymətləndirilməlidir.
58. Adıçəkilən məhkəmə aktları tərəflər arasında mənzildən istifadə ilə bağlı kommunal xidmətlər və s. barədə öhdəliklərin cavabdeh MTK tərəfindən lazımınca icra edilməməsi ilə bağlı olmuşdur.
59. İş materiallarından müəyyən olunur ki, cavabdeh MTK-dan 20177 manat pulun tutulması da məhz müqavilə öhdəliklərinin pozulması ilə bağlı baş vermiş və həmin məhkəmə aktları artıq, demək olar ki, icra olunmuşdur.
60. Digər tərəfdən icra sənədinin icra olunmaması və ya lazımınca icra olunmamasının hüquqi nəticələri qətnamənin icrası qaydasında həll oluna bilər. Yəni, tələbkar hər hansı icra hərəkəti ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə, bununla bağlı məhkəməyə şikayət edə bilər (iddiaçı göstərilən qaydada icra məmurlarının hərəkətlərindən şikayət etmişdir).
61. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, göstərilən tələb təmin oluna bilməz.
62. İddiaçının növbəti tələbi “Cavabdehlərlə bağlanılmış xx.xx.2013-cü il tarixli “xidmət müqaviləsi”nin 1.1. bəndi üzrə “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin etməlidir” müqavilə şərtlərinə əsaslanaraq, iddiaçının mənzildə quraşdırdığı istilik sisteminin 6 (altı) il müddətdə istifadəsiz qalması nəticəsində, istilik sistemi aksessuarlannın istifadəyə yararsız olması və mərkəzləşdirilmiş qazanxanadan istilik təminatının perspektivsizliyi səbəbindən, eyni zamanda, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəsmi rəyinə əsasən, ünvan üzrə binada qaz cihazlarının istifadəsi ilə istilik sisteminin işlədilməsi təhlükəsizlik qaydalarına zidd olduğundan, mənzildə istilik sisteminin (radiatorların və boruların) sökülməsi (demontajı) və söküntü yerlərində (döşəmə və divarlarda) bərpa işlərinin görülməsi üçün iddiaçıya dəyən ziyan məbləğinin müəyyən edilməsi” barədədir.
63. Bu hissədə iddiaçı tələbini belə əsasılandırmışdır ki, cavabdehin “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin etməlidir” məzmunda öhdəliyini yerinə yetirməməsi səbəbindən iddiaçı, məcbur olaraq, mənzildə “Ariston” elektrik qızdırıçı cihazı quraşdırmışdır. Lakin, “Ariston” qızdırıçı cihazı, yalnız isti sudan istifadəni təmin edir, mənzilin qızdırıcı sistemi ilə əlaqəsi yoxdur və mənzilin istiliyini təmin etmir. Bu hal, xüsusi ilə, soyuq hava şəraitində mənzildə normal komfort yaşayışı mümkünsüz elmişdir. "xxxx" ASC-nin xx.xx.2022ci il tarixli rəsmi arayışı ilə təsdiq edilir ki, cavabdehlər, mərkəzləşdirilmiş qazanxanadan mənzilləri daimi isti su və istiliklə təmin ediləcəyi barədə müqavilə öhdəliyini son 6 (altı) il ərzində tam pozmudur. Bu səbəbdən, iddiaçının mənzildə quraşdırdığı istilik sisteminin bütün avadanlıqları (radiatorlar, borular, temperatur tənzimləyici cihazlar və s.) artıq textiki cəhətdən yararsız hala düşmüşdür və bu səbəbdən, sökülməlidir. Bu söküntü, mənzildə təmir işlərinin yenidən görülməsini, əlavə tikinti materialları, narahatlıq, vaxt və külli miqdarda pul vəsaiti tələb edir.
64. İddiaçının hazırki tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, cavabdehlərin təqsiri üzündən mənzili 6 ildir istilik təchizatından məhrum olmuş və bu müddət ərzində mənzildə quraşdırılmış radiatorlar, borular və s. aidiyyəti avadanlıqlar yararsız hala düşmüşdür. Hazırda həmin avadanlıqların sökülməsi və yerinin bərpa edilməsi tələb olunur ki, həmin vəsait də cavabdehlərdən tutulmalıdır.
65. Kollegiya qeyd edir ki, MTK ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən bina isti su və istilik təchizatı ilə təmin edilmiş, lakin bina sakinləri istifadə etdikləri həmin xidmətlərin dəyərini ödəmədikləri üçün 2019-cu ildə həmin xidmətlərin göstərilməsi dayandırılmışdır.
66. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunmuşdur ki, bina üzrə istilik və isti su təchizatına dair müqavilə əvvələr Cavabdeh2 MTK ilə bağlanmış, hər bir mənzil üzrə fərdi abonent kodları açılmış və istifadə olunmuş istilik və isti su təchizatı xidmətlərinin ölənilməsi abonentlərə aylıq bildirişlər paylanaraq həyata keçirilmişdir. Lakin sakinlər tərəfindən istifadə edilən istilik və isti su xidmətlərinin dəyəri ödənilmədiyinən 2019-cu ilin dekabr ayından binanın istilik və isti su təchizatı dayandırılmışdır. xx.xx.2024-cü il tarixə abonentlər tərəfindən istifadə olunmuş istilik və isti su təchizatı xidmətlərinə görə 8208,31 manat məbləğində ödənilməmiş borc qalmışdır. Abonentlər tərəfindən borc məbləği tam ödənildikdən sonra binanın istilik və isti su təchizatı məsələsinə baxıla bilər.
67. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışına görə, İddiaçı məxsus 139 saylı mənzilin istilik təchizatı xidmətlərinə görə 15,7 manat borcu vardır (həmin borc hazırda ödənilmişdir).
68. Göründüyü kimi, istilik və isti su təchizatına dair müqavilə "xxxx" ASC ilə Cavabdeh2 MTK arasında bağlansa da, hər bir mənzil üzrə fərdi abonent kodları açılmış və istifadə olunmuş istilik və isti su təchizatı xidmətlərinin ödənilməsi abonentlərə aylıq bildirişlər paylanaraq həyata keçirilmişdir.
69. Həmçinin nəzərə alınmalıdır ki, xx.xx.2020-ci ildən binanın idarəçiliyi "xxxx" MMMCyə keçmişdir və həmin vaxtdan sonra binanın isti su və istilik təchizatı ilə təmin edilib-edilməməsi artıq həmin cəmiyyətin səlahiyyətində olmuşdur. Yəni, Cavabdeh2 MTK idarəçiliyi təhvil verdikdən sonra binanın idarə edilməsində (xidmətlərin göstərilməsində) işitirakını dayandırmış, yalnız məhkəmə aktları ilə üzərinə qoyulmuş vəzifələri icra etməklə məşğul olmuşdur.
70. Kollegiya hesab edir ki, binanın idarəçiliyi sakinlərin öz əlində olduğundan, onlar borclarını ödəyərək, "xxxx" ASC ilə müqavilə münasibətlərini davam etdirə bilərlər.
71. Belə vəziyyətdə Kollegiya hesab edir ki, iddiaçının mənzilinə quraşdırdığı radiator və s. avadanlıqların sökülməsinə və yerinin təmir edilməsinə görə cavabdehlər məsuliyyət daşımamalıdırlar. Odur ki, bu hissədə iddia rədd olunur.
72. İddiaçının sonuncu tələbi “Cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin və məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş vəzifələrin davamlı icra edilməməsi, təqsirli mülki hüquq pozuntularının qərəzli davam etməsi, iddiaçının qanuni mənafelərini həyata keçirilməsinə maneələr yaradılması və iddiaçıya məxsus mənzildən tam istifadə edilməsi üçün tələb olunan kommunal xidmətlərin və təhlükəsizlik tədbirlərinin lazımınca təmin edilməməsi nəticəsində, iddiaçının həmin mənzildən lazımınca səmərəli istifadə edə bilməməsi və hüquqlarının pozulmasının müstəqil nəticəsi olaraq, vurulmuş mənəvi zərərin əvəzi kimi, 1 aprel 2022-ci il tarixdən, hazırkı iddia ərizəsi üzrə qətnamə qəbul edildiyi tarixə qədərki dövrdə, iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 15000 (on beş min) manat və maddi zərərin əvəzi kimi, 10000 (on min) manat məbləğdə təzminat ödənilməsi” təşkil edir.
73. Həmin tələb belə əsaslandırılmışdır ki, cavabdehlərin qərəzli və təqsirli mülki hüquq pozuntusunun (hərəkət və hərəkətsizlik) və korrupsiya tərkibli əməllərinin davam etməsi nəticəsində iddiaçıya vurulan maddi və mənəvi zərər davamlı xarakter daşıyır və zərərin səbəbləri hazırkı vaxta qədər aradan qaldırılmamışdır. Bu məntiqlə, iddiaçının hüquqlarının pozulması da davam edir. Bu halların müstəqil nəticəsi olaraq, iddiaçının keçirdiyi mənəvi və fiziki sarsıntılar davam edir. İddiaçının cavabdehdən maddi və mənəvi zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Hesab edir ki, iddia ərizəsində irəli sürülən “maddi zərərin əvəzinin ödənilməsi” tələbinin əsaslığını təsdiq etmək və məhkəmənin işə dair düzgün qənaətə gəlməsi üçün, ünvan üzrə binanın 2-ci girişində, iddiaçıya məxsus, sahəsi 121,5 kv.m. olan 2 otaqlı 139 saylı mənzildə xx.xx.2022-ci il tarixdən hazırkı vaxta qədər müddətdə, mənzilin daimi isti su ilə təmin edilməsi və mənzildə mövsümi istilik effektinin yaradılması üçün istifadə olunan cihazlarının elektrik sərfiyyatının miqdarı hesablanmalıdır. Bu hesablamalarla, iddiaçıya dəymiş maddi zərərin məbləği xüsusi biliyə malik mütəxəssis rəyi əsasında müəyyənləşdirilə bilər.
74. Cavabdehin apellyasiya şikayətinə etirazda iddiaçı göstərib ki, iddia ərizəsi üzrə 4cü tələb eyni zamanda iddiaçıya məxsus mənzildə isti sudan istifadə üçün quraşdırılmış “Ariston” su qızdırıcısının gün ərzində 24 saat istismarı əsas götürülməklə, xx.xx.2022-ci ildən hazırki vaxta qədərki dövrdə, elektrik sərfiyyatının və soyuq hava şəraitində elektrik qızdırıcılarından istifadəyə elektrik sərfiyyatının və sərfiyyat üzrə xərclənən pul vəsaitinin miqdarının müəyyən edilməsini və iddiaçıya qaytarılmasını ehtiva edir.
75. Göründüyü kimi, iddiaçının bu tələbi mənzilində isti su və istilik təchizatının olmaması səbəbindən, mənzili qızdırmaq üçün istifadə etdiyi elektrik cihazlarının və “Ariston” markalı su qızdırıcısının sərf etdiyi elektrik enerjisinin dəyərinin cavabdehlərdən tutulması ilə bağlıdır.
76. Birinci instansiya məhkəməsi müvafiq ekspertiza keçirmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “Ariston” markalı su qızdırıcısının 24 aylıq sərfiyyatı 2.472,00 manat, mənzilin isidilməsi üçün isə elektrik avadanlıqlarının 10 aylıq elektrik sərfiyyatı 5.429,20 manat təşkil edir.
77. Göstərilən tələblər üzrə məhkəmə yalnız 5429,20 manat iki illik sərfiyyat xərcini tutmuşdur.
78. Kollegiya qeyd edir ki, iddiaçının bu tələbi real zərərlə bağlıdır. Lakin o, real zərərə məruz qalması barədə hər hansı sübut təqdim etməmişdir.
79. Yasamal rayonu Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə, İddiaçı məxsus 139 saylı mənzildə xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixədək elektrik enerjisinin sərfiyyatı 710,59 manat, ödəniş isə 524 manat olub (c. 1, i.v. 194).
80. Göründüyü kimi, 2017-2022-ci illər üçün iddiaçının elektrik enerjisindən sərfiyyatı az məbləğdə olmuşdur. Bu həm də onunla izah oluna bilər ki, iddiaçı ilin əksər vaxtını ölkə xaricində yaşayır.
81. Hazırki iddia üzrə iddiaçı tələb etdiyi dövr üçün, yəni xx.xx.2022-ci ildən sonrakı dövrə görə isə elektrik enerjisindən istifadə üçün aparılmış ödənişlərlə bağlı hər hansı sənəd təqdim etməmişdir.
82. Kollegiya qeyd edir ki, zərər iki tərkibdə olur: real zərər və əldən çıxmış fayda. Hazırki halda söhbət real zərərdən gedə bilər. Real zərər dedikdə, zərərə məruz qalmış şəxsin öz pozulmuş hüquqlarının bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi başa düşülür. 83.Başqa sözlə, kreditor borcludan zərərin əvəzinin ödənilməsini tələb etmək üçün, borclu ona real zərər vurmalı və o da, zərəri aradan qaldırdıqda, real çəkdiyi xərcləri, tələb anına zərəri hələ aradan qaldırmadıqda isə çəkməli olduğu xərcləri tələb edə bilər. Hüquqlarının bərpası üçün kreditor çəkdiyi və ya çəkməli olduğu zərərdən artıq vəsait tələb edə bilməz. Məhz bu xüsusiyyətinə görə bu növ zərərin adına real zərər deyilir. 84.Hazırki işdə isə iddiaçı “Ariston” su qızdırıcısının və mənzilin isidilməsi üçün istifadə olunmalı olan elektrik avadanlıqların işləməsi nəticəsində sərf olunan (olunması güman edilən) elektrik enerjisinin 2 il üçün sərfiyyatının hesablanmaqla, həmin sərfiyyat üçün tələb olunan vəsaitin cavabdehlərdən tutulmasını tələb edir. 85.Lakin iddiaçı, yuxarıda da qeyd olunduğu kimi, cavabdehlərin hərəkətləri nəticəsində düşdüyü real zərəri sübut edə bilməmişdir. 86.Həmçinin nəzərə alınmalıdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 98/2022 nömrəli 31 mart 2022-ci il tarixli qətnaməsi ilə göstərilən əsasla artıq cavabdeh MTK-dan zərər tutulmuşdur və bu hal sonsuzluğa kimi davam edə bilməz. 87.Binanın kommunal xidmətləri artıq "xxxx" MMMC-nin üzərindədir və iddiaçı da irad və tələblərini məhz həmin cəmiyyətə qarşı bildirməlidir. 88.Maddi zərərlə bağlı iddiaçının bütün tələblərinə yuxarıda qiymət verildiyindən, əlavə olaraq 15000 manat maddi zərərin tutulması hissəsində də iddia rədd olunmalıdır. 89.Həmçinin iddiaçının hər hansı mənəvi zərərə məruz qalması müəyyən olunmadığından, 10000 manat mənəvi zərərin tutulması tələbi də rədd olunmalıdır.
90. Kollegiya hesab edir ki, ş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 202 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.
91. Cavabdeh MTK-nın apellyasiya şikayətinə münasibətdə Kollegiya qeyd edir ki, şikayətin dəlilləri iddianın tam təmin edilməməsi üçün əsaslı hesab edilə bilməz.
92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-83/2024 nömrəli iş üzrə 17 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2ndən əldən çıxmış faydanın əvəzi olaraq 1537,12 manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 202 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X4 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.