Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1073/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X26 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X13 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh "xxxx" MTK-nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-16/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) Bakı şəhəri, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169,3 kv metr qeyri-yaşayış sahəsini (bundan sonra mübahisəli qeyr-yaşayış sahəsi) Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş X1 qızı ilə bağladığı 24 yanvar 2004-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən əldə etmişdir.
2. Qeyri-yaşayış sahəsinə dair İddiaçı adına xx.xx.2004-cü tarixli 002030 saylı mülkiyyət hüququna dair şəhadətnamə vermişdir.
3. Səbail rayon İcra hakmiyyəti başçısının 14 mart 2002-ci il, 06 iyun 2004-cü il və 16 iyul 2004-cü il və tarixli sərəncamları ilə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin də olduğu binanın yerləşdiyi ərazidən 0,2604 ha torpaq sahəsi cavabdeh "xxxx" MTK-nın tikinti məqsədləri üçün istifadəsinə verilmiş, MTK tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi sökülmüş və orada 6 mərtəbəli bina inşa olunmuşdur.
4. "xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A 46-297/22 saylı ekspert rəyinə əsasən ünvan 3 ünvanda yerləşən 169,3 kv metr qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) hazırki dövrə olan orta bazar qiyməti 849000 manat təşkil edir. ünvan 3 ünvanda yerləşən 169,3 kv metr qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) 2005-ci il tarixə olan orta bazar qiyməti 254000 manat təşkil edir.
5. “X19” MMC-nin 8 iyun 2022-ci il tarixli, 036/LBC nömrəli məktubunun surətinə əsasən ünvan 3 ünvanda yerləşən 169,3 kv metr qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) hazırki dövrə olan orta bazar qiyməti 280500 manat təşkil edir. ünvan 3 ünvanda yerləşən 169,3 kv metr qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) 2005-ci il tarixə olan orta bazar qiyməti 85000 manat təşkil edir.
6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2022-ci il tarixli,10/4434-9/4821 nömrəli ekspert rəyinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşmiş ümumi sahəsi 169,3 kv metr 169,3 kv metr qeyri-yaşayış sahəsinin söküldüyü dövrə, yəni 2005-ci il tarixə dair internet saytı, təklif olunan qiymətləri, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, qeyri-yaşayış sahəsinin söküldüyü dövrə olan bazar qiymətini müəyyən etmək mümkün olmadı. ünvan 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169,3 kv metr qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 604570,3 manat (3571x169,3) məbləğində müəyyən olunur.
7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2024-cü il tarixli, 10/1725-9/1752 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşmiş ümumi sahəsi 169,3 kv metr olan qeyri-yaşayış sahəsinin (hazırda sökülmüş) hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 728.000,0 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşmiş ümumi sahəsi 169,3 kv metr olan qeyri-yaşayış sahəsinin (hazırda sökülmüş) 2022-ci il tarixə, yəni 16 noyabr 2022-ci il tarixli, 10/4434-9/4821 nömrəli ekspert rəyinin tərtib edildiyi tarixə mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 605.000,0 manat məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə eyni ölçüdə və eyni keyfiyyətdə başqa qeyri-yaşayış sahəsinin verilməsi və ya dəymiş real zərərin əvəzi olaraq - 1.269.750 (bir milyon, iki yüz altmış doqquz min, yeddi yüz əlli) manat, əldən çıxmış faydaya görə 384.000 (üç yüz səksən dörd min) manat, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat, ümumilikdə 1.663.750 (bir milyon altı yüz altmış üç min yeddi yüz əlli) manat pulun cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzizəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsini Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş X1 qızı ilə onun arasında bağlanılmış 24 yanvar 2004-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Alğı-satqı müqaviləsi əsasında əldə etdiyi yarımzirzəmiyə görə alğı-satqı müqaviləsindən də göründüyü kimi X1 qızına 247.000.000 manat pulu bütünlüklə ödəmişdir. Qeyd olunan alğı-atqı müqaviləsi əsasında Bakı şəhəri, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzizəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinə dair İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 002030 saylı, xx.xx.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. O, ailəsi ilə birlikdə Naxçıvan MR-da yaşayır. Bu əmlakı ailəsinin maddi təminatını təmin etmək ücün almışdır. Əmlakı əldə edən vaxtdan onu icarəyə vermişdir. 2004-ci ilin ortalarında cavabdeh "xxxx" MMC (indi "xxxx" Mənzil Tikinti Kooperativi) ona məxsus olan qeyri-yaşayış sahəsinin yarımzirzəmisinin yerləşmiş olduğu 2 mərtəbəli binanın sökülərək onun yerində çoxmərtəbəli yaşayış binası tikiləcəyini bildirdi. Həmin vaxt "xxxx" MMC-nin icracı direktoru X3 çağırışı ilə Bakıya gəlmişdir. X10 ona məxsus olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 2 mətrtəbəli binanın sökülməsi və yeni tikiləcək çoxmərtəbəli yaşayış binasının aşağı mərtəbələrindən ona sökülən qeyri-yaşayış sahəsinin əvəzi olaraq daha geniş ölçüdə qeyri-yaşayış sahəsi verilməsi barədə onunla müqavilə bağladı (həmin müqavilənin surətini ona vermədi). Bildirdi ki, köhnə bina 2005-ci ildə sökülərək yeni tikiləcək, bina 2007-2008-ci illərdə təhvil veriləcəkdir. O da inanaraq yeni əmlakının ona təhvil verilməsini gözləmişdir. Bakı şəhəri, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzizəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsi aşağıda göstərilən sərəncamlar əsasında "xxxx" MMC tərəfindən sökülərək yerində hündürmərtəbəli yaşayış və ofis binası tikilmişdir. Cavabdeh "xxxx" MTK Bakı şəhər İcra Hakimiyyəti Başçısının 122 saylı, xx.xx.2004-cü il tarixli Sərəncamının müddəalarını yerinə yetirməyərək ərazidə yerləşən ona məxsus qeyri-yaşayış tikilisinin sökülməsi və bununla bağlı olaraq yeni sahə verilməsi və ya kompensasiya verilməsini təmin etməmişdir. Cavabdeh "xxxx" MTK vəkil sorğusuna öz cavab məktubunda bildirmişdir ki, "xxxx" MTK ilə İddiaçı arasında heç bir müqavilə və ya razılaşma olmamışdır. Göründüyü kimi, ona məxsus olan qeyri-yaşayış sahəsi cavabdeh "xxxx" MMC, indiki "xxxx" MTK tərəfindən sökülmüş, məhv edilmiş və buna görə də iddiaçının, yəni onun cavabdeh "xxxx" MTK-dan qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı kompensasiya tələb etmək hüququ yaranmışdır. Real zərərlə bağlı bildirir ki, qeyd olunan ərazidə istər yeni, istərsə də köhnə yarımzirzəmilərin-qeyri-yaşayış sahələrinin bir kv.metrinin qiyməti 7500 manatdan az deyil. Tikilinin sahəsi 169.3 kv.m olduğunu nəzərə alaraq, belə halda cavabdeh ona (169,3 x 7500=1.269.750 manat) 1.269.750 manat real zərərin əvəzini ödəməlidr. Bundan əlavə cavabdeh əmlakını 2005-ci ildə məhv etməklə həm də, onu adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də (əldən çıxmış fayda) məhrum etmişdir. Belə ki, o, ailəsi ilə birlikdə Naxçıvan MR-da yaşayır. Bu əmlakı da ailəsinin dolanışığı üçün almışdır. Əmlakı əldə edən kimi onu icarəyə vermişdir. Bu keçən 16 il ərzində də icarəyə verərək faydalana bilərdi. Nəzərə alaraq ki, Bakı şəhəri, Səbail rayonu Ə.Cavad küçəsində yerləşən, hər bir şəraiti olan qeyri-yaşayış sahəsini 2000 manata icarəyə versə idi, 192 ay (16 il xl2 ay=192 ay) x 2000 manat=384000 manat edərdi ki, cavabdehin hüquqa zidd və qanunsuz hərəkətləri nəticəsində o, bu faydadan da məhrum olmuşdur. Ona görə də cavabdeh 384000 manat əldən çıxmış faydanı da ona ödəməlidir. Cavabdeh "xxxx" MTK-nın bu 16 il ərzində qeyd olunan qanunsuz hərəkət və hərəkətsizliyi onun və ailəsinin şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, o və ailəsi bu illər ərzində mənəvi sartsıntılar keçirmişlər ki, bu mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10000 (on min) manat mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Beləliklə, Cavabdeh ona vurmuş olduğu real zərərə görə qeyri-yaşayış sahəsinin məhv edilməsinə görə hər kv.m 7500 manat olmaqla 1 269 750 manat, əldən çıxmış faydaya görə hər ayı 2000 manat olmaqla, 192 aya (16 il x12 ay=192 ay) 384000 manat, mənəvi zərərə görə 10000 manat kompensasiya ödəməlidir.
10. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və buna görə də məhkəmə tərəfindən iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 179 saylı sərəncamına əsasən ünvan 1 ünvanda altımərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Başcısının xx.xx.2002-ci il tarixli, 179 saylı sərəncamında dəyişiklik edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli, 179 saylı sərəncamı ilə ünvan 1 ünvanında X17 yaşayış binasının tikintisi üçün təhkim olunmuş 280 kv.m torpaq sahəsinin təsisçisi mərhumun varisi olan "xxxx" MMC-yə alğı-satqı qaydasında əldə edilmiş əlavə mənzillərin tutduğu torpaq sahəsi nəzərə alınmaqla 0,1666 ha torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamında dəyişiklik edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 147 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamında “0,1666 ha” ifadəsi “0.2604 ha” kimi oxunması qərara alınmışdır. "xxxx" MMC-yə ayrılan tikinti sahəsində yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərlə həmin vaxt sahələrin alınmasına dair müqavilə yalnız mübahisə olduğu zaman bağlanmışdır. İddiaçının qardaşı X4 iddiaçının adından təqdim etdiyi etibarnamə əsasında mübahisələndirilən qeyri-yaşayış sahəsinin dəyəri 50.000 ABŞ dolları ona ödənilmişdir. İddiaçı cavabdeh qismində "xxxx" MTK-ya, X11, X7 və X18 qarşı müqavilələrin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia tələbi üzrə məhkəmə iclasında X15 tərəfindən təsdiq edilmişdir. Eyni zamanda həmin məhkəmə zamanı İddiaçı qardaşı Abazər Mahmudova etibarnamə verdiyini təsdiq etmişdir. Qeyd edilənlər Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-584/2021 saylı iş üzrə və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8176/2021 saylı qətnamələri ilə təsdiq edilir. Həmin qətnamə ilə İddiaçı iddiası təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə isə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlər onu deməyə tam əsas verir ki, İddiaçı iddia tələbi tamamilə əsassızdır. Belə ki, qeyri-yaşayış sahəsinin dəyəri onun verdiyi etibarnamə əsasında qardaşı Abazər Mahmudova ödənilmişdir. "xxxx" MTK tərəfindən ona heç bir maddi və mənəvi zərər vurulmamışdır. Həmçinin iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsini 2004-cü ildə 247.000.000 manata (hazırki ekvivalentlə 49400 manat) aldığını göstərsə də, əsassız olaraq 1 kv.m 7500 manat olmaqla ******* manat pul tələb etmişdir.
11. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X15 bildirmişdir ki, bu işin üstündən 15 ildir vaxt keçmişdir. Qardaşı İsgəndər ona ümumi etibarnamə vermişdir. Həmin sahəni sökəndə İsgəndərə zəng edib soruşmuşdur ki, həmin sahəni sökürlər və 50.000 dollar pul verirlər. O da razı oldu. Həmin pula özünə maşın aldı, özünü əməliyyat etdirdi. 50.000 dollar pulu əl ilə almışdır. Bacıları da hamısı bilir. "xxxx" MTK–ya həmin sahəni verən zaman çox pul istəsələr də, onlar 50.000 ABŞ dolları vermişlər. Həmin obyekt İsgəndərin adında olub, alan zaman pulunu da özü vermişdir. Nə qədər pul verməyi yadında qalmamışdır. Mehrac alan yer isə başqa sahədir.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-16/2023 nömrəli 10 yanvar 2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində mülkiyyətçiyə dəymiş real zərərin əvəzi olaraq 50.000 ABŞ dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və mənəvi zərərin əvəzi olaraq 5.000 manatın "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatının cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manatı İddiaçı, 100 (bir yüz) manatının "xxxx" MTK-dan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikintitexniki ekspertizasının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatının "xxxx" MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X9, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin, araşdırma zamanı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edildiyindən, həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməməlidir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-584/2021 saylı qətnaməsində İddiaçı izahatında qeyri-yaşayış sahəsinin sökülməsi əvəzində 50000 ABŞ dollarının ona verilmədiyi qeyd edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən 50000 ABŞ dollarının X7 hansı əsaslarla ödənilməsini və həmin məbləğin ödənildiyini təsdiq edən heç bir sübut təqdim edilməmişdir.
14. Məhkəmə, həmçinin bildirmişdir ki, əldən çıxmış faydaya görə hər ayı 2000 manat olmaqla, 384000 manat manat məbləğində ziyan dəyməsi qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən bu hissədə təmin edilməmişdir. Ona məxsus olan qeyri-yaşayış sahəsinin heç bir kompensasiya verilmədən sökülməsinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya, yəni mənəvi sarsıntı keçirməsinə səbəb olması normal insan psixologiyası çərçivəsində əyani sübuta ehtiyacı olmayan həqiqətdir. mənəvi zərərin əvəzi kimi 10000 manat pulun cavabdeh "xxxx" MTK-dan iddiaçının xeyrinə tutulması barədə tələb kifayət qədər əsaslandırılmamışdır və mənəvi zərərin əvəzinin ödənilməsindən çox iddiaçının cavabdehin hesabına varlanmasına xidmət edir.
15. Həmçinin iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakteri və dərəcəsini, eləcə də pozuntunun baş verməsində cavabdehin təqsirini və əmlak vəziyyətini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, mənəvi zərərin əvəzi kimi 5000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması vurulmuş mənəvi zərərin ədalətli və ağlabatan əvəzi kimi qiymətləndirilə bilər.
16. Məhkəmə öz mövqeyini “Mülki və siyasi hüquqlar haqqında” Bəynəlxalq Paktın 14cü: “İnsan Hüquqlarının və X12 haqqında” Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci: “İnsan hüquqları haqqında” BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi və 29-cu maddəsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 1096.1, 1096.2, 1097.1: “Mənəvi zərərin ödənilməs barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 101.3, 103.1 82, 119.1, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində mülkiyyətçiyə dəymiş real zərərin əvəzi olaraq 50.000 ABŞ dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və mənəvi zərərin əvəzi olaraq 5.000 manat "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi hissəsində qismən ləğv edilərək, qətnamənin “iddia tələbi qalan hissədə təmin edilməsin” hissəsində tamamilə ləğv edilərək, Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə eyni ölçüdə və eyni keyfiyyətdə başqa qeyri-yaşayış sahəsinin verilməsi və ya dəymiş real zərərin əvəzi olaraq 1.269.750 (bir milyon, iki yüz altmış doqquz min, yeddi yüz əlli) manat, əldən çıxmış faydaya görə 384.000 (üç yüz səksən dörd min) manat, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat, ümumilikdə 1.663.750 (bir milyon altı yüz altmış üç min yeddi yüz əlli) manat pulun cavabdeh "xxxx" MTK-dan tutularaq ona ödənilməsi barədə iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin tam təmin edilməsi üçün əsaslar, işdə mötəbər sübutlar, ekspert rəyləri, məhkəmə qərarları və sair mövcud olsa da, məhkəmə bunu etməmişdir. Məhkəmə qətnamədə əsaslandırmanı belə aparmışdır ki, “Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İşdə olan və məhkəmə tərəfindən təyin edilən ekspertizanın nəticəsi olan "xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A 46- 297/22 saylı ekspert rəyində göstərilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) hazırki dövrə olan orta bazar qiyməti 849000 manat təşkil edir. Mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) 2005-ci il tarixə olan orta bazar qiyməti 254000 manat təşkil edir. Mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin 2005-cı ildən 2022-ci ilin aprel ayınadək mövcud olmuş ümumi icarə haqqı 300000 manat təşkil edir. Cavabdeh məhkəmənin hazırlıq iclasına “X19” MMC-nin 08 iyun 2022-ci il tarixli, 036/LBC nömrəli məktubunu təqdim etmişdir. Həmin məktuba görə mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) hazırki dövrə olan orta bazar qiyməti 280500 manat təşkil edir. Mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) 2005ci il tarixə olan orta bazar qiyməti 85000 manat təşkil edir. Məhkəmənin iş № 2(009)- 115/2022, xx.xx.2022-ci il tarixli qərardadda deyilir: Məhkəmə hesab edir ki, iş materiallarında olan rəylər arasında ziddiyyət olduğundan mübahisənin tam və ədalətli həlli, habelə hazırkı işə baxılarkən mülkiyyətçiyə məxsus olmuş Mübahisəli qeyri-yaşayış sahəsi sahəsinin qiymətinin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalıdır. Lakin cavabdeh tərəfin məhkəməyə təqdim edilən və məhkəmənin ekspert rəyi adlandırdığı “X19” MMC-nin 08 iyun 2022-ci il tarixli, 036/LBC nömrəli məktubu ekspert rəyi deyil, qiymətləndirmə hesabatıdır. Ona görə də məhkəmənin ikinci dəfə ekspertiza təyin edilməsi üçün heç bir əsas olmamışdır. Buna baxmayaraq məhkəmə yenidən ekspertiza təyin edərək Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyini almışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 10/4434- 9/4821 nömrəli ekspert rəyində göstərilmişdir ki, iddiaçıya məxsus mübahisəli qeyriyaşayış sahəsinin söküldüyü dövrə olan bazar qiymətini müəyyən etmək mümkün olmadı. Mübahisəli qeyri-yaşayış sahəsinin hazırki orta baza qiymətlərinə uyğun ümumi dəyəri təqribən 604570,3 manat (3571x169,3) məbləğində müəyyən olunur. Məhkəmə iddiaçıya dəymiş real zərərin əvəzinin cavabdehdən necə və hansı məbləğdə tutulması məsələsində prosessual pozuntuya yol vermişdir. Məhkəmə hesab etmişdir ki, (qətnamədə deyilir) cavabdehdən tutulacaq məbləğ iddiaçının özünün izahatında qeyd etdiyi 50000 ABŞ dolları məbləğində müəyyən edilməlidir.” Cavabdehdən tutulacaq məbləğin iddiaçının özünün izahatında qeyd etdiyi 50000 ABŞ dolları məbləğində müəyyən edilməlidir deyərkən bunu məhkəmə hansı əsasla etmişdir? Binəqədi Rayon Məhkəməsində baxılmış həmin işdə mübahisəli qeyri-yaşayış sahəsinin dəyəri və ya qiymətləndirilməsi barədə hər hansı mütəxəssis və ya hər hansı ekspert rəyi olmamışdır. Məhkəmə açıq şəkildə göstərə bilməsə də dolayısı ilə cavabdeh tərəfindən ortaya atılmış məbləğ həcmində bir növ cavabdehin mənafeyinə uyğun olan məbləğdə iddia tələbinin real zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin edir. Bunun da adını məhkəmə belə qoyur ki, “iddiaçının özünün izahatında qeyd etdiyi 50000 ABŞ dolları məbləğində müəyyən edilməlidir” Həmin qeyri-yaşayış sahəsinin alınması ilə əlaqədar Mehrac onunla (Abazər Mahmudovla) birlikdə X2 qızı ilə görüşərək ona ********* manat, hal-hazırıkı ekvivalentlə 49400 manat ödəmişdir. Həmin vaxtdan bu günədək həmin ofis binası onun və qardaşı Mehracın istifadəsində olmuşdur. Qardaşı İsgəndərin isə heç bir zaman əmlak almaq imkanı olmamış o, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Muğancıq kəndində yaşamışdır”. X28 qeyd edilən məhkəmə iclasında həmin qeyri-yaşayış sahəsini qardaşı Mehracın almasını və pulunu da Mehrac verdiyini və həmin vaxtdan bu günədək həmin ofis binası onun və qardaşı Mehracın istifadəsində olduğunu deyir. Onda sual olunur-şahid Mahmudov Abazər deyir ki, qeyri-yaşayış sahəsi qardaşı Mahmudov Mehracın olub, alanda da pulunu Mehrac ödəyib-belə olan halda niyə həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən söküləndə İddiaçı 50000 ABŞ dolları pul verir? Həmin mülki işdə təkcə Abazər deyil digər şahidlər-bacı və qardaşları də deyirdilər ki, obyekt Mehracındır, pulunu da Mehrac vermişdir. Sual olunur obyekt söküləndə İsgəndərə 50000 ABŞ dolları verilmişdirsə bəs o zaman həmin şahidlər, o cümlədən Abazər niyə deməmişdir ki, həmin obyekt İsgəndərindir və alanda pulunu da İsgəndər vermişdir? Söküləndə də ona 50000 ABŞ dolları verilmişdir? (Abazər deyir ki, 50000 abş dollarını guya bacı-qardaşlarının yanında İsgəndərə vermişdir). Yəni hazırkı iş üzrə məhkəmə iclasında iştirak edən həmin şahid X15 indi gəlib deyir ki, ...Həmin obyekt İsgəndərin adında olub, alan zaman pulunu da özü vermişdir. Qardaşı İsgəndər ona ümumi etibarnamə vermişdir. Həmin sahəni sökəndə İsgəndərə zəng edib soruşmuşdur ki, həmin sahəni sökürlər və 50000 dollar pul verirlər. O da razı oldu.. Göründüyü kimi şahid X15 iddiaçıya məxsus olan mübahisəli qeyri-yaşayış sahəsinə dair məhkəmədə baxılan ayrıayrı mülki işlərdə bir-birinə tamamilə zidd olan ifadələr vermişdir. Nümayəndə sual verdi ki, Səbail rayon Məhkəməsində 2018-ci ildə Mehrac Mahmudov İddiaçı qarşı İddiaçı həmin bu mülkiyyətində olan obyektlə bağlı iddia qaldırmışdır. Həmin mülki işlə bağlı məhkəmə iclasında deyirdiniz ki, həmin bu sahəni Mehrac alıb pulunu Mehrac verib. Belə olan halda həmin sahəyə görə İsgəndərə niyə pul verirdiniz ki? (yəni indi deyirsiniz ki, İsgəndərə guya 50000 ABŞ dolları vermisiniz) O bu suala cavab verə bilmədi, axırda yalan uyduraraq dedi ki, “ora başqa yerdi”. Eyni zamanda, onu da qeyd edir ki, cavabdeh tərəf nə qədər desə də ki, guya İsgədərə 50000 ABŞ dolları pul verilmişdir, həmin məbləğin İsgəndərə verilmədiyinə və bunu təsdiq edə biləcək hər hansı bir sübutları olmadığına görə özləri tərəfindən əldə edilmiş “X19” MMC-nin 08 iyun 2022-ci il tarixli məktubu qiymətləndirmə hesabatı məhkəməyə təqdim etmişlər. Bu da onu göstəri ki, cavabdehi daha cox tələb edilən əmlakın dəyəri-qiymətləndirilməsi maraqlandırır və məhkəmə tərəfindən təyin edilən ekspertizalrın rəyi ilə razı deyildir”. Bundan başqa, Qətnamədə deyilir: Məhkəmə hesab edir ki, əldən çıxmış faydaya görə hər ayı 2000 manat olmaqla, 384000 manat manat məbləğində ziyan dəyməsi qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən tələb bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbimin bu hissəsi ilə bağlı ümimiyyətlə heç bir əsaslndırma aparmamışdır. Halbuki, işdən və işdə olan sübutlardan göründüyü kimi o, ailəsi ilə birlikdə Naxçıvan MR-da yaşayır. Bu əmlakı əldə etməkdə iqtisadi marağı olmuş və ailəsinin dolanışığı üçün almışdır. Əmlakı əldə edən kimi onu icarəyə vermişdir. Əgər obyekti sökülməsəydi keçən bu illər ərzində də icarəyə verərək faydalanacaqdır. Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)- 455/2016 saylı qətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən və mülkiyyətində olan 169,3 kv metr qeyriyaşayış sahəsindən cavabdeh X5 məcburi qaydada çıxarılmasına dair iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən M.Mahmudov apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-676/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən qətnamə qüvvəsində saxlanılmışdır. Həmin qətnamədən Mahmudov Mehrac kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 2(102)- 7794/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Apellyasiya Məhkəməsinin 2(103)-676/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd etdiyi məhkəmə qərarları ilə təsdiq edilir ki, mübahisəli qeyri-yaşayış sahəsini X8 icarəyə vermişdir və həmin sahədən istifadə etmişdir. Bu qətnamələrlə təsdiq edilir ki, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsini Mahmudov Mehrac icarəyə götürərək istifadə etmişdir. Obyekti icarəyə verməmişdən əvvəl müəyyən avadanlıqlar və otaqlar üçün ləvazimatlar almışdır. Qeyri-yaşayış sahəsinin istifadə olunması həm də onu göstərir ki, obyekt tam yararlı vəziyyətdə olmuş və Mehrac Mahmudov orda reklam işləri ilə məşğul olumuşdur. Məhkəmə "xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A46-297/22 saylı ekspert rəyini qətnamədə əks etdirərkən ümumiyyətlə rəyin “mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin 2005-ci ildən 2022-ci ilin aprel ayınadək mövcud olmuş ümumi icarə haqqı 300000 manat təşkil edir” hissəsini göstərməmişdir. Bu da onu göstərir ki, məhkəmə işin həmin faktiki halına uyğun olmayan və işin həmin faktiki halları ilə bağlı olan sübutlara qiymət vermədən həmin hissədə də əsassız qətnamə qəbul etmişdir. İddia tələbinin mənəvi zərərə dair tələb hissəsidə də iddia tam təmin edilməlidir. Məhkəmə həmin hissədə qeyd edir ki, mənəvi zərərin əvəzi kimi 10000 manat pulun cavabdeh "xxxx" MTK-dan iddiaçının xeyrinə tutulması barədə tələb kifayət qədər əsaslandırılmamışdır və mənəvi zərərin əvəzinin ödənilməsindən çox İddiaçı cavabdeh MTK-nın hesabına varlanmasına xidmət edir. Lakin məhkəmə nəzərə almamışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan əmlakı söküb məhv etməklə uzun illərdir ki, ona ağır iztirablar vermişdir. Həmin sahəni icarəyə verə bilmədiyi üçün ailəsinin dolanışığında yaranmış ağır vəziyyət onu olmazın sıxıntılara düçar etmişdir. Bu illərdə o, ürək xəstəliyinə tutularaq ürək əməliyyatı keçirmişdir. Həmin vaxtdan səhhətində yaranmış xəstəlikdən əziyyət çəkir. İllərdir buna görə müalicə alır. (işdə bu barədə sənədlər vardır) Cavabdeh "xxxx" MTK-nın bu 16 il ərzində qeyd olunan qanunsuz hərəkət və hərəkətsizliyi onun və ailəsinin şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və o və ailəsi bu illər ərzində mənəvi sartsıntılar keçrimişdir ki, bu mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10000 (on min) manat tələb edir.
19. Həmçinin qətnamədən cavabdeh "xxxx" MTK da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X4 iddiaçının adından təqdim etdiyi etibarnamə əsasında mübahisələndirilən qeyri-yaşayış sahəsinin dəyəri 50000 ABŞ dolları ona ödənilmişdir. İddiaçının cavabdeh qismində "xxxx" MTK-ya, X11, X7 və X18 qarşı müqavilələrin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia tələbi üzrə məhkəmə iclasında X15 tərəfindən təsdiq edilmişdir. Eyni zamanda həmin məhkəmə zamanı iddiaçı qardaşı Abazər Mahmudova etibarnamə verdiyini təsdiq etmişdir. Qeyd edilənlər Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-584/2021 saylı iş üzrə və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8176/2021 saylı qətnamələri ilə təsdiq edilir. Həmin qətnamə ilə iddiaçının iddiası təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə isə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının iddia tələbi tamamilə əsassızdır. Belə ki, qeyri-yaşayış sahəsinin dəyəri onun verdiyi etibarnamə əsasında qardaşı Abazər Mahmudova ödənilmişdir. Cavabdeh tərəfindən ona heç bir maddi və mənəvi zərər vurulmamışdır. Həmçinin iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsini 2004-cü ildə ********* manata (hazırki ekvivalentlə 49400 manat) aldığını göstərsə də, əsassız olaraq 1 kv metr 7500 manat olmaqla ******* manat pul tələb etmişdir. Məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə sübutlara hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində iştirak edən İddiaçı qardaşı X15 bildirmişdir ki, bu işin üstündən 15 ildir vaxt keçmişdir. Qardaşı İsgəndər ona ümumi etibarnamə vermişdir. Həmin sahəni sökəndə İsgəndərə zəng edib soruşmuşdur ki, həmin sahəni sökürlər və 50000 dollar pul verirlər. O da razı oldu. Həmin pula özünə maşın aldı, özünü əməliyyat etdirdi. 50000 dollar pulu əl ilə almışdır. Bacıları da hamısı bilir. Qeyd edək ki, iddiaçının qardaşı X4 iddiaçının verdiyi etibarnamə əsasında 50.000 dollar pulu alması Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə də təsdiq edilmişdir. İddiaçı özü təsdiq etmişdir ki, həqiqətən 2004-cü ildə etibarnamə vermiş, 2008-ci ildə həmin sahənin satılmasına razılıq vermişdir. Binəqədi Rayon Məhkəməsində də İddiaçı qardaşı X15 izahat vermiş və bildirmişdir ki, qardaşı ona etibarnamə vermiş və 50000 dollara oranı MTK-ya satmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində ilkin icraat
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2284/2023 nömrəli iş üzrə 1 iyun 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2023-ci il tarixli qətnaməsi qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində mülkiyyətçiyə dəymiş real zərərin əvəzi olaraq 50.000 ABŞ dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehdən tutulması hissəsində dəyişdirilərək real zərərin əvəzi 604.570,3 (altı yüz dörd min beş yüz yetmiş manat 30 qəpik) manat müəyyən edilmişdir; qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
23. Kollegiya qeyd etmişdir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. İşin mübahisəsiz halıdır ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən heç bir müqavilə və ya razılaşma olmadan sökülmüşdür. Əlavə olaraq məhkəmə onu da qeyd etmişdir ki, 2004-cü ildə iddiaçı tərəfindən qardaşı X7 etibarnamənin verilməsi ilə bağlı notariat orqanlarına sorğular verilmiş, etibarnamənin verilməsi müəyyən olunmamışdır.
24. Məhkəmə hesab etmişdir ki, cavabdeh MTK-nın törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilir.
25. Məhkəmə dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya dəymiş ziyanın həqiqi həcminin 604570,3 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə müəyyən olunmuşdur. Mənəvi zərərlə bağlı iddia tələbinin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, mülki hüquq pozuntusunun, habelə iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakteri və dərəcəsi, eləcə də pozuntunun baş verməsində cavabdehin təqsiri və əmlak vəziyyəti nəzərə alınmaqla mənəvi zərərin əvəzi kimi 5000 manat pulun cavabdehdən tutulması əsaslı hesab edilmişdir.
26. Həmin qətnamədən cavabdeh və iddiaçı kassasiya şikayəti vermişdirlər.
Kassasiya instasiyası məhkəməsində icraat
27. Azərbaycan Rspublikası Ali Məhkəməsinin 2(102)-3746/2023 nömrəli 31 oktyabr 2023-cü il tarixli qərarı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 2284/2023 nömrəli iş üzrə 01 iyun 2023-cü il tarixli qətnaməsi İddiaçı dəymiş maddi zərərin əvəzinin 604.570,3 (altı yüz dörd min beş yüz yetmiş manat 30 qəpik) manat olmasının müəyyən edilməsi hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş; cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayətinə əsasən qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır; İddiaçı kassasiya şikayətinin təmin edilməməməsi qərara alınmışdır.
28. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin olunmayan hissəsi ilə bağlı mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarını müəyyən etməmişdir.
29. Mübahisəli qeyri-yaşayış sahəsinə görə əldən çıxmış fayda kimi 384000 manat pulun cavabdehdən tutulmasının rədd olunması ilə bağlı apellyasiya instansiyası məhkəməsi razılaşaraq qeyd etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinin əvəzli olaraq 3-cü şəxslərin icarəsinə verməsi və bundan gəlir götürməsi barədə sübutlar təqdim edə, iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
30. Məhkəmə kollegiyası cavabeh "xxxx" MTK-nın kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, həmin dəlillər qismən əsaslıdır, apellyasiya məhkəməsi iddiaçıya vurulmuş real zərərin müəyyən olunması hissədə düzgün nəticəyə gəlməmişdir. Mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləğinin 604570,3 manat müəyyən edilməsi barədə apelyasiya məhkəməsinin qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 10/4434-9/4821 nömrəli rəyini sübut qəbul etdiyi halda, iş üzrə "xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A 46-297/22 saylı və “X19” MMC-nin 08 iyun 2022-ci il tarixli, 036/LBC nömrəli mütəxəssis rəyini sübut kimi qəbul etməməsini əsaslandırmamış, bir iş üzrə eyni qeyri-yaşayış sahəsinə dair bir-birindən kəskin fərqlənən üç rəyin olmasını nəzərə almamış, bu fərqin aradan qaldırılması üçün təkrar ekspertiza təyin olunmasını tərəflərin iştirakı ilə müzakirə etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, göstərilən məsələnin həlli ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasnın iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayətinin baxış predmeti olan hissəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyasnın iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin baxış predmeti olan hissəsini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instasiyası məhkəməsin apellyasiya instansiyasının qətnaməsini İddiaçı dəymiş maddi zərərin əvəzinin 604.570,3 (altı yüz dörd min beş yüz yetmiş manat 30 qəpik) manat olmasının müəyyən edilməsi hissədə ləğv etmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə - “iddiaçıya vurulmuş real zərərin məbləği” hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitutsiyasının
37.13.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövləttərəfindən müdafiə olunur. 38.29-cu maddəsinə görə, рər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən,xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
39.6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq vəazadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 40.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 41.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 42.148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraqmülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 43.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 44.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 45.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 46.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 47.1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəməzərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 48.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
49.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 51.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 52.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 53.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının premdeti olan hissədə - “iddiaçıya vurulmuş real zərərin məbləği” hissəsində dəyişdirilməli, iddia bu hissədə qismən təmin edilməlidir.
55. Belə ki, iş materiallarından göründüyü kimi əmlakın qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A 46-297/22 saylı və “X19” MMC-nin 8 iyun 2022-ci il tarixli, 036/LBC nömrəli mütəxəssis rəyləri və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 10/4434-9/4821 nömrəli rəyini almış, həmin Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşmiş ümumi sahəsi 169,3 kv metr olan qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) müvafiq dövrə olan orta bazar qiyməti 849.000 manat, 280.500 manat və 604.570,3 manat məbləğində qiymətləndirilmişdir.
56. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərə uyğun olaraq kollegiya tərəfindən təkrar ekspertiza təyin olunmuşdur. İş üzrə əldə olunmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2024-cü il tarixli, 10/1725-9/1752 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşmiş ümumi sahəsi 169,3 kv metr olan qeyri-yaşayış sahəsinin (hazırda sökülmüş) hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 728.000,0 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşmiş ümumi sahəsi 169,3 kv metr olan qeyri-yaşayış sahəsinin (hazırda sökülmüş) 2022-ci il tarixə, yəni 16 noyabr 2022-ci il tarixli, 10/4434-9/4821 nömrəli ekspert rəyinin tərtib edildiyi tarixə mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 605.000,0 manat məbləğində müəyyən olunmuşdur.
57. Məhkəmə kollegiyasının “mübahisəli qeyri-yaşayış sahəsinə dair iş üzrə tərtib edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 10/4434-9/4821 nömrəli (ekspert), "xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A 46-297/22 saylı (mütəxəssis), “X19” MMC-nin 08 iyun 2022-ci il tarixli, 036/LBC nömrəli (mütəxəssis) rəylərində müəyyən edilən qiymətlərin bir-birindən kəskin fərqlənməsinin səbəbinin nədən ibarət olduğu” sualına Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən cavab verilməmişdir.
58. Bununla belə rəydə, 2-ci sual üzrə Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşmiş ümumi sahəsi 169,3 kv metr olan qeyri-yaşayış sahəsinin xx.xx.2022-ci il tarixə olan orta bazar qiymətinin 16 noyabr 2022-ci il tarixli, 10/4434-9/4821 nömrəli rəydə öz əksini tapdığı, ilkin ekspertiza ilə təkrar ekspertizanın nəticələri arasında yaranmış fərqin, keçən müddət ərzində respublikadaxili orta bazar qiymətlərində baş verən artımla əlaqəli olduğu qeyd edilmişdir.
59. Cavabdeh tərəf Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2024cü il tarixli, 10/1725-9/1752 nömrəli ekspert rəyini mübahisələndirsə də, onun düzgün olmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Tədqiqatın cavabdehin iştirakı olmadan aparıldığı ilə əlaqədar isə qeyd edilməlidir ki, istinad edilən bu hal sözügedən rəyin mötəbərliyini şübhə altına almaq üçün əsas deyildir. Belə ki, tədqiq olunan tikilinin yerləşdiyi əraziyə ekspert tərəfindən baxış keçirilmiş, faktiki vəziyyəti öyrənilmiş və zəruri məlumatlar əldə edilmişdir. Tədqiqat aparılan zaman həmçinin müqayisə metodundan istifadə olunmuş, yaxın ərazilərdə yerləşən analoji qeyri-yaşayış sahələrinin 1 kv.m-nin hazırda mövcud olan orta bazar qiymətlərindən istifadə edilmişdir.
60. Bundan başqa Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən üçüncü dəfə məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, Ekspertiza Mərkəzi qərardadda sözügedən qeyri-yaşayış sahəsinin hal-hazırda mövcud olmadığından orta bazar qiymətini müəyyən etmək, o cümlədən müvafiq tədqiqatlar aparılmadan (obyektin inşasında və təmirində istifadə edilmiş tikinti materiallarının növü, aparılmış təmir işlərinin səviyyəsi və sair müəyyənləşdirilən), tikililərin qiymətinin formalaşmasına təsir edəcək amillər müəyyən edilmədən, analoji tikililərə müvafiq olaraq tədqiqat aparılmaqla ekspertiza təyini haqqında qərardadda qeyd edilən tikililər üzrə qiymətləndirmə aparılaraq obyektiv nəticəni müəyyən etmək mümkün olmadığını qeyd etmişdir.
61. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq ekspert rəyini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək qeyd edir ki, işə baxan məhkəmə üçün heç bir sübutun qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Belə ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.
62. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iş üzrə tərtib olunmuş rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, 30 aprel 2024cü il tarixli, 10/1725-9/1752 nömrəli rəyin məzmunu əvvəlki rəyin məzmununa uyğundur, nəticələr arasında yaranmış fərq isə, keçən müddət ərzində respublikadaxili orta bazar qiymətlərində baş verən artımla əlaqəlidir. Həmçinin bu dövlət qurumu tərəfindən tərtib edilmiş rəylər əsasında qiymətləndirmə şirkətləri tərəfindən tərtib olunmuş mütəxəssis rəylərinin əsaslı olmadığı qənaətinə gəlmək mümkündür.
63. Mübahisənin məzmununa dair isə kollegiya qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Öhdəliyin əmələ gəlməsinə əsas cavabdeh tərəfindən iddiaçının əmlak hüquqlarına zərər vurulması təşkil edir. Yuxarıda sadalanan maddələrdən müəyyən edildiyi kimi zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir.
64. Belə ki, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində hüququ pozulmuş şəxs pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin (real zərər) ödənilməsini tələb etmək hüququna malikdir. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
65. Beləliklə məhkəmə ekspertizası tədqiqatlarının aparılmasına səlahiyyətli dövlət orqanı olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyləri, onların arasında yaranmış fərqin, keçən müddət ərzində respublikadaxili orta bazar qiymətlərində baş verən artımla əlaqəli olduğu, iddiaçıya məxsus əmlak hüquqlarının tam bərpa olunması təmin edilməli olduğu, bununla belə kassasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarla cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti qismən təmin edildiyindən işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyi nəzərə alınmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2023-ci il tarixli qətnaməsi qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində mülkiyyətçiyə dəymiş real zərərin əvəzi olaraq 50.000 ABŞ dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehdən tutulması hissəsində dəyişdirilərək real zərərin əvəzi 604.570,3 (altı yüz dörd min beş yüz yetmiş manat otuz qəpik) manat müəyyən edilməlidir.
66. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı apellyasiya şikayətinin iddiaçıya vurulmuş real zərərin məbləğinə dair hissəsi qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-16/2023 saylı 10 yanvar 2023-cü il tarixli qətnaməsi “iddiaçıya vurulmuş real zərərin məbləği” hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşmiş ümumi sahəsi 169,3 kv metr olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində iddiaçıya dəymiş real zərərin əvəzi olaraq 604.570,30 (altı yüz dörd min beş yüz yetmiş manat otuz qəpik) manat məbləğində pul cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova