Məhkəmə qərarları › İş №2(103)-1077/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1077/2024

03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1077/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı “qeyri-yaşayış sahəsindən (qarajlardan) başqa şəxslərin istifadəsinin qadağan edilməsi və sair” tələbinə dair ilkin, Cavabdeh2 cavabdehlər İddiaçı və qeyrisinə qarşı “əqdin etibarsız hesab edilməsi və sair” tələbinə dair qarşılıqlı, birləşdirilmiş iş üzrə Cavabdeh2 cavabdehlər İddiaçı və qeyrisinə qarşı “müqavilənin bağlanmış hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “qeyri-yaşayış sahəsindən (qarajlardan) başqa şəxslərin istifadəsinin qadağan edilməsi və sair, əqdin etibarsız hesab edilməsi və sair, müqavilənin bağlanmış hesab edilməsi və sair ”) Hakimlər Şirinov İkram Sabir oğlu (sədrlik edən və məruzəçi), Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil1, İddiaçı iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4407/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən və Binəqədi Rayon Məhkəməsinin 2(001)-2153/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Birinci iş üzrə:

1. İddiaçı cavabdeh “Şərq Memarlığı 2010“ MMC-yə qarşı (Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mülkiyyətə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən binanın -6,6 səviyyəsində olan zirzəmi hissəsində yerləşən iki ədəd, 15 və 16 nömrəli maşın yerlərindən “Şərq Memarlığı 2010“ MMC tərəfindən maşın yerlərinin sahibindən başqa digər şəxs tərəfindən istifadəsinə şərait yaradılmasının qadağan edilməsi və iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən binanın - 6.6 səviyyəsində olan zirzəmi hissəsində yerləşən iki ədəd, 15 və 16 nömrəli maşın yerlərindən Cavabdeh2 əmlakı (avtomobilləri) ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı 36 ünvanda yerləşən binanın idarəçiliyi "xxxx" MMC-yə (VÖEN **********) həvalə edilmişdir. O, 2006-cı ildə göstərilən binada mənzil alarkən, həmin binanın -6,6 m səviyyədə olan zirzəmi hissəsində iki ədəd maşın üçün (qaraj) dayanacaq yeri də almışdır. 2014-cü ildə həmin 15 və 16 saylı (qarajlar) maşın yerləri iddiaçı tərəfindən özəlləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 15 saylı qaraj RX seriyalı ******* nömrəli və 16 saylı qaraj isə RX seriyalı ******* nömrəli çıxarışlara və texniki pasporta əsasən hər ikisi iddiaçının mülkiyyətindədir. Həmin maşın dayanacaq yerlərində (qarajlarda) hazırda başqa şəxslərə məxsus maşınların saxlandığının şahidi olmuşdur. Əldə etdiyi məlumata əsasən bəlli olmuşdur ki, maşınları, binada müvəqqəti yaşayan Cavabdeh2 saxlamışdır. Dəfələrlə etdiyi müraciətlərə məhəl qoymayaraq, ona məxsus maşın yerləri (15 və 16 saylı qarajlar) qarajlar başqa şəxs tərəfindən istifadə edilir. Binanı idarə edən "xxxx" MMC-nin rəhbəri Rahat Qəribova bir ay öncə rəsmi məktubla müraciət etmişdir. Rahat Qəribov və işçiləri-binada işləyən mühafizəçi vasitəsi ilə, maşın yerini boşaltmaq haqqında tələbinə, Cavabdeh2 tərəfindən rədd cavabı almışdır. xx.xx.2023-cü il tarixində Yasamal RPİ 26-cı bölməsinə müraciət etmiş, lakin ona məxsus maşın yerləri (15 və 16 saylı qarajların) başqa şəxlər tərəfindən istifadə edilməməsinə nail ola bilməmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, ona məxsus maşın yerlərinin başqa şəxslər tərəfindən istifadə edilməsinə "xxxx" MMC-nin məsul işçiləri şərait yaradırlar.

3. Cavabdeh2 cavabdehlər “Şərq Memarlığı 2010“ MMC-yə və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında inşa edilmiş hündür mərtəbəli yaşayış binasının (2+4 otağın birləşməsi olan) 96 saylı mənzilinə dair və həmin binanın qeyri-yaşayış hissəsində yerləşən, ümumi sahəsi 17 kv.metr olan 15 saylı (qaraja) və ümumi sahəsi 17,5 kv.metr olan 16 saylı (qaraja) qeyri-yaşayış sahələrinə dair cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən, cavabdeh İddiaçı adına verilmiş sənədlərin, o cümlədən cavabdeh “Şərq" Mənzil Tikinti Kooperativi ilə cavabdeh İddiaçı arasında bağlanmış (alğı-satqı) müqavilələrinin etibarsız sayılması, qeyri-yaşayış sahələrinin (15 və 16 saylı qarajların) dövlət reyestrində cavabdeh İddiaçı adına aparılmış qeydiyyatlarının ləğv edilməsi və qeyri-yaşayış sahələrinin (15 və 16 saylı qarajlar), cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq, cavabdehlərin hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, keçmiş əri cavabdeh İddiaçı onunla faktiki yaşadıqları dövrdə onun inam və etibarından sui-istifadə edərək, cavabdeh MTK-ya yalan məlumat verməklə ödənişlərini etdiyi mənzilin və iki qarajın sənədlərini öz adına yazdıraraq ona məxsus əmlakları mənimsəmişdir. Belə ki, cavabdeh “Şərq" Mənzil Tikinti Kooperativi tərəfindən, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında inşa edilmiş hündür mərtyəbəli yaşayış binasının (2+4 otağın birləşməsi olan) 96 saylı mənzilinin və həmin binanın qeyri-yaşayış hissəində olan ümumi sahələri 17 və 15 kv.metr olmaqla cəmi 34,5 kv metr olan iki qarajın hər biri üçün 25000 (iyirmi beş min) manatdan olmaqla iki qaraj üçün cavabdeh MTK-ya onun tərəfindən 50000 manat pul köçürülmüşdür. Son günlərə kimi, qarajların sənədlərinin öz adına olduğunu bildiyi halda bir neçə gün öncə cavabdeh İddiaçı “Rentekar”a aid maşını gətirib onun qarajına yerləşdirmişdir. O, binaya nəzarət edən nəzarətçidən bunu soruşduqda cavabdeh İddiaçı qarajların ona məxsus olduğunu və sənədlərin dövlət reyestrində onun adına qeydiyyata alındığını bildirdiyini demişdir. Üstəlik ondan da şikayətçi olduğunu və guya ona maşınlarını qarajda yerləşdirməyə onun şərait yaratdığını, buna görə də polisə şikayət etdiyini bildirmişdir. O, dərhal MTK rəhbərliyi ilə əlaqə yaradaraq bunlara aydınlıq gətirməsini istəmişdir. Cavabdeh MTK-dan da ona istər evin istərsə də qeyr-yaşayış sahələrindən ibarət əmlakların dəyərini ödəsə də sənədləşmə zamanı İddiaçı ər- arvad olduqlarını və əmlakların onun adına yazılmasına iddiaçının etirazı olmadığını qeyd etdiyini bildirmişlər. MTK rəhbərliyi də onları bir ailə olaraq tanıdığından əmlakların sənədlərini İddiaçı adına yazmışlar.

5. Bundan sonra, İddiaçı vəsatəti əsasında onun iddiası üzrə Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmiş və bu səbəbdən Cavabdeh2 iddia ərizəsi qarşılıqlı iddia ərizəsi kimi nəzərə alınmışdır.

6. Yasamal Rayon Məhkəməsinin 2(004)-4407/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Kərim Xudayev) ilə ilk iddia təmin edilmiş, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən binanın -6,6 m səviyyəsində olan zirzəmi hissəsində ümumi sahəsi 17 kv.m olan 15 saylı qeyri-yaşayış sahəsindən (qarajdan) və ümumi sahəsi 17.5 kv.m olan 16 saylı qeyri-yaşayış sahəsindən (qarajdan) iddiaçıdan başqa digər şəxslərin istifadə edilməsinə şərait yaradılması "xxxx" MMC-yə qadağan edilmiş, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən binanın -6,6 m səviyyəsində olan zirzəmi hissəsində ümumi sahəsi 17 kv.m olan 15 saylı qeyri-yaşayış sahəsindən (qarajdan) və ümumi sahəsi 17.5 kv.m olan 16 saylı qeyri-yaşayış sahəsindən (qarajdan) Cavabdeh2 əmlakının avtomobilləri ilə birlikdə çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “əqdin etibarsız hesab edilməsi, cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və əmlakların qanunsuz sahiblikdən alınması” tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarınını tərəflərə aid edilməsi qərara alınmışdır.

7. Həmin qətnamədən, Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

8. S.Omanova apellyasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini qeyd etmiş, həmçinin bildirmişdir ki, məhkəmə mənzil və qarajın dəyərinin böyük hissəsinin ödənilməsi ilə bağlı arayış təqim edilsə də, rayon məhkəməsi mülki qanunvericiliyin tələblərini düzgün qiymətləndirməmiş, nəticədə düzgün olmayan qənaətə gəlmişdir.

9. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birləşdirilmiş iş üzrə:

10. İddiaçı Osmanova X11 Rayon Məhkəməsində cavabdehlər İddiaçı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “təsisçilərin ümumi iclasının protokolunun mənzilin tam mülkiyyətə verilməsi hissəsində etibarsız hesab edilməsi və müqavilənin bağlanılmış hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK təsisçilərinin ümumi iclasının xx.xx.2014-cü il tarixli 1 №-li protokolunun İddiaçı MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki 36 №-li, 16 mərtəbəli evin 2-ci giriş, 16-cı mərtəbəsində divaraltı sahə ilə birlikdə ümumi sahəsi 314 kv.m., yaşayış sahəsi 144.6 kv.metr olan 6 otaqlı 96 saylı mənzilin tam mülkiyyətə verilməsi hissəsində etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki 36 №-li, 16 mərtəbəli evin 2-ci giriş, 16-cı mərtəbəsində divaraltı sahə ilə birlikdə ümumi sahəsi 314 kv m, yaşayış sahəsi 144.6 kv metr olan 6 otaqlı 96 saylı mənzilin alqı-satqısına dair onunla "xxxx" MTK və "xxxx" MMC arasında müqavilənin bağlanılmış hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2153/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Fərid Hətəmzadə) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlili:

12. Həmin qətnamədən iddiaçı Cavabdeh2 apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, mübahisəli mənzilin ona məxsus olması, həmin mənzilə dair orderinin olması və bu orderin ekspertiza tərəfindən təsdiq olunmasına baxmayaraq məhkəmə cavabdehin əsassız ifadəsini nəzərə alaraq qanunsuz qətnamənin qəbul olunmasına səbəb olmuşdur. Bundan əlavə məhkəmə tərəflər arasında olan məhkəmə çəkişmələri və qərarlarını səhv təfsir edərək, onun tərəfindən ödənilən 100 000 ABŞ Dolları məbləğində vəsaitin ödənilməsini şübhə altına almışdır. Halbuki, tərəfindən ödənilən məbləğ “Cavabdeh3” X18 tərəfindən ünvanlanmış məktubda açıq aydın qeyd olunmuşdur. Odur ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2153/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsində icraat:

13. Birinci işdən verilmiş şikayətə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1077/2024 nömrəli, 27.02.24-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və qeyrisinə qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair 2(001)-2153/2024 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər dayandırılmışdır.

14. Bundan sonra Binəqədi Rayon Məhkəməsinin 03.06.24-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, hakim Fuad Talışınskinin icraatına (2(103)- 4706/2024) verilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4706/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Fuad Talışınskinin sədrliyi ilə) Binəqədi Rayon Məhkəməsinin 03.06.24-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işin işlərin birlikdə baxılması üçün bir icraatda - 2(103)-1077/24 nömrə altında birləşdirilməsi qərara alınmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1077/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və baxışa təyin edilmişdir. Tərəflərin izahatı:

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı hər iki qətnamədən verdiyi apellyasiya şikayətlərini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, o, İddiaçıla 2001-ci ildə rəsmi nikaha daxil olmuş, 11 ay sonra nikahları pozulmuş, nikahlarının pozulması formal olmuş, onlar ailə olaraq birgə yaşamış və birgə təsərrüfat aparmaqda davam etmiş, onların 2003-cü ildə bir uşağı olmuş, mübahisəli mənzili və qarajları birlikdə əldə edib təmir etmişlər, pul vəsaitinin çox hissəsini o ödəmişdir, 2007-ci ildə ailə olaraq köçüb həmin mənzildə yaşamışlar, 2008-ci ildə onların həmin mənzildə ikinci uşağı doğulmuş, 2016-cı ilin sonunadək birlikdə yaşamışlar, sonra aralarında münasibətlər pozulmuş, mübahisələr yaranmışdır. Məhkəmələrin yalnız nikahın pozulması əsasına görə onun iddialarını rədd etməsini düzgün hesab etmir.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 hər iki qətnamədən verilən apellyasiya şikayətlərini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda qeyd etdi ki, həqiqətən də nikahları pozulandan sonra 2003-cü ildə bir uşaqları doğulub, lakin mənzili və qarajları özü alıb və təmir edib, 2007-ci ildə mənzilə köçüblər, ikinci uşaqları həmin mənzildə yaşadıqları vaxt, yəni 2008-ci ildə doğulub, münasibətləri 2015-ci ildə tam pozulub, qarşı tərəfin bildirdikləri doğru deyil, Cavabdeh2 onun əmlaklarını öz adına keçirtmək üçün çoxlu saxtakarlıqlar etmişdir. Sübutların tədqiqi: Birinci iş üzrə:

20. ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən binanın -6,6 səviyyəsində yerləşən sahəsi 17,5 kv.m olan qeyri-yaşayış sahəsi (16 saylı qaraj) üzərində İddiaçı xüsusi müıkiyyət hüququ xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

21. ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən binanın -6,6 səviyyəsində yerləşən sahəsi 17 kv.m olan qeyri-yaşayış sahəsi (15 saylı qaraj) üzərində İddiaçı xüsusi müıkiyyət hüququ xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

22. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 702/2019 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh2 və uşaqları xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X2 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-89 məhəllədə yerləşən 36 saylı evin 96 saylı mənzilinə istifadə hüquqlarının tanınması tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12354/2019 saylı, xx.xx.2019- cu il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 702/2019 saylı qətnaməsinin ləğv olunaraq iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən işin mübahisəsiz hallarına əsasən müəyyən edilmişdir ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən 96 saylı mənzil İddiaçı tərəfindən tam dəyəri ödənilməklə əldə edilmişdir. Cavabdeh2 2007-ci ilin yanvar ayından etibarən qızları ilə birlikdə həmin mənzildə yaşayır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4332/2020 nömrəli qərarına əsasən, iddiaçı Cavabdeh2 kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12354/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

25. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-58/2021 saylı qətnaməsinə əsasən, iddia tələbinin təmin edilərək, cavabdehlər Cavabdeh2, X3 və X2 ünvan 5 ünvanında yerləşən 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6971/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3213/2022 nömrəli qərarına əsasən, Cavabdeh2 kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6971/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

28. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 467/2023 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

29. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2974/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-467/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3188/2022 nömrəli qərarına əsasən, iddiaçı Cavabdeh2 kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2974/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

31. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2926/2023 saylı qətnaməsinə əsasən, iddiaçı X3 cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5267/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçı X3 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2926/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

33. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 6 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2-ci giriş, 16-cı mərtəbəsində, ümumi sahəsi 314,21 kv.m, yaşayış sahəsi 144,66 kv.m olan 6 otaqlı, 96 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir.

34. "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 ünvan 6 ünvanda yerləşən 96 saylı mənzilinə görə "xxxx" MTK-ya borcu yoxdur.

35. "xxxx" MTK-nın təsisçilərinin ümumi iclasının 4 № -li protokolundan çıxarışa görünür ki, payçı İddiaçı MTK-ya ərizə ilə müraciət edərək Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi ev 36-da yerləşən 96 saylı mənzilini özəlləşdirmək istədiyini bildirmiş və sənədlərın payçıya yuxarıda göstərilən mənzili özəlləşdirib tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və reystrdən çıxarış və texniki pasport verilməsi üçün Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Bakı Şəhər Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır. İkinci iş üzrə:

36. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 15 fevral 2006-cı il tarixli 010415 №-li Orderinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Qutqaşınlı küçəsi, ev 36, mənzil 96-da yaşamaq hüququ var.

37. "xxxx" MTK-nın payçılarının 06 mart 2004-cü il tarixdə keçirilmiş ümumi yığıncağın 03 saylı protokolundan Çıxarışdan görünür ki, vətəndaş İddiaçı "xxxx" MTK-nın 2-ci giriş, 314.2 kv.m olan 96 saylı mənzilinin verilməsi qərarı qəbul edilmişdir.

38. 24 yanvar 2014-cü il tarixli "xxxx" MTK təsisçilərinin ümumi iclasının 1 №-li protokolundan Çıxarışdan görünür ki, vətəndaş İddiaçı MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu,İ.Qutqaşınlı küçəsindəki 36 №-li, 16 mərtəbəli evin 2-ci giriş, 16-cı mərtəbəsində divaraltı sahə ilə birlikdə ümumi sahəsi 314 kv.metr, yaşayış sahəsi 144,66 kv.metr olan 6 otaqlı 96 saylı mənzili tam mülkiyyətinə verilməsi qərara alınmışdır.

39. 24 yanvar 2014-cü il tarixli "xxxx" MTK təsisçilərinin ümumi iclasının 1 №-li protokolundan Çıxarışdan görünür ki, sənədlərin payçı İddiaçı mənzili özəlləşdirib tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən Çıxarış və texniki pasport verilməsi üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır.

40. "xxxx" MTK-nın sədri T.Q.Qasımov tərəfindən Cavabdeh2 verilmiş Arayışın surətindən görünür ki, onun Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488089 məhəllədə yerləşən, 36 saylı evin 96 saylı mənzilinə görə "xxxx" MTK-ya borcu yoxdur və mənzilin dəyəri tam ödənilmişdir.

41. "xxxx" MTK-nın sədri T.Qasımov tərəfindən verilmiş Maliyyə Arayışından görünür ki, ünvan 7 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2 giriş, 16 mərtəbəsində ümumi sahəsi 314,21 m2 , yaşayış sahəsi 144,6 m2 olan 6 otaqlı, 96 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir.

42. "xxxx" MTK-nın sədri T.Q.Qasımov tərəfindən verilmiş 12 noyabr 2018-ci il tarixli bildirişin surətindən görünür ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 36-da yerləşən 96 saylı mənzil İddiaçı məxsusdur. Hal-hazırda mənzil özəlləşdirilməyib.

43. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin 03 noyabr 2018-ci il təvəllüdlü 1759 №-li Arayışın surətindən görünür ki, xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh2 ailə vəziyyətini müəyyən etmək məqsədilə arxiv məlumatları xx.xx.2002-ci ildən xx.xx.2018-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Cavabdeh2 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İddiaçı ilə Bakı nikah evində xx.xx.2001-ci il tarixdə 1895 № akt ilə nikahı Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2002-ci il tarixdə 241 № akt ilə pozulmuşdur.

44. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli 2(004)- 702/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 və uşaqları xx.xx.2003-cü il təvəllüdlü X3 və 15.07.200-ci il təvəllüdlü X2 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-89-məhəllədə yerləşən 36 saylı evin 96 saylı mənzilinə istifadə hüquqlarının tanınması qət edilmişdir.

45. Həmin qətnamənin təsviri hissəsində göstərilmişdir ki, “iddiaçı Cavabdeh2 iddia tələbini onunla əsaslandırmışdır ki, .... 2013-cü ilin dekabr ayında Respublikadan kənarda olanda cavabdeh ona zəng edib təcili 100.000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmiş, o da özünə məxsus firmanın mühasibatlığına zəng vuraraq cavabdehə həmin məbləğdə pul verilməsini tapşırmışdır. Həmin vaxtı cavabdeh pulu götürüb öz problemini həll etmiş və bu gündə ondan həmin məbləğdə pul almasını inkar etmir. Buna baxmayaraq onun və uşaqlarının yaşadıqları mənzilə qeydiyyata düşmələrinə də razılıq vermir.

46. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli 2(103)-12354/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 702/2019 saylı iş üzrə 21 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq, iş üzə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “onun və uşaqları xx.xx.2003-cü il təvəllüdlü X3 və 15.07.200-ci il təvəllüdlü X2 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-89məhəllədə yerləşən 36 saylı evin 96 saylı mənzilinə istifadə hüquqlarının tanınması” tələbinə dair iddiası rədd edilmişdir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli 2(102)-4332/2020 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

48. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(004)- 58/2021 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh2, X3 və X2 ünvan 5, 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.

49. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli 2(103)- 6971/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2022-ci il tarixli 2(102)-3213/2022 saylı qərarından görünür ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli 2(103)-6971/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

51. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e-2(004)- 467/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilinə mülkiyyət hüquqlarının tanınmasına” dair iddiası rədd edilmişdir.

52. Qətnamənın əsaslandırma hissəsində qeyd edilmişdir ki, “İş materiallarına əlavə edilmiş iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair Yasamal rayon Məhkəməsinin qanuni qıvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsi və İddiaçı Cavabdeh2, X7 və X5 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 mart 2021-ci il tarixli 2(004)- 58/2021 saylı qətnaməsindən görünür ki, işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edilməmişdir. Belə ki, tərəflər arasında ailə münasibətlərinə xx.xx.2002-ci il tarixdə nikahın pozulması ilə xitam verilmişdir. Mübahisəli mənzil isə İddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdə əldə edilmiş və Cavabdeh2 2007-ci ilin yanvar ayında həmin mənzildə yaşamağa başlamışdır. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə birgə qazancı hesabına əldə edilmədiyi müəyyən edildiyindən iddiaçının həmin mənzilə mülkiyyət hüququ tanına bilməz və iddia rədd edilməlidir”.

53. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2023-cü il tarixli 2(103)- 2974/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(004)-467/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

54. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin 27-31-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə və İddiaçı Cavabdeh2, X7 və X5 qarşı mənzildən çıxarılma tələbinə dair iddiasına dair mülki iş üzrə qüvvədə olan məhkəmə qətnamələri ilə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikahları dövründə əldə edilməmişdir. Belə ki, həmin qətnamələrlə müəyyən edilmişdir ki, tərəflər arasında ailə münasibətlərinə xx.xx.2002-ci il tarixdə nikahın pozulması ilə xitam verilmişdir. Mübahisəli mənzil isə İddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdə əldə edilmiş və Cavabdeh2 2007-ci ilin yanvar ayında həmin mənzildə yaşamağa başlamışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə birgə qazancı hesabına əldə edilmədiyi müəyyən edilmiş və buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının həmin mənzilə mülkiyyət hüququ tanına bilməz və iddia rədd edilməlidir.

55. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(102)- 3188/2023 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2974/2023 saylı nömrəli 10 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

56. Bakı İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli e-2-1(112)-3268/2023 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 8 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilinin dövlət reyestrində İddiaçı adına ilkin özəlləşdirilməsinin əsassız hesab edilməsi, etibarsızlığının tanınması və X6 adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

57. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2023-cü il tarixli e-2-1(112)-11677/2023 saylı qərarından görünür ki, 14 mart 2003-cü il təvəllüdlü X3 və 15 iyul 2008-ci il təvəllüdlü X2 yaşayış yeri üzrə ünvan 9 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilmişdir.

58. "xxxx" MTK-nın sədri T.Q.Qasımov tərəfindən Cavabdeh2 01 may 2023-cü il tarixli müraciətinə cavab olaraq verilmiş 08 may 2023-cü il tarixli məktubun surətindən görünür ki, MTK-nın məlumat bazasına əsasən MTK tərəfindən inşa edilmiş ünvan 11 ünvanda yerləşən yaşayış binasının, ümumi ərazisi 314,21 kvadrat metr olan 6 (altı) otaqlı 96 saylı mənzilinə görə MTK-ya ödənilmiş 180000 (bir yüz səksən min) Amerika dolları məbləğində hissəsi Cavabdeh2 tərəfindən MTK-ya ödənilib. MTK-ya verilən məlumata əsasən, İddiaçı ilə Cavabdeh2 bir ailə olduqları üçün və İddiaçı bildirməsinə görə ki, mənzilə dair müqavilənin, eləcə də digər sənədlərin onun adına yazılmasına Sizin etirazınız yoxdur, o səbəblə də mənzillə əlaqədar bütün sənədlər İddiaçı adına yazılıb.

59. 20 dekabr 2023-cü il tarixli Aktın surətindən görünür ki, Yasamal rayon icra şöbəsinin böyük icra məmuru Anar Eyyubov, böyük icra məmuru Sərxan Abasov, hal şahidi "xxxx" MMC-nin direktoru X12, mütəxəssis qapıaçan X1, iş üzrə tələkar İddiaçı və nümayəndəsi X4 iştirakı ilə bu aktı tərtib etdilər, ondan ötrü ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Cavabdeh2, X7 və X8 ünvan 5, 96 saylı mənzildən əşyalar ilə birlikdə çıxarılmalıdır. İcra vərəqəsinin icrası ilə bağlı həmin ünvana gəlmişlər, qapı bağlı idi. X10 ilə əlaqə saxlanılmış, o da bildirmişdir ki, açmaqdan imtina edir. Mütəxəssis dəvət olunmuş, qapı məcburi şəkildə açılmış və mənzilə daxil olarkən müəyyən olunmuşdur ki, borclular əşyaları ilə birlikdə mənzili tərk etmişlər. Mənzil tam boş idi. Mənzildə müəyyən olunmuşdur ki: 1). Otaqların qapıları sökülüb, aparılmışdır. 2). Mənzilin istiliklə bağlı kombi və radiatorlar sökülüb aparılmışdır. 3). Otaqların divar kağızları çıxarılmışdır. 4). İşıq sistemi ilə bağlı avadanlıqlar sökülmüşdür.5). Hamam aksesuarları tam sökülüb aparılmışdır. 6). Sanitar qovşağın asma tavanı, döşəmə plintusları, pəncərələrin pəncərə altı sökülüb aparılmışdır. Mənzilin giriş qapısının açarı dəyişdirilmiş və tələbkar İddiaçı təhvil verilmişdir. Bununla bağlı akt tərtib edilərək, aktın doğruluğu imzaları ilə təsdiq etmişlər. Tətbiq edilən maddi hüquq

60. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

61. Azərbaycan Respublikasının Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir... Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İkinci iş üzrə: Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Maddə 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Tətbiq edilən prosessual hüquq normaları:

62. Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

63. Hazırkı halda Məhkəmə kollegiyası Yasamal Rayon Məhkəməsinin 2(004)- 4407/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən və Binəqədi Rayon Məhkəməsinin 2(001)-2153/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

64. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamələr dəyişdirilmədən saxlanılmalıdır.

65. Birinci iş üzrə apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir.

66. İlkin iddia tələbini təmin edən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahələri (qarajlar) iddiaçının mülkiyyətindədir, həmin qeyri-yaşayış sahələri Cavabdeh2 qanunsuz sahibliyində və istifadəsindədir. Cavabdeh2 hazırda hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli qeyri-yaşayış sahələrindən (qarajlar) istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır.

67. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

68. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

69. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli qeyri-yaşayış sahələri (qarajlar) iddiaçının mülkiyyətində olduğundan rayon məhkəməsi ilkin iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

70. Qarşılıqlı iddia tələbi hissədə də rayon məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiya bildirir ki, hazırkı iş üzrə preyudisial olan məhkəmə aktları ilə "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən 96 saylı mənzilin İddiaçı tərəfindən tam dəyəri ödənilməklə əldə edildiyi müəyyən edilmişdir. Bundan başqa, "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışı mənzilin pay dəyərinin payçı İddiaçı tərəfindən tam ödənildiyi təsdiq edilir. İddiaçı Cavabdeh2 tərəfindən bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Borcun olmamasına dair MTK tərəfindən Cavabdeh2 arayışın verilməsi pulun onun tərəfindən ödənilməsini təsdiq etmir. Bundan başqa, iddiaçı məhkəməyə qeyri-yaşayış sahələrinin dəyərinin də onun tərəfindən ödənilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qeyd edilənlərdən əlavə, müqavilə bağlanılmaqla eyni zamanda və bundan sonra pay haqqının dəyəri ödənilir. Mübahisəli mənzil və qeyri-yaşayış sahələrinə dair müqavilə payçı İddiaçı ilə bağlandığından, payın dəyərinin Cavabdeh2 tərəfindən ödənildiyi halda belə, bu əmlakların onun tərəfindən əldə edilməsinə əsas ola bilməz. Belə ki, müqavilələr üzrə payçı İddiaçı olmuşdur.

71. İkinci iş üzrə iddiaçı 1."xxxx" MTK təsisçilərinin ümumi iclasının xx.xx.2014-cü il tarixli 1 №-li protokolunun İddiaçı MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki 36 №-li, 16 mərtəbəli evin 2-ci giriş, 16-cı mərtəbəsində divaraltı sahə ilə birlikdə ümumi sahəsi 314 kvm, yaşayış sahəsi 144.6 kvmetr olan 6 otaqlı 96 saylı mənzilin tam mülkiyyətə verilməsi hissəsində etibarsız hesab edilməsi. 2. Sözügedən mənzilin alqı-satqısına dair iddiaçı ilə "xxxx" MTK və "xxxx" MMC arasında müqavilənin bağlanılmış hesab olunmasını tələb etmişdir.

72. İddiaçı bildirir ki, o, İddiaçı ilə xx.xx.2001-ci ildə rəsmi nikaha daxil olub, xx.xx.2002-ci ildə ayında onun təşəbbüsü ilə 241 №-li aktla rəsmi nikahları pozulmuşdur. Rəsmi nikahın pozulmasına baxmayaraq onlar birgə yaşamışlar. Yaşayış dövründə onların övladları 14 mart 2003-cü il təvəllüdlü X7 və 15 iyul 2008-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir, onlar ailə olaraq birgə yaşamış və birgə təsərrüfat aparmışlar, onların nikahının pozulması formal olmuşdur.

73. Cavabdeh2 iddia edir ki, birgə yaşadıqları müddət ərzində - 2006-cı ildə Bakı şəhəri, Yasamal rayonu İ.Qutqaşınlı küçəsi, 488-89 məhəllədə yerləşən 36 nömrəli evin 96 nömrəli mənzili "xxxx" MTK-dan alınmış, daha sonra təmir edilmiş və 2007-ci ildə o, cavabdehlə birgə yaşamaq üçün həmin mənzilə köçmüşdür. Mənzilin alınması ilə bağlı mənzilin bütün dəyəri, o cümlədən sonrakı təmir xərcləri məhz onun tərəfindən ödənilmişdir. Onlar faktiki ailə münasibətlərində olduğundan vəsaitin kimin tərəfindən xərclənməsi ayrıca sənədləşdirilməmişdir. Cavabdeh İddiaçı sənədlərin əksəriyyətini öz adına rəsmiləşdirmişdir. Cavabdeh həmçinin ona mənzilin ailənin birgə mülkiyyətində olmasını göstərmək üçün həm onun, həm də cavabdehin adlarının qeyd olunduğu 010414 nömrəli xx.xx.2006-cı il tarixli orderi təqdim etmişdir. "xxxx" MTK-nin sədri T.Q.Qasımovun xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “MTK-nın məlumat bazasına əsasən MTK tərəfindən inşa edilmiş, ünvan 11 ünvanda yerləşən yaşayış binasının, ümumi ərazisi 314,21 kvadrat metr olan, 6 (altı) otaqlı 96 saylı mənzilinə görə MTK-ya ödənilmiş 180 000 (bir yüz səksən min) Amerika dolları məbləğində vəsaitin 100 000 (bir yüz min) Amerika dolları məbləğində hissəsi onun tərəfindən, yəni Cavabdeh2 tərəfindən MTK-ya ödənilib.” Məktubda həmçinin göstərilmişdir ki, İddiaçı tərəfindən verilən məlumata əsasən onunla cavabdeh nikah münasibətində olması səbəbindən mənzilə dair sənədlər İddiaçı adına yazılıb. Həmçinin MTK-nın sədri və baş mühasibinin imzası ilə verilmiş arayışdan görünür ki, onun mənzilə dair hər hansı borcu yoxdur.

74. Rayon məhkəməsində iddia tələbi təmin edilməmişdir.

75. Apellyasiya şikayətində iddiaçı bildirmişdir ki, rayon məhkəməsi öz qətnaməsinin 13-cü səhifəsində qeyd edir ki, “...iddiaçı hazırki iddia ərizəsində mənzilin dəyərinin 100.000 ABŞ dollarının onun tərəfindən "xxxx" MTK-ya ödənildiyini, Yasamal Rayon Məhkəməsinə verdiyi mənzilinə istifadə hüquqlarının tanınması barədə iddia ərizəsində isə 2013-cü ilin dekabr ayında Respublikadan kənarda olanda cavabdehin ona zəng edib təcili 100.000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirdiyini, o da özünə məxsus firmanın mühasibatlığına zəng vuraraq cavabdehə həmin məbləğdə pul verilməsini tapşırdığını, pulu cavabdehə çatdırdığını, cavabdehin isə mübahisəli mənzili onun adına özəlləşdirəcəyini vəd etdiyini bildirmişdir. Beləliklə, fərqli izahatların hər ikisinin iddiaçıya məxsus olması mübahisəli mənzilin dəyərinin 100.000 ABŞ dollarının həqiqətən də iddiaçı tərəfindən MTK-ya ödənildiyini birmənalı olaraq şübhə altına alır....” Göründüyü kimi, rayon məhkəməsi qərəzli olaraq heç bir yerdə qeyd olunmayan sözlərə istinad edərək qətnamə qəbul etmişdir. Belə ki, o, heç yerdə və heç bir qətnamədə o sözü işlətməmişdir ki, ona vəd olunmuşdur. Bundan əlavə, məhkəmənin yanlış mövqeyi ondan ibarətdir ki, o, Rofelə bir neçə dəfə vəsait vermişdir. Mübahisəli mənzil 2004-2006cı illərdə alınmışdır. Lakin qeyd olunan 100.000 ABŞ Dolları məbləğində vəsait isə 2013cü ildə verildiyini qeyd etmişdir. Yəni ki, həmin pullar eyni vaxtda verilən pullar deyildir. 2004-2006-cı illərdə onun tərəfindən MTK-ya ödənilən vəsaitlər cəm şəklində olmamışdır, hissə-hissə verilmişdir 100.000 ABŞ dolları. Lakin 2013-cü ildə verilən məbləğ isə cəm şəklində verilmişdir. Məhkəmə mübahisənin predmetini ayırd edə bilməmişdir.

76. Bundan başqa, iddiaçı apellyasiya şikayətində bildirir ki, rayon məhkəməsində şahid qismində dindirilən bacısı H.Osmanlı ifadəsində bacısı Cavabdeh2 xaricdə olarkən 20 min ABŞ dolları MTK-ya pul ödədiyini bildirmiş, lakin rayon məhkəməsində bu manat kimi qeyd edilmişdir.

77. MPM-in 273-cü maddəsinə görə, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər

78. Məhkəmə kollegiyası həmin dəlillə bağlı bildirir ki, mülki iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən rayon məhkəməsinə protokola qeyd verilməmişdir.

79. Beləliklə, “"xxxx" MTK təsisçilərinin ümumi iclasının xx.xx.2014-cü il tarixli 1 №-li protokolunun İddiaçı MTK-ya üzv qəbul edilməsi və həmin mənzilin onun tam mülkiyyətinə verilməsi hissəsində etibarsız hesab edilməsi barədə tələb”i təmin etməyən rayon məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiya bu vaxt hazırkı iş üzrə preyudisial əhəmiyyətli çoxsaylı məhkəmə aktlarının olmasını nəzərə alır.

80. İkinci tələb, yəni müqavilənin bağlanmış hesab edilməsi tələbi isə birincidən asılı, törəmə olduğundan, birinci tələbin təmin edilməməsi ikinci tələbə münasibətin ayrıca əsaslandırılmasını lüzumsuz edir.

81. Bununla belə, müəyyən edilir ki, iddiaçı Cavabdeh2 və cavabdeh 2001-ci ildə rəsmi nikah bağlamış xx.xx.2002-ci ildə rəsmi nikahları pozulmuş, belə məlum olur ki, tərəflər arasında nikahın pozulması formal olmuş, rəsmi nikahın pozulmasına baxmayaraq, tərəflər birgə yaşamış və təsərüfat aparmış, nikahın pozulmasından sonra onların iki uşağı- 14 mart 2003-cü il təvəllüdlü X7 və 15 iyul 2008-ci il təvəllüdlü X8 dünyaya gəlmiş, tərəəflər arasında mübahisələr yaranan 2016-ci ilədək bir ailə kimi birgə yaşamışlar. Hazırkı tələbində də iddiaçı onların nikahı pozulmasına baxmayaraq birgə təsərrüfat aparmağa davam etdiklərinə, eləcə də "xxxx" MTK-nin sədri T.Qasımovun xx.xx.2023-cü il tarixli məktubuna əsasən, mənzilin dəyəri olan 180.000 ABŞ dolları pulun 100.000 ABŞ dollarının onun tərəfindən ödənildiyinə, eləcə də özü xaricdə olarkən 100.000 ABŞ dolları pulu İddiaçı xahişi ilə ona verdiyinə, 20.000 ABŞ dolları pulu isə bacısının vasitəsi ilə mübahisəli əmlaklara görə MTK-ya ödədiyinə istinad edir. İddiaçı həmin mənzilin alınması və təmirinin onların rəsmi nikahları olmasa da, ailə kimi yaşadıqlarından birgə xərclər hesabına olduğunu bildirir. O buna dair müəyyən sübutlar yazılı sənəd, şahid ifadəsi və s. təqdim etmişdir. Cavabdeh2 həmin əmlakların birgə vəsaitlər hesabına alınmasına dair dəlilləri tərəflər arasında olan başqa mübahisələrə dair qüvvədə olan məhkəmə qətnamələri ilə rədd edilmişdir əsasən o səbəbə görə ki, mübahisələndirilən əmlaklar əldə edilən vaxt tərəflər arasında mövcud olmuş rəsmi nikah pozulmuşdur.

82. Bu baxımdan Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla birgə yaşadıqları dövrdə mübahisəli əmlakların alınmasına görə ödənilən məbləğin (çəkdiyi xərclərin) və digər məsrəflərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci fəslinin (əsassız varlanma) qaydalarına uyğun olaraq yeni iddia qaldırmaqla tələb etmək hüququna malikdir.

83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Nəticə:

84. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddia tələbləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamələr qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olmaqla, qətnamələrin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamələr dəyişdirilmədən saxlanılmalıdır.

85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

86. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh2 özünə aid edilməlidir.

87. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-4407/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi və Binəqədi Rayon Məhkəməsinin 2(001)-2153/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh2 özünə aid edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla mübahisəli mənzilin alınmasına və xərclərə görə ödənilən məbləğin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci fəslinin (əsassız varlanma) qaydalarına uyğun olaraq yeni iddia qaldırmaqla tələb etmək hüququnun olması Cavabdeh2 izah olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar