Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10792/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh3 QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 QSC-yə, "xxxx" MMC-yə və Hacıqabul rayon İcra və Probasiya şöbəsinə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərracın yekun protokolunun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(009)-217/2021 saylı qərardadından Cavabdeh3 QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 QSC-yə, "xxxx" MMC-yə və Hacıqabul rayon İcra və Probasiya şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərracın yekun protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin 28 noyabr 2019-cu il tarixli 19-181 nömrəli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatın” və "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekun protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(009)-217/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Hacıqabul şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin qiymətləndirilməsinə dair "xxxx" MMC tərəfindən qəbul olunmuş 28.11.2019-cu il tarixli, 19-181 №-li «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat» və 06 fevral 2020-ci il tarixli, Y-16/9 saylı Hərracın nəticələri haqqında protokol etibarsız hesab edilmişdir. Cavabdeh3 QSC-nin adından nümayəndəsi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(103)-3990/2021 saylı qərardadı ilə Cavabdeh3 QSC-nin adından verilmiş apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin qaytarılması üçün şikayət mülki işlə birlikdə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh3 QSC-nin nümayəndəsi qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən 03.05.2021-ci il tarixdə məhkəməyə apellyasiya şikayəti, eləcə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli qərardadı ilə həmin qətnamədən Cavabdeh3 QSC-nin nümayəndəsi X1 apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh3 QSC şikayətlə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli, 2(009)-217/2021 saylı qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 QSC-nin nümayəndəsi şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin 07.06.2021-ci il tarixli qərardadının ləğv edilməsini, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar və digər cavabdehlər məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən nümayəndənin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, məhkəmə qətnaməsi cavabdeh tərəfindən 12.02.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir (səh 81). Cavabdeh3 QSC-nin adından onun nümayəndəsi həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(103)-3990/2021 saylı qərardadı ilə Cavabdeh3 QSC-nin adından verilmiş apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Səbail Rayon Məhkəməsinə göndərilmiş, Cavabdeh3 QSC-nin nümayəndəsi qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra 03.05.2021-ci il tarixdə məhkəməyə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli qərardadı ilə həmin qətnamədən Cavabdeh3 QSC-nin nümayəndəsi X1 apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 QSC tərəfindən birinci dəfə qətnamədən apellyasiya şikayəti verilərkən qanunvericilikdə nəzərdə tutulan prosessual müddət ötürülmədiyindən, həmin apellyasiya şikayətinin qaytarılması barədə məhkəmə qərardadında göstərilən nöqsan aradan qaldırılmaqla yenidən apellyasiya şikayəti verildiyindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul edərkən qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Ona görə də məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(009)-217/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməli, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətn bərpa edilməli və cavabdehin apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 395-397, 398-ci maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: Cavabdeh3 QSC-nin şikayəti təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(009)-217/2021 saylı qərardadı ləğv edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(009)-217/2021 saylı qətnaməsindən Cavabdeh3 QSC tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Cavabdeh3 QSC-nin apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10792/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10792/2021
02.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver