Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10799/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Nümayəndə1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-49/2021 saylı, 28.04.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən ayrılıqda verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbi ilə məhkəməyə müraciət edərək, “QAZ 2705” yük markalı, 99XN137 dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) yük avtomobilin Cavabdeh2 alınaraq iddiaçıya verilməsini, 3200 manat məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsini, 01 oktyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh2 “QAZ 2705” markalı, 99XN137 dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) yük avtomobilini təhvil verən günədək hər ay üçün ödənilməmiş 500 manat pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsini, mənəvi zərər kimi 2000 (iki min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin aprel ayının 1-də özünə məxsus Qazel markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı yük maşını etibarnamə ilə idarə edib aylıq 500 manat ödənilməsi qarşılığında Cavabdeh2 icarəyə verilmişdir. Həmçinin 3200 manat məbləğində pul təkər təmiri avadanlığının alınması üçün Cavabdeh2 digər Cavabdeh1 vasitəsilə verilmişdir. 17 ay müddətində Cavabdeh2 tərəfindən ayda 500 manat olmaqla, cəmi 8500 manat pul ödənilmişdir. 2018-ci ilin oktyabr ayından isə ödəniş dayandırılmış və tələb etməyinə baxmayaraq avtomobili və 3200 manat pulu geri qaytarılmamışdır. Bu səbəbdən də ona verilmiş etibarnamə ləğv edilmiş, cavabdehlərin qanunsuz hərəkətləri barədə polisə müraciət edilmişdir. Xəzər RPİ-nin 3-cü polis bölməsinin təhqiqatçısı polis kapitanı Anar Hacıyevin 18.10.2019-cu il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərisəzi ilə məhkəməyə müraciət edərək, ilk İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul tələbinə” dair iddia ərizəsinin Cavabdeh2 münasibətdə rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı 01.04.2017-ci il tarixdə Bakı şəhəri, 31 saylı Notariat Kontorunda “QAZ 2705 Yük” markalı, buraxılış ili 2004-cü il olan **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün İddiaçı adından Cavabdeh2 verilmiş etibarnamənin və həmin etibarnamə əsasında İddiaçılə Cavabdeh2 arasında şifahi olaraq razılaşdırılmış avtomobilin idarə edilməsinə dair icarə müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı, Cavabdeh2 qanunsuz olaraq alınıb verilmiş 11000 (on bir min) manat pul vəsaitinin Cavabdeh2 qaytarılması və İddiaçı qanunsuz hərəkətləri nəticəsində Cavabdeh2 dəyiş 5000 (beş min) manat mənəvi zərərin, cəmi 16000 (on altı min) manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı adlı şəxsi tanımamış, onunla heç bir hüquq münasibətində olmamışdır. Belə ki, İddiaçı qardaşı Cavabdeh1lə razılaşmaya görə, qeyd olunan 2004cü il buraxılışlı “Qazel” markalı avtomobil 5000 (beş min) manat ödənilməklə onun iştirakı ilə 2017-ci ilin aprel ayında alınmışdır. Avtomobilin pulunu Cavabdeh1 ödəmişdir. Razılaşmaya görə avtomobil etibarnamə üzrə onun istifadəsinə verilirdi bu şərtlə ki, o, 20 (iyirmi) ay hər ay 500 (beş yüz) manat olmaqla icarə haqqı kimi Cavabdeh1 pul ödəməli idi. Yəni, razılaşmaya görə cəmi 10000 (on min) manat pulu ödədikdən sonra avtomobilin dəyəri olan 5000 (beş min) manat pulu da hər ay 1000 (min) manat olmaqla yəni, 5 ay ərzində 5000 (beş min) ödəməli idi. Sonra, sözügedən avtomobil baş etibarnamə əsasında ona verilməli idi. Onun bütün razılaşmaları Cavabdeh1lə olmuş, onun İddiaçı adlı şəxslə heç bir əlaqəsi olmamış, o, Rəşadı ümumiyyətlə tanımır. O, Cavabdeh1lə birgə, Respublika Dövlət Yol Polisi İdarəsinə getmiş və o, İddiaçı şəxsiyyət vəsiqəsi üzrə sözügedən yük avtomobilini İddiaçı adına sənədləşdirmiş və sonra İddiaçı şəxsiyyət vəsiqəsi üzrə öz adından ona 01 aprel 2017-ci il tarixdə Bakı şəhəri 31 saylı notariat kontorunda həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Sonradan ona şəxsiyyət vəsiqələri üzrə məlum oldu ki, İddiaçı qardaşı Cavabdeh1 oxşadığından, saxtakarlıq edərək İddiaçı razılığı ilə ona qanunsuz olaraq etibarnamə vermişdir. Beləliklə, 2017-ci ilin aprel ayından başlayaraq o, həmin avtomobili idarə etməklə 20 ay ərzində hər ay Cavabdeh1 500 (beş yüz) manat pul, cəmi - 10000 (on min) manat pul ödəmişdir. Bundan sonra razılaşmaya görə, avtomobilin dəyərini ödəməyə başlamışdır. Avtomobil çox köhnə idi. Birinci ay üçün 1000 (min) manatı çətinliklə də olsa ödəmişdir. 10 gündən sonra Cavabdeh1 bildirdi ki, İddiaçı avtomobili satmaq istəmir və avtomobili geri tələb edir. O, anlamışdır ki, İddiaçı və Cavabdeh1 onu aldatmış və aralarında olan razılaşmanı qərəzli olaraq pozmuşdur. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı bu qanunsuz əməli nticəsində ona 11000 (on bir min) manat maddi zərər və eyni zamanda onu aldatdığına, əsassız və qanunsuz etibarnamə üzrə icarə haqqı adı altında onun pul vəsaitini qanunsuz mənimsədiklərinə, hələ bu azmış kimi, əsassız olaraq onun barəsində hüquq mühafizə orqanlarına əsassız şikayət ərizələri yazaraq onun şərəf və ləyaqətini alçatdığına görə 5000 (beş min) manat da mənəvi zərəri cavabdeh İddiaçı tələb edir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) şifahi olaraq bağlanmış əqdə görə mülkiyyətində olan sözügedən yük avtomobilini, onun verdiyi etibarnamə üzrə idarə etməklə 20 ay müddətində hər ay 500 (beş yüz) manat icarə haqqı ödəməli sonra isə, 5 ay ərzində avtomobilin dəyəri olan 5000 (beş min) manatı ödəməklə razılaşmaya görə iddiaçı tərəfindən ona baş etibarnamə verməklə avtomobil onun mülkiyyətindən çıxarılmalı idi. O, razılaşmanın şərtlərinə əməl edərək iddiaçı (qarşılıqlı üzrə cavabdeh) İddiaçı 11000 (on bir) manat ödədikdən sonra cavabdeh İddiaçı tərəfindən razılaşmanın şərtləri pozulmuş və Rəşadın bu qanunsuz əməli nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Sonradan isə ona məlum olmuşdur ki, İddiaçı avtomobilə dair ona verdiyi etibarnamə qanunsuzdur və bu etibarnamə onun tərəfindən imzalanmamışdır. Bu halda həmin etibarsız etibarnamə üzrə olan əqd də etibarsız hesab edilməlidir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-49/2021 saylı, 28.04.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilməsi, “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) avtomobil Cavabdeh2 alınaraq İddiaçı verilməsi, ilk iddia qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi, keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pul İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilməsi qət olunmuşdur. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-49/2021 saylı, 28.04.2021-ci il tarixl qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, ilkin iddianın təmin edilməyən hissələrində ləğv edilməsini və ilk iddianın həmin hissələrdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıdakılara görə hesab edir ki, məhkəmənin qətnaməsi ilkn iddianın təmin edilməyən hissəsində qanunsuz və əsassızdır. Belə ki, məhkəmə ilkin iddia tələbinin 3200 manat məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbinə görə avtomobili Cavabdeh2 zəruri xərcləri çəkdikdən yararlı (saz) vəziyyətdə verməli idi. Məhkəmənin gəldiyi belə nəticə tamamilə qanunsuz və əsassızdır. Ona görə ki, 3200 manat məbləğində pul avtomobilin təmirinə yox, avtomobilə təkər təmiri avadanlığının quraşdırılmasına görə cavabehlerə verilmişdir.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 da həmin avadanlığın maşına quraşdırılmasını etiraf etsə də məhkəmə bu hissədə hər hansı araşdırma aparmamışdır.Düzgün olmayaraq özünün gəldiyi nəticəni belə əsaslandırmışdır ki, guya avtomobili saz vəziyyətdə cavabdehə verməli idi. Nəzərə almaq lazımdır ki, avtomobil saz vəziyyətdə Cavabdeh2 verilməsə həmin şəxs 17 ay müddətində avtomobili idarə edib hər ay ona 500 manat icarə haqqı ödəməzdi. Bundan başqa, məhkəmə ilkin iddia tələbinin 01 oktyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh2 “QAZ 2705” yük markalı, 99-XN- '37 dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) avtomobili təhvil verən günədək hər ay üçün ödənilməmiş 500 manat pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsinə dair hissədə məhkəmə öz qətnməsini belə əsaslandırmışdır ki, Cavabdeh2 20 ay müddətinə hər ay 500 manat olmaqla, cəmi 10.000 manat pul vəsaitini icarə haqqı kimi ödədiyini göstərmiş, qalan 5000 manatını isə hissəhissə ayda 1000 manat olmaqla ödəyəcəyini qeyd etmişdir.Beləliklə, məhkəmə həmin hissədə iddia tələbini rədd edərkən düzgün olmayan nəticəyə gəlmişdir.Ona görə ki, tərəflərin həm məhkəmə iclasındakı izahatlarında, həm cavabdehin məhkəməyə təqdim etdiyi etirazında, həm də Cavabdeh2 polisdə verdiyi izahatında 01.04.2017-ci il tarixdən avtomobilin icarəyə götürüldüyü təsdiq edilmişdir.Cavabdeh2 polisə verdiyi izahatında avtomobili icarəyə götürdüyünü, 20 ay müddətinə 500 manat ödədiyini, daha sonra 1000 manat verdiyi və 4000 manat borclu qaldığını bildirmişdir.Onun polisdəki izahatında 1000 manatın verilməsi və 4000 manat borclu qaldığına dair bildirdikləri iddiaçı rərəfindən qəbul edilməmişdir. İddiaçı həm polisdəki izahatında, həm də məhkəmədəki izahatında 17 ay müddətində hər ay 500 manatın ödənildiyini, 2018-ci ilin oktyabr ayından isə icarə haqqının ödənilmədiyini bildirmişdir.Beləliklə, tərəflər arasında icarə münasibətlərinin mövcudluğu işin halları ilə təsdiq olunduğuna görə və sadalanan qanunvericilik müddəalarını və mübahisənin müəyyən edilmiş faktiki hallarını nəzərə almaqla hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı qalan hissədə təmin etməməkdə haqlı olmamışdır.Belə ki, tərəflər arasında bağlanmış müqavilə ilə icarə müddəti ərzində hər ay 500 manat icarə haqqının ödənilməsi razılaşdırılsa da, hazırki iddianın qaldırıldığı tarixədək keçən müddət ərzində Cavabdeh2 tərəfindən ödənişin edildiyi sübuta yetirilmir, halbuki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız təflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə, razılaşdırılmış icarə haqqının vaxtında ödənildiyini sübuta yetirmək cavabdehin üzərinə düşsə də, onun tərəfindən bu hala dair şifahi olaraq bildirilənlərdən əlavə hər hansı mötəbər sübut təqdim edilməmişdir.Beləliklə, icarə haqqının ödənilməsinə dair tərəflərin müqavilədə razılaşdırdıqları şərtlərə əməl olunmadığından yenə müqavilənin şərtlərinə və qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına əsasən iddiaçının müqavilənin ləğvini və vurulmuş zərərin əvəzini ödəməyi tələb etmək hüququ yaranır, vurulmuş zərərin əvəzini ödəmək tələbinin daxilində isə cavabdeh avtomobili təhvil verən günədək hər ay üçün ödənilməmiş 500 manat vəsaitin ondan tutulması daxildir. Vurulmuş mənəvi ziyanın məbləği kimi isə 2000 manatın tutulmasını kifayət hesab edir.İddiaçının 2018-ci ilin oktyabr ayından icarə haqqıdan və avtomobilindən məhrum olması nəticəsində mənəvi sarsıntı və iztirab keçirdiyi şübhəsizdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Cavabdeh2 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-49/2021 saylı, 28.04.2021-ci il tarixl qətnaməsindən apellyasiya şikayəti verərək, İddiaçı “əmlak və pul” tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, Cavabdeh2 iddiaçı (qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh) İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onunla İddiaçı arasında bağlanmış icarə müqaviləsinə əsasən onun mülkiyyətində olan “Qaz-2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilini 2017-ci ilin aprel ayından başlayaraq 20-ay müdddətinə icarəyə götürmüş və hər ay üçün icarə haqqı olaraq Cavabdeh1 vasitəsi ilə İddiaçı 500 (beş yüz) manat pul, cəmi 10000 (on min) manat pul ödəmişdir. Müqavilənin şərtinə görə, bundan sonra hər ay 1000 (min) manat ödəməklə cəmi 5000 (beş min) manat 5-aydan sonra sözügedən yük avtomobili onun mülkiyyətinə keçməli idi. Lakin, İddiaçı müqavilənin şərtini pozaraq öz öhdəliklərini lazımi qaydada icra etməmiş, faktiki olaraq ona 11000 (on bir min) manat maddi zərər vurmuşdur.Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə, işgüzar adətlər və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetrilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.Mülki Məcəllənin 427.1-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 430-cu maddəsinə görə, əgər bu məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir Göründüyü kimi İddiaçı, müqaviləyə əsasən mülkiyyətində olan yük avtomobilini sonradan onun mülkiyyətinə keçirmək adıyla razılaşdıqları 15000 (on beş min) manat pulun 11000 (on bir min) manat hissəsini aldıqdan sonra müqavilənin şərtini pozmuş və onda olan 2004-cü il buraxılışlı “Qaz-2705” yük markalı avtomobilini geri tələb etmişdir. Başqa sözlə, iddiaçı öz üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmişdir, İddiaçı ona, tərəfindən verilmiş 11000 (on bir min) manat pulun 8500 (səkkiz min beş yüz) manat hissəsini aldığını bildirmiş, pulun qalan hissəsini almadığını göstərmişdir. Əslində isə, İddiaçı əvvəlcədən düşünülmüş şəkildə, bağlanmış müqvilənin şərtlərini, pozaraq ondan11000 (on bir min) manat pulu aldıqdan sonra, aldığı 11000 (on bir min) manat pulu geri qaytarmadan müqavilənin şərtini pozduğu halda onun istifadəsində olan sözügedən yük avtomobilini geri tələb etmişdir. Mülki Məcəllənin 337.2ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə hvyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümükün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.İşə baxan məhkəmə, onun İddiaçı qarşı olan qarşılıqlı iddia ərizəsini araşdırmadan və bu iddia ərizəsinə düzgün hüquqi qiymət vermədən, qarşılıqlı iddia ərizəsini təmin etməmiş, onun tərəfindən, İddiaçı müqaviləyə əsasən ödənilmiş 11000 (on bir min) manat pulun və onun qanunsuz əməli nəticəsində mənə dəymiş mənəvi zərər olan 5000 (beş min) manat pulun ödənilməsini əsassız hesab etmişdir. Məhkəmə Kollegiyasınıniclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili ilk iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə АR MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq, mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, hər iki apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-49/2021 saylı, 28.04.2021-ci il tarixl qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına olan 18.10.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Xəzər RPİ-nin 3-cü PB-nin baştəhqiqatçısı, polis kapitanı Anar Hacıyev tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş ƏN-İV seriyalı, 061376 saylı etibarnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 01.04.2017-ci il tarixdə İddiaçı tərəfindən “QAZ 1705 Yük” markalı, **-XN-*** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsi üçün 02.09.2021-ci il tarixə kimi Cavabdeh2 etibarnamə verilmişdir. İş materiallarında olan AC seriyalı 840940 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ 1705 Yük” markalı, **-XN-*** dövlət qeydiyyat nömrəli avtomobil 01.04.2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 18.05.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Vaqif Əliyev tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11.03.2020-ci il tarixli 1960 saylı məktub və ona əlavə edilmiş 11.03.2020-ci il tarixli, 1960 saylı məlumatdan görünür ki, məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi haqqında 20 dekabr 2019-cu il tarixli qərardad icra olunmadan 2(003)3943/2019 nömrəli mülki işin materialları ilə birlikdə geri qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri 7 saylı Notariat Kontoruna İddiaçı trəfindən 30.11.2018-ci il tarixdə ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı tərəfindən 7E/3124 saylı reyestr nömrəsi ilə X5 verilmiş etibarnamənin ləğv edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 7 saylı Notariat Kontoru tərəfindən verilmiş 01.12.2018-ci il tarixli “Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, İddiaçı tərəfindən 7E/3124 saylı reyestr nömrəsi ilə X5 verilmiş etibarnamə ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24.08.2020-ci il tarixli, 4/519 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından olan 01 aprel 2017-ci il tarixli 7E-3121 reyestr nömrəli etibarnamədə “İMZA:” qarafasındakı “Ağayev” yazısı və həmin qrafadakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə ilkin iddia tələbinin “QAZ 2705” yük markalı, 99XN137 dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) yük avtomobilin Cavabdeh2 alınaraq iddiaçıya verilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” İnsan hüquqlarının və X6 haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X3 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 sentyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən “Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipidir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən “Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən “Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “QAZ 2705 Yük” markalı, **-XN-*** dövlət qeydiyyat nömrəli avtomobil 01.04.2017-ci il tarixdən AC seriyalı 840940 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında İddiaçı mülkiyyətindədir. Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş ƏN-İV seriyalı, 061376 saylı etibarnamə əsasında 01.04.2017-ci il tarixdə İddiaçı tərəfindən “QAZ 1705 Yük” markalı, **-XN-*** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsi üçün 02.09.2021-ci il tarixə kimi Cavabdeh2 etibarnamə verilmişdir. Həmin avtomobil 01.04.2017-ci il tarixdən Cavabdeh2 istifadəsindədir. İddiaçı tərəfindən 7E/3124 saylı reyestr nömrəsi ilə X5 verilmiş etibarnamə 01.12.2018-ci il tarixdə ləğv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh2 “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) avtomobil alınaraq İddiaçı verilməlidir. Məhkəmə Kollegiyası ilkin iddia tələbinin 3200 manat məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsində qeyd edir ki, ilkin iddiaçı iddia ərizəsində göstərmişdir ki, 3200 manat məbləğində pul təkər təmiri avadanlığının alınması üçün Cavabdeh2 digər Cavabdeh1 vasitəsilə verilmişdir. Kollegiya qeyd edir ki, 3200 manat məbləğində pul vəsaitinin Cavabdeh2 digər Cavabdeh1 vasitəsilə verildiyi iddia olunduğundan, habelə, 3200 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tərəfindən Cavabdeh2 verilməsi və eləcə də həmin pulun İddiaçı tərəfindən Cavabdeh1 verilməsi mötəbər sübutlarla təsdiqini tapmadığından iddia bu hissədə təmin edilməməlidir.Belə ki, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən iddiaçı öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və bu sübutları təqdim etməlidir.. Məhkəmə Kollegiyası ilkin iddia tələbinin 01 oktyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh2 “QAZ 2705” markalı, 99XN137 dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) yük avtomobilini təhvil verən günədək hər ay üçün ödənilməmiş 500 manat pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi hissəsində qeyd edir ki, Cavabdeh2 polisə verdiyi izahatında avtomobili icarəyə götürdüyünü, 20 ay müddətinə 500 manat ödədiyini, daha sonra 1000 manat verdiyi və 4000 manat borclu qaldığını bildirmişdir.Onun polisdəki izahatında 1000 manatın verilməsi və 4000 manat borclu qaldığına dair bildirdikləri iddiaçı rərəfindən qəbul edilməmişdir.İddiaçı həm polisdəki izahatında, həm də məhkəmədəki izahatında 17 ay müddətində hər ay 500 manatın ödənildiyini, 2018-ci ilin oktyabr ayından isə icarə haqqının ödənilmədiyini bildirmişdir. Beləliklə, tərəflər arasında icarə münasibətlərinin mövcudluğu işin halları ilə təsdiq olunduğuna görə və sadalanan qanunvericilik müddəalarını və mübahisənin müəyyən edilmiş faktiki hallarını nəzərə almaqla Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı bu hissədə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilə ilə icarə müddəti ərzində hər ay 500 manat icarə haqqının ödənilməsi razılaşdırılsa da, 2018-ci ilin oktyabr ayından hazırki iddianın qaldırıldığı tarixədək keçən müddət ərzində Cavabdeh2 tərəfindən ödənişin edildiyi sübuta yetirilmir, halbuki Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız təflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə, razılaşdırılmış icarə haqqının vaxtında ödənildiyini sübuta yetirmək cavabdehin üzərinə düşsə də, onun tərəfindən bu hala dair şifahi olaraq bildirilənlərdən əlavə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1.maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3. maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 692.2.1. maddəsinə əsasən kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. 421.2. maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5. maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, icarə haqqının ödənilməsinə dair tərəflərin müqavilədə razılaşdırdıqları şərtlərə əməl olunmadığından yenə müqavilənin şərtlərinə və qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına əsasən iddiaçının müqavilənin ləğvini və vurulmuş zərərin əvəzini ödəməyi tələb etmək hüququ yaranır, vurulmuş zərərin əvəzini ödəmək tələbinin daxilində isə 2018-ci ilin oktyabr ayından cavabdeh avtomobili təhvil verən günədək hər ay üçün ödənilməmiş 500 manat vəsaitin ondan tutulması daxildir. Məhkəmə Kollegiyası ilkin iddia tələbinin mənəvi ziyanla bağlı olan hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə Kollegiyası qeyd edir ki, ilkin İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxslərin təqsiri nəticəsində ona 2.000 (iki min) manat məbləğində ziyan dəyməsi ilə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə Kollegiyası hesab edir ki, ilkin iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddiası ilə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Kollegiya işin yuxarıda sadalanan hallarına istinad edərək qeyd edir ki, tərəflər arasında mövcud olmuş və xeyli müddət şərtləri icra olunmuş icarə müqaviləsinin etibarsız hesab olunması üçün hər hansı əsaslar müəyyən olunmamışdır.Belə ki, tərəflər arasında mövcud olmuş icarə münasibətləri ilə bağlı işin faktiki hallarına yuxarıda qiymət verilmişdir. Mülki Məcəllənin 337.1. maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə hvyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümükün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, məhkəmə Kollegiyası iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək qənaətə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməli, “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) avtomobil Cavabdeh2 alınaraq İddiaçı verilməli, 01 oktyabr 2018-ci il tarixdən başlayaraq “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) avtomobil İddiaçı təhvil verilənə kimi hər ay üçün 500 manat pul Cavabdeh2 alınaraq İddiaçı verilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilməlidir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-49/2021 saylı, 28.04.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İlk iddia qismən təmin olunsun. “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) avtomobil Cavabdeh2 alınaraq İddiaçı verilsin. 01 oktyabr 2018-ci il tarixdən başlayaraq “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) avtomobil İddiaçı təhvil verilənə kimi hər ay üçün 500 manat pul Cavabdeh2 alınaraq İddiaçı verilsin. İlk iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10799/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10799/2021
08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver