Məhkəmə qərarları › İş №2(103)-1082/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1082/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1082/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı «xxxx» ASC-nin Cavabdeh (X3 maraqlarına toxunan şəxs kimi üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2966/2020 saylı işi üzrə 18.09.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 865 manat sığorta ödənişi və 30 manat ödənilmiş dövlət rüsumunun «xxxx» ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: 25.04.2019-cu il tarixli sığorta aktına əsasən, “Volkswagen Polo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 865 manat müəyyən edilmiş, sığorta ödənişi zərərçəkən X4 ödənilmişdir; 02.05.2019-cu il tarixli əmlaka dair qiymətləndirmə aktı ilə, ““X9” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 865 manat məbləğində maddi ziyan dəymişdir (səh.6); icbari sığorta müqaviləsinə dair məlumata əsasən, Cavabdeh məxsus “Volkswagen Polo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil 28.11.2018-ci il tarixində «xxxx» ASC tərəfindən standart icbari sığorta növü üzrə sığortalanmışdır(səh.7); № AP ******* nömrəli, 14.03.2019-cu il tarixli inzibati xəta haqqında protokolun və TP ******* nömrəli qərarına əsasən, Cavabdeh idarə etdiyi “Volkswagen Polo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 13.03.2019-cu il tarixdə saat 08:00-radələrində Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhmanov küçəsində “Volkswagen Polo” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və qapını açaraq arxada hərəkətdə olan “X9” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtonəqliyyat hadisəsi törətmiş və hadisə verindən yayınmışdır (səh.19-20). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2966/2020 saylı işi üzrə 18.09.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh «xxxx» ASC-nin xeyrinə 865 manat və 30 manat dövlət rüsumu cəmi 895 manat məbləğində pul vəsaitinin ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936, 1096, 1097, 1108; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119.1, 217-ci maddələrinə; "İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25, 63.1-ci maddələrinnə istinadən qeyd edilmişdir ki, Cavabdeh hadisə yerindən yayındığından, bu barədə inzibati tənbeh vermə haqqında qərar olduğundan və vurulmuş zərərin əvəzi 865 AZN həcmində “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Nərimanov Rayon Məhkəməsinin № 2(005)-2966/2020 saylı, 18 sentyabr 2020ci tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, məhkəmə xərclərinin iddiaçıdan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM-in 8, 217; “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, o, 13 mart 20!9-cu il tarixində səhər saat 08:00 radələrində mülkiyyətində olan “Volkswagen Polo” markalı, dövlət qeydiyyat nişanı “** HN ***” olan minik avtomobili ilə övladını təhsil aldığı 258 saylı orta məktəbə aparmışdır. Məktəbə çatanda avtomobili Sabit Rəhman küçəsinin sağ qadağan olunmayan hissəsində saxlayaraq qapını açmaq istəyərkən (təxminən 30 dərəcə bucaq altında) sürətlə hərəkət edən “X9” markalı dövlət qeydiyyat nişanı “** KS ***” olan avtomobil avtomobilinin qapısına çırpıldı, nəticədə qapı deformasiyaya uğradı. Həmin maşının sahibi maşını saxlayanda ona iradını bildirdi ki, nə etdi, o da cavabında kobud şəkildə bildirdi ki, arxaya baxardı. Hər ikisi öz maşına baxdılar, o da qismən özünü günahkar hesab edib heç nə demədi. Həmin avtomobilin sürücüsü isə hərəkətini davam etdirərək oradan uzaqlaşdı. Qarşı tərəfin hadisə yerindən çıxıb getdiyinə görə o da güman etdi ki, hərə öz maşınını düzəldəcək. O da də uşağını aparıb məktəbə qoyub maşının yanına qayıtdı. Maşının qapısı deformasiyaya uğradığına görə bağlanmırdı. Ətrafdan axtarıb ip tapdı və çətinliklə də olsa, qapını iplə bağlayaraq hadisə yerindən getdi. Lakin həmin gün saat 16:00 radələrində Nərimanov Rayon Yol Polis İdarəsinin əməkdaşı tərəfindən ona zəng edilərək barəsində şikayətin olduğunu bildirərərək onu polisə dəvət etdi. O, 13 mart 2019-cu il tarixində Nərimanov Rayon Yol Polis İdarəsinə getdi. Ona orada Nərimanov RPİ DYPŞ-nin axtarış üzrə inspektoru polis baş leytenantı Elşən Məmmədov bildirdi ki, “sənin idarə etdiyin avtomobil ilə baş vermiş avtonəqliyyat hadisəsi yerindən yayındığına görə bağlı şikayət ərizəsi var. O da öz növbəsində hadisənin əslində necə baş verməsi ilə bağlı ifadə verdi. Verdiyi ifadəyə əhəmiyyət verilmədən Nərimanov RPİ DYPŞ-nin axtarış üzrə inspektoru polis baş leytenantı Elşən Məmmədov ona bildirdi ki, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsü kimi yol nəqliyyat hadisəsi yerindən yayındığına görə İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə yüz manat məbləğində cərimə olunursan. O, baş vermiş yol-nəqliyyat hadisəsi yerindən yayınmağı ilə bağlı heç bir sübut olmadığı halda, yalnız qarşı tərəfin verdiyi ifadə əsasında günahkar hesab edilməsinə etirazını bildirdi. Lakin Nərimanov RPİ DYPŞ-nin axtarış üzrə inspektoru polis baş leytenantı Elşən Məmmədov bildirdi ki, sənin bu hadisədə məsuliyyətin bundan ibarətdir, gedib cəriməni ödəyərsən. O da çarəsiz durumda oradan çıxandan sonra cəriməni ödədi. Lakin, o da barəsində İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə qərar qəbul edilməsinin sonrakı nəticələrini bilmirdi və Nərimanov RPİ DYPŞ-nin axtarış üzrə inspektoru polis baş leytenantı Elşən Məmmədov da bu barədə onu məlumatlandırmadı. Bu hadisədən təxminən 2 ay sonra müştərisi olduğu “xxxx” Şirkətindən ona zəng edilərək bildirildi ki, onlara 865 manat pul ödəməlidir. Niyəsini soruşduqda, ona bildirildi ki, 13 mart 2019-cu il tarixində törətdiyi avtonəqliyyat hadisəsi nəticəsində “X9” markalı dövlət qeydiyyat nişanı “** KS ***” olan avtomobilə vurduğu ziyanı onlar ödəmişlər. Onlar da həmin tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi yerindən yayındığına görə həmin məbləği onlara geri qaytarmalıdır. O, onlara bildirdi ki, 2 ildir şirkətdə maşını icbari qaydada sığortalıdır. Qarşı tərəf sığorta hadisəsi ilə bağlı müraciət etdiyi zaman bu barədə onu vaxtında məlumatlandırmamışdır. Onlar isə bildirdilər ki, onsuz da bu məbləği məhkəmə qaydasında da olsa ondan alacaqlar. 2020-ci ilin avqust ayında ona Bakı şəhər Nərimanov Rayon Məhkəməsindən bildiriş gəldi. Bildirişi alanda öyrəndi ki, xxxx Şirkəti 865 manat məbləğin subroqasiya qaydasında ondan alınmasına dair iddia verib. O da 01 sentyabr 2020-ci il tarixdə ilkin məhkəmə iclasında iştirak etdi. İştirak etdiyi məhkəmə proseslərində baş verən hadisə ilə bağlı ifadəni verdi və məhkəmədən ədalətli qərar çıxarmasını xahiş etdi. Heç bir məhkəmə prosesində iddiaçı tərəfdən nümayəndə iştirak etmədi. Halbuki, işin obyektiv və hərtərəfli araşdırılması üçün iddiaçı tərəfin məhkəmə prosesində iştirakına zərurət var idi. Məhkəmə də heç bir araşdırma aparmadan yalnız qarşı tərəfin məhkəməyə təqdim etdiyi sənədlər əsasında iddianı təmin etdi. Məhkəmə qətnaməsinin təsviri hissəsində qeyd edilir ki, “İcbari Sığortalar Haqqında Qanunun 25.1.1-ci maddəsinin tələbləri hazırkı işə tətbiq edilə bilməz. Cavabdeh tərəfindən vurulmuş 865 manat məbləğində maddi ziyanın necə hesablandığı və nə ilə sübuta yetirildiyi iş materiallarından bəli deyildir. O da bəlli deyildir ki, hər iki avtomobilin “xxxx” ASC ilə sığorta müqaviləsi olduğu halda nə üçün iddiaçı belə bir iddia ilə müraciət etmişdir. Sığorta hadisəsi olduğu halda xərclərin qarşısının alınmaması qəbul edilməzdir. “xxxx” ASC həm X9 markalı, **- KS-***, həm də VVolsvvagen Polo markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillər barədə məlumatlı olmuş, buna baxmayaraq bir müddət gözləmə mövqeyi tutaraq vəziyyətdən sui-istifadə etmiş, müqavilə şərtlərini və qanunun tələblərini pozmuşdur. Mövcud qanunvericiliyə görə belə olan halda maddi məsuliyyət tam iddiaçı “xxxx” ASC-nin üzərinə düşür və onun hazırkı iddia ilə müraciət etməsi qanunsuz olur.” Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.01.2021-ci il tarixli, 2(103)- 1082/21 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq eskpertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30.03.2021-ci il tarixli, 9/747 saylı rəyinə əsasən, iş materiallarında olan “xxxx” MMC-nin 29.03.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü buraxılışlı “X9” markalı, ** KS *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 495.0 manat, tədqiqatın dəyəri 100 manat müəyyən olunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, ekpertiza rəyi ilə razı olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı «xxxx» ASC-nin, maraqlarına toxunan şəxs kimi iddiaçı tərəfində olan üçüncü şəxs X1 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası MM-in 922.1, 926.1, 936, 1096.1, 1096.2, 1108.1, 1112, 1114; MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (pul vəsaitinin məbləği hissəsində) dəyişdirilməli və ekspertiza ilə aşkarlanan pul vəsaitinin məbləği 495 manat müəyyən edilməli, ödənilmiş dövlət rüsumları və aparılmış ekspertiza üzrə məhkəmə xərci tərəflərə aid edilməlidir. Qalan, yəni təqsirlilik hissəsində, cavabdehin əməli inzibati xəta haqqında icraata aid olduğundan mülki icraat həddi səlahiyyətlərinə aid olmadığından qiymət verilməsi mümkün deyil. İddianın məbləğinə görə apellyasiya məhkəməsinin qətnaməsindən şikayət verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2966/2020 saylı işi üzrə 18.09.2020-ci il tarixli qətnaməsi (pul vəsaitinin məbləği hissəsində) dəyişdirilsin – pul vəsaitinin məbləği 495 (dörd yüz doxsan beş) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğdə pul vəsaiti tərəflərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar