Məhkəmə qərarları › İş №2(103)-1082/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1082/2022

19.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1082/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, ilkin iddia üzrə Cavabdeh1 və onların nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-988/2021 saylı iş üzrə qəbul etdiyi 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 73.200,0 manat pul məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul məbləğinin, ümumilikdə 73.200,0 manat pul məbləğinin alınaraq iddiaçılar X3 və İddiaçı1 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-988/2021 saylı iş üzrə qəbul etdiyi 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, pul tələbinə dair qarşılıqlı idda isə rədd edilmşdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 15 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Apellyasiya baxışı zamanı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş edərək bildirmişdir ki, Cavabdeh2 tərərfindən verilmiş apellyasiya şikayətində qətnamənin hansı hissədə mübahisələndirildiyi və hansı maddi və prossesual hüquq normalarının pozuntuları olduğu göstərilmədiyindən onun verdiyi apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, ilkin iddia üzrə Cavabdeh1 və onların nümayəndəsi və vəkili X4 apellyasiya şikayəti mümkün sayılmalı olduğunu bildirmişlər. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək hesab edir ki, şikayət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra, MPM) dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1 -ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir.Keçid müddəlarının 2.2-ci bəndinə əsasən isə, Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir Mülki Prosessual Məcəllənin 361.1.4-cü və 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. MPM-in oktyabrın 1-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma Azərbaycan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmişdir). Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilməmiş, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməmiş, lakin şikayət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-988/2021 saylı iş üzrə qəbul etdiyi 24 sentyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv olunaraq, şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-988/2021 saylı iş üzrə qəbul etdiyi 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərardadı ləğv olunsun. Mülki iş məhkəmə baxışından çıxarılsın və şikayətin geri qaytarılması üçün iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar