Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10829/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, müstəqil tələb irəli sürən 3-cü şəxs X10, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi və sair” tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdeh X26 qarşı “Kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, vurulmuş zərərin ödənilməsi və mənzilin boşaldılması” tələbinə dair qarşılıqlı iddiası və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X10 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 40 saylı Notariat Kontoruna qarşı “Vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-165/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, müstəqil tələb irəli sürən 3-cü şəxs X16 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək Cavabdeh1 özbaşına hərəkətlərinə son qoyulması, qanun çərçivəsində ona qarşı tədbir görülməsi, ona verilən ********** nömrəli olan 18.12.2019-cu il tarixli çıxarışın və ona əsas olan qanunsuz verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, Cavabdeh1 ona qarşı qarşılıqlı iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 28 yanvar 1978-ci il təvəllüdlü olmaqla, doğulduğu gündən ünvan 2 fərdi yaşayış evində valideynləri ilə birlikdə yaşamış və qeydiyyatda olmuşdur. Hal-hazırda 21.05.2013-cü il təvəllüdlü oğlu ilə birlikdə həmin evdə yaşayır. Həmin evin altında yerləşən torpaq sahəsi 705 sot olmaqla, həyətdə iki tikili vardır. Həmin tikililərin biri “A” tikilisi atası tərəfindən tikilmiş, “B” tikilisi isə əmisi X17 tərəfindən tikilmiş və əmisi ailə quranadək orada yaşamışdır. Əmisi ailə qurduqdan sonra onların həyətinə bitişik yerdə ev tikib, ailəsi ilə birlikdə orada yaşamışdır. Atası 30 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Atasının yeganə varisi isə özüdür. Lakin, yaxın müddətdə ona məlum olmuşdur ki, Cavabdeh1 onun qeydiyyatda olduğu evə dair ona məlum olmayan yolla çıxarış almışdır. Belə ki, onun mərhum atasına Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 2001-ci ildə ünvan 2 fərdi yaşayış evinə dair hesabat verilmiş və evin sxemi çəkilmişdir. Cavabdehin təqdim etdiyi sənədə əsasən isə onun evi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, ev 7 A kimi qeyd edilmişdir. Artıq bir müddətdir ki, cavabdeh onu narahat edərək, evdən çıxmasını tələb edərək, polisə şikayət edir. Halbuki, o cavabdehi ümumiyyətlə tanımır və heç vaxt onların evində olmayıb. 30.08.2018-ci il tarixdə atası vəfat etdikdən sonra əmisi qızı X21 ilə aralarında qalmaqal başlamışdır. Gülnarə həyətdə olan digər tikiliyə, yəni 1 otaqlı evə, guya onun atası tərəfindən tikilmiş və onun mülkiyyəti hesab etdiyi evə məhkəmə qarşısında iddia qaldırmış və özü ilə birlikdə ailə üzvlərinin o evə köçürülməsini tələb etmişdir. Onun həmin evə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədi olmadığına görə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-694 saylı 11.03.2019- cu il tarixli, Bakı Appelyasiya Məhkəməsinin 2(103)-7219 saylı 03.07.2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8249 saylı 17.01.2020-ci il tarixli qərarları ilə iddiası təmin edilməmişdir. X4 tələbi Ali Məhkəmədə baxılmamış 06.11.2019-cu il tarixdə AR ƏMDKY DƏDRX-nın nümayəndəsi ərazi üzrə sahə müvəkkili ilə onun yaşadığı Kəndçi küç. 9/4 ünvanına gəlmiş ona bildirmişlər ki, Cavabdeh1 idarəyə ona məxsus mülkə dair çıxarışın əldə edilməsi ilə bağlı müraciət etmişdir. Təbii ki o, bu insanın adını eşidəndə təəcüblənmiş, çünki daima böyüklərdən, ata-anasından eşitmişdir ki, bu həyət onların olub. Cavabdeh1 babası X5 ölümündən 50 il keçməsinə, atası X2 ölümündən 15 il keçməsinə baxmayaraq ata ilə oğulun arasında vərəsəlik hüququnun tanınmamasına baxmayaraq, həmçinin qanunla müəyyən edilmiş vərəsəliyinin vaxtının ötürülməsinə məhəl qoymayaraq 40 saylı notariat kontoruna müraciət etmişdir. Notariusun müdiri X8 təşəbbüsü ilə 152/2019 saylı vərəsəlik işi açılmış və Cavabdeh1 1/1 payçı kimi vərəsəlik hüququ verilmişdir. Hərçənd ki, vərəsəliyə qalsa Tofiqin Nadir adında qardaşı, babası Məmmədhüseynin qardaşı Dadaşbala, onun övladları, nəvələri ola ola necə olur ki, Tofiq 1/1 payçı olur. Onların heç bu vərəsəlikdən xəbərləri belə yoxdur. Verilmiş çıxarışın surəti məhkəməyə təqdim edilmiş və orada mülkiyyətin birgə 1\3 paylı mülkiyyət olduğu qeyd edilmişdir. Cavabdeh1 çıxarışı əldə etdikdən sonra onu polis orqanlarına şikayət etmiş, guya o, onun evini zəbt etmiş, çıxmır evindən əmlakına 20605 manat dəyərində ziyan vurmuş, söküntü aparmış və buna dair istintaqın aparıldığını bildirmişdir. 96 il zəbt olunma dövrü olmur. Çıxarışa görə əmlak birgə mülkiyyətdir və digər payçıların xəbəri olmadan onun bu tələbləri iddia etməyə ixtiyarı yoxdur. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məmmədov X19 Rəna Ramiz qızına qarşı “vurulmuş ziyanın ödənilməsi, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən ünvan 2 fərdi yaşayış evinin sökdüyü 59.1 kv.metr ümumi sahədən ibarət hissəsinin bərpa edilməsi üçün hesablanmış 20605 manat zərər məbləğinin tutulub ona ödənilməsi, cavabdehin ünvan 2 fərdi yaşayış evinə olan istifadə hüququna 10000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, cavabdehin ünvan 2 fərdi yaşayış evindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması, ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ev onun paylı mülkiyyətindədir. Mülkiyyətində olan mənzil miras əmlak olaraq babasından qalmışdır. Belə ki, Bakı şəhəri 40 saylı Notariat Ofisinin xüsusi notariusu Ş.Hüseynova tərəfindən 04 dekabr 2019-cu il tarixdə təsdiq etdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 07.09.1969-cu il tarixdə ölmüş babası X3 miras qalmış 121.40 kv.metrdən ibarət ünvan 2 fərdi yaşayış evi, miras əmlakı qəbul etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 16.12.2019-cu il tarixdə reyestrdən çıxarış verilmişdir. Həmin fərdi yaşayış evini onun mülkiyyətinə keçmişdir. Cavabdeh İddiaçı Azərbaycan Ramiz qızı isə mülkiyyətində olan evdə yaşamaqla yanaşı, mülkiyyətində olan fərdi yaşayış evinin bir hissəsini sökmüşdür. Həmin iş üzrə Nizami rayon Polis İdarəsində cinayət işi araşdırılır. Azərbaycan Respublikası "xxxx" MMC-nin 05 mart 2020-ci il tarixli rəyindən görünür ki, aparılmış araşdırma zamanı ünvan 2 fərdi yaşayış evinin 59.1 kv.metr ümumi sahədən ibarət söküntü obyektinin bərpası üçün hesablanmış xərc 20605 manat təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin qanunsuz hərəkəti nəticəsində əmlaka 20605 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, cavabdehin əmlaka vurulmuş zərəri ödəməklə yanaşı, onun ünvan 2 fərdi yaşayış evinə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməli və cavabdeh fərdi yaşayış evindən çıxarılmalı və mənzil boşaldılmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 40 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı cavabdeh 40 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 adına 2V-331 nömrəli reyestrdə qeydə alınmaqla verilmiş 04 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında ünvan 2 fərdi yaşayış evinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və onun adına verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs Pərvanə İsmayılova tələbini onunla əsaslandırılmışdır ki, o, 2015-ci ildə ailə qurmuş və həyat yoldaşının Bakı şəhərində evi olmadığından, ailə qurduqdan sonra bir müddət sonra atasının evində yaşamağa başlamış, atasının əmisi X39 onu öz qızından ayırmadığı üçün onun evsizsizliyindən əziyyət çəkməsini görmüş, sonradan öz həyətində yerləşən 1 otaq, 1 giriş və koridordan ibarət boş evi ona verdiyini bildirmişdir. Atasının əmisi X39 31 avqust 2018-ci il tarixdə vəfat edəndən sonra həmin evə köçüb orada yaşamağa başlamışlar. İlk əvvəl həmin evə hasar çəkmiş, sonradan qızı Rəna ilə qarşılıqlı razılıq əsasında Keşlə qəsəbə Bələdiyyəsinin nümayəndəsini dəvət edərək, onun adına təyin edilmiş və yeni ünvan göstərilməklə Hesabat kitabçasını vermişlər. Sonradan o, və ailə üzvləri ünvan 2 ünvana qeydiyyata alınmışdır. Lakin bir müddət sonra X15 müraciəti əsasında evdən qeydiyyatdan çıxarılmışlar. 07 noyabr 2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və ərazi üzrə sahə müvəkkili evə gələrək, evin Cavabdeh1 məxsus olmasını və o, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzili əldə etdiyini bildirmişdir. Lakin hesab edir ki, Cavabdeh1 adına olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalı və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Belə ki, onların yaşadığı evin həyətyanı sahəsi 7.50 sotdur. Lakin Cavabdeh1 adına verilmiş çıxarışda, habelə texniki pasportda 0.01726 ha göstərilmiş və əsassız olaraq bu əraziyə on məxsus həm ev, həm də həyətdə yerləşən sanitar qovşaq və qaraj da əlavə edilmişdir. Bundan başqa, tikililərin inşa edildiyi tarix də səhv göstərilmişdir. Qeyd etmişdir ki, Cavabdeh1 adına 1734-cü ilin arxiv arayışı əsasında vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Lakin ona məxsus ev 1950-ci illərdə onun babası tərəfindən inşa edilmişdir. Qalan tikililər isə qaraj 2015-ci ildə, sanitar qovşaq isə 2005-ci ildə əmisi X39 tərəfindən inşa edilmişdir. Cavabdeh1 40 saylı notariat kontorunun köməkliyi ilə əldə etdiyi vərəsəlik şəhadətnaməsi qanunsuzdur. Belə ki, 152 saylı 04.12.2019-cu ildə əldə olunan vərəsəlik şəhadətnaməsi 1934-cü ildə o zamanki Kommunal İdarə (JEK) tərəfindən verilmiş arayış əsasında alınmışdır. Həmin ildə bu idarə tərəfindən arayışlar özbaşına tikililərə, mənzil kommunal birliklərinin evlərinə verilirmişdir. Vərəsəliyin təyin edilməsi o zaman mümkün olur ki, mülkiyyət vətəndaşın öz şəxsi mülkiyyəti olsun. Bu arayış isə komunal evlər üçün (özbaşına tikililər üçün) nəzərdə tutulduğuna görə vərəsəliyin həmin arayış əsasında açılması yolverilməzdir. Müqayisə üçün Sizə 1935-ei ildə başqa bir insanın adına tərtib edilmiş Texniki İnventarlaşdırma İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsini təqdim etmişdir. Bu müqayisədən açıq aşkar görünür ki, vərəsəliyin açılmasına əsas götürülən kommunal idarənin arayışı xüsusi mülkiyyəti təsdiq edən sənəd, çıxarış deyildir. Onların arasında çox ciddi fərq vardır. Əgər Kommunal İdarə tərəfindən verilən arayış əsasında Tofiqin babasının anası Qızana Balakişi qızı çıxarışın tərtib edilməsi üçün Texniki İnventarlaşdırma İdarəsinə özü müraciyət etsəydi, o zaman çıxarışın verilməsi üçün tələb olunan sənədlərin siyahısına bu arayış daxil ola bilərdi. Lakin xanım çox uzun müddət əvvəl vəfat etdiyinə və bu evlər onun xüsusi mülkiyyəti olmadığına görə vətəndaşın ölümündən sonra onun qohumları varis sayıla bilməzlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ünvan 2 fərdi yaşayış evinə olan istifadə hüququna 10.000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, İddiaçı ünvan 2 fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, qətnamə İddiaçı ünvan 2 fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas olması, məhkəmə xərclərinə aid olan, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh1, müstəqil tələb irəli sürən 3-cü şəxs P.İsmayılovanın ödəmiş dövlət rüsumu ona aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılımasını xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Qətnamədən, həmçinin, narazı qalan müstəqil tələb irəli sürən 3-cü şəxs apellyasiya şikayəti verərək qətnamənin iddiasının rədd edildiyi hissədə ləğv edilməsi və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbində göstərdiyi halları nəzərə almamış və bu halları hansı səbəbdən nəzərə almadığını öz qətnaməsində əsaslandırmamışdır. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılımasını xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır Apellyasiya baxışı zamanı ilkin iddia üzrə iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Müstəqil tələb irəli sürən 3-cü şəxs də apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili də apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və 40 saylı Notariat Kontorunun nümayəndləri məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının şikayəti təmin edilməməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxsin apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməlidir. Belə ki, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 31.05.2019-cu il tarixdə verilmiş **********37 saylı məktubundan görünür ki, ünvan 2 evin mərhum X24 adına dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir, lakin həmin ünvanla bağlı fiziki şəxslərin mülkiyyətində olan binaların və qurğuların qiymətləndirilməsinə dair hesabat pasportu İdarənin arxivində mövcuddur. İş materiallarında olan Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş hesabatın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi, 9/4 ünvanında yerləşən evə dair X24 adına hesabat tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən 04.11.2020-ci il tarixdə verilmiş notariat işində olan sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, 04.12.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 07.09.1969-cu il tarixdə ölmüş X5 vərəsəsi, oğlu X9 idi, lakin onun 19.04.2004-cü ildə vəfat etməsi ilə əlaqədar miras onun vərəsəsi, oğlu Cavabdeh1 keçir. Şəhadətnaməyə əsasən X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş **********52-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ümumi sahəsi 121.4 kv.metr olan fərdi yaşayış evinin birgə mülkiyyət üzrə ona məxsus hissəsindən pay almışdır. Notariat işində olan sənədlərdən müəyyən edilir ki, X12 07.09.1969-cu il tarixdə ölmüş, arvadı X41 isə 03.09.1951-ci il tarixdə ölmüşdür. Birgə nikahlarından olan oğlu X11 19.04.2004-cü il tarixdə ölmüşdür. X1 Xanım Salman qızı ilə rəsmi nikahda olmuş və birgə nikahlarından Cavabdeh1 anadan olmuşdur. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 14.11.2019cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ümumi sahəsi 121,40 kvm olan evin 1/3 hissəsi X6, 1/3 hissəsi X45 adına və 1/3 hissəsi X44 adına 14.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 evin 1/3 hissəsi Cavabdeh1 adına 16.12.2019- cu il tarixdə, 1/3 hissəsi X45 adına və 1/3 hissəsi X44 adına 14.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri İcraiyyə Komitəsinin Azərbaycan Sovet Sosialist Respublikası fəhlə, kəndli, qırmızı əskər və dənizçilər X13 Daşınmaz əmlak Şöbəsinin Bakıda bələdiyyə qeydiyyatında olmayan tikililərin reyesterindən verilmiş 15.10.1934-cü il tarixli 202 saylı arayışından görünür ki, bu arayış Bakı Şurasının Kommunal Təsərrüfatı tərəfindən vətəndaş X47 ondan ötrü verilmişdir ki, türk kişləsi Kəndçi kəndində yerləşən 10 saylı milis idarəsində 756 kvm torpaq sahəsində və açıqlamada qeyd edilmış əsasən çöldə yerləşən A-birmərtəbəli və Bbirmərtəbəli İ-İİ nömrə ilə qeyd edilmiş 7 a nömrəli ev Bakı şəhəri bələdiyyə qeydiyyatında olmayan tikililərin reyestrində vətəndaş X45, X28 və X44 adına qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayonu X37 Nizami rayon yaşayış sahələrinin idarəsinin 30.11.1988-ci il tarixli 679 saylı arayışının surətlərindən görünür ki, kəndçi küçəsi 9 ünvanında yaşayan vətəndaş X.S.Məmmədovaya onun ərizəsinə baxılması ilə əlaqədar bildirilmişdir ki, Kədçi küçəsi 9 ünvanında yerləşən evin sahibliyi rəhmətə getmiş X62kişi qızının varisi M.M.Məmmmədova məxsusdur. X29 və X30 həmin yaşayış sahəsinə kirayəçi kimi qeydiyyata düşmüşlər, ona dair hüquqlara malik deyillər. Ona hüquqi varis kimi həmin şəxslər evi tərk etmədikləri təqdirdə məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. İş materiallarında olan X25 verilmiş Azərbaycan SSR Xalq Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki Şamiyan rayonu, Keşlə, Kəndçi küçəsi ev 4 ona məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin direktoru F.İbrahimovun verdiyi 05 mart 2020-ci il tarixli rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 59.1 kv.metr ümumi sahədən ibarət söküntü obyektinin bərpası üçün hesablanmış xərc 20605 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan 25 aprel 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh1 ünvan 2 fərdi yaşayış evinin 59.1 kv.metr hissəsinin İddiaçı və X16 tərəfindən sökülərək ona 20605.4 manat maddi ziyan vurulması barədə şikayət ərizəsi ilə Nizami RPİ-nin 23-cü PB-nə müraciət etmiş və İddiaçı və X10 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli 6(007)-20/2020 saylı qərardan görünür ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X35 25.04.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından Cavabdeh1 tərəfindən verilmiş şikayət ərizəsi onun vəkili və nümayəndəsi tərəfindən baxılmadan geri qaytarılması xahiş edildiyi üçün geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 20.09.2018-ci il tarixli hesabat cədvəlindən görünür ki, həmin hesabat cədvəli ünvan 4 ünvanında yerləşən tikili barəsində tərtib edilmiş, onun sahibi isə X14r. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən 04.12.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 ünvan 2 fərdi yaşayış evindən 1/3 hissədən, ümumi sahəsi 121.4 kv.metr olan fərdi yaşayış evinin birgə mülkiyyət üzrə ona məxsus hissəsindən pay almışdır. AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 2 evin 1/3 hissəsi Cavabdeh1 adına 16.12.2019-cu il tarixdə, 1/3 hissəsi X45 adına və 1/3 hissəsi X44 adına 14.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Hazırda İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs X16 vərəsəlik haqqında şəhadətnamənin, etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair ilkin iddia və iddia tələbi ilə, Cavabdeh1 isə X26 qarşı “Kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, vurulmuş zərərin ödənilməsi və mənzilin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 hazırda məhkəmədə mübahisələndirilən ünvan 2 ümumi sahəsi 121.4 kv.metr olan fərdi yaşayış evini birgə mülkiyyət üzrə ona məxsus 1/3 hissəsindən vərəsəlik qaydasında pay almışdır. Bu əmlak 04.12.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 07.09.1969-cu il tarixdə ölmüş X5 vərəsəsi, oğlu X9 olmuş, lakin onun 19.04.2004-cü ildə vəfat etməsi ilə əlaqədar miras onun vərəsəsi, oğlu Cavabdeh1 keçmiş, vərəsəlik şəhadətnaməsinə əsasən X6 AR ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş **********52-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş və o mübahisəli evinin birgə mülkiyyət üzrə ona məxsus hissəsindən pay almışdır. Notariat işində olan sənədlərdən müəyyən edilir ki, X12 07.09.1969-cu il tarixdə ölmüş, arvadı X41 isə 03.09.1951-ci il tarixdə ölmüşdür. Birgə nikahlarından olan oğlu X11 19.04.2004-cü il tarixdə ölmüşdür. X1 Xanım Salman qızı ilə rəsmi nikahda olmuş və birgə nikahlarından Cavabdeh1 anadan olmuşdur. Müəyyən edilmişdir ki, mübahisəli ev ilkin İddiaçı atası X31 mülkiyyət hüququ ilə məxsus olmamış, o, həmin mənzilin istifadəçisi olmuşdur. İsmayılov Ramiz 30.08.2018-ci il tarixdə vəfat etmiş, ilkin İddiaçı isə hazırda mübahisəli evdə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa bunun nəticəsində hüquqlarına toxununlmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxs ünvan 2 fərdi yaşayış sahəsi ilə bağlı Cavabdeh1 verilməsinə əsas olmuş vərəsəlik şəhadətnaməsinin və çıxarışın əsassız olmasına dəlalət edən hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişlər. Başqa sözlə, İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs Pərvanə İsmayılova onlara mülkiyyət hüququ ilə məxsus olmayan əmlakla bağlı onun paylı mülkiyyətçilərindən birinə qarşı mülkiyyət hüququnun yaranmasına əsas olmuş vərəsəlik şəhadətnaməsini və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb etsələr də öz tələblərini əsalandıra bilməmişlər. İddiaçı mübahisələndirilən evin istifadəçisi kimi həmin evə dair maraqlı şəxs olduğunu sübut etsə də, mülkün atasına mülkiyyət hüququ ilə məxsus olmasını, Cavabdeh1 mübahisəli evə dair vərəsəlik qaydasında paylı mülkiyyətçi olmasının əsassızlığını sübut edə bilməmiş, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə kollegiyası, həmçinin, birinci instansiya məhkəməsinin iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh1 İddiaçı qarşı vurulmuş ziyanın ödənilməsi hissəsi ilə bağlı gəldiyi qənaətlə də razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətiribçıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarından göründüyü kimi İddiaçı uzun müddət və hazırda ünvan 2 fərdi yaşayış evində yaşayır, əmlakın valideynlərinə məxsus olmasını hesab edərək maneəsiz olaraq ondan istifadə etmiş. Uzun müddət ərzində ona əmlakın başqa sahibin olması barədə faktın olması məlum olmamışdır. Mübahisəli evin Cavabdeh1 aid olması faktı isə ona 07.11.2019-cu il tarixdə Əmlak Komitəsinin Bakı şəhəri ərazi idarəsinin nümayəndələri gəldikdə məlum olmuşdur. İş materialları ilə də təsdiq edilir ki, vərəsəlik iş üzrə Cavabdeh1 adına və onun babası X18 adına daşınmaz əmlak 14.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı və 3 şəxs Pərvanə İsmayılovanın məhkəməyə verdikləri izahatlarla müəyyən olunmuşdur ki, söküntü işlərinin daha əvvəl yəni 2019-cu ilin aprel ayında həyata keçirmişdir. Bu söküntü ilə bağlı 2019-cu ilin may ayında Rənanın əmisi qızı X21 Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinə teleqramla müraciət etmiş və şəxsən də gedib onunla aralarında məhkəmə mübahisəsinin olmasını bildirmişdir. Eyni zamanda iş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin 25.04.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, qeyd olunan söküntü işləri barədə Cavabdeh1 tərəfindən 08.01.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müraciət edilmişdir. Halbuki nə hazırki iş üzrə nə də cinayət işi üzrə aparılmış araşdırma zamanı qeyd olunan söküntü işlərinin İddiaçı tərəfindən ona Cavabdeh1 mülkiyyət hüququnun olmasından məlumatlı olmasından sonra qərəzli olaraq həyata keçirilməsi müəyyən olunmamışdır. Həmçinin, 25.04.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı hadisə yerinə yəni mübahisəli ünvana baxış keçirilmiş, bu ünvanda Cavabdeh1 ərizəsində qeyd etdiyi kimi sökülmüş 30-35 kvm sahəli tikili aşkar edilməmiş, yalnız həyətyanı sahəni əhatə edən köhnə mişar tipli daşlardan hörülmüş hasarın söküldüyü, həmin sökülmüş hasarın uzunluğunun 5,60 metr, eninin isə 72 sm və hündürlüyünün 2,5 metr olması müəyyən olunmuşdur. Həmçinin həmin qərarla Cinayət Məcəlləsinin 186-cı maddəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə zərərçəkənə qəsdən zərər vurduqda cinayət məsuliyyətinə səbəb olması lakin hadisə yerinə baxışla ərizəçinin ərizəsində qeyd etdiyi (30-35 kvm) nə də "xxxx" MMC-nin hesabatında qeyd edildiyi (59.1 kvm) ölçüdə qəsdən məhv edilmiş və ya zədələnmiş tikilinin mövcud olmaması müəyyən edilmişdir Bundan başqa, birinci instansiya məhkəməsi İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh1 təklif etdiyi 10 min manat kompensaiya məbləği verilməklə istifadə hüquqlarına xitam verilməsini mübahisənin düzgün və ədalətli həlli hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən nəticəsi ilə razılaşmayaraq hesab edir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 evin 1/3 hissəsi Cavabdeh1 adına 16.12.2019-cu il tarixdə, 1/3 hissəsi X45 adına və 1/3 hissəsi X44 adına 14.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır Göründüyü kimi, adı çəkilən fərdi yaşayış evi (bir həyətdə bir neçə tikili (ev) var) paylı mülkiyyətdə olmaqla, Cavabdeh1 Nariman oğlunun payı yalnız evin 1/3 hissəsinədir. Başqa sözlə evin yalnız 1/3-i ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1 və 213.2-ci maddələrinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər Həmin Məcəllənin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində tam da sərbəst deyillər. Hazırkı halda isə məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, qeyd edilən mülkiyyət üzrə (bir həyətdə bir neçə tikili (ev) var) olan paylar naturada bölünmədiyindən, Cavabdeh1 payı real və konkret olaraq müəyyənləşmədiyindən və məhz İddiaçı yaşadığı hissənin Cavabdeh1 payına aid olması müəyyənləşmədiyindən, onun digər payçıların razılığı olmadan Rəna İsmnayılovaya qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbi irəli sürməsi əsassızdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək ve onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: Öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyala keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, qeyd olunanlar kontekstində kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı ünvan 2 fərdi yaşayış evinə olan istifadə hüququna 10000 (on min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, İddiaçı ünvan 2 fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması” hissəsində ləğv edilməli, həmin hissədə qarşılıqlı iddia tələbi təmin edilməməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlkin iddia üzrə İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs X10 apellyasiya şikayətləri qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-165/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi “İddiaçı ünvan 2 fərdi yaşayış evinə olan istifadə hüququna 10000 (on min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, İddiaçı ünvan 2 fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması” hissəsində ləğv edilsin və həmin hissədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10829/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10829/2021
24.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver