Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1083/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlunun və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-6221/2021 saylı iş üzrə qəbul etdiyi 16 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin (mərhumun əmək haqqı) 560 manat hər ay 25.02.2021-ci il tarixdən və 50.000 manat mənəvi ziyan kimi, 28.05.2008-ci il təvəllüdlü X1 25.02.2021-ci il tarixdən 28.05.2026-cı il tarixədək hər ay 175 manat, 23.03.2010-cu il təvəllüdlü X3 25.02.2021-ci il tarixdən 23.03.2028-ci il tarixədək hər ay 175 manat, mərhumun himayəsində olmuş nəvələrinə qulluq etməklə məşğul olan və işləməyən X9 25.02.2021-ci il tarixdən hər ay 175 manat məbləğində və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X4 03.05.2010-cu il tarixdən 25.02.2021-ci il tarixədək əmək müqaviləsi əsasında "xxxx" ASC-nin Xəzər RETSİ-nin qazqaynaqçı vəzifəsində işləmişdir. 25.02.2021-ci il tarixdə əmək funksiyasını yerinə yetirərkən işıq dirəklərinin yerlərini dəyişmək məqsədilə dirəklərin üzərində qaynaq işləri görən zaman metal materialdan olan işıq dirəyinin üzərinə düşməsi nəticəsində xəsarət alaraq həlak olmuşdur. Fakt üzrə Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi açılmış, cinayət işi üzrə vətəndaş X15 Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinmiş, iş üzrə çıxarılmış 1(003)-285/2021 nömrəli hökm qanuni qüvvəsini almışdır. Həmçinin baş vermiş bədbəxt hadisədə cavabdehin təqsiri qanunveriliciliyə uyğun tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında 30.04.2021-ci il tarixli 03/2021 nömrəli aktla təsdiq olunur. Həlak olmamışdan əvvəl iddiaçının ərinin orta aylıq əmək haqqı 560 manat təşkil edirdi. Öhdəsində iddiaçı daxil olmaqla 28.05.2008-ci il təvəllüdlü Məhəmməd Əlimurad oğlu, 23.03.2010-cu il təvəllüdlü Leyla Əlimurad qızı və 1957-ci il təvəllüdlü anası X13 olmuşlar. Ailə üzvləri ilə birlikdə ilə birlikdə çox böyük mənəvi sarsıntı yaşayırlar. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-6221/2021 saylı iş üzrə qəbul etdiyi 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “Azərişıq» ASC-dən mənəvi zərərə görə 10.000 (on min) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10.030 (on min otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məlum haldır ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Lakin məhkəmə mənəvi zərər müəyyən edilərkən ilk növbədə hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Qeyd olunanlara əsasən hesab edilir ki, hazırki iş üzrə iddiaçıya vurulmuş mənəvi ziyanın miqdarını 10.000 (on min manat) məbləğində müəyyən etməklə məhkəmə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamış və baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərə, izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi iddia tələbini - mənəvi zərərinin tutulması hissəsində ədalətlilik prinsipləri baxımından düzgün qiymətləndirməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçının həyat yoldaşının cavabdehin əməkdaşının təqsirli hərəkətlləri nəticəsində dünyasını dəyişməsi işin mübahisələndirilməyən hallarıdır. İddiaçının həyat yoldaşının vəfatından sonra onarın 2 azyaşlı uşağı qalmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehin apellyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəldiyindən kollegiya qətnaməninin əsaslılığını - iddianın təmin olunan hissəsində yoxlayır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 153151 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 ilə X7 arasında 02.09.2005-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 664 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan Əzizbəyov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 102852 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 28.05.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X4, anası İddiaçıdır. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 517204 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 23.03.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X4, anası İddiaçıdır. İş materiallarında olan "xxxx" (indiki "xxxx" ASC) ASC ilə X4 arasında bağlanmış 03.05.2010-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X4 "xxxx" ASC-nin Xəzər RETSİ-nin elektrik qaz-qaynaqçı vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Suraxanı rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 153546 nömrəli 18.03.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 25.02.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18.03.2021-ci il tarixdə 385 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: travmatik ikincili və ya residivləşən qanaxmadır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 18.06.2021-ci il tarixli arayışından görünür ki, X5 25.02.2021-ci il tarixədək "xxxx" ASC Xəzər RETSİ-nin İstismar şöbəsində qazqaynaqçısı vəzifəsində işləmişdir. 2020-ci ilin mart ayından 2021-ci ilin fevral ayınadək ona cəmi 5612,81 manat əmək haqqı hesablanmışdır. İş materiallarında olan İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 03/2021 saylı (İZ forması) aktından görünür ki, "xxxx" ASC-nin Xəzər RETSİ-nin qaz-qaynaqçı vəzifəsində işləmiş X4 25.02.2021-ci il tarixdə əmək funksiyasını yerinə yetirərkən işıq dirəklərinin yerlərini dəyişmək məqsədilə dirəklərin üzərində qaynaq işləri görən zaman metal materialdan olan işıq dirəyinin üzərinə düşməsi nəticəsində xəsarət alaraq həlak olmuşdur. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli 1(003)- 285/2021 saylı hökmün surətindən görünür ki, X15 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinərək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən X10 təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 2 il sınaq müddətinə təyin olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş **********00034 saylı sığorta aktından görünür ki, RH**********/20 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə "xxxx" ASC-nin əməkdaşı X4 25.02.2021-ci il tarixdə travmatik ikincili və ya residivləşən qanaxma nəticəsində həlak olmuşdur. Sığorta hadisəsi ilə bağlı Ə.Babayevin ailə üzvləri – İddiaçı (X6) 6381,98 manat, X3 (qızı) 15.733,87 manat, X1 (oğlu) 14.212.46 manat, X9 (anası) 15.438,19 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan 09.09.2021-ci il tarixli, 5,6,7,8 saylı ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC tərəfindən X3 15.733,87 manat, X1 14.212,46 manat, İddiaçı (X3) 6381,98 manat, X9 15.438,19 manat sığorta ödənişi ödənilmişdir Hazırda tərəflər arasında mübahisə mənəvi zərərə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlıdır. Rayon məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, həyat yoldaşının həlak olması nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər və vurulmuş mənəvi zərərin 10.000 (on min) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi iddiaçının həyat yoldaşı "xxxx" ASC-nin Xəzər RETSİ-nin qaz-qaynaqçı vəzifəsində işləmiş X4 25.02.2021-ci il tarixdə əmək funksiyasını yerinə yetirərkən işıq dirəklərinin yerlərini dəyişmək məqsədilə dirəklərin üzərində qaynaq işləri görən zaman metal materialdan olan işıq dirəyinin üzərinə düşməsi nəticəsində xəsarət alaraq həlak olmuşdur və bu hal iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Hazırda cavabdeh tərəf də qeyd olunanları mübahisələndirmir və apellyasiya şikayətində hazırki iş üzrə iddiaçıya vurulmuş mənəvi ziyanın miqdarının 10.000 (on min manat) məbləğində müəyyən edilməklə məhkəmə tərəfindən kompensasiyanın həcminin kifayət qədər əsaslandırmaması və baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirmənin mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparılmamasına istinad edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər... Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, dəymiş mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 10000 manat pul tutulması ağlabatan və ədalətlidir. Məhkəmə kollegiyası həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Rayon Məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, maddi zərər pulla kompensasiya edilə bilər, lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir hazırki vəziyyətdə pulun iddiaçının ailə başçısının ölümü nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin azaldılacağı və ya zərər çəkənin qabiliyyətinin bərpa ediləcəyi düşünülməsə də bu fiksiya, yəni mənəvi zərərə görə 10000 manat pulun tutulması qəbul ediləndir və məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, itirilmişi qiymətləndirmək mümkün deyil, lakin mövcud şəraitdə 10000 manat pul kompensasiyası təsəlli vasitəsi kimi çıxış edə bilər. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-6221/2021 saylı iş üzrə qəbul etdiyi 16 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-1083/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1083/2022
19.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver