Məhkəmə qərarları › İş №2(103)-1083/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1083/2025

28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1083/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2504/2024 saylı, 02 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə saat 20:20-də TRAİLOR SYY 3 Yarım Qoşqu markalı, 99ZK527 dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.

2. 5768562 nömrəli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 TRAİLOR SYY 3 Yarım Qoşqu markalı, 99ZK527 dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır.

3. 09.04.2024-cü il tarixli DİN-nin DYP Web portalından çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2028-ci il tarixədək Cavabdeh2 etibarnamə üzrə vermişdir.

4. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 10 may 2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Nissan Qashqai markalı, 77ES353 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.

5. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ /1 saylı Asan Xidmət Mərkəzi tərəfindən 10 mart 2020-ci il tarixdə verilmiş ƏN-Vİ№ 526994 nömrəli etibarnamənin surətindən görünür ki, “Nissan Qashqai minik” markalı, 77ES353 dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün X2 etibar edilmişdir.

6. "xxxx" MMC-nin 3 nömrəli xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, buraxılış ili 2009-cu il, Nissan Qashqai markalı, qara rəngli, 77ES353 dövlət qeydiyyat nişanlı avtomobildə cəmi 2300 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir.

7. İcbari Sığorta Bürosu tərəfindən Suraxanı rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli müraciətə baxılmış və bildirilmişdir ki, informasiya sistemində axtarış zamanı xx.xx.2024cü il tarixdə “TRAİLOR SYY 3 YARİMQOŞQU” markalı, 99ZK527 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid qüvvədə olan sığorta şəhadətnaməsi və dəymiş zərərə görə sığorta ödənişinin edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi zamanı ona dəymiş 2.300 manat maddi və 1.000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan 2009-cu il buraxılışlı ** ES *** dövlət qeydiyyat nişanlı Nissan Qashqai markalı avtomobili etibarnamə əsasında X4 idarə edir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 mülkiyyətində olan və digər cavabdeh X1 idarə etdiyi ** ZK *** TRAİLOR SYY 3 Yarım Qoşqu mülkiyyətində olan ** ES *** dövlət qeydiyyat nişanlı Nissan Qashqai markalı avtomobil ilə toqquşaraq avtomobilinə ziyan vurmuşdur. Cavabdeh2 hadisə zamanı yük maşını olan DAF markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirdi və ** ZK *** dövlət qeydiyyat nişanlı TRAİLOR SYY 3 Yarım Qoşqunun həmin yük maşınına qoşqu olaraq bağlanılmışdır. Hadisə yerinə DYP əməkdaşları gələrək yol-nəqliyyat hadisəsini rəsmiləşdirmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsində təqsirkar Cavabdeh2dur. Buna dair DYP tərəfindən xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar qəbul edilmişdir. Mülkiyyətində olan 2009-cu il buraxılışlı ** ES *** dövlət qeydiyyat nişanlı Nissan Qashqai markalı avtomobilə dəymiş ziyan qiymətləndiriləndə müəyyən oldu ki, maşına 2300 manat məbləğində ziyan dəyib. Sonradan məlum oldu ki, Cavabdeh2 idarə etdiyi ** ZK *** TRAİLOR SYY 3 Yarım Qoşqunun sığortası yoxdur. Bu səbəbdən hər hansı vəsait ala bilmədilər. Cavabdeh2 ilə telefon danışıqlarına baxmayaraq ona dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, yol-nəqliyyat hadisəsi zamanı ona dəymiş 2300 manat maddi ziyan və 1000 manat mənəvi ziyan cavabdehlərdən tutularaq ödənilməlidir.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5068 saylı rəyindən görünür ki, "xxxx" servis müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında baş vermiş yol - nəqliyyat hadisəsi nəticəsində 2009-cu il buraxılışlı “Nissan Qashqai minik” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2070 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti – 1020 manat, təmir – bərpa işlərinin qiyməti – 1050 manat təşkil edir.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2504/2024 saylı, 2 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2 vurulmuş maddi ziyana görə 2.070 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qəza Cavabdeh2 təqsirli hərəkəti nəticəsində baş verdiyindən İddiaçı Cavabdeh2 ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlı olmuşdur. Tək mülkiyyətçi olduğu üçün Cavabdeh1 üzərinə məsuliyyət qoyula bilməz, çünki, iş materialları ilə sübut edilir ki, nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh2 sahibliyində idi və onun təqsirli hərəkətlərindən iddiaçıya zərər dəymişdir. Cavabdeh1 vurulmuş ziyanın nəticələri ilə səbəbli əlaqənin olması iş materialları ilə müəyyən edilmir.

13. Məhkəmə vurulmuş maddi zərərin məbləğinin müəyyən olunması hissəsində Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşmışdır; mənəvi zərərin tutulması hissəsində isə iddianın təmin edilməməsi qənaətinə gəlmkələ mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hər hansı mənəvi sarsıntıya və yaxud psixoloji iztirablara məruz qalması və onlar nədə ifadə olunması ilə bağlı hər hansı mötəbər sübut və dəlillər məhkəməyə təqdim edilməmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21,1096, 1097, 1108, İnzibati Xətalar Məcəlləsinin 36.3, 327.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh2 oğlu apellyasiya şikayəti verərək, işin bütün challarının yenidən araşdırılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qətnaməsi qanunvericiliyin tələblərini pozulması ilə qəbul edilmişdir. Belə ki, o, bu yol-nəqliyyat hadisəsi ilə bağlı barəsində tərtib edilmiş inzibati protokol nəticəsində AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirləndirilməyiə dair qərardan şikayət ərizəsi vermişdir. Həmçinin bu şikayət ərizəsinə baxılana qədər iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu hallarına düzgün qiymət verilməmiş və həmin inzibati xəta haqqında protokoldan verdiyi şikayət ərizəsi təmin olunmadığı üçün və onun tərəfindən bu inzibati xəta ilə əlaqədar 40 (qırx) manat məbləğində cərimə ödənildiyi üçün məhkəmə bu yol-nəqliyyat hadisəsində onun günahkar olmağı qənaətinə gəlmiş və işin faktiki halları araşdırılmadan həmin iddia ərizəsində göstərilən pulun ondan tutulması qət edilmişdir. Çox qəribədir ki, qanunvericiliyin tələbinə görə məhkəmə ədalətə nail olmaq üçün bütün imkanlarından istifadə etməli olduğu halda bunu etməmiş və hal-hazırdakı işin bütün halları araşdırılmamışdır. O, bu inzibati xəta haqqında protokoldan və qərardan şikayət verərkən polis əməkdaşı tərəfindən aldanıldığını və buna görə də həmin cəriməni ödədiyini bildirmişdir. Yəni, onun bu vəsaiti ödəməyi özünün bu hadisədə günahkar bilməyi ilə deyil, sadəcə qayda-qanunları bilməməyi ilə əlaqədardır. Təbii ki, əgər o, öz hüquqlarını bilsəydi, onda hüquqlarının pozulmasına şərait yaratmazdı. Qeyd etmişdir ki, bu yolnəqliyyat hadisəsi baş verən zaman da ilk olaraq özü həmin bu hadisənin qarşısını almaq üçün AR DİN-nin “102” Qaynar Xətt nömrəsinə müraciət etmişdir. Təbii ki, əgər o, özünü günahkar bilsəydi, onda həmin xidmətə müraciət etməzdi. Lakin əfsuslar olsun ki, halhazırkı işə baxan məhkəmə tərəfindən işin bu hallarına fikir verilməmiş və yalnız məhkəmə sənədinə istinad edərək belə bir qərara gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və bilirmişdir ki, onun təqsiri yoxdur. Barəsində protokol tərtib olunaraq cərimə yazılmışdır, lakin onun bundan məlumatı olmamışdır. Hadisə olan zaman onun maşınında sığorta olmamışdır. Onların nəqliyyat vasitəsinin qoşqusunda sığorta olmamışdır, müddəti bitmişdir və o bilməmişdir. O, elə bilirdi ki, cərimə sığorta olmadığına görə yazılmışdır. Qaradağ RPİ-də təqsirin onda olduğunu deməmişlər. İddiaçının təqsiri video əsasında müəyyən olunur. 3 aydan sonra maşını düzəltməklə bağlı ona zəng gəlmişdir, o bilsə idi ki, protokol əsasında ona cərimə yazılmışdır ondan şikayət verərdi.

19. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, 2 ilə yaxındır ki, 2 min manat ziyanı əldə edə bilmir. Şəxs birinci instansiya məhkəməsində də qeyd olunan protokolu mübahisələndirmiş təmin olunmamışdır, apellyasiya instansiya məhkəməsində də birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalmışdır.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 24.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin apellyatora münasibətdə iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

25.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 26.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

27.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 28.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 29.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 30.1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 31.1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 32.1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

33.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 34.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

35. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 37.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 38.Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. 39.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 40.Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyəti təqsirindən asılı olmayaq yaranır. 41.İş materiallarından göründüyü kimi, “DAF” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən X5 olmuşdur. O, mülki hüquq məsuliyyətinin yaranmasına səbəb olmuş qanunsuz hərəkətlərə yol verməklə AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tərtib edilmiş ekspert rəyinə əsasən 2009-cu il buraxılışlı «Nissan Qashqai minik» markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 2.070 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində etdiyi «Nissan Qashqai minik» markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi-iddiaçıya sığorta ödənişi verilməmişdir. 42.İşə baxan birinci instansiya məhkəməsi tərəfindən də qanunvericiliyin yuxarıda qeyd olunan normalara uyğun olaraq, hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirli olması müəyyən edilmişdir. Əksini, yəni onun yuxarıda qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşımadığını, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini təsdiq etmək üçün hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. 43.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında daşıdığı mülki məsuliyyət həddi, yəni müəyyən edilmiş zərərin məbləği barədə gəldiyi qənaət ilə də razılaşır. Avtomobilin əvvəlki vəziyyətini bərpa etmək üçün iddiaçının iddia ərizəsində göstərdiyi məbləğdə xərc çəkməli olduğu ağlabatandır və cavabdeh bu məbləğin daha az olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. 44.Belə ki, yuxarıda sadalanan maddələrdən müəyyən edildiyi kimi zərər vurmadan irəli gələn öhdəliklər zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına pozulmuş hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir.

45. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

47. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

48. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti 2.070 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2504/2024 saylı, 2 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar